Yazıçı-publisist
Hər gün hər saat dünyaya minlərlə, milyonlarla körpə gəlir, o anda dünya körpələşir, məsumlaşır. Zalım dünyada ilk səhv, günah etməyənə qədər bəlkə də çiyinlərimizdə mələk kimi gözəgörünməz qanadlarımız olub. Nə qədər ki, müharibələr yer üzündə cəhənnəmi əvəz edib insanları məhv etdikcə, irqindən asılı olmayaraq uşaqların həyatına son qoyulduqca biz necə xoşbəxt ola bilərik? Televizor qarşısında oturub kanalları tez-tez çevirirk, müharibə dəhşətlərini görüntüləyən kanallara baxandan sonra şou verilişlərə, şən mahnılara keçid alırıq. Bu anda nə etdiyimizi axıra qədər dərk etmirik. Dünyada ən xoşbəxt, uzunömürlü ölkələr arasında rəqabət yoxdur, yalnız müharibələr, fırtınalar, zəlzələlər, vulkanlar, cinayət və qəza hadisələri efirdə, mətbuatda xəbərlərin yarıdan çoxunu təşkil edir. Qanı donduran “qanlı” xəbərlər isə azalmaq əvəzinə günü- gündən çoxalır.
Xaricdə saysız-hesabsız müharibələrdə ölüb yaralanan uşaqlar azmış deyə, dünyada sağ qalanları da yeni “pedaqoji” təlimlərin qurbanı etmək çox dəbdədir. Bu gün insanlar uşaqlıq dünyasından çox ayrılmışlar. Belə bir deyim var: “Dünyanı uşaqlara verə bilmiriksə, heç olmasa, qəlbimizi verək.” Nazim Hikmətin sözləridir: “İnsanın qanadları qəlbindədir.” Bu “qanadlara” xüsusilə, uşaqların böyük mənəvi ehtiyacı var.
A.Makarenkonun uşaqlarla bağlı ən dəyərli fikirlərindən biridir: “Tərbiyə prosesi həmişə davam edir, hətta siz evdə olmayanda da.” Bu, daha çox XXI əsr üçün nə qədər əhəmiyyət kəsb edən fikirdir. Texniki imkanlar uşaqların savadlanmasında,dünya görüşündə böyük rol oynaması danılmaz həqiqətdir, bəs, onun zərərli, neqativ təsirlərindən də istifadə olunursa bunun qarşısını necə almaq olar? Axı, valideyn günün 24 saatını məktəbli uşağı ilə bir yerdə keçirə bilmir.
Yeri gəlmişkən qeyd edək ki, rus pedaqoqu “Pedaqoji poema”, “Valideynlər üçün” kitablarının müəllifi A. Makarenkonun da XX əsrin əvvəllərində bir neçə gənc nəslin tərbiyələnib formalaşmasında zəhməti var. Onun yetirmələri sonralar cəmiyyətdə özünə mövqe qazana bilmişdilər. O, 1920-28-ci illərdə M.Qorki adına uşaq koloniyasının əsasını qoymuşdu. Rusiyada müharibələrin, kütləvi aclığın qurbanları olan kimsəsiz uşaqların səfil, acınacaqlı həyatına yeni nəfəs, ruh gətirə bilmişdi. Makarenko əsas təlimini ingilislərdən götürmüşdü: “ Soyuqdan donursansa daha cəld hərəkət et, əzmlə işlə.”
Nadejda Krupskaya da 1920-ci ildə “Uşaqların dostu” cəmiyyətini təsis edir, sovet xalq təhsili sistemini yaradanlardan biri olur. O, həmişə Makarenkonun pedaqoji təliminə qarşı çıxır, həmkarını kəskin tənqid atəşinə tuturdu. Bu, isə Makarenkonun işdən azad edilməsi ilə nəticələnir.
Xalqın mənəvi xəzinəsi olan incəsənətin, ədəbiyyatın tərbiyəvi, estetik əhəmiyyətini dərindən qiymətləndirə bilməyən N.Krupskaya partiyaçı əqidəsi ilə kitabxanalarda 90-dan çox yazıçının əsələrinin, qədim rus nağıllarının, dini kitabların oxuculara verilməsinə qadağa qoydurmuşdu. Onlar “siyasi düşmən” kimi arxivlərdə sanki “həbs” olunmuşdu. M.Qorki də öz növbəsində mətbuatda Krupskayanın bu mövqeyini bərk tənqid etmişdi. 1936-cı ildə siyasi plakatlarda “Xoşbəxtlər, sovet ulduzu altında doğulurlar” devizi altında kommunist partiyasının ideologiyası təbliğ edilirdi.Lakin ondan əvvəlki illərdə, məsələn, 1929-cu ildə isə plakatlar başqa mövzuda idi: “Ata, içib sərxoş olma”, “Uşağı döymə, bu onun inkişafına mane olur, xarakterini korlayır” və s. Bəs, elə isə niyə uşaqların taleyinə qənim kəsilən müharibələrin qarşısı alınmır?! Bu yaxınlarda Rusiyanın Stavropol şəhərində şagirdlərə Yesenin və Nabokovun əsərlərini oxumaq qadağan edilmişdi.Guya onların əsərləri əxlaqi-etik normalardan uzaqdır. Deyəsən, orda ikinci Krupskaya peyda olub.
İbn Sinanın “Əxlaqi-nasiri” kitabından: “Uşağa xidmətçi-tərbiyəçi tapmaq üçün onun istər xarici, istərsə də daxili aləmini, saf və sağlam olmasını yoxlamaq lazımdır”.
Yaşlı nəsl təhsil sistemində gedən dəyişikliklərə daha həssasdır. Professor Ə.Ağayev “Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və praktik məsələləri” məqaləsində qeyd edir: “Hazırda, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni təlim metod və texnologiyalardan istifadəyə geniş yer verilir və bu barədə çox danışılır, yazılır. Bunlar yaxşıdır. Lakin bu yenilikçi işlərdə qərb ölkələrindəki təcrübənin təqlidi və ya köçürülməsi açıq-aydın hiss olunur. Yeni təlim metod və texnologiyalarının nə sosioloji-fəlsəfi, nə də pedaqoji-psixoloji əsasları-nəzəri baxışlar, fikir və ideyalar, başqa sözlə desək, metodologiyası haqqında əhəmiyyətli fikirlər deyilmir...ötürülən bu məlumatlarda qərb cəmiyyətinin, qərb insanının ruhu vardır.”
Müasir zamanda uşaq hüquqları və təhsillə bağlı məsələlərdə daha liberal tendensiyalar mövcuddur. Çünki öz tələbinə, ab-havasına uyğun zaman yeni ictimai şüuru, həyat tərzini formalaşdırır. Təəssüf ki, tarixi proseslərlə yaxından tanış olanda bu qənaətə gəlirsən ki, istər pedaqoq, istərsə də psixoloq kimi hər bir tədqiqatçı alim daha çox subyektiv təhlillərə geniş yer verib. Bəzən də həyatda verdiyi məsləhətlərə özü nümunə ola bilmir. Məsələn, Con Uotson “Uşağa psixoloji qulluq” əsərində valideynlərə uşaqlarına mehribanlıq göstərməyi tövsiyə etmirdi. Benjamin Spok da 1946-cı ildə çap olunan “Uşaq və ona qulluq” əsərində valideynlərə körpənin yemək rejimiini pozmamağı, ağlasa belə onu sakitləşdirmək üçün qucağa götürməyi məsləhət bilmirdi. Deyilənə görə, o, həyatda öz uşaqlarını heç vaxt əzizləyib öpməzdi. Arvadından ayrılandan sonra övladları anasının soy adını götürmüşdülər.
Amerikanın alim-sosioloqları belə qənaətə gəlmişdilər ki, Spokun tərbiyə sisteminə uyğun böyüyən insanlarla təcridxanalar ağzına qədər dolmuşdu. Bir çox insanları məhkum skamyasına gətirən əsas səbəblərdən biri, onların uşaqlıq illərinin fərəhsiz, mürəkkəb, ağır şəraitdə keçməsidir. Rus yazıçısı A. Çexovun fikridir: “İnsanın qəlbini daha yaxından tanımaq üçün onun uşaqlığını öyrən.”
Əslində B.Spok sol pasifist idi, Freydin nəzəriyyələrinə daha çox üstünlük verirdi. Bəzən onu Hitlerlə, Barmaleylə müqayisə edirdilər. 1972-ci ildə prezidentliyə öz namizədliyini vermiş B.Spok homoseksual münasibətlərin, narkotik maddələrin leqallaşdırılmasının tərəfdarı idi. Onun yeni nəslin “tərbiyələnməsində” öz rolu var.
Məsələn, 1947-ci ildə Anna Freyd (Ziqmund Freydin qızı) Doroti Berlinqel ilə birlikdə Londonda uşaqlar üçün psixoanalitik müalicə və tədris mərkəzi yaratmışdılar. Ən maraqlısı o idi ki, Anna sevgilisi Dorotinin ( o, qadındır) uşaqları üzərində təcrübə aparırdı....Bu müddət ərzində Doroti də Ziqmund Freydin seanslarında iştirak edirdi. Anna Freydin heç vaxt ailəsi olmamışdı. O, bütün ömrünü atasına xidmətdə, qulluqda keçirmişdi. Özü haqda isə deyirdi:” Mən inanmıram ki, yaxşı tərcümeyi-hal üçün yararlıyam. Mənim bütün həyatımı bir cümlə ilə ifadə etmək olar-mən uşaqlarla işləmişəm.”
Daha bir misal gətirim. Jan-Jak Russo “Emil” traktatında uşağı necə tərbiyə etmək haqqında bəlağətli fikirlər irəli sürür. Valideynlərə müdrik məsləhətlərini verir, amma öz uşaqlarını isə tərbiyə evinə göndərir. O dövrdə internat səviyyəli yer idi.
Ziqmund Freydin fikrinə görə: “Öz təbiətinə qarşı çıxıb “nəcib” olmaq istəyən insanlar həmişə əsəb keçirirlər. Yaxşı olardı ki, onları öz pisliyi ilə baş-başa qoyasan, onda özlərini daha rahat hiss edərlər.” Axı, pis adama pisliyini həyata keçirməyə imkan vermək olmaz.Görünür, Ziqmund Freyd öz şəxsi təcrübəsinə əsaslanmışdı.
“Nəcib” olmaq istəyənlər arasında “Uşaq psixoanalızi” kitabının müəllifi üç övlad anası Melani Klyaynı xatırlamaq kifayətdir. Təəssüf ki, öz uşaqları ilə valideyn kimi səmimi ünsiyyət qura bilməmişdi. Hətta qızı onu son mənzilə yola salmağa gəlməmişdi. Oğlu isə özünə qəsd etmişdi. Melaninin qaraqabaq, sərt xasiyyəti övladlarında anaya olan məhəbbəti öldürmüşdü. Uşaq psixologiyasının ilk tədqiqatçılarından biri kimi Melani Klyayn və Anna Freyd arasında həmişə fikir ayrılığı mövcud idi.
Yaxşı aforizmdir: “Uşaqları tərbiyə etməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar. Yaxşı olar ki, əvvəlcə özünüzü tərbiyə edin.” Həm də uşaqlara təlqin etmək istədiyimiz şeylərə əvvəlcə özümüz inanmalıyıq.
Belə deyim var, azadlıq ürəyin istəyəni yox, haqqın çatanı etmək deməkdir. Mənə elə gəlir ki, ən gözəl atalar sözləri psixoloqu əvəz edə bilər. Mənəvi, əxlaqi dəyərlərimizin daha da zənginləşməsi üçün o qədər həyatı təcrübədən çıxan müdrik fikirlər var. Dədə Qorqudun öyüdlərinin, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Abasqulu ağa Bakıxanovun və bir çox dahilərimizin əsərləri müsbət mənada əsl psixoloji təsir mənbəyi deyilmi? Aristotelin fikridir: “Poeziya tarixdən daha çox ibrət verir.”
İslam dinində övladın valideynə hörmətlə yanaşması vacib şərtlərdən biridir. Həzrət peyğəmbərimiz (s.s.) buyurub ki, yaşlılara ehtiram Allaha ehtiramdır. Həzrət Əlinin (ə) “Nəhcül-Bəlağə” kitabında oğlu imam Həsənə(ə) vəsiyyəti öz diqqətəlayiq cəhətləri ilə yadda qalır: “...Əziz oğlum, məndən 4 şey öyrən, istədiyin zaman sənə zərər verməyəcək. 4 şeyi də ağlında tut; zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır; qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin, kökün ən ucası gözəl xasiyyətdir...Yalançı ilə dost olmaqdan çəkin, çünki o, ilğıma bənzər, sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.”
İnsanları doğru yola yönəldən müqəddəs kitablar nə qədər ki, bizim masamızın üstündən uzaq olacaq, evdə əlçatmaz bir yerdə ağzı bağlı saxlanılacaq biz heç vaxt özümüzü dərk edə bilməyəcəyik. Deyirlər, müqəddəslər torpağın duzudur. Təəssüf ki, onlarsız torpaq da öz əvvəlki gücünü itirib.
Əslində bu yazını yazmağa məni məcbur edən əsas məsələ Rusiyanın İctimai Palatası tərəfindən “Uşaqlıq-2030” adlı forsayt-layihəsinin irəli sürülməsidir. “Forsayt” sözü ingilis dilində “gələcəyə baxış” deməkdir. Cəmiyyətdə struktur dəyişikliklər gözlənilir. Layihədə ideologiya və paradiqmaların dəyişdirilməsi, uşaqların problemlərinin həllində yeni ictimai şüurun formalaşdırılması kimi məsələlər gündəmə gətirilmişdir. Vətəndaş cəmiyyətində ideologiya zərərli məqsəd daşıyırsa, o dini dəyərləri üstələməyə qadirdir. Uşaqların təhsili ilə yanaşı təlim-tərbiyəsi də vacib şərtlərdən biridir. Sivilizasiyanın sosial genetik kodu olan mədəniyyətimizə diqqət və qayğı daha da çoxalmalıdır. (Yadınızdadırsa, əvvəllər məktəblərdə, təhsil müəssisələrində psixoloqlar çalışmırdı.)
Bu gün psixoloqa uşaqların ehtiyacı olduğunu sübut edənlər müəyyən bir dövr keçdikdən sonra etiraf edəcəklər ki, robotlaşan bir zamanda buna ehtiyac yoxdur. Çünki yeni layihədə hər hansı bir peşənin virtual reallıq vasitəsilə əldə edilməsinin mümkünlüyü qeyd edilir. Forsayt layihəyə əsasən 2023-cü ildə ailədə “valideynlər” canlı uşaqları əvəz edən bio-robotlara üstünlük verəcəklər. Yaxud uşağın təlim-tərbiyəsi ilə robotlar məşğul olacaqlar. Guya valideyn əslində öz övladına laqeyddir, onun məhəbbəti adicə instinkt kimi qələmə verilir. Hətta uşaqların bacarıq keyfiyyətlərinin, istedadının genetik modifikasiyalar vasitəsilə artırılmasının mümkünlüyü irəli sürülür. İnsan qəlbinə, ruhuna mənəvi qida verən incəsənətin, ədəbiyyatın keçmişin qalığı kimi arxivlərə təhvil verilməsinə nail olmaq üçün çox çalışırlar. Yenə də Krupskayanın ruhu deyəsən, zühur edir. Axı, o da valideyn olmaq səadətindən məhrum insan idi. Ailə dəyərləri ona yad idi. Yəqin onun ruhunu şad etmək üçün ona görə doğum evlərinin bəziləri onun adını daşıyırdı.
Layihədə ailə, dostluq, münasibətlərinə diqqət azdır. Belə nəticəyə gəlmək olar ki, gələcəkdə ali məktəb binalarına da ehtiyac azalacaq. Tədris prosesi internet vasitəsilə tənzimlənəcək. İnsanın cəmiyyətdən ayrılması onun “robota” çevrilməsini sürətləndirir.
Uşaqlara müsbət şəxsi keyfiyyətlər nə vaxt aşılanacaq? Buna isə ilbəil vaxt çatmır. Şagirdlərin dərslərlə həddən çox yüklənməsi nə qədər effektlidir? Yeni layihələr, forsayt texnologiyaları Amerika və Avropada artıq geniş yayılıb. İctimai tərbiyə alan yeniyetmənin öz ailə dəyərlərindən tədricən məhrum olması ən böyük mənəvi itkidir. Üstəlik də kiçik yaşlı məktəblilər əsas dərs fənlərindən fərqli olaraq yeni “dərslik” ilə üzbəüz qalıb. Cinslərin cinsizləşmə prosesini sürətləndirən şəkillərlə yeni ailə modelləri təbliğ edilir. Artıq iki analı, iki atalı ailələrin təbii ailə olmasında uşaqlarda şübhə qalmır.
1983-cü ildə Amerikanın Prezidenti D.Reyqan ölkəsində təhsilin vəziyyəti haqqında çıxışında qeyd etmişdi ki,əgər hər hansı bir ölkə öz təhsil sistemini bizə təklif edirsə, bu, müharibənin elan olunmasına bərabərdir. Əslində Benjamin Spok kimi psixoloqu olan cəmiyyətə kənardan düşmən axtarmaq lazım deyil.
İstər-istəməz Mayakovskinin “Nə yaxşıdır, nə pis” uşaq şeiri yadıma düşdü. Orda uşağa yaşına uyğun tövsiyələr edilir. Hansı xüsusiyyətlərin yaxşı və pis olması uşağa aşılanır. “Kim olmaq?” şerində isə şair uşağa bütün sənət və peşələrin əhəmiyyətini, cəmiyyətə vətəndaş kimi faydalı olmağı böyük həvəslə, məhəbətlə izah edir.
Qəribə də olsa müxtəlif əsrlərdə, tarixi şəraitlərdə yaşamalarına baxmayaraq Nəsirəddin Tusi və Con Lokkun uşaqların tərbiyələnməsində qohum fikirləri az deyil. Con Lokkun fikrincə, valideynlərin əsas vəzifəsi, marağı uşaqların yaxşı tərbiyə almasına yönəlməlidir, çünki millətinin uğurları bundan çox asılıdır. İspan rəssamı Bruno Amadio isə valideyn kimi öz uşaqğı tərəfindən lənətlənmişdi. Onun göz yaşları tarixdə yaşayan “Ağlayan oğlan” şəkilini xatırladım. O şəkili hardan assaydılar, o, yerdə yanğın baş verirdi. Şəkildə oğlanın uzun illərdir ki, acı göz yaşları körpə yanaqlarında donub. Onu kim ovundura bilər? Şəkildəki uşağın ağlamağına insan qəlbi dözmür. Rəssam Bruno öz oğlunun göz yaşlarını çəkmək üçün kibriti yandırıb onu qorxutması nə qədər acınacaqlıdır. O, oğlunun oddan çox qorxduğunu yaxşı bilirdi. Uşaq atasının amansızlığına dözməyib sonda qəzəblə çığırır: “Özün yan!” Əsər hazır olandan sonra rəssamın oğlu sətəlcəmdən ölür, özü isə öz evində yanır. Evdəki yanğın zamanı “Ağlayan oğlan” şəkili isə ziyan çəkmir. Düşünürəm ki, tabloda göz yaşı qurumayan oğlanın yeni şəkilini çəkmək vaxtı yetişib; onun gözlərində sevinc, dodaqlarında təbəssüm bəlkə onun ruhunu şad etdi. “Ataların övladına irs qoyub getdiyi ən yaxşı şey-ədəbdir.” (Həzrət Əli (ə) )
Qurani-Kərimin “Zumər” surəsinin 18 ayəsində deyilir: “O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də onlardır.”
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM