Evdən gələn doğmalıq

16:50 / 28.01.2021

Aliyə Əsədova

Mühit ordan başlayır, evdə doğmalaşırsan

    Aşot dayının mənzili iş yeriylə-məktəblə üzbəüz binada yerləşirdi.  Orda qapıçı idi, elə həmin məktəbdə işləyən   Susanna  müəllimə ilə xüsusi salam-sağolu vardı. O da erməni idi, Azərbaycan bölməsində şagirdlərə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirdi, sinif rəhbəri idi. Susanna xanımı məktəbdən kənarda danışarkən görürdüm, dilimizdə çox zəif danışırdı.  Azərbaycan dilində fikrini izah etməyə çətinlik çəkirdi . Amma onun əslən Şuşadan olan  həyat yoldaşının bacısı isə,  eyni fənni çox rahat şəkildə tədris edə bilirdi,  mülayim idi və ondan fərqli olaraq azərbaycanlılarla kobud davranmazdı.

    1990-cı illərin əvvəlləri idi, bir gün Aşot dayının eyvanının tüstüləndiyini gördük , içəridən közərtilər də sezilirdi. Ətrafdakı balacalar kimi mən də  maraqla baxdım, elə bilmişdim ki, ev yanır yiyəsinin  də bundan  xəbəri yoxdur.  Məlum olur ki , heç demə Aşot dayı  yola düşməzdən əvvəl gecə saatlarında evini yandırıb və orda yaşamır artıq,  başqa  yerə  köçüb.  İşlədiyi məktəbin direktoru Rimma xanım da bundan mütəəssir olub, onun ordan ayrılmağını istəmirdi.  Susanna müəllimə isə  Bakıdan heç yerə getmədi, adını ,  kimliyini, milliyyətini də dəyişmədi. İş yerindən də  tərpənmədi,  öz qaydasınca erməni-budaq cümlələrlə həmin məktəbdə  Azərbaycan dilinin tədrisinə davam etdi. Susanna müəllimənin həyat yoldaşının bacısı  əslən Şuşalı olan Qismət müəllimə  ermənilərlə azərbaycanlıların bir-birinə dəydiyi  vaxtlarda  dərs saatlarında   deyilənə görə , “atan kazaklardır “ ifadəsini tez-tez işlədərdi.  Bu qadın elə bil  saysız –hesabsız   azərbaycanlı qaçqın,  köçkün ordusundan xəbərsiz idi.  Heç vaxt erməniləri mənfi tərəf kimi görməzdi.   

     Aşot dayının evinin yanması 1990-cı illərdə  olmuşdu ,  indi isə 2021- ci ildir, ermənilər heç dəyişməyib, yenə də gedərkən,  özlərinin olmayan və  bahasına satdıqları, ya da  təhvil verdikləri evlərə od vurub gedirlər. Əvvəlki kimi  indi də eyni qayda ilə tərk edirlər. Yandırırlar, bunu özlərinə təsəlli bilirlər, unudurlar ki,  belə vəziyyətlərdə  özləri özlərini yandırırlar . Neçə illər ərzində  boş qalmış kəndlər,  şəhərlər boş adamların  sayəsində  viran oldu, dağıldı.  Ermənistandan, ölkəmizdəki  yeddi rayon və Qarabağdan  axın-axın insanlar,  azərbaycanlılar köç etdi,  məcburən evindən qaçdı, qovuldular  amma heç vaxt evlərini tərk edərkən  yandırmadılar.

   Ev qaladır, evdə bir doğmalıq var.  Hər evin sakini  heç yerdə görmədiyi münasibəti,  istiliyi , doğmalığı  evlərində görür. Tərbiyə,  mədəniyyət evdən başlayır.  Evin qoxusu dəyişməz, hara getsən belə, o qoxunu xatırlayırsan,  evinlə  doğmalaşırsan.  Buna görə də , azərbaycanlılar heç zaman evlərini yandırmadılar. Sürgünə göndəriləndə, qaçqın- köçkün olanda ,  əsir düşəndə  bir də çevrilib evlərinə baxıblar, evin yoluna boylanıblar.  Fikri , ürəyi evdə qalan adamlar hara getsələr qoyub getdiklərini xatırlayıblar. Halbuki,  evləri viran qalıb dağıdılmışdı, ya da mənimsənilmişdi.  Amma ümidsiz olmadılar . Əsirlikdə işgəncədən üzülüb gedəndə belə, evinin yerini, o evdən nəyisə və  kimisə xatırlayıblar. Azərbaycanlılar bu cür böyüyüb yetişdilər,  özləri qazanıb özləri tikdilər,  qurub-yaratdılar. Amma başqasının  olanları yandıran,  talayan,  daşıyıb  aparanlar təəssüf ki hərdən  başqa  yerlərdə hörmətli oldular .  

     Qapıçı Aşot  dayı  və  Susanna müəllimə  kimi olmayanların ədalət qapısı var. Neçə əsrdir ki, yandıra-yandıra  gəlib-gedənlərin əziyyətində qalmışıq  və yenə də özümüz özümüzdə bir yol, güc tapırıq. İndiki yanğınları hamı görə bildi  -dünyanın gözü qarşısında  alovlandı . Kimlərsə gəlib gedir, bu yanğınlara,  viran qalmış yerlərə baxır, müşahidə edir, hərə bir cür görür. Bəziləri də görməzlikdən gəlir –bu da bizi yandırır.  Evlər təkrar qurulacaq,  şəhərlər yenidən salınacaq , həyat yenidən başlayacaq,   amma bu  olanlar heç vaxt unudulmayacaq.  Ev qaladır, mədəniyyət evdən başlayır, evdə doğmalaşırsan, ev üçün darıxırsan,   evə tələsirsən. Dalaşanda, küsəndə belə,  harda olsan da yenə   evini xatırlayırsan.

      Xəbərləri izləyirəm, ekrandan yanan evlər görünür , ermənilər başqasının evlərini  yandırırlar , qəsb etdikləri , mənimsədikləri özgə evlərini bu cür tərk edirlər .

    Evdə doğmalıq var, mühit evdən doğulur.  Evin havası kimi qoxusu da dəyişməz, tərbiyə  evdən  başlayır .  Hara getsən həmin havada qalırsan,  o havanı daşıyırsan . Evdənkənar ya da ki evində  bir ömür yaşayırsan... xatırlayırsan...

Mühit evdən başlayır - evin havası dəyişməz.

Evdə doğmalaşırsan ... Ev üçün darıxırsan ...

  

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM