BU GÜN AZƏRBAYCAN BAYRAĞI İŞĞAL EDİLMİŞ TORPAQLARIMIZDA DALĞALANIR!

13:12 / 08.11.2020

"Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra milli dövlət bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır" 

                                                                                   İLHAM ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Hər bir dövlət və millət üçün onun qürur mənbəyi ilk növbədə Bayrağıdır. Bayrağı dünyada ilk dəfə qaldıran ulus məhz biz türklər olmuşuq.

Bayraq bütün ölkələrdə dövlət başçısından tutmuş sıradan vətəndaşa qədər hər kəsdən öndə və ucada duran qudsal varlıqdır.

20-ci əsrin əvvəllərində Əli bəy Hüseynzadənin "Türkləşmək, Çağdaşlaşmaq, İslamlaşmaq" sağrısı sonradan bayrağımızın əsasını təşkil etdi.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan gəncliyinə müraciət edərək deyirdi: "Ey gənclik, sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi: bir kərə yüksələn bayraq, bir daha enməz! Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərilərin yanıq ürəklərinə enmiş bu bayraği təkrar o bina üzərinə dikəcək, bu yolda ya şəhid ya qazi olacaqsan..."

Azərbaycan xalqı ürəyində yaşatdığı üçrəngli bayrağı zaman-zaman dalğalandırdı və bütün dünyaya göstərdi ki, Lenin və Stalinin qətliamları özgürlük hissini onun ürəyindən silə bilməyib. Belə qalxınmalardan biri 1956-cı ildə bir qrup gənc ziyalımızın üçrəngli bayrağımızı Qız Qalasının üzərində dalğalandırması ilə nəticələndi. Bu gəncləri zindan həyatı, millətimizi isə qalxmanın yeni dalğası gözləyirdi.

1988-ci ildə əbədi düşmənimiz olan (ermənilərin) SSRİ rəhbərliyinin bilavasitə xeyir-duası ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün təcavüzə başlaması növbəti ulusal qalxınmaya nədən oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1988-ci il noyabrın 17-də Azadlıq meydanında qaldırılsa da, rəsmi olaraq ilk dəfə Naxçıvan MR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı. Bu qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990- cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın rəsmi bayrağı kimi qəbul olundu.

1991-ci il fevralın 5-də Ali Sovet "Dövlət bayrağı haqqında" Qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu verdi.

Azərbaycanlı milli düşüncəsində  əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.

Cəfər Cabbarlının  "Azərbaycan Bayrağına" şerində deyildiyi kimi:

Buraxınız seyr edəlim,

düşünəyim, axtarayım,

Bu sevimli üç boyalı, üç mənalı Bayrağı.

Mələklərin qanadımı üzərinə kölgə salan,

Nə imiş bu, aman Allah-

 Od yurdunun Bayrağı!

Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.

"Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən "Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun 1.3-cü maddəsində deyilir ki, dövlət "əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür".

Bu tədbirlərdən biri də 2007-ci il noyabrın 17-də prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" sərəncamı oldu. Sərəncamda deyilir: "Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağının Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur".

"Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikintiquraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi Mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir.

Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" - iftixar dolu bu cümlələr ölkə Prezidenti İlham Əliyevə məxsusdur.

Artıq bu bayrağın heç vaxt pozulmayan, dəyişməyən ad günü var - 1918-ci il 9 noyabr. Artıq bu bayrağın heç vaxt dəyişməyəcək yeri, məkanı da bəlli oldu - Bakıda Dövlət Bayrağı Meydanı!

 Daimi iftixar və qürur mənbəyimiz olan üçrəngli bayrağımıza baxdıqca bir vaxtlar Üzeyir bəylə Əhməd Cavadın bütün türk ellərində məşhur olan bir şərqisi yada düşür: "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına".

 Artıq daha böyük inamla, fəxrlə deyə bilərik ki, indi nəinki Qara dənizin, Xəzərin hər yanında, eləcə də bütün dünyada qürurla dalğalanan bir bayrağımız var!

İlyas Tapdıq və Oqtay Hüseynlinin “Bayrağım” hekayəsini diqqə edək:

Oğul: Ata, mənə aylı-ulduzlu, üçrəngli bayraq al. Harda asılmış bir bayraq görsəm, dayanıb ona baxıram, onun sağa-sola dalğalanması, ay-ulduzu o qədər xoşuma gəlir ki, tamaşasından doymuram.

 Sən mənə bayraq alsan, yatağımın baş tərəfindən asaram. Hər sabah qalxar, bayrağı öpərəm “Sevgili bayrağım, arzum budur ki, böyüyüm əsgər olum, səni qaldırıb şanlı Vətənimizin namusunu xain düşmənlərdən azad edim”.

Ata: Oğlum, bayrağı bu qədər nə üçün sevirsən?

Oğul: Çünki bu bayraq xain düşmənlərin xəyanətini, islam, türk paxıllarını mənə xatırladır. Bu bayrağı qaldırıb onları məğlub etmək istərəm. Vətənə olan məhəbbətimi bununla isbat etmək istərəm.

Ata: Çox sag ol oğlum, sən vətənə layiqli bir əsgər olacaqsan.

Bəli,  Vətən üçün ölməyə dəyər!

Ermənistan ordusuna böyük itkilər verərək qəhrəmanlıqla həlak olmuş Mübariz İbrahimovun və Fərid Əhmədovun son mənzilə yola salınarkən cənazələri üzərinə Azərbaycan bayrağı salınmasında dillər əzbəri olan bir şeirdə deyildiyi kimi: Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa Vətəndir!

Bu gün Azərbaycan tarixi günlər yaşayır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad edir, qəhrəmanlıq tariximizə yeni səhifələr yazır.

Ümummilli liderin Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu yerdə ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətindəki “ona özüm qədər inanıram” sözlərini yenidən xatırladım və buna cavab olaraq onun müqəddəs ruhuna üzümü tutub demək istəyirəm: “Sözünüzdəki bu qətiyyət sizin müdrikliyinizin, uzaqgörənliyinizin və dahiliyinizin daha bir təsdiqi oldu. İndi İlham Əliyevə ən azından sizin qədər bütün xalqımız, bütün Azərbaycan inanır”.

Azərbaycan sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirir, düşmənin hərbi texnikası və canlı qüvvəsi məhv edilir. 

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə  elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir.

Azərbaycanın şanlı ordusu yeni tarix yazır. Şanlı Azərbaycan Ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə - Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır.

 Hazırda işğal altında qalan digər doğma ərazilərin də düşmən tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və bu yaxın vaxtlarda böyük qələbəylə başa çatdırılacaqdır!

Xalqımız şanlı Azərbaycan Ordusunun tam qələbəsini böyük ümid və inamla gözləyir. Hər gün cəbhədən gələn müjdələr qələbə gününün yaxında olduğuna inam yaradır.

Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun gücü sayəsində qələbə bizimdir!

Azərbaycan Prezidenti daha bir vədini layiqincə yerinə yetirir, danışıqların mənasız olduğu bir şəraitdə Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir. İlham Əliyevin dediyi kimi: " İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

İndi hər kəs əsgərdir. Hər kəs öz cəbhəsində bir amal uğrunda savaşır - cənnət Qarabağa yenidən qovuşmaq, üçrəngli bayrağımızı yağı tapdağından xilas edəcəyimiz yurdlarımızda dalğalandırmaq üçün...

Qarabağ hamımızındır!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

Azərbaycan Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru,

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM