Yazıçı-publisist
I Aleksandrın hakimiyyəti dövründə 1824-cü ildə Aleksandr Şişkov (1754-1841) Xalq Maarifi Naziri təyin edilir. 1817-ci ildən A.S.Şişkov Ruhani İşləri və Xalq Maarifi Naziri knyaz A.N.Qolitsının və Rusiya Bibliya cəmiyyətinin yararsız fəaliyyətinə qarşı idi. O, Rusiyada azad düşüncəli, pravoslov etiqadından uzaqlaşan gənclərin zərərli ehkamlara üz tutmasında, onların mənəviyyatının pozulmasında Qolitsını günahlandırırdı: “Elə bil bütün məktəblər əxlaqsızlıq ocaqlarına çevrilmişlər və kim ordan çıxırsa, düz yoldan sapındığı aydın olur...” Pifaqor öz dövründə demişdir: “Mənəviyyatsız elm təhlükəlidir.” A.S.Şişkovun fikrilərindən:” Elm o vaxt faydalı ola bilər ki, insanın səviyyəsinə görə, ondan duz kimi öz miqdarında istifadə edə biləsən.” Yaxud: “Nazirlik gəncləri parazit xəyallardan qorumalıdır.”
1824-cü ildə A.S.Şişkov I Aleksandrı inandırmağa çalışır ki, Bibliya cəmiyyətləri bağlanılmalıdır. Çünki müqəddəs kitabın tərcüməsində səhvlərə yol verilirdi. O dövrdə İncilin kilsəslavyan mətni müasir dilə tərcümə edilirdi. Onun fikrincə, sakral mətnlər “kilsə dilindən teatr dilinə çevrilirdilər.”
Mitropolit Filaretin “Xristian katexizisi” bədii dildə yazıldığı üçün ona qadağa qoyulmuşdu. Bibliya cəmiyyəti tərəfindən nəşr edilən kitablar satışdan çıxarılmış, rus dilində nəşri dayandırılmışdı. A.S.Şişkov yazırdı: “Bibliyanı bütün dillərə-türk, tatar və başqa dillərə tərcümə etmək nəyə lazımdır? Kim onun səlis tərcüməsinə zamin olacaq və kim onları oxuyacaq?” Qəribədir, niyə məhz türk və tatar dillərində Bibliya oxunmamalıdır. Nədənsə xarici dil deyiləndə məhz türklər yada düşüb! Axı, Quran səmavi kitabları, peyğəmbərləri tanıyır, onlara sayğıyla yanaşır.
A.S.Şişkov öz dövlətinin vətənpərvər, istedadlı şəxsiyyəti kimi ehtirama layiqdir. Lakin nədənsə, o sübut etməyə çalışırdı ki, bütün xarici dillərin kökü rus dilindən götürülmüş və inadla onu sübuta yetirməyə çalışırdı. Linqvist alimlərin çoxu Şişkovun fikirlərinin əsassız olduğunu bildiriblər.
O, ilk dəfə Rysiyada rus dilinin akademik lüğətinin yaradılmasına rəhbərlik edir. Hətta A.S.Puşkin Şişkovu dilçi alim, tərçüməçi, yazıçı kimi yüksək qiymətləndirir, onu dahi adlandırırdı. Şair “Yevgeni Onegin” poemasını yazarkən Şişkovun tərtib etdiyi lüğətdən geniş istifadə etmişdi. A.S.Şişkovun külliyyatı Sank-Peterburqun Milli Kitabxanasında saxlanılır. Onun yaradıcılığı haqqında az məlumat var. Qəribə odur ki, yalnız XXI əsrin onuncu illərindən kitabları nəşr edilməyə başlanılıb.
Qeyd etmək lazımdır ki, əslində mən Rusiyanın əsrlər boyu Avropada, Qafqazda apardığı işğalçı müharibələr haqda geniş məlumat verməyi qarşıma məqsəd qoymamışam. Kitabın əsas mövzusu din, siyasət və mədəniyyətlə bağlıdır. Müəllif A.V.Pottonun “Qafqaz müharibəsi” kitabına müraciətim təsadüfi deyil, çünki o, rus dövlətinin xarici siyasətinin əsas istiqamətlərini, məqsədini aydın şəkildə oxucuya çatdırır. Yazıda maraqlı, geniş təsvirlərlə rus generallarının fəaliyyəti, xüsusilə Qafqazda rus şovinist siyasətinin həyata keçirilməsi ilə bağlı hərbi təcavüzü öz geniş əksini tapıb.
Kitabda oxuyuruq: “Pyotrun yürüşü özlüyündə nə qədər parlaq olsa da, imperator can atdığı əsas məqsədə nail ola bilməmişdi. Xəzər dənizi boyu tezliklə alınan torpaqlar başqa çarların dövründə bizdən qoparılır.” A.V.Potto sanki rusların başqa xalqlara verdiyi böyük bir hədiyyənin onun əlindən alınmasından şikayətlənir. Xüsusilə, knyaz Pavel Dmitriyeviç Sisianov rus xalqının qəhrəmanı kimi təqdim edilir. 1804-cü ildə o, Gəncə xanlığını işğal edir, Cavad xanı qətlə yetirir. Bu “qəhrəmanlığına” görə, piyada generalı rütbəsini qazanır.
A.V.Potto yazır: “Sisianovun qəhrəmanlığı o dövrdə ümumi hərbi döyüşlərdə o qədər fərqlənirdi ki, Suvorov öz əmrlərində ordulara tövsiyə edirdi ki, cəsur general Sisianov kimi qətiyyətlə döyüşünlər.” Kitabda Sisianovla bağlı hadisələrə nəzər salaq: “...Ordu Şamaxı xanlığından keçir, necə deyərlər, onu tələsik rus ərazisinə birləşdirir. 1805-ci il 25 dekabrda şirvanlı Mustafa xan təbəəliyin şərtlərini qəbul edib imza qoyur, indisə qalır Xəzər tərəfdən Bakını almaq. Sisianov əmr edir ki, Bakı xanı Hüseyn Qulu xana bildirsinlər ki, o, qəti inamla ya şəhəri almalı yaxud onun divarları altında ölməlidir.“
Tarixdən məlumdur ki, Sisianov rus xalqı, əsgərləri arasında böyük nüfuz sahibi idi, o, hərbi sahədə qazandığı qələbələrin sonunu görmürdü, lakin bir gün onun uğurları at kimi büdrəyir. Hüseynqulu xan P.D.Sisianovla danışıq aparmaq üçün onunla Qala qapısının yanında görüşür. Lakin xanın qardaşı oğlu Aslan bəy Sisianovu qətlə yetirməklə Cavad xanın da qisasını alır.
Kitabda ölümündən əvvəl Sisianovla bağlı bir hadisə mənim diqqətimi özünə cəlb etdi. A.V.Potto yazır: “General Ladınskiy şahidi olduğu qəribə bir hadisəni nəql edir. Sisianov Bakıya yürüşə hazırlaşarkən yolüstü Yelizavetpolda bir xeyli müddət yaşamalı olur. Hər gecə orda it peyda olub çox dəhşətli tərzdə ulayırdı. Onu öldürsələr də yenə onun əvəzinə başqaları gəlir və qorxunc ulaşmalar xəstə knyaza gecələr rahatlıq vermirdi. Sisianov həyəcanla Yelizavetpolda bütün itləri güllələməyi əmr edir. İtləri öldürürlər, lakin bu sirrli fakt mövhumati hisslər doğurur və bədbəxtlikdən həyata keçir...” Məncə, A.V.Potto və general Ladınskiy Sisianovun öz ölümünü qabaqcadan hiss etdiyini açıq-aydın nəzərə çatdırırlar. Dünyada “qismət” adlı inanc var və alın yazısını pozmaq olmaz. Təbiidir ki, tarixçilər Yelizavetpoldakı hadisəni Sisianovun qətli ilə əlaqələndirə bilməzlər. Fakt isə öz qüvvəsində qalır...
(ardı var)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM