"Yapon xalqı əsrimizin tapmacasıdır"- FOTOLAR

20:32 / 02.05.2013

Reyhan Mirzəzadə

Publisist-politoloq

3 may-Yaponiyanın  Konstitusiya günüdür

Yapon xalqı haqqında müxtəlif mənbələrdəki faktlar həmişə diqqətimi cəlb etməkdədir.

Eliza Skidmorun "Yaponiyada rikşanın günləri" kitabında  belə bir qeyd var: "Yapon xalqı əsrimizin tapmacasıdır, ən dərkolunmaz, ən qəribə xalqdır. Tarix onları təcavüzkar, qəddar, qisasçı adlandırsa da, təcrübə göstərir ki, onlar üzüyola, mehriban, həlim insanlardır".

1811-1813-cü illərdə yaponlara əsir düşmüş kapitan V.Qolovin isə yazırdı: "Necə vəziyyətdə olurlarsa olsunlar, yaponlar çox nəzakətlidirlər, bir-birilərinə hörmətlə müraciət etmələri bu xalqın əsl nəcibliyini göstərir. Biz o qədər də varlı olmayan yaponlar içində yaşadıq, bir dəfə də olsun, onların öz aralarında söyüşdüklərini, savaşdıqlarını görmədik. Qızğın mübahisə etmək yaponlarda mədəniyyətsizlik və kobudluq sayılır. Onlar həmişə öz fikirlərini nəzakətlə, dəfələrlə üzr istəyə-istəyə, etiraz edəndə açıqdan-açığa yox, işarələrlə, əksər hallarda misallarla və müqayisələrlə danışırlar".

Yaiti Xaqanın uzun illərin müşahidələri və tədqiqatı əsasında yazılmış "Milli xüsusiyyət haqqında on oçerk" adlı kitabında yaponların milli xüsusiyyətlərinin məcmuəsi belə xarakterizə olunur: 1) hakimiyyətə sadiqlik və vətənpərvərlik, 2) valideynlərə hörmət və ailənin şərəfini hifz etmək, 3) dünyəvilik və praktiki yanaşma, 4) təbiətdən zövq almaq bacarığı, 5) nikbinlik və yumor hissi, 6) zəriflik və incəlik, 7) nəzakətlilik və həssaslıq, 8) saflıq və ürəyiaçıqlıq, 9) mərifət və ədəb, 10) sadəlik və mərdlik.

Yaponlar hələ məktəb yaşlarından nəfsini saxlamaq haqqında qaydaları mənimsəyirlər, onlara bunun həyat fəlsəfəsinin əsasını təşkil etdiyini daim təlqin edirlər. Bununla əlaqədar olaraq Yaponiyada insanlara erkən yaşlarından növbəti həyat qaydalarına da riayət etməyi tövsiyə edirlər: 1) nə cür olmasından asılı olmayaraq, vəziyyətinlə barış, 2) müəyyən olunmuş qaydalara riayət etmək imkanını axtarıb tap, 3) əyləncələrini məhdudlaşdır, 4) bədbəxtliyinin səbəbini özündə axtar.

Q.Vostokov da öz tərəfindən yaponların təmkinli olduğunu və hisslərini nümayişkaranə ifadə etmədiklərini qeyd edir. "Kənar şəxslərin yanında böyük sevinc, qəm və ya qorxu hissini nümayiş etdirmək onlarda nəlayiq hərəkət hesab olunur", - deyə müəllif yazır. Bu, bir çoxlarında yaponların başqa xalqlardan fərqli olaraq, saxta davranışa malik olması haqqında təəssürat oyatsa da, əsl həqiqətdə bu, yaponların bəlkə də təkrarolunmaz həqiqi mənəvi keyfiyyətləridir.

Yaponiyada bu ifadə çox məşhurdur: "Samuray (yaponca "xidmət etmək" deməkdir, daha çox yapon hərbçiləri mənasında işlədilir) bu qılıncın döyüldüyü atəşi unutsa da, öz qılıncı kimi soyuqdur". Onu da əlavə edim ki, dünya şöhrətli yapon samurayları üçün döyüşçünün meyidini düşmənin ərazisində qoymaq dövlətin bayrağını itirməyə bərabərdir. Təkrar edirəm,dövlətin bayragını itirməyə bərabərdir.Məncə,əsgərə və döyüşçüyə bundan dəyərli qiymət verilə bilməz.Və bir anlıq xəyal məni çox da uzaq olmayan keçmişə aparır.On beş il əvvəl ilk dəfə İranda,Tehranın "Behişti-Zəhra" məzarlıgında saysız-hesabsız şəhid qəbirlərinin hər birinin üstündə ölkənin bayragının dalgalandıgını,məzarlıgın sanki bayraq dənizinə döndüyünü görəndə kövrəlib xeyli aglamışdım. Nə isə...

Həqiqətən də yaponlar üçün səbr və özünüələalma ta qədim zamanlardan cəsarətin əlaməti kimi qiymətləndirilib. Milli xarakterin bu cizgiləri bir sıra hallarda dözümlülük, təmkinlilik və ədəb-ərkanı təbliğ edən buddizmin təsirinə əsaslanıb. V.Rantsovun "Yaponiyanın tarixi oçerki" kitabı yaponların etnoqenizinə və onun xarakterinə həsr olunub. Müəllif belə bir qənaətə gəlir ki, yapon milləti adaya nəinki cənub və şimaldan, həm də Asiya qitəsindən gələn qəbilələrin bir-birinə qarışmasından əmələ gəlib.

Yazını hazırlayarkən təbii qısqanclıq notları içimə diqtə edirki bəs bizim yerli müəlliflər hanı? Onların qeydlərini tap.Çox axtarıram. Tapıramki 1966-cı ildə Azərbaycanın tanınmış yazıçı və kinorejissoru Həsən Seyidbəyli həmkarı, keçmiş sovet kinodramaturqu Daniil Xrabrovitski ilə birlikdə Yaponiyada yaradıcılıq səfərində olub və səfər təəssüratlarını "On beş gün Yaponiyada" adlı kitabında oxucularla paylaşıb. Burada maraqlı müşahidələr çoxdur.Onların bəzilərini yazıram.İlkin təəssüratını bölüşən müəllif qeyd edir  ki, hər ikimiz adət etmişdik ki, təyyarə vağzalı ilə şəhərin arası ən azı 20-30 kilometr olur. Lakin burada elə birdəfəlik şəhərin küçələri ilə hərəkət etməyə başladıq. Mən bir il əvvəl Yaponiyada olmuş bir dostumun sözlərini xatırladım: "Yaponiyada şəhərlər arasında sərhəd yoxdur. Bir şəhər qurtaran kimi, o biri şəhər başlanır".

Bura Tokionun ucqar küçələri idi. Lakin ucqarlığa xas olan heç bir əlamət görünmürdü. Küçələr saysız-hesabsız işgüzar adamlarla dolu idi. Bir-birinin böyrünə qısılmış mağazalar, emalatxanalar, yolun sağında və solunda avtomobil təmiri emalatxanaları, təmiz, səliqəli, meyvə dükanları, maşınlar, maşınlar! Maşınlar elə bil sapa düzülmüşdü, sanki bir-birinə bağlanmışdı. Bir-birindən aralana bilmirdilər, çünki nə irəlidə, nə də arxada yol boş deyildi, buna görə də maşınlar çox ağır hərəkət edirdi. Bu qədər maşın birdən-birə hərəkət edir, bu qədər mühərrik işləyir, ucqar küçələrdəki bu sakitlik isə bizi təəccübləndirirdi.

Tokionun mərkəzindəki enli küçələrdən hansı tərəfə dönürsənsə, -deyə,yazıçı əlavə edir-Bakının "İçəri şəhər"inin dar dalanları kimi küçələrə düşürsən. Düzdür, Tokionun bu yaşayış rayonlarını heç bir vəchlə "İçəri şəhər"lə müqayisə etmək olmaz. "İçəri şəhər"də üçmərtəbəli, bəzən dördmərtəbəli evlərə də təsadüf edirik. Burada isə evlər əsasən birmərtəbəlidir. Səliqəlidir, təmizdir. Evlərin quruluşunda müəyyən bir tənasüb var. Həyətlər bağ-bağatdır. Küçələr o qədər dardır ki, iki maşın üz-üzə gələndə az qalır bir-birilə toqquşsun. Sürücülərin ustalığı bizi valeh edirdi. Elə məharətlə maşını döngələrdən keçirir, toqquşmamaq üçün vaxtında saxlayır, maşını elə təmkinlə idarə edirdilər ki, lap məəttəl qalırdıq.

Biz yenə də qəribə bir mənzərəni seyr etdik. Küçənin hər iki tərəfindəki səkilərdə işıq dirəklərinə xırda bayraqlar sancılmışdı. Məktəblilər, qocalar, evdar qadınlar bir səkidən o biri səkiyə keçmək istəyəndə, bayraqlardan birini əlinə alıb qaldırır, həmin saniyə bütün maşınlar dayanırdı. Qadınlar, yaxud uşaqlar rahatca qarşı səkiyə keçirdilər. Bayraqların üzərində: "Biz gəlirik" sözləri yazılmışdı. Onlar həmin bayraqları o biri səkidəki dirəklərə sancır və yollarına davam edirdilər.

H.Seyidbəyli maraqla davam edir: "Nömrələrimizdə alçaq balaca stoldan, bu stolun ətrafında iki alçaq, rahat kürsüdən, üzərində həmin otelin markası olan zərf, kağız qoyulmuş tumbadan və çarpayıdan başqa heç bir şey yox idi. Otaq elə bil həm boş, həm də dolu idi. Burada lazım olan hər şey var idi, lakin heç bir şey ayağa ilişmir, darısqallıq törətmirdi. Mən hiss edirdim ki, nömrədə şifoneri əvəz edən bir yer olmalıdır. Əlimi divardakı düymələrdən birinə toxundurdum, divar aralandı. Içəridə işıq yandı: paltarasan, paltartəmizləyən. Düyməni basdım, qapı örtülməyə başladı, içəridəki işıq söndü. O biri qapı vanna otağına açılırdı. Vannanın üstündəki dəsmallar ingilis dilində çap olunmuş kağız qaytanla sarınmışdı. Elə bil bu vaxta qədər bu vannada heç kəs çimməmiş, bu otağa heç kəs ayaq basmamışdı. "Hər şey tərtəmizdir", "hər şey dezinfeksiya olunmuşdur" - yazısı bütün otellərdə nömrəyə ilk dəfə qədəm basan qonağın nəzərinə çarpır. Bəli, o qədər də böyük olmayan bu nömrələr adama həm böyük görünür, həm də adamın ruhunu oxşayır. Ümumiyyətlə, yaponlar interyer yaratmaqda, yəni mənzilləri böyük qənaətlə sahmana salmaqda demək olar ki, dünyada birinci yer tuturlar. Yaponlar kimi evin hər metrindən səmərəli istifadə edə bilən az tapılar. Yapon memarları bütün dünyada məşhurdurlar. Lakin zəlzələlər, daşqınlar, tufanlar xırda adalarda özlərinə yuva qurmuş bu zəhmətkeş xalqın evlərini dağıdır, əkinlərini məhv edir".

Sovet dövrü qəzetlərinin birində oxudugum məqalədəki qeydlər yadıma düşür.Orada yazılmışdıki xalq deyiminə görə, yaponlar üçün 5 fəlakət vardır: zəlzələ, vulkan, yanğın, daşqın və tufan. Tufanı - "kamikadze" adlandırırlar (və yaxud cinlər tərəfindən əsdirilən külək). Guya 1281-ci ildə Çingiz xanın nəvəsi Xabulay "Gün doğan ölkəni" (yəni Yaponiyanı) zəbt etmək istəyirdi. O, qərara gəldi ki, Koreya körfəzinə 10 min gəmi düzsün, onları birləşdirsin və süvari qoşunlarını bu gəmilərin üzəri ilə keçirib Yaponiyanı zəbt etsin. Lakin körpü düzəldib süvari keçmək istəyəndə, tufan qopur, gəmilər də, süvari ordusu da batıb dənizin dibinə gedir. Yaponiya xilas olur. Bundan sonra tufanı "cin küləyi" yox, "İlahi külək" adlandırırlar. Ölkə bəladan xilas olub, sonralar həmişə çiçəklənir. Tokioda məşhur Ueno adlı gilənar xiyabanı var ki, vaxtı ilə Ueno gilənarlarının çiçəklənməsi ümumxalq bayramına çevrilirdi. Gilənar çiçəyi indi də Yaponiyada hərtərəfli çiçəklənmənin rəmzi simvolu kimi əziz tutulur. 

Arxivdə nə qədər çalışdımsa,Yaponiyada olmuş azərbaycanlı ziyalının H.Seyidbəyli qədər geniş müşahidələri əks etdirən mənbəyə rast gəlmədim.Sanki xalq şairi Nəbi Xəzri,yazıçı və tərcüməçi Elçin,dünya şöhrətli mügənnimiz Zeynəb Xanlarovadan başqa bu ölkəyə digər həmyerlimiz getməmişdi.Odurki yenə H.Seyidbəyliyə qayıdıram.:"Mən kapitalist ölkələrindəki reklamlar haqqında çox eşitmişəm, qəribə, parlaq reklamları saysız-hesabsız filmlərdə görmüşəm. Ancaq Tokionun reklamları mənə daha zəngin, daha parlaq görünürdü. Nə isə bir incəlik duyulurdu, reklamlar zövqlə yaradılmışdı. Yenə də firmalar, kampaniyalar öz mallarını tərifləyir, "Soni" radio və televiziya cihazları, içkilər, kosmetika, geyim, əyləncə yerləri, kino-filmlər, qəzet xəbərləri gözlərimizi qamaşdırır.

"Ən böyük çətinliyə yemək sifariş verəndə rast gəlirdik. Yeməklərin adlarını başa düşmürdük. Yeganə başa düşdüyümüz "amlet" sözü idi. Buna görə də hər səhər "amlet" sifariş edirdik. Yeməkdən qabaq və yeməkdən sonra həmişə buzlu su verirdilər. Bizə xidmət edən qızlar üzlərindən uşağa oxşayırdılar. Nə deyirdiksə, cəld "hay" - deyə cavab verirdilər. "Hay" həm "baş üstə", həm "bəli", həm də "oldu" deməkdir".

H.Seyidbəylinin xatirələrindəki bu faktlar Vsevolod Ovçinnikovun "Sakura budağı"nı yada salır: "Öz yerini bil; özünü lazım olan kimi apar; yalnız tapşırılan işi gör - yaponların həyatını və davranışını tənzim edən yazılmamış qaydalar bunlardır".

Oteldə milli restoran da vardır. Mən ora bir-iki dəfə tək getməli olmuşdum, çünki Xrabrovitski özünü pis hiss edirdi. Orada "tempura" yeməyi mənim çox xoşuma gəlirdi. Xüsusi bitki yağlarında gözümüzün qabağında bişirilən xərçəng və cürbəcür balıqlar, otlar mənə ləzzət verirdi. Kimono geyinmiş qızlar incə səslə "buyurun-buyurun" - deyə müştərilərə xidmət edir, gah onlar üçün siqaret yandırır, gah da xırdaca badələrə "sake" (möhkəmliyi on dərəcədən artıq olmayan düyü arağı) tökürdülər. Cibimdəki döş nişanlarından onlara da verdim. Burada işləyən xidmətçi oğlanların və qızların sevincinin həddi-hüdudu yox idi. Onlar mənə "domariqatto" - deyə təşəkkür edirdilər. Sonralar həmin milli restorana gedəndə, daha bilmirdilər mənə necə hörmət eləsinlər. Hər dəfə gözləri mənə sataşanda, gülümsünüb təzim edirdilər. Nə qədər hörmətcil, nə qədər incə idilər...

Yaponiyada olmuş və yaşamış çoxsaylı müəlliflər yaponların həddindən artıq zəhmətkeş, işgüzar olduqlarını, sutkada bəzən fasiləsiz 18, hətta 22 saat işlədiklərindən bəhs edirlər. Bu barədə elə H.Seyidbəyli də yazır: "Tokioda böyük bir işgüzarlıq duyulur. Elə bil bu yüz minlərlə adamın içərisində heç kəs avara, məqsədsiz veyllənmir". Müəllif daha sonra onların xarici və daxili aləmindən söz açır: "Yapon gəncləri müasir geyimdə gəzirlər. Geyimləri o qədər bahalı olmasa da, çox təmiz və səliqəlidir. Orta yaşlı və qoca qadınların çoxu kimono geyinir. Onların çox ağıllı, düşüncəli gözləri var. Üzləri, baxışları qayğılıdır. İki qadın bir-biri ilə görüşəndə elə hal-əhval tutur ki, sanki bir-birindən utanır. Danışanda gülümsəyib yaşlarına yaraşmayan bir tərzdə gözlərini yerə dikirlər. Yaxın tanış olanlar da, qohumlar da ədəblə, həya ilə danışırlar. Xoş təsir bağışlamaq, ürək açmaq üçün tez-tez gülümsünürlər, qocalar da, cavanlar da. Xüsusilə kişilərlə danışan qadınlar həddindən  artıq nəzakət göstərirlər. Tokioda, Kiotada, Hakone və başqa şəhərlərdə dəfələrlə belə mənzərələri seyr etmişəm. Yapon qızları və qadınları çox məlahətli, çox nəcibdirlər. Onların üz quruluşundakı xüsusiyyətlərdən biri də odur ki, nəcib, məlahətli baxışları onları uşaq kimi məsum göstərirdi".

Deyirlər yaponlar söhbət zamanı "yox", "bacarmaram", "bilmirəm" kəlmələrini qətiyyən işlətmirlər. Hətta ikinci stəkan çay içmək istəməyən qonaq "yox, sağ olun" sözləri əvəzinə, hərfi mənada "onsuz da özümü çox gözəl hiss edirəm" anlayışını əks etdirən ifadə işlədir. Bu kiçik dialoqa diqqət yetirək. Siz mehmanxanaya qayıdıb inzibatçıdan soruşursunuz:

- Mənə kimsə zəng vurub?

- Hə, - deyə cavab verir.

- Kim zəng vurmuşdu?

- Heç kəs. 

Yaponlarda "Mən səni sevirəm" ifadəsi də yoxdur. Qızla oğlanın bir-birilərinə meyl göstərdiklərini hiss edən valideynlər məsələni həll edirlər. Yaxud oğlan qızdan valideynlərinə müraciət etmək üçün icazə alır. "Mənə arvad olmaq istəyirsənmi?" yaxud "Mənimlə ailə qurmaq istəyirsənmi?" ifadələri daha tez-tez işlənir.

Yaponiyada ata-ananın ərə getmiş qızıgildə bir dam altında ömür sürmək dəb deyildir. Doğulduğu gündən başlayaraq, oğula ona görə taxt-tac vəliəhdi kimi etiram edirlər ki, sonralar qoca valideynlərinin qeydinə qalmaq vəzifəsi məhz onun üzərinə düşür. Əgər övladların hamısı qızdırsa, ata-ana onlardan birinə elə adaxlı axtarır ki, o, oğulluğa götürülməsinə razılıq versin, toy zamanı ər öz arvadının soyadını qəbul etsin, eyni zamanda yeni valideynləri barəsində oğulluq vəzifələrini öz üzərinə götürsün.

Biz öz hərəkətlərimizə ailədəkinə nisbətən kənar adamlar arasında daha çox diqqət yetirməyə adət etmişik. Qızardılmış toyuq parçasını öz evində əli ilə götürən adam qonaqlıqda və ya restoranda bu cür yeməyə çox vaxt utanar. Yapon isə evdə özünü başqa yerlərdəkinə nisbətən qat-qat artıq dəbdəbəli nəzakətlə aparır.

Əgər yapon "arvadım bərk xəstələnib" sözlərini təbəssümlə deyirsə, burada məsələ şərqli adamın qəlbinin sirlərində deyildir. O, sadəcə olaraq nəzərə çarpdırmaq istəyir ki, şəxsi dərd-səri atrafındakıları kədərləndirməməlidir. Nəzakət naminə öz hisslərini cilovlamağı, boğmağı yaponlar məntiqi hal hesab edirlər. Lakin çox vaxt məhz bu cəhət onları məkrli olmaqda təqsirləndirməyə təkan verir.

Əcnəbinin, xüsusən rus təbiətli adamın fikrincə, yaponlar özlərinin ailə büdcəsində pal-paltara həddindən artıq fikir verir, gündəlik yeməyə heyrətamiz dərəcədə laqeyd qalırlar.

Aleksandro Valinyano yazır ki, zənnimcə dünyada elə xalq yoxdur ki, öz şərəfinə yaponlar qədər həssaslıqla yanaşsın. Onlar ən kiçik təhqirə, kobud sözə dözmürlər. Onlar öz davranışlarında çox ehtiyatlıdırlar. Şikayətlənmək və dərd-sərlərini sadalamaqla başqalarına əziyyət vermirlər. Uşaqlıq dövründən başlayaraq, onlara öz hisslərini büruzə verməməyi, bunu mənasız şey hesab etməyi öyrədirlər. Orada qəzəb, etiraz, şübhə doğura bilən mühüm və çətin işləri təkbətək yox, ancaq üçüncü şəxsin köməyi ilə həll etmək adətdir. Bu adət o qədər yayılmışdır ki, atalarla uşaqlar arasında, ağalarla nökərlər arasında, hətta ərlərlə arvadlar arasında vasitəçi olur.

ABŞ-da Yaponiyaya gedən turistlər üçün buraxılan məlumat kitabçasında gənclərə xəbərdarlıq edilir: "Nəzərə alın ki, Doğan günəş ölkəsində gözlənilməz tanışlıq baş verməyəcəkdir". Buna əmin olmaq üçün bir-iki dəfə qatarda yol getmək kifayətdir. Başqa ölkələrdə 3 kişi olan kupeyə bir qadın düşəndə, kişilər təsadüfi yol yoldaşı olan xanıma mütləq öz reaksiya və münasibətlərini bildirir. Yaponiyada isə çox sürətli ekspresdə Tokiodan Osakaya gedən kişi, yanında əyləşən qadınla danışmağa cəhd də göstərməyəcəkdir. O, ilk replikasının cavabsız qalacağından, "simasını itirmək" mümkün olan vəziyyətə düşə biləcəyindən qorxduğuna görə üç saat susacaqdır.

Q.Vostokovun fikirləri ilə tanış olaq.("Yaponiya və onun sakinləri" kitabında):"Əgər siz vaxtınızı şən və duzlu söhbətdə keçirmək istəyirsinizsə, qeyşa dəvət edin. Həmişə əla geyinən gözəl, çoxu iyirmi yaşı olan cavan qeyşa mehriban həmsöhbətinizə çevriləcəkdir. Qeyşalar Yaponiyada ən savadlı qadınlardır. Ədəbiyyatı əla bilən şən və hazırcavab, məzəli qeyşalar özlərinin lətafətini qarşınızda nümayiş etdirəcəklər. Qeyşa klassik sənətkarlıqla sizin üçün həm ən yaxşı, həm də görkəmli drammatik əsərlərdən parçalar oxuyacaqdır. Həmişə də şən və zarafatcıl olacaq, naz satacaq, özünün qadın ləyaqətini itirməyəcəkdir. Yapon dilini bilməyən siz avropalını qeyşa ancaq öz gözəlliyi, cavanlığı, incə naz, daimi şənliyi ilə məftun edəcəkdir, yaponlar isə qeyşaları məclislərdə heç kəsin yerini vermədiyi və sənəti dərindən bilən həmsöhbət kimi qiymətləndirirlər."  

Lafkadio Xeri də "Yaponiya: təfsir etmək cəhdi" kitabında etiraf edir ki, Yaponiyanın ən gözəl estetik əsəri fil sümüyündən, bürüncdən, yaxud keramikadan hazırlanmış məmulat yox, qılınclar yox, bu ölkənin qadınlarıdır... Şəxsi rəyin boğulduğu, özünü qurban verməyin isə ümumi vəzifə elan edildiyi, şəxsiyyətin heç vaxt zahirdən deyil, daxildən inkişaf edə bildiyi bir cəmiyyət - yalnız belə bir cəmiyyət bu cür qadın tipi yetişdirə bilərdi. Yaponiyaya gələn şəxs çox vaxt qeyşalara kənardan, məsələn, onlar çay evindən çıxanda, yaxud rikşanın üstüörtülü kəcavəsinə minəndə (Yaponiyada son rikşalar əsas etibarilə qeyşa daşıyırlar) baxa bilir və ya qeyşaları səhnədə, kinoda, televizorda (onların çoxu bu cür çıxışlarla pul qazanır) görür. Siz geyşanı gecə restoranında öz himayədarını müşayiət edərkən də görə bilərsiniz. Orada siz bu qadının sifətinin ifadəsinə heyran qalacaqsınız: eyni zamanda məsum və cazibədar, çılğın və təvazökar sima. Hər hərəkətində xəfif rəqqasə incəliyi duyulacaqdır. Onun öz müsahibinə hədsiz qayğı göstərməsi əsl qadın incəliyinin zirvəsi kimi görünəcəkdir. Beləliklə, onun haqqında hər şeyi bilsəniz də, qeyşa ekzotik, həsrəti çəkilən əsrarəngiz qadın olaraq qalacaqdır. O, qadındır, lakin bəzən bu sözə verdiyimiz mənadan daha yüksək mənada qadındır.

Yaponlar bir-birilərinə çox hörmət edirlər. Bir-birlərinə çox inanırlar. İnsana hörmət etmək onların ən yüksək tutduqları amallardan biridir. Bu xalqın gözəl xüsusiyyətlərindən biri də budur ki, onlara hədiyyə verəndə bəyənməsələr də, elə sevinir, hədiyyəni elə tərifləyir, elə razılıq edirlər ki, hədiyyə verən özünü xoşbəxt hiss edir. Onlar özləri qonağa çox bahalı suvenir (yadigar) vermirlər. Lakin verdikləri yadigar kiçik və orijinal olur. Deyilənlərə görə, bunu ona görə edirlər ki, qonağı özlərinə borclu salmasınlar.

Digər nümunəvi keyfiyyətlərindən biri də budur ki, yaponlar olduqca dürüst və təmiz mənəviyyatlı xalqdır. Təsadüfən taksidə, avtobusda, parkda və hər hansı bir digər yerdə əşyasını unudan, yaxud itirən istər qonaq, istərsə də yerli sakin əmin ola bilər ki, itirdiyini mütləq tapacaqdır, bir şərtlə ki, itki ilə bağlı olan xüsusi büroya müraciət etsin. İtən əşyanı tapan vətəndaşlar tapdıqlarını qeyd etdiyim idarəyə təhvil verirlər.

Yaponlar qonağı nə səhər yeməyinə, nə nahara, nə də şama evlərinə dəvət etmirlər. Onların milli yeməkləri yalnız balıq, tərəvəz və düyüdən ibarətdir. Məşhur xörəkləri balıqdan hazırlanan "Tempura" və "Suki-yaki"dir. Milli restoranda qonaqlara verilən xörəklərin miqdarı çox, payları az olur. Ət xörəkləri Avropa restoranlarında bişirilir.   

1970-ci ildə akademik, Azərbaycan SSR EA Coğrafiya İnstitutunun direktoru, mərhum Həsən Əliyev Yaponiyaya səfərindən sonra "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş "EKSPO - 70" ümumdünya sərgisindən qeydlər" məqaləsində yazırdı: "Tokioda bir balıq bazarı var. Ancaq buradakı ticarəti görmək üçün gecə saat 4-də oraya getmək lazımdır. Yaponlar balığı çox yeyirlər. . Tokio balıq bazarının xüsusi limanı var. Gecədən çoxlu balıqçı gəmisi buraya yan alır, hər kəs öz məhsulunu tər-təmiz yerə döşəyir. Onu da deyim ki, balıqları gəmidə təmizləyib hazır vəziyyətdə sahilə boşaldırlar. Balıqlar və ya digər su heyvanları cinslərinə görə ayrıca düzülür, hamısı nömrələnir. Həkim onları bir daha müayinə edir. Hər gəmidən boşaldılan balıq və ya başqa su heyvanları (suiti, köpək balığı, naqqa balığı, xərçənglər, su ilanları, su kirpisi, meduzalar və s.) bir yerdən satılır. Dənizdən 900 növə qədər balıq tutulur. Balıq bazarı bir neçə məhəllədən ibarətdir. Balıqların bir qismi təzə-təzə restoranlara, yeməkxanalara gedir, qalan hissəsi də həmin gün xüsusi sexlərdə duzlanır, buza qoyulur, bükülür, xüsusi qablara yığılıb mağazalara göndərilir".

Ölkəyə gələn qonaqları tez-tez maraqlandıran bir sual olur:Yaponiyada niyə bir fincan qəhvənin qiyməti çox baha, 400 iendən artıqdır? Bu, əsla qəhvənin başqa ölkədən buraya ixrac olunaraq məhsulun qiymətinin üzərinə yüksək kəmiyyətli rüsumların təyin edilməsi ilə izah olunmur. Göstərilən ödəniş bir fincan qəhvəyə görə deyil, kafedəki yerə görə alınır. İçkini sifariş edən şəxs fiziki yorğunluğunu alıb istirahət edərək, yaxud yağışın kəsməsini gözləyərək, ola bilsin kitab oxuyaraq bir neçə saat bu rahat yerdə otura bilər. Onu heç kim narahat etməyəcək, ofisiantlar ona mütləq mövcud qaydada nəzakətli təbəssümlə əlavə bir stəkan soyuq su da verəcəklər.

Yaponiyada tərəvəz piştaxtalarını "800 mal mağazası" adlandırırlar. Əvvəllər tərəvəzlə ticarət edən mağazalara"aoya" (yəni yaşıl piştaxta) deyirdilər. Lakin bir müddət keçdikdən sonra göyərtilərin çeşidləri artmağa başladı. Piştaxtalarda qoz-fındıq, konserv və digər qida məhsulları da satmağa başladılar. Çeşidlər genişləndikcə bu cür ticarət yerləri "800 mal mağazası" adlanmağa başladı.Bununla sahibkarlar mövcud olan malların sonsuz müxtəlifliyini alıcıların diqqətinə yetirməklə nəzərləri cəlb edirlər.

 Qədim mədəniyyətə sahib olan mehriban, əməksevər, mədəni xalq olan yaponlar ürəyiaçıq, üzügülər, zarafatcıl, xeyirxah, baməzə adamlarla çox tez dil tapırlar. Onlar xalq məsəllərini, iti fikirli adamları sevirlər. Yaponlar həmişə özgədən öyrənməyə çalışsalar da, öz bildiklərini başqalarına demək istəmirlər. Onların ümumiyyətlə sirrverməzliyi qeyri-səmimilik deyil, sadəcə davranış normasıdır. Maraqlıdır ki, yaponların gülüşünün də bir neçə növü vardır: arxasında qəmin gizləndiyi gülüş, təkəbbürlü gülüş, qeyri-müəyyən gülüş, sosial gülüş, peşəkar gülüş, yaşlı insanın özündən razı gülüşü, iş adamının ziyafətdəki gülüşü. Yapon gəzinti zamanı, oturarkən, yaxud ayaq üstə durarkən dinc vəziyyətdə olur. Yaponiyada digər insanlar, hətta yaşlı adamlar otağa daxil olarkən, içəridəkilərin ayağa qalxması qayda deyildir.

Yaponlar telefon zənglərinə cavab verərkən "allo" deyil, "mosi-mosi" deyirdilər. Lakin lap öncələr telefon yaponların həyatına daxil olanda, onlar zəngə cavab verəndə bizim "bəli, bəli" kəlməsini xatırladan "oy, oy" ifadəsini işlədirdilər. Zəng edən şəxs isə deyirdi: "xay e qodzaumasu" (yəni mənim işim var). Zaman keçdikcə, "mosi-mosi"ni "mosimasu, mosimasu" (yəni danışıram, danışıram) yanıltmacı əvəz etdi.

Yaponlar və Yaponiyadan bəhs edərkən bəşəriyyətin özü üçün ən kədərli və bəlalı tarixlərdən birini yada salmamaq olmur.1945-ci ilin avqustunda rəsmi məlumata görə, Yaponiyanın Xirosima şəhərində atom bombardmanı nəticəsində 270 min nəfər günahsız insan,uşaq,qoca,xəstə həlak olmuşdu.Yerlə yeksan olan şəhərin sağ qalmış 50 min nəfər əhalisi oranı tərk etmişdi. O zamanlar tanınmış yapon şairi Takanori Simidzu "Xirosima oxuyur..." şerində (tərcümə edəni xalq şairi Cabir Novruz) xalqına və yurduna  sanki bir elegiya,sanki bir agı söyləyirdi:

 

İnsanlar, qulaq asın,

Xirosima oxuyur!

Hər vurğusu, hər xalı

Qüssə, kədər qoxuyur.

Agah edir yadı o,

Səsləyir tanışı o,

Öz bədbəxt taleyindən

Söz açıb danışır o.

Oxuyur qırıq-qırıq,

Oxuyur yaslı-yaslı.

Hər nəğməsi, hər sözü

Milyon qəlbə yazılır.

Gahdan səsi tutulur,

Gahdan səsi incəlir,

Oxuyur gözü yaşlı,

Əzablı, işgəncəli

Yanar dodaqlar ilə

Oxuyur Xirosima,

Ölən uşaqlar ilə

Oxuyur Xirosima,

Nakam analarla bir

Oxuyur Xirosima

Uçan binalarla bir

Oxuyur Xirosima.

O, deyir ki, yananı,

Alışanı, uçanı

Məndə nəğmə deməyə

Qüvvə hanı, güc hanı?!

Günəşsiz qalanın da

Nəğməsi olarmı heç?!

 

... İnsanlar, dinlədizmi?!

Bəşər faciəsini

İnsanlar, dinlədizmi?!

Bildiniz niyə edir

Ah-aman, Xirosima?

Xarabalıqlar üstə

Ucalan Xirosima?

Yolunuzu gözləyir

Hər zaman Xirosima.

Dərdli-qəmli nəğmələr

Oxuyan Xirosima!                                     

 

Naqasakidə də törədilən atom faciəsi nəinki yapon xalqının,bütün tərəqqipərvər,sülhsevər xalqların və millətlərin yaddaşından heç zaman silinməyəcək.Dogrudan da düşünürsən axı nədir,nədir onsuzda müvəqqəti  olan ömrü yaşamaga Tanrı tərəfindən "qonaq dəvət edilən" ,müharibələrə, qırgınlara,ölümlərə, fəlakətlərə tuş gətirilən bütün binəvalarının günahı?Düz deyir Martin Lüter Kinq,ABŞ-ın insan hüquqları müdafiəçisi,Nobel Sülh Mükafatı laueratı:"Quşlar kimi uçmagı,balıqlar kimi üzməyi öyrəndik.Lakin çox sadə bir işi unutduq-qardaş olaraq yaşamagı".

Bu ağrıları qəm,qüssə ilə anan  yapon şairi Akimi Sukimura "Bir məktəblinin xahişi" şeirində bəşəriyyətə bir daha xitab edirdi:

Bütün dünyadakı ata-analar!

Dinləyin döyüntüsünü qəlbimizin.

Övladlarınız sizə əzizdirsə,

Atom sınaqlarına son qoyun,

Müharibə ocağı közərməsin...

 

Şair Xirosi Nuyama  isə dünyanın gələcəyinə-bütün gənclərinə çagırış göndərirdi:

 

Gənclər! Bədəninizi bərkidin, yorulmadan.

Sizə qüdrətli ruhunuz dayaq olsun!

Baş verə biləcək dəhşətli günlər üçün

Beyniniz də, qəlbiniz də oyaq olsun!

 

Ölənlərin siyahısı Xatirə Meydanında saxlanılan xüsusi mücrüyə qoyulmuş,mücrünün üstünə bu sözlər həkk olunmuşdur: "Sakit yatın! Qoy Xirosima faciəsi heç vaxt təkrar olunmasın!" Kövrək hisslərlə yalnız bunu əlavə edə bilirəm:"Amin!"

Bu günYaponiya təbiətdən ardı-arası kəsilməyən zərbələr alsa da,iqtisadiyyatına ciddi ziyanlar dəysə də,zəkasına, gücünə, qüdrətinə görə həmişə zirvələrdədir.Onu da deyimki ölkə həm də uzunömürlülər diyarıdır. Yaşı 100-ü ötmüş insanların sayına görə Yaponiya dünyada I yeri tutur. Belə ki, ölkədə əksəriyyəti qadınlar olan uzunömürlülərin sayı 36 min nəfərdən çoxdur. Əhalisinin sayı 130 milyon nəfərdən artıq olan gündoğar ölkənin tarix boyu 124 imperatoru olub. Ölkənin indiki rəhbəri Akihito 125-ci imperatordur. Hər bir yapon imperatoru 11 fevral 660-cı ildə ilk imperator olmuş Dzimmunun (Dzimmu-Tennonun) davamçısı hesab olunur. İmperator Akihito imperator Syova (Hirohito) və imperatriçə Naqakonun böyük oğlu və beşinci övladıdır.

Yaponiyada 1873-cü ildən başlayaraq imperatorların dogum günü dövlət bayramı kimi qeyd olunur.Vaxtilə imperatoru yaponlar "yer üzünün canlı Allahı"adlandırırdılar.1946-cı ildə imperator Syova imperatorların ilahi simvolu institutunu ləgv etdi.İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş Konstitusiyaya əsasən o,"dövlətin və yapon xalqının rəmzi"elan olundu. Qeyd edim ki, yapon imperatorlarının sülaləsi soyad daşımırlar. Imperator ailəsinin üzvlərinə yalnız adları ilə çağrılır. İmperatorun özünə "Tenno xeyka", yəni "İmperator Əlahəzrətləri", yaxud qısaca "xeyka", yəni "Əlahəzrət" deyə müraciət olunur.

İmperator Akihito 1933-cü il dekabrın 23-də Tokioda anadan olub. O, 1952-ci ildə Qakuşuin litseyini, 1956-cı ildə isə Qakuşuin universitetini bitirib. 1959-cu ildə hazırda imperatriçə olan xanım Miçiko ilə evlənib.Onların 3 övladı:bir qızı(Sayako),iki oglu(Naruhito və Akisino) var. 7 yanvar 1989-cu ildə atasının ölümündən sonra Akihito Yaponiyanın imperatoru olub. Mövcud şərtlərə görə, hazırda əsilzadə titulunu sadəcə imperator ailəsinin üzvləri daşıya bilər. İmperator ailəsinin qadın üzvləri evlənib ailə qurandan sonra imperator ailəsinin üzvü hesab olunmurlar.

 

Mayın 3-də yapon xalqı öz növbəti dövlət bayramını,Konstitusiya gününü qeyd edəcək.Xatırladım ki,Yaponiyanın Konstitusiya günü dövlətin bu ali qanununun qəbul edilməsinin birinci ildönümündən başlayaraq,1948-ci ildən qeyd edilir.1947-ci il Konstitusiyasına keçmiş Meydzi Konstitusiyasının bəzi müddəalarının irsən keçməsinə baxmayaraq,yeni Konstitusiya prinsip etibarı ilə ölkədə yaranmış müasir real vəziyyətlə müəyyən olunan xarakter daşıyırdı.

İkinci Dünya müharibəsində ugursuzluqla qarşılaşan, Amerika qoşunları tərəfindən  işgal olunan Yaponiya,öz müttəfiqlərinin siyasi sistemin demokratikləşdirilməsinə dair tövsiyələrini qəbul etməyə üstünlük verdi.Xalqın müstəqilliyi,insanın əsas hüquqları,hakimiyyət bölgüsü və yerli özünüidarəetmə prinsiplərinin tanınması dövlətin baş qanununun əsas müddəalarına çevrildi.Yaponiya parlament demokratiyasının mövcud oldugu bir ölkə kimi inkişaf etmək üçün hüquqi əsas əldə etdi.1947-ci il Konstitusiyası beynəlxalq mübahisələrin həllində millətin suveren hüququ kimi müharibələrdən imtinanı bəyan etdi ki,(9-cu maddə) bu da onu digər dövlətlərin Konstitusiyasından fərqləndirir.

Müharibədən sonrakı Konstitusiyanın mətnini işgalçı qoşunların qərargahından olan Amerika hüquqşünasları, yapon hüquqşünasları və siyasətçilərinin mülahizə və təklifləri nəzərə alınmaqla hazırlamışdılar.Bu barədə maraqlı bir tarixçəni də yada salmaq istəyirəm.

İkinci Dünya müharibəsindən sonra Yaponiya üçün yeni Konstitusiya yazmaq məqsədilə amerikalılardan ibarət bir qrup yaradılır. Qrup üzvləri 1946-cı ilin fevralında general Duqlas Makartur tərəfindən təyin edilir.Lakin onların heç birinin Konstitusiya hazırlamaq təcrübəsi olmur. Qrupda yeganə qadın olan Bit Qordona Konstitusiyaya qadın hüquqlarının daxil edilməsi işi həvalə edilir.22 yaşlı ingilis-yapon dilləri tərcüməçisi olan xanım Bit Qordon ən müxtəlif kitabxanalardan ayrı-ayrı ölkələrin Konstitusiya nüsxələrini toplayır.Bundan sonra onun tərtib etdiyi bəndlər ilk dəfə olaraq yapon qadınlarına məhrum edildikləri hüquqları verir.Məsələn,yeni Konstitusiyanın 14-cü maddəsi kişilərlə bərabərlik,24-cü maddə isə qadınların mülkiyyət vərəsəlik,həyat yoldaşını seçmək, boşanmaga təşəbbüs etmək və digər hüquqlarına imkan verirdi.

Proses tam məxfi oldugundan Qordon uzun illər öz rolundan heç yerdə bir kəlmə belə danışmır.O,yaxşı başa düşürdüki  Yaponiya ənənəçiləri tərəfindən qadınlara verilmiş hüquqlara görə həyatı təhlükələrə məruz qala bilərdi.Lakin son illərdə Bit Qordonun bu prosesdəki rolu yapon ictimaiyyətinə  aşkar olandan sonra Yaponiyada onu qəhrəman kimi qarşılayırlar.

Ötən ilin 30 dekabrında 89 yaşında vəfat edən Bit Qordon 1923-cü ildə Vyanada dogulmuşdu.Ata soyadı Sirota kimi qeyd olunan Bit, Ukrayna yəhudilərindən olan tanınmış pianoçu Leo Sirotanın qızı idi.O,5 yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdü.Atası imperatorun Musiqi Akademiyasında dərs deməsi üçün Tokioya dəvət edilmişdi.Bit ilk təhsilini şəhərdəki alman məktəbində almaga başlasa da,anti-semitizm onu Amerika məktəbinə keçməyə məcbur etmişdi.Bit burada yaponiyalı uşaqlara qarışıb dili öyrənmək imkanı əldə etmişdi.Sonralarsa Tokionu tərk edib Kaliforniyada Milli Kollecdə təhsil almaga başlamışdı.

Xanım Bit Sirota yapon dilini sərbəst bildiyi üçün ABŞ hökumətində iş tapmış,yapon verilişlərinin monitorinqini aparırdı.1945-ci ildə ABŞ vətəndaşlıgını qəbul edən Bit, Yaponiyaya general Makarturun heyətinin üzvü kimi qayıtmışdı.Valideynlərindən uzun müddət xəbərsiz olan xanım Bit ,onları xarici vətəndaşların saxlandıgı həbsxanada tapmış və xilas etmişdi.

Yaponiyada yeni Konstitusiya elan edildikdən bir il sonra,1948-ci ildə Bit  ABŞ hərbi kəşfiyyatının baş tərcüməçisi Con Qordonla evlənmiş və Amerikaya qayıtmışdı.

Yapon Konstitusiyasına görə,imperator yapon xalqının birliyinin və yapon dövlətinin simvoludur.Hegemon güc xalqın əlindədir.Qeyd edildiyi kimi,Yaponiya qəti olaraq müharibə əleyhdarıdır.Siyasi,hərbi gücü digər millətlərlə münaqişədə istifadə edilməsini rədd edir.Yapon xalqı daim diktatura,zülm və əsarətin dünyada aradan qaldırılması,sülhün qorunması üçün mübarizə apararaq,beynəlxalq aləmdə şərəfli yer tutmaq arzusunda olmuşdur.Ölkədə əsas insan hüquqları əbədi və toxunulmaz olaraq zəmanət altına alınmışdır.

Zəhmətkeş,tərəqqipərvər,alicənab,dünyada hər cür yeniliyin,modernliyin,inkişafın əsas iştirakçılarından olan yapon xalqı ən səmimi arzulara layiqdir.Bu xalqın,dövlətin bütün bayramlarında dost təbriklərinə qoşulur,Gündogan ölkəsinin taleyinə həmişə günəşin dogmasını diləyirik.

 

 

 

 

 
 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM