Kreditlə alınmış avtomaşının banka qaytarılması sizi borcdan azad edə bilər

12:15 / 25.11.2016

Paşa Səfərov

Vəkil, hüquqşünas-ekspert

Son zamanlar dünyada yaranmış iqtisadi böhran, təbii ki, insanların maddi vəziyyətlərinin çətinləşməsinə öz təsirini göstərməkdədir. Bu təsir bir sıra sahələrdə olduğu kimi bank-vətəndaş münasibətlərində də öz sözünü deməkdədir. Araşdırmalar göstərir ki, son illər ərzində bank-vətəndaş münasibətlərində olduqca sürətli bir mübahisə artımının şahidi oluruq. Burda mübahisənin mövcudluğunun başlıca səbəbi vətəndaşın maddi imkanlarının zəifləməsi və bunun nəticəsində banka olan borcunu ödəyə bilmək qabiliyyətində olmamasından ibarətdir. Bu cür mübahisələr zamanı çox zaman vətəndaşlar tərəfindən götürülmüş kreditlə alınmış avtomaşınlar xüsusi diqqət cəlb edir ki, bu avtomaşınların mübahisədən sonra taleyinin necə olması, onların yaranmış borcla bağlı hansısa bir hüquqi əhəmiyyətə malik olub-olmaması barədə çoxları xəbərsizidr. Bu mövzulara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvi, vəkil Paşa Səfərova müraciət etdik.

Vəkil Paşa Səfərov bildirdi ki, adətən bankla vətəndaş arasında müvafiq olaraq kredit müqaviləsi bağlanır və bunun əsasında vətəndaşa müəyyən məbləğdə kredit verilir. Vətəndaş kredit götürdüyü pulla çox zaman avtomaşın alır və həmin avtomaşını götürdüyü kredit təminatı kimi girova (ipotekaya) qoyur və bu barədə tərəflər arasında müvafiq olaraq girov (ipoteka) müqaviləsi bağlanılır. Sonradan vətəndaş krediti ödəməkdə çətinlik çəkdiyi zaman əksər hallarda kreditin təminatı kimi girova (ipotekaya) qoyulmuş avtomaşını banka qaytarır, yaxud bank həmin avtomaşını vətəndaşdan alır (əksər hallarda bu alınma məcburi qaydada həyata keçirilir).

Adətən belə olan hallarda, kreditin təminatı kimi girov (ipoteka) qoyulmuş avtomaşın bank tərəfindən götürüldükdən (qəbul edildikdən) sonra bank vətəndaşa qarşı borcun, ona hesablanmış faizin (bəzən dəbbə pulunun da) tutulması, tutmanın girov (ipoteka) qoyulmuş avtomaşına yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edir.

Halbuki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydalarına” əsasən, bankdaxili qaydalarda ən azı aşağıdakı tənzimləmə tədbirləri əks olunmalıdır:

borcalan tərəfindən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, əlavə təminatın verilməsinin təmin olunmasına yönəldilmiş tədbirlər;

borcalanın maliyyə imkanlarını və ödəmə qabiliyyətini gücləndirmək yollarının tapılması istiqamətində borcalanla birgə tədbirlərin görülməsi (məsləhətçi xidmətlərinin cəlb edilməsi, əməliyyat xərclərinin azaldılması və/və ya gəlirlərin artırılması, aktivlərin satılması proqramının hazırlanması, müəssisənin yenidən təşkili, borcun restrukturizasiyası proqramının hazırlanması, kreditin şərtlərinin dəyişdirilməsi və s.);

kredit üzrə borcalanın öhdəliklərinin başqa fiziki və ya hüquqi şəxsə ötürülməsi; borcun qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada kredit təminatına tələbin yönəldilməsi.

Göründüyü kimi vətəndaş borc öhdəliyini gecikdirdiyi halda, bank onun ödəmə qabiliyyətinin gücləndirilməsi istiqamətində onunla birgə tədbirlər görməli, bu mümkün olmadığı halda borcun qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada kreditin təminatına tələb yönəldilməlidir. Lakin bank tərəfindən bu hərəkətlərin hansısa birinin edilməməsi və birbaşa məhkəməyə müraciət hüququndan istifadə edilməsi yaranmış mübahisənin həllində düzgün addım hesab oluna bilməz.

Məhkəmə isə çox hallarda bankın iddia tələbini təmin edərək, vətəndaşdan borcun, ona hesablanmış faizin (bəzən dəbbə pulunun da) tutulması, tutmanın girov (ipoteka) qoyulmuş avtomaşına yönəldilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Həmin qərarın icrası zamanı, demək olar ki, əksər hallarda borcun girov (ipoteka) qoyulmuş avtomaşına yönəldilməsindən sonra, avtomaşının satışından əldə olunan vəsait borcu tam şəkildə ödəmir və belə olan halda borcun yerdə qalan hissəsi “İcra haqqında” Qanunun müvafiq normalarına uyğun olaraq vətəndaşdan tələb olunur.

Vəkil daha sonra bildirdi ki, “əgər borclu olan şəxs borcunun bir hissəsini müvafiq qaydada ödəyibsə və sonradan müəyyən səbəblərə görə (məsələn, maddi vəziyyətinin pisləşməsi və s.) borcu ödəyə bilməmişsə və bankdan götürdüyü kreditlə müvafiq olaraq aldığı və kreditin təminatı kimi girov (ipoteka) qoyulmuş avtomaşını banka qaytarmaq niyyətində olduğunu bildirmişsə və bank buna etiraz etməmiş və verilmiş avtomaşını qəbul etmişsə (bu barədə təhvil-təslim aktı tərtib olunmalı, əgər bu akt yoxdursa o zaman vətəndaş bu hadisənin mövcudluğunu sübuta yetirməlidir), bu artıq borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmiş hesab olunması üçün əsasdır (belə ki, tərəflərin etdikləri hərəkət artıq vətəndaşın qalan borcunun avtomaşınla əvəzşlədirilməsi anlamına gəlir, yəni vətəndaş bank qarşısında girov qoyulmuş (ipoteka ilə yüklü edilmiş) avtomobili banka təhvil verilməklə, bank qarşısıda olan öhdəliyini lazımınca icra etmişdir). Buna baxmayaraq bank tərəfindən borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilməsi zamanı işə baxan məhkəmə vətəndaşın banka qarşı irəli sürüləcək tələbi ilə Mülki Məcəllənin müvafiq olaraq, 445.5, 458-ci maddələrinə əsaslandırılmış şəkildə istinad etməklə bankın borcla bağlı vətəndaşa qarşı irəli sürülmüş iddia tələbini rədd etməklə yanaşı müvafiq kredit və girov (ipoteka) müqavilələri üzrə borclunun öhdəliklərinə xitam verilmiş hesab olunması barədə qətnamə qəbul edə bilər. Təcrübəyə nəzər yetirsək görərik ki, artıq belə mübahisələrlə bağlı bir neçə mülki iş üzrə sözügedən məhkəmə qətnamələri mövcuddur və həmin qərarlar yuxarı nstansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM