Oktay Səmədov
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
24 oktyabr dünyada Beynəlxalq Millətlər Təşkilatı (BMT) Günü kimi qeyd olunur. Bu təşkilatın yaranma tarixinə, məqsəd və vəzifələrinə, nüfuz dairəsi və təsir gücünə nəzər yetirsək, onun adı ilə fəaliyyətinin məzmunu və istiqaməti arasında nə dərəcədə böyük fərq olduğunun şahidi oluruq.
1914-1918-ci illərdə 15 milyon insanın həyatına son qoymuş Birinci Dünya müharibəsindən sonra Avropa xalqları birgə bəyanat qəbul etdilər: "Müharibə olmasın!" Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə ABŞ prezidenti Vudro Vilsonun beynəlxalq birliyin yaradılması təklifi rəğbətlə qarşılandı. Lakin Millətlər Cəmiyyəti adlanan yeni beynəlxalq təşkilat elə yarandığı ilk gündən çətinliklərlə üzləşdi: ABŞ Senatı prezidentin bu təşkilata daxil olmaq barədə təklifini rədd etdi.
Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və təhlükəsizlik üzrə xüsusi komissiya yaratdıqdan sonra üzv olan ölkələr yeni müharibənin alovlanmasına yol verməmək üçün təntənəli şəkildə and içdilər: dünyada heç bir ölkə başqa ölkəyə hücum edib müharibəyə başlaya bilməzdi və bütün müharibələr yalnız müdafiə xarakteri daşımalı idi.
1939-cu ildə Almaniyanın Çexoslovakiya və Polşaya hücumu ilə başlamış İkinci Dünya müharibəsi Millətlər Cəmiyyətinin dağılmasına səbəb oldu. 60 milyon insanın həyatına son qoymuş müharibə başa çatdıqdan sonra faşizm caynağından qurtulmuş dünya xalqları təkrarən qətiyyətlə dedilər: "Müharibə olmasın!"
Növbəti dəfə yeni birliyin yaradılması zərurəti meydana çıxdı. Beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü birləşməsi nəticəsində beynəlxalq təşkilat - Birləşmiş Millətlər Təşkilatı yaradıldı.
1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi BMT-nin Nizamnaməsini imzaladılar və həmin ilin 24 oktyabrında bu rəsmi sənəd qüvvəyə mindu. Bu tarix beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub və onun bir çox qurumları ilə fəal və səmərəli əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində BMT müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi tanındığı halda, beynəlxalq birlik 30 ildən çox davam edən və bu gün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda qanlı müharibəyə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşır, Təhlükəsizlik Şurasının bu münaqişəyə dair hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrinin ölkəmizin ərazi toxunulmazlığını təsdiq edən müddəalarının, Ermənistannın işğalçı silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması tələblərinin 27 il ərzində yerinə yetirilməməsinə göz yumur.
Nüfuzlu beynəlxalq təşkilatın qətnamələrini yerinə yetirməkdən imtina edən, bu rəsmi sənədlərin beynəlxalq hüquqa söykənən tələblərinə məhəl qoymayan işğalçı dövlətin indiyədək beynəlxalq birliyin sanksiyalarına məruz qalmaması təəccüb və təəssüf hissi doğurmaqla yanaşı, bu təşkilatın sülhü təhlükə altına qoyan, xarici siyasətini təcavüz və terror üzərində quran cılız bir dövlətin böyük iddiaları qarşısında aciz qaldığını göstərmirmi?
Bu halda hansı nüfuzdan söhbət gedə bilər? Bu gün, bəşər övladında yeni düşüncə tərzinin, milli və ümumbəşəri dəyərlərə fərqli münasibətin formalaşdığı, cəmiyyətin sosial həyatının zənginləşdiyi, dövlətlər arasında siyasi münasibətlərin gərginləşdiyi, qloballaşma fəsadlarının yaşandığı bir dövrdə yeni və fərqli beynəlxalq birliyin təşəkkül tapmasına ehtiyac duyulmurmu?
BMT Nizamnaməsinin 100-cü maddəsində deyilir: “Təşkilatın hər bir üzvü Baş Katib və Katiblik personalının öhdəliklərinin beynəlxalq xarakterinə hörmət etmək öhdəliyi götürür və vəzifələrinin icrası zamanı onlara təsir göstərməyə çalışmır” (9, XV Başlıq, 100-cü maddə). Lakin BMT və onun ixtisaslaşmış təşkilatlarının fəaliyyət istiqamətlərinə güc dövlətlərinin, ilk növbədə ABŞ və onun müttəfiqlərinin təsiri böyükdür. Başlıca səbəb bu təsisatlarda qərarların qəbulu zamanı tarazlaşdırıcı səsvermə prinsipinin mövcudluğudur: təşkilata daha artıq maliyyə yardımı göstərən dövlət nisbətən üstün imkanlara malikdir. Nəticədə bir çox beynəlxalq təşkilatların və xüsusən də BMT-nin effektivliyi problemi ortaya çıxır.
Digər tərəfdən, terroru dövlət siyasətinə çevirmiş Ermənistan kimi ölkələr Nizamnamənin 100-cü maddəsində qeyd olunan öhdəliklərin beynəlxalq xarakterinə nəinki hörmətlə yanaşmır, onları kobud şəkildə pozur, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə qətiyyən məhəl qoymur. Beynəlxalq birlik isə bu cür münasibəti müvafiq sanksiyaların mümkün tətbiqi ilə cavablandırmaq barədə düşünmür. Bəlkə də düşünmək istəmir.
Nəticədə BMT-nin nüfuzlu bir qurum kimi tanınmasına ciddi şübhə yaranmırmı?
Dövlətlər arasında yaranan münаqişələrin sülh yоlu ilə tənzimlənməsi, bеynəlхаlq sülhün və təhlükəsizliyin qоrunub sахlаnmаsı və möhkəmləndirilməsi, ölkələr аrаsındа dоstluq münаsibətlərinin, humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığın inkişаf еtdirilməsi başlıca məqsədi olan BMT-nin adında “millətlər” sözü var. Millət - insanların tarixən dil, ərazi, iqtisadi və mədəni həyat ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyidir. Dövlət isə - bir ölkədə, bir ərazidə siyasi baxımdan təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi varlıqdır. Məhz insan birliyi yox, bu siyasi varlıq beynəlxalq təşkilatın üzvü statusuna malikdir. Yəqin ki, bu beynəlxalq təşkilatın adında “Millətlər” sözünü “Dövlətlər” sözü ilə əvəz etmək daha düzgün olardı – Beynəlxalq Dövlətlər Təşkilatı.
Dünya dəyişir... Bəşəriyyət yeni çağırışlar ərəfəsindədir.
Süni intellekt yaratmaq bacarığına malik şüurlu varlıq ümumbəşəri bəlaya çevrilmiş koronavirus qarşısında aciz qalıb. Ekoloji problemlərin sayı artmaqda, təbii fəlakətlər çoxalmaqdadır. İkili və daha çox standartlarla yaşayan dünyada təbii sərvətlər uğrunda savaş bitmir. Sağlam həyat tərzi, sülh və əmin-amanlıq, dinclik və sabitlik arzuya çevrilməkdədir.
Bu gün dünyada yeni məzmunlu beynəlxalq təsisatlara böyük ehtiyac var. Beynəlxalq qurumun qəbul etdiyi, ancaq yerinə yetirə bilmədiyi qətnamələri işğala məruz qalmış dövlətin öz gücü ilə icra etməsi bu ehtiyacın mövcudluğunu təsdiqləməkdədir.
27 il öncə BMT-nin “mavi dəbilqəlilər”in görməli olduğu işi bu gün müzəffər Azərbaycan Ordusu öz üzərinə götürüb. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpa olunması, sülhün və əmin-amanlığın bərqərar olması naminə.
Məramı Yer üzündə sülhün qorunması olan 75 yaşlı BMT, adını və mahiyyətini dəyişəməyə böyük ehtiyac olduğunu Azərbaycanın haqq uğrunda Vətən müharibəsi bir daha təsdiqləyir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM