Vətən sevgisinin təntənəsi

17:42 / 20.01.2021


“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli Lideri.

 

“20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

Bütün xalqların tarixində elə insanlar olur ki, bu dünyadan köçdükləri vaxtdan qərinələr, əsrlər keçməsinə baxmayaraq onları heç kəs unutmur və əziz xatirələri həmişə böyük ehtiramla yad edilir. Belə insanlar milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə seçilən şəxslər və vətən uğrunda, xalq yolunda canlarını fəda edən şəhidlərdir. Bu gün Qanlı Yanvar hadisələrindən 31 il keçir. “20 Yanvar” tarixi Ümumxalq Hüzn Günü olmaqla bərabər, ümummilli qürur günüdür. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu və həmin gün azadlıq, istiqlal və istiqbal uğrunda mübarizənin və qəhrəmanlığın rəmzinə çevrildi. O gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqe tutaraq onlara havadarlıq etməklə təcavüzkar siyasəti açıq-aşkar dəstəklənməsinə, eləcə də respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə hiddətlənərək, buna etiraz əlaməti olaraq Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı qanunları və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla sovet ordusunun hərbi hissələri yeridilərək dinc əhaliyə divan tutuldu, insanlar qətlə yetirildi, yaralandı və itkin düşdü. Azərbaycanda, xüsusilə də Bakıda misli görünməmiş faciə baş verdi və qeyd olunan gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi həkk olundu. Xalqımıza qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən ağır cinayətə əl atdı. Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini aşağılamaq, azadlıq hərəkatını boğmaq məqsədi ilə törədilən bu çirkin əməllər silahlanmış hərbçilərin cəza tədbirlərinə məruz qalan əliyalın xalqımızı azadlıq uğrunda mübarizədən döndərə və vətənpərvər insanların əzmini sarsıda, məğrur övladların qürurunu qıra bilmədi. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməklə özünün mənliyini və mətnliyini əyani şəkildə sübut etdi. Müqəddəs Vətəninin suverenliyini, xalqının və dövlətinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları ali amallar uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və bununla da haqq səsini bütün dünyaya daha ucadan bəyan etmiş oldular. ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.  Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. Xalqımız öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid versə də, onun iradəsi qırılmadı, qüruru sınmadı, milli ruhumuz sarsılmadı və baş verənlərə baxmayaraq imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq eşqini söndürə, müstəqillik hərəkatını boğa bilmədi. Bu böyük faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. Xalqımız qanı və canı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu.

Baş verənlərə baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin xalqla bir olmağa yenə də cəsarətləri çatmadı və onlar sovet rəhbərliyinə sədaqətlə xidmət etməyə davam etdilər. Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə atmaqla, qətliamdan bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Dahi şəxsiyyətin bu bəyanatından sonra Azərbaycan xalqının məruz qaldığı dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi. Hər kəsə məlumdur ki, o vaxta qədər Ulu Öndər Heydər Əliyevin fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdır. Bununla belə, vətənini və xalqını canından çox sevən böyük insan bu hadisəyə biganə qala bilməzdi və qalmadı da. Onun sözügedən bəyanatla çıxış etməklə, xalqının yanında olduğunu bildirməsi, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin eyhamı kimi Azərbaycanın xoşbəxt gələcəyində müstəsna rol oynadı. 

Zamanında dərindən araşdırılmayan və adekvat qiymət verilməyən faciəyə yalnız bir neçə ildən, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra rəsmi münasibət bildirildi. Belə ki, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin - günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini uca tutan Ulu Öndərin təşəbbüsü ilə sözügedən faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında, həmçinin, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edildi. Adı çəkilən Fərmanda deyilirdi: “...Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir...”. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Beləliklə, Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Eyni zamanda 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Bir müddət sonra Ulu Öndər Heydər Əliyevin 31 mart 1998-ci il tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi, həmçinin şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi və pensiya təminatı da gücləndirildi. Qeyd olunmalıdır ki, Bakı şəhərinin ən hündür və mənzərəli yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir.

Vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə-kompleksi inşa edilmişdir. 2009-cu ilin oktyabr ayında tikintisinə başlanan abidə-kompleksin 20 yanvar 2010-cu il tarixdə açılışı olmuşdur. Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların adları və soyadları, eləcə də ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”- sözləri həkk olunmuşdur. Bundan başqa, 2007-ci ildə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları daha da hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri müasir üslubda işlənmişdir.

20 Yanvar şəhidlərinin anım günü olduğundan bu hissəyə qədər yalnız o haqda bəhs etsəm də, təbii ki, hər bir şəhidimizin unudulmaz xatirəsi mənim və xalqımız üçün eyni dərəcədə əziz olduğundan bütün şəhidlərimiz barədə söz açmaq zəruridir. Çünki 20 Yanvar şəhidlərindən danışılarkən digər şəhidlərimizi də yad etmək hər birimizin borcumuzdur. Tarix boyu Azərbaycan xalqı və dövləti yolunda şəhid olan vətən övladları olmuşdur ki, onların da heç birini millətimiz unutmayacaqdır. Müasir Azərbaycan tarixində ən çox şəhidlər birinci və ikinci Qarabağ müharibəsində verilmişdir ki, sonuncu müharibədə şəhid olan vətənpərvər insanların vurduğu yaralar hələ də qaysaq bağlamamışdır. Təbii ki, bütün şəhidlərimizin nisgili son nəfəsimizədək qəlbimizdə qalacaq, ancaq 44 günlük Vətən müharibəsi şəhidlərinin ağrı-acısı hələ də canımızı ağrıdır, ruhumuza rahatlıq vermir. Fəqət bütün şəhidlərimizin, o cümlədən II Qarabağ müharibəsi şəhidlərinin canlarını müqəddəs amallar uğrunda fəda etdiklərini, ən uca məqama yüksəldiklərini, məkanlarının cənnət olduğunu, adlarının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, əbədi olaraq zamanın yaddaşında və xalqın qəlbində qalacaqlarını xatırladıqca cismimiz dincəlir, ruhumuz rahatlıq tapır.

Vətən müharibəsindən söz düşmüşkən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazaraq düşmən üzərində möhtəşəm qələbəmizi təmin etməsini, nəticədə 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi yolla azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını, bununla da Azərbaycan tarixinə növbəti parlaq səhifələr yazıldığını xüsusi vurğulamaq lazımdır.

Sirr deyil ki, 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən  Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədi ilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri xarüqələr yaratdı. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda  Zəngilan, 25 oktyabrda Qubadlı  və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi, ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü ilə bərabər, ədalət də bərpa olundu. Təbii ki, bütün bunlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edilməsi, II Qarabağ müharibəsi iştirakçılarının, o cümlədən şəhidlərimizin müxtəlif orden, medal və fəxri adlarla təltif edilməsi, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasına başlanılması, eləcə də şəhidlərin əziz xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş tarixi ərazilərimizin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmiş vətən oğullarına, o cümlədən işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmiş xalqın bir sıra igid övladlarına dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Qürurverici və sevindiricidir ki, Azərbaycan Respublikasında şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilmiş, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilmişlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də, şəhid ailələri üçün verilən Prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində cənab Prezidentin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olmuşdur.

Hər kəsə məlumdur ki, şəhid ailələrinə diqqət və qayğı dövlət başçısının bu gün həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə demişdir: “Şəhid ailələrinə diqqət mənim fəaliyyətimdə daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.”. Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq, o cümlədən 28 yanvar 2019-cu il tarixdə, 21 iyul 2020-ci il tarixdə şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür.

Fərəhləndirici və qürurvericidir ki, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, həmvətənlərinə təmənnasız kömək ənənələrini davam etdirərək, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, müharibə əlillərinin və hərbi əməliyyat iştirakçılarının müvafiq ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Dövlət başçısının 08 dekabr 2020-ci il tarixli müvafiq fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması bu istiqamətdə görülən işlərə böyük töhfə oldu.

Dərin minnətdarlıq hissləri ilə xüsusi vurğulanmalıdır ki, 31.12.2020-ci il tarixdə şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan ölkə rəhbərinin müvafiq fərmanlarına əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği artırılaraq 300 manatdan 500 manata çatdırılmışdır. Dövlət başçısının eyni gündə imzaladığı daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılmışdır.

İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindən kənarda qalmamışdır. Dövlət başçısının həmin  gün imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü də təsis olunmuşdur.

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərərək əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq uğurla davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir.

Göründüyü kimi, bu gün bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərməklə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçərək hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman övladlarımızın əziz xatirəsi qədirbilən millətimiz tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri və müharibə əlilləri dövlətin, eləcə də xalqın diqqət və qayğısı ilə əhatə olunur. Bu onun göstəricisidir ki, istər dövlətimiz, istərsə  də xalqımız üçün bütün şəhidlərimizin xatirələri son dərəcə əziz, onların ailələri və müharibə əlilləri isə doğmadır. Əminəm ki, bu münasibət əbədi olaraq dəyişməz qalacaqdır. Uca ALLAHdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Vətən var olsun!

Firad Əliyev, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM