Vəkil, hüquqşünas-ekspert
Son zamanlar məhkəmə təcrübəsində əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasına dair məsələlər üzrə müəyyən problemlər mövcuddur. Belə ki, bəzən məhkəmələr tərəfindən icra məmuru tərəfindən verilmiş təqdimat əsasında borclunun bir neçə əmlakından istifadə hüququnun məhdudlaşdırılması həyata keçirilir ki, bu da həm borclunun, həm də digər şəxslərin istifadə hüququnu məhdudlaşdırmış olur. Misal üçün, məhkəmənin verdiyi icra sənədinə əsasən, borclu B. tələbkar A.-ya 500 manat pul verməlidir. Lakin borclu icra sənədini icra etməkdən könüllü boyun qaçırır. Bunu görə icra məmuru müvafiq orqana borclunun adına olan daşınar əşyanın olub-olmamasına dair sorğu edir. Nəticədə, müəyyən olunur ki, borclunun adına iki ədəd mənzil mövcuddur. Bu mənzillərdən biri borclunun istifadəsində, digəri isə başqa şəxsin istifadəsində olur. Bundan sonra icra məmuru həmin mənzillərin üzərinə həbs qoyulmasına dair müvafiq məhkəməyə təqdimat verir.
Məhkəmə isə öz növbəsində təqdimatı təmin edərək borcluya məxsus mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edir. Göründüyü kimi, məhkəmə icra sənədi üzrə olan tələbdən bir neçə dəfə çox olan dəyərdə əmlakların istifadəsini məhdudlaşdırır. Eyni zamanda bu məhdudlaşdırma nəinki borclunun, hətta digər şəxslərin də istifadə hüququnu məhdudlaşdırır.
Halbuki icra «İcra haqqında» Qanunun 45.7-ci maddəsinin tələbinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
Ümumiyyətlə, ev (mənzil) üzərinə həbsin qoyulması üç icraat üzrə həyata keçirilir:
1) məhkəməyədək icraat;
2) məhkəmə icraatı;
3) icra icraatı.
Məhkəməyədək icraat zamanı ev (mənzil) üzərinə həbsin qoyulması ilə bağlı məsələlər Cinayət Prosessual Məcəllənin (CPM) 32-ci fəsli ilə həyata keçirilir. Bu zaman ev (mənzil) üzərinə həbs qoyulması həm məhkəmə qərarı ilə, həm də müstəntiqin əsaslandırılmış qərarı ilə həyata keçirilir və hər iki halda qərar müstəntiq tərəfindən icra edilir.
Məhkəmə icraatı zamanı ev (mənzil) üzərinə həbsin qoyulması ilə bağlı məsələlər həm CPM-in 32-ci, həm də Mülki Prosessual Məcəllənin (MPM) 13-cü fəslinin müvafiq normaları ilə tənzimlənir. Bu zaman ev (mənzil) üzərinə həbs qoyulmasına dair qərar yalnız məhkəmə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilir və bu qərarın icrası icra məmuru tərəfindən həyata keçirilir.
İcra icraatı zamanı ev (mənzil) üzərinə həbsin qoyulması ilə bağlı məsələlər isə həm MPM, həm də «İcra haqqında» Qanunun müvafiq normaları ilə həyata keçirilir. Bu zaman ev (mənzil) üzərinə həbs qoyulması həm məhkəmənin qərarı, həm də icra məmurunun protokolu ilə həyata keçirilir və həmin qərarın (protokolun) icrası icra məmuru tərəfindən həyata keçirilir.
Bəzən məhkəmələr tərəfindən borcluya məxsus ev (mənzil) üzərinə həbs qoyulması prosesində qanunvericilik tərəfindən nəzərdə tutulmuş məhrumiyyətlər nəzərə alınmır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı»na əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərtilə) tələbin yönəldilməsinə yol verilmir.
Beləliklə, borcun məbləğindən və törətdiyi cinayətin məzmunundan asılı olmayaraq fiziki şəxsin (borclu, təqsirləndirilən şəxsin) və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri üzərinə həbs qoyula bilməz.
Əgər fiziki şəxs (borclu, təqsirləndirilən şəxs) və onun ailəsinin bir və ya bir neçə evi (mənzili) olarsa, o zaman onların istifadəsində olmayan, əgər bütün evlərdən (mənzillərdən) istifadə olunursa, o zaman əsas istifadə olunan ev (mənzil) istisna olunmaqla digərləri üzərinə həbs qoyula bilər.
Qeyd etmək zəruridir ki, ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması, habelə girov və ipoteka ilə yüklü edilmiş ev (mənzil) üzərinə həbs qoyulması məhdudiyyətsiz, yəni normada nəzərdə tutulanlara şamil olunmadan həyata keçirilir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM