3 dekabr – Beynəlxalq Əlillər Günüdür
1983-1992-ci illərdə Beynəlxalq Millətlər Təşkilatı təqdirəlayiq bir layihəyə imza atdı – bəşər tarixində ilk dəfə Əlillər Onilliyi həyata keçirildi. Dünya ölkələrini əhatə etmiş tədbirin yekunu olaraq, BMT Baş Assambleyası dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" və ya “Beynəlxalq Əlillər Günü” (International Day of Disabled Persons) kimi qeyd olunması haqqında Bəyannamə qəbul etdi. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarını təşviq etmək, geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək idi.
Əlillik - müəyyən qruplar üçün standart normalar kontekstində hər hansı bir fərdin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran sağlamlıq durumu və ya orqanizmin ciddi şəkildə pozulmuş funksiyasıdır. Bu termin tez-tez fiziki qüsurlar, sensor (duyğu), koqnitiv və ya intellekt pozuntuları, psixi xəstəliklər və müxtəlif xroniki xəstəliklər daxil olmaqla insan orqanizminin fərdi funksiyalarını səciyyələndirmək üçün istifadə olunur.
Bu gün dünyada 1 milyarddan çox əlil yaşayır (bu, dünya əhalisinin 15%-nə bərabərdir), 100 milyondan çox əlil - uşaqlardır. Bu insanlar fiziki, sosial-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşdikləri səbəbdən bir çox hallarda cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etməkdən məhrumdurlar, dünya əhalisinin ən kasıb hissəsini təşkil etməklə təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
Məhz bu səbəbdən Beynəlxalq Əlillər Gününün qeyd edilməsi əlillərin problemlərinə diqqət çəkilməsində, ləyaqətlərinin, hüquqlarının və rifahlarının qorunmasında, cəmiyyətin diqqətinin əlillərin siyasi, sosial, iqtisadi və mədəni həyatda iştirakından əldə etdikləri üstünlüklərə yönəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var və onların 70 mindən çoxu sağlamlıq imkanları məhdud olan uşaqlardır. Onların sosial rifahının yüksəldilməsi istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə yaxşılaşır. 2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, sağlamlıqlarının bərpası, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tamhüquqlu üzv kimi sosial müdafiəsi və cəmiyyətə inteqrasiya olunması ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb, əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanun qəbul edilib, paytaxtda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə bu gün də xüsusi həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Əlillərin sağlamlığına, taleyinə və yaşam tərzinə müvafiq dövlət qurumları ilə yanaşı, bir çox ictimai qurumlar, qeyri-hökumət və xeyriyyə təşkilatları xüsusi qayğı ilə yanaşır, onların üzləşdikləri çətinlikləri yüngülləşdirməyə, problemləri həll etməyə çalışırlar. Bu sırada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə önəmlidir.
Lakin fiziki qüsurlu insanlara diqqət təkcə dövlətin deyil, həm də bu dövlətin hər bir vətəndaşının vəzifəsidir. Gəlin razılaşaq, əlil olmaq - əmək qabiliyyətini itirmək demək deyil, onun məhdudlaşması deməkdir. Sözsüz ki, əmək qabiliyyətini tam itirmiş əlillər də var, bunu isə ümumi əlillər haqqında demək düzgün deyil. Bu halda biz əlillərin qəlbini qırmış oluruq; təkcə əmək qabiliyyətlərini deyil, həm də ümidlərini itirmiş əlillər cəmiyyətdən təcrid olunma təhlükəsi ilə üzləşirlər.
Əlillik insanın gündəlik həyatında müəyyən məhdudiyyətlər yarada, onu müəyyən çətinliklərlə üzləşdirə bilər, amma bu, onun ətraf aləmdən təcrid edilməsinə səbəb olmamalıdır. Gündəlik həyatda fiziki qüsurlu insana göstərilən diqqət və qayğı onu bu çətinliklərdən uzaqlaşdırmış olur. Buna azacıq da olsa, nail oluruqmu? Fiziki qüsurlu bir kəs öz əlil arabasında evdən rahatlıqla çıxa bilirmi? Niyə çoxmərtəbəli yeni tikililərdə lift kabinalarının dar qapıları əlil arabasından ayrıla bilməyən sakinin üzünə bağlı olmalı və o ən yaxşı halda yük daşıyan liftdən istifadə etmək məcburiyyətində qalmalıdır? Əlil kimsəyə möhtac olmadan şəhərin piyada səkilərində sərbəst hərəkət edə bilirmi? İri marketlərdə kassalar arasındakı dar keçiddən rahat keçə bilirmi? İstənilən dövlət qurumuna aid binaya köməksiz daxil ola bilirmi? Paytaxt küçələrindəki işıqforları gözdən əlillər üçün səsləndirici qurğularla təchiz etmək olmazmı? Niyə çoxmilyonlu şəhərdə əlillər üçün bir dənə də olsun xüsusiləşdirilmiş iaşə obyekti, kitabxana və əyləncə mərkəzi yoxdur? “Əmək qabiliyyətini itirmiş” damğası ilə məşğulluq mərkəzlərindən uzaqlaşdırılan əlillərin işlə təmin olunması məqsədilə hər hansı bir qurumun yaradılması çətindirmi?
Fiziki qüsurlu insanlar cəmiyyətin tamhüquqlu üzvləridir. Bu, təkzibolunmaz həqiqətdir. Onlar fiziki baxımdan tamamilə sağlam adamlardan öz bilik və bacarıqlarına, istedad və qabiliyyətlərinə görə heç də fərqlənmirlər. Yeganə fərq – məqsədlərinə və istəklərinə nail olmaqda müəyyən çətinliklərlə üzləşmələridir.
Bəşər tarixində fiziki qüsurlu dahi şəxsiyyətlər, yüksək intellekt, dərin zəka və böyük istedad sahibləri çox olub. İngilis fizik-nəzəriyyəçisi, kvant kosmologiyasının banisi Stiven Hokinq, alman bəstəkarı Lüdviq van Bethoven, amerikalı prezident Franklin Ruzvelt, ispan yazıçısı Migel de Servantes, paralimpiya oyunlarının qalibi Oskar Pistorius, amerikalı musiqiçi Stivi Uander, fransalı tiflopedaqoq və ixtiraçı Lui Brayl, irlandiyalı rəssam və şair Kristi Braun, tanınmış səhnə ustaları Andrea Boçelli, Sara Bernar... Bu siyahını uzatmaq da olar.
Əlil insanlara diqqət, qayğı və həssaslıqla yanaşmaq bu gün, yeni reallıq dönəmində xüsusilə önəmlidir. Xalqımızın 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində Qələbə həm hərbiçilərimizin, həm də dinc əhali arasında bir çox soydaşlarımızın canı və qanı hesabına əldə edilib. Taleyinə əlillik yazılmış həmvətənlərimiz var. Biz onlara xalqımıza yaşatdıqları Qələbə sevincinə görə minnətdarıq. Onların sağlamlıq durumuna görə bizdən fərqli olduqlarını vurğulamamlı, kimsəyə möhtac olduqlarını hiss etdirməməliyik. Dərk etməli və etdirməliyik ki, əlillik, fiziki qüsur – faciə deyil, faciə - mənəvi qüsurlu olmaqdır.
Oktay Səmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM