Azərbaycan tarix elmində Yaqub Mahmudov baxışı və ya xalqımızın milli tarixinin dirçəliş konsepsiyası

09:34 / 08.02.2014

Güntəkin Nəcəfli

Tarix üzrə fəlsəfə doktoru

Hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan görkəmli şəxsiyyətlərin, o cümlədən tək-tək qeyrətli ziyalıların fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Şərəfli ömür yolu yaşayan AMEA-nın müx. üzvü, prof. Yaqub Mahmudov da azərbaycanımızın bu cür nadir ziyalılarındandır. Tarix illərin xronologiyası deyil, tarix həmçinin yaşanan ömürdür. Özünü təsdiq edən insanların ömrü onun əməlləri ilə ölçülür. Bütün ruhu, varlığı ilə xalqına bağlı olan Yaqub müəllim Allahın çox istədiyi bəndəsidir. Ona görə ki, Ulu Yaradan ona gözəl istedad bəxş edib, özü də birini yox, bir neçəsini – dərin savad, güclü məntiq, möhkəm iradə, hər şeyi sistemləşdirmək bacarığı, həyata, hadisələrə ali münasibət, ən əsası Vətən, Torpaq sevgisi. Yaqub müəllim bütün bu bacarıqlarını doğma Vətənimizin və xalqımızın tərəqqisi yolunda sərf edir, gələcəyimizə nəhəng körpülər salır, özündən sonra gələn nəslə tükənməz xəzinə yaradır.

Onu tanıyandan sonra həmişə fikirləşirdim ki, İlahi görəsən elə bir vaxt olacaqmı ki, bu dahi insan haqqında nə isə yazmaq şansı mənə də nəsib olsun. Onun adı yazılan hər hansı bir yazıda mənim də adım yazılsın. Şükürlər olsun ki, bu arzuların gerçəkləşməsi mənə nəsib oldu. Artıq 10 ildir ki, Yaqub müəllimin rəhbərlik etdiyi, burada çalışmağımla qürur duyduğum bir elm ocağında – AMEA Tarix İnstitutunda nəinki bir yerdə işləmək, hətta, dəfələrlə onunla bir masanın arxasında çalışmaq şərəfi mənə qismət oldu. Bu illərdə mən böyük bir məktəb – yaradıcılığı ilə Azərbaycan tarix elmində parlaq səhifə açan, milli tariximizi dirçəldən Yaqub Mahmudov məktəbi keçdim. Bu məktəbi keçmək hər kəsə nəsib olmur. Bu gün mən bu məktəbin kiçik bir parçası sayılan “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsindən danışmaq istəyirəm. Həm də elə bir vaxtda ki, sevimli müəllimim, ustadım, prof. Yaqub Mikayıl oğlu Mahmudovun xoş bir günü – doğum günü yaxınlaşır. İstərdim ki, bu qeyri-peşəkar, lakin ürəkdən gələn yazılarım yazmaq istədikləri yazdıqlarından daha çox olan, daima ye­ni ax­tarışlar aparmaq, tarixin ənginliklərinə baş vuraraq xalqımızın milli tarixinin dirçəlişi üçün əlindən gələni əsirgəməyən müəllimimin doğum günü üçün ən səmimi təbrik olsun.

Tariximizdən danışanda həmişə Yaqub müəllimin tez-tez qürur hissi ilə söylədiyi bu cümlələri xatırlayıram. “Azərbaycan xalqı qədim və zəngin tarix yaradıb. Dövlətçilik ənənələrimizin kökləri tarixin ən dərin qatlarına gedib çıxır. Za­ma­nın sərt dönüşləri, qüdrətli imperiyaların, qəddar cahangirlərin işğal­çılıq siyasəti Azərbaycan varlığını yer üzündən silə bilmə­mişdir”.

Bəli, bu gün, Azərbaycanımızla birlikdə tarix elmimiz də müstəqillik yolu­na çıxıb. Yaqub müəllimin rəhbərliyi ilə AMEA Tarix İnstitutunda geniş islahatlar proqramı həyata keçirilir, müxtəlif elmi məktəblər yaradılır, layihələr həyata keçirilir. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi həmin islahatlar proqramının mühüm tərkib hissəsidir. Azərbaycan tarix elminin gələcəyi üçün son dərəcə gə­rəkli olan bu layihənin həyata keçirilməsi, hər şeydən əvvəl, onunla bağlıdır ki, Azərbaycan tarixinin son illərədək öyrənilmə­yərək qalan çoxsaylı problemlərinin tədqiq olunması institutda diqqət mərkəzinə götürülmüşdür.

Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqları­nın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırıl­ması biz tarixçilərin əsas tədqiqat obyektinə çevrilmişdir. Xalqımıza kölə psixologiyası aşılayan Sovet tarix elmindən fərqli olaraq, zəngin keçmişimizi, indiki və gələcək nəsillərə olduğu kimi çatdırmaq imkanı yaranmışdır.

Bildiyimiz kimi, XIX əsrin birinci qərinəsində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qaçarlar İranı arasında bölüşdürülməsi ilə Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1828-1829-cu illərdə erməniləri kütləvi şəkildə Qaçarlar İranından və Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürüb gətirən çar Rusiyası, işgal etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında ermənilər üçün qondarma bir qurum – “Erməni vilayəti” yaratdı.  Bundan sonra, çar Rusiyasına arxalanan ermənilər tarix boyu mövcud olmuş dövlətçilik ənənələrimizi Azərbaycan xalqının yaddaşından silmək, ermənilərin Cənubi Qafqazın gəlmə deyil, yerli əhalisi olması haqqında uydurma, saxta məlumatları ictimaiyyətin beyninə yeritmək üçün Peterburqda iri həcimli kitabların nəşrinə başladılar. Cənubi Qafqazda bir qarış da torpağı olmayan ermənilər, həmin kitablarda Azərbaycan xalqına qarşı torpaq iddiaları irəli sürərək, tarixi torpaqlarımızı, qədim şəhərlərimizi, bütün maddi-mənəvi abidələrimizi erməniləşdirməyə başladılar. 

            Bütün bu saxtalaşdırmalara cavab vermək, bu iddiaların heç bir tarixi gerçəyə dayanmadığını sübuta yetirmək üçün Azərbaycan tarixinin gercək səhifələri arxiv sənədlərində yatıb qalırdı. Qeyd etdiyim kimi, Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması bu gün AMEA A.Bakıxanov adına Tarix İnstitutunun qarşısında duran ən mühüm vəzifədir. Bu məqsədlə Tarix İnstitutu xarici ölkələrin arxiv və kitabxanalarında saxlanılan ilk mənbələrin Azərbaycana gətirilərək nəşr оlunması kimi çox mühüm bir layihəni həyata keçirir və bu sahədə mühüm uğurlar əldə edilmişdir.

İlk növbədə tarixən yaxın qonşularımız olan Osmanlı (indiki Türkiyə Cumhuriyyəti) və Rusiya (indiki Rusiya Federativ Respublikası) imperiyasının, hətta ərazi baxımından Azərbaycana yaxın olmayan, yeni dövrün aparıcı dövlətləri olan İngiltərə, Fransa və Almaniyanın da dövlət arxivlərində Azərbaycan tarixinin geniş bir dövrünü əhatə edən, öyrənilməsi vacib olan qiymətli sənədlər saxlanılırdı. Lakin Azərbaycan tarixinin müxtəlif dövrlərini və problemlərini əhatə edən həmin sənədlərdən istifadə olunmasına istər Sovet imperiyası dönəmində, istərsə də ondan əvvəl nəinki imkan verilməmiş, hətta ciddi qadağalar qoyulmuşdu. Müxtəlif xarici dillərdə olan və dünyanın bir çox ölkələrində saxlanılan bu ilk mənbələrin, o cüm­lədən arxiv sənədlərinin, ölkəmizə gətirilərək nəşr olunmasına və tədqiqatçılara çatdırılmasına nəinki lazımınca diqqət yeti­rilməmiş, hətta ölkəmizdə saxlanılan arxiv sənədləri də nəşr olunmamış, geniş elmi dairələrə və oxucu kütlə­sinə çatdırılmamışdır. Daha doğrusu, xalqdan gizlədilmişdir.

2007-ci ildən başlayaraq Yaqub müəllim Tarix İstitutunda yeni bir layihə - “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoydu. Həmin layihə çərçivəsində vaxtilə üzümüzə qapalı olan bu arxivlərdə nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanını (böyük çətinliklər bahasına) yarada bildi. Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif arxivlərində saxlanılan bu qiymətli sənədlər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində artıq Tarix Institutuna gətirilmişdir. Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir.

Bu layihənin həyata keçirilməsi Azərbaycan tarixinin araşdırılmayan, öyrənilməsinə qadağalar qoyulan gerçək tarixinin hərtərəfli tədqiqinə geniş imkanlar yaratdı. “Azərbaycan tarixi ilk mənbə­lərdə” layihəsinin həyata keçirilməsi sahəsində qısa vaxt içərisində institutda mühüm uğurlar əldə olunmuşdur. Bu qiymətli əsərlərin bəzilərinin adlarını oxucuların nəzərinə çatdırmağı lazım bilirəm: (“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənəd­lə­rin­də”. (Bakı, 2008);“Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild, (Bakı, 2009);“İrəvan əyalətinin müfəssəl dəftəri”. (Bakı, 2009);“İrəvan əya­lə­ti­nin icmal dəftəri”. (Bakı, 2009);İsgəndər bəy Münşi. “Tarixi-aləm arayi - Ab­­basi”. (Bakı, 2009);“Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”. (Bakı, 2010);“Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010);“Azərbaycan xal­qı­na qar­şı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr”. Sənədlər toplusu (Ba­kı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010); “Azər­bay­can xalqına qar­şı 1918-1920-ci illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberni­yası. (Bakı, 2010); “Azər­baycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrə­van quberniyasında soyqırımı. (Bakı, 2010); İsgəndər bəy Münşi “Dünyanı bəzə­yən Abbasın tarixi”. (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivi­nin sənədləri”. (Bakı, 2010); “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britani­ya­nın arxiv sənədlərində”. (rus dilində), (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənəd­lərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”. (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənədlərində (aprel-dekabr 1920-ci il). II cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012);  “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsr­lər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”.(Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu-XX əsrin əvvəlləri), I cild. Britaniya ki­tab­xanasının arxiv sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsr­lər). II cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənəd­lərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); «Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsr­lər). III cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” (Bakı, 2013);“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsr­lər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Gürcüstanın Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri”. (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918-ci il). I cild. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri” (Bakı, 2013);“Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). III cild, 1-ci kitab. Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). III cild, 2-ci kitab. Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsr­lər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”. (nəşrdədir);  “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsr­lər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (1921-ci il). III cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsr­lər). III cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”. (nəşrdədir); “Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsr­lər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər Akademiyasının Əlyazmalar fondunun sənədləri”. (nəşrdədir)).

Şahidi olduğum bir faktı isə xüsusi olaraq vurğulamaq istəyirəm: Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarlarının paytaxtımızın mərkəzindən ümumşəhər qəbristanına köçürülməsi zamanı Siz böyük qeyrət göstərərək bu hadisələri axıra qədər izləmək üçün günlərlə çətin şəraitdə həmin prosesdə yaxından iştirak etdiniz. Dövlət başçımızın bu cəsarətli göstərişi nəticəsində həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla illərlə xalqımıza yalan satan daşnak-bolşevik saxtakarlığının üstü açıldı. Məlum oldu ki, Stepan Şaumyan və Tatevos Amiryan kimi soyqırımı qatillərinin cəsədləri həmin məzarlıqda yoxdur!

Yeri gəlmişkən, qısa vaxt içərisində Tarix İnstitutunda ermənilərin Şimali Azər­bay­can torpaqlarına kö­çü­rül­məsi və burada məskunlaş­dırıl­ması, ermənilərin azərbay­can­lılara qarşı soyqrim və etnik təmizləmə siyasətini əks etdirən sənəd topluları ilə yanaşı, tariximizə yeni baxış nümunəsi olan ciddi elmi  araşdırmalar da ortaya qoyulmuşdur: (Mahmudov Y. Şükürov K. Qarabağ. Real tarix. Faktlar. Sənədlər. Bakı, 2005; Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı, 2007; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. (kollektiv monoqrafiya) Bakı, 2009 və s.)

Bundan əlavə, az vaxt içərisində Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif problemləri ilə bağlı həmçinin ciddi elmi araşdırmalar (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, 2004; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005; Azərbaycan tarixi atlası. Bakı. 2007; Геноцид азербайджанского народа 1918 года: Организаторы и палачи. Баку, 2013 və s.) ortaya qoyulmuşdur. 

Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Tarix İnstitutunda aparılan bu əsaslı islahatlar – milli tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, Vətənimizin tarixinin yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərini İnstitutumuza gətirilib nəşr edilməsi Ulu Öndərin vəsiyyəti və Dövlət başçımızın qayğısının nəticəsidir.

Bu diqqət və qayğı olmasa idi yaxın keçmişdə adının belə çəkilməsi yasaq olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş ikicildlik Ensiklopediyamız, Milli Tarix Atlasımız, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığının tarixi” fundamental tədqiqatları yazılib, xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmazdı.  İndi Tarix İnstitutunun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu-Yorkda, hətta Los-Ancelesdə də nəşr olunur.

2014-cü il yanvarın 31-də Azərbaycan Dövlət Dram teatrının binasında Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin bigə hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin 130 illik yubleyinə həsr olunmuş ədəbi-bəddi tədbir keçirildi. Azərbaycan tarixində əvəzsiz bir iz qoyan M.Ə.Rəsulzadənin yubleyində çıxış üçün bir nəfər də olsun tarixçinin dəvət olunmaması təəccüb doğurmaya bilməzdi. (Yaqub müəllim həmin vaxt M.Ə.Rəsulzadənin yubley tədbirləri ilə bağlı Ankara şəhərində idi) Halbuki, Tarix institutunda hələ yanvar ayının 27-də M.Ə.Rəsulzadənin 130 illik yubleyinə həsr olunmuş elmi seminar keçirilmiş, çox maraqlı və yeni fikirlər səslənmişdi.

Həmin tədbirdə görkəmli alimlər və yazıçılar iştirak etdi. Tədbirdə çox maraqlı çıxış edən hörmətli professor Şirməmməd Hüseynov “Niyə M.Rəsulzadəni öz adı ilə adlandırmırlar, ona görkəmli ictimai-siyasi xadim deyirlər”- deyərək bir növ tarixçilərin ünvanına səsləndi.

Hələ, Y.Mahmudovun rəhbərliyi ilə 2005-ci ildə nəşr olunan AXC ensiklopediyasında Rəsulzadəyə həsr olunmuş məqalədə (bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005, s.301-305) M.Ə.Rəsulzadə “Azərbaycanın görkəmli siyasi və dövlət xadimi; Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri; Azərbaycan Milli Şurasının sədri” adanmışdı. Bundan əlavə, dünyanın müxtəlif ölkələrindən İnstitutumuza gətirilib nəşr edilən çoxsaylı arxiv sənədlərində, o cümlədən Berlin şəhərində yerləşən Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi arxivində Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif dövrləri, o cümlədən Azərbaycanın görkəmli siyasi və dövlət xadimi M.Ə.Rəsulzadə haqqında zəngin məlumatlar vardır.

Mən Sizin bir öyrənciniz, tələbəniz olaraq yaxınlaşan bu xoş gününüzdə bütün xalqımıza bəyan etməyi özümə borc  bilirəm ki, bu gün Akademiyanın Tarix İnstitutunda aparılan köklü islahatlar, bütün fundamental araşdırmalar, milli tariximizin dirçəldilməsi prosesi, bilavasitə Sizin rəhbərliyiniz və layihələriniz ilə həyata keçirilir.

Əziz Yaqub müəllim, bu gün biz – Sizin rəhbərlik etdiyiniz Azərbaycan tarixçiləri erməni təcavüzkarlarına qarşı informasiya müharibəsi aparırıq. Bizim hamımız Sizin əsgərlərinizik! Sizin rəhbərliyinizlə biz tariximizi saxtalaşdıranlara qarşı açıq döyüşə girmişik! Hətta Dövlət başçımız bütün çıxışlarında Tarix İnstitutunun əməyinə, mübarizəsinə yüksək qiymət verir!

Əziz Yaqub müəllim, xalqımızın elm, təhsil, ictimai-siyasi həyatına, müxtəlif elmi məktəblərin, xalqımızın milli tarixinin dirçəliş konsepsiyasının yaradılmasıvə həyata keçirilməsinə həsr olunmuş, bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan, əzmlə mübarizə apararaq Vətən naminə yaşanan şərəfli ömrünüzün 75 baharında Sizi ən səmimi, ən xoş duyğularla bütün kollektivimiz adından təbrik edirəm!

Yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, Əməkdar Elm xadimi, fəal ictimai-siyasi xadim kimi tanınmanız, “Şöhrət” ordeni, “Şərəf” ordeni, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və çox sayda müxtəlif mükafatlara layiq görülməniz sizin Vətən və xalq qarşısındakı xidmətlərinizə verilən qiymətdir. Buna görə də Siz ən xoş minnətdarlıq sözlərinə layiqsiniz!

Sizin səmərəli elmi tədqiqat fəaliyyətiniz – Azərbaycan və dünya tarixinə dair 1000-dən çox elmi əsər, elmi-publisistik məqalələr, dərsliklər və dərs vəsaitləriniz, ilk dəfə olaraq Azərbaycanın tarixi xəritələrinin hazırlanması və çap olunması, 30 ildən çox bir müddət ərzində nəşr olunmayan “Tarix İnstitutunun Elmi Əsərləri”nin gərgin əməyiniz sayəsində yenidən işıq üzü görməsi Azərbaycan tarixşünaslığına dəyərli töhfədir. Azərbaycan-Avropa əlaqələrinin araşdırılması və Azərbaycan diplomatiya tarixi elmi məktəbinin yaradılması, Vətən tarixinin son illərədək öyrənilmə­yən, xüsusi məqsədlərlə təhrif olunmuş, saxtalaşdırılmış səhifələrinin yenidən yazılması, zaman-zaman  qəlpə-qəlpə vətənimizdən qoparılıb alınmış, “İtirilmiş torpaqlarımızın tarixinin araşdırılması” istiqaməti, “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi və bir sıra digər aktual elmi problemlər sizin elmi araşdırmalarınızın özəyini təşkil edir.

Qədirbilən xalqımız Sizə – fəal ictimai-siyasi xadim Yaqub Mahmudova, Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) deputatı kimi ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı gördüyünüz işlər üçün də minnətdardır. Təhsil və elmi təşkilatçılıq işində – Bakı Dövlət Universitetində, AMEA Tarix institutunda çox sayda elmi kadrların, gənc alimlərin yetişdirilməsi, Azərbaycan tarixinin tədqiqi sahəsindəki sayagəlməz uğurlarınızla da Siz özünüzə ümumxalq sevgisi qazanmışınız!

Gələcəyimizə nəhəng körpülər salan, xalqımızın böyük oğlu, əziz Yaqub müəllim, bütün bunlarla yanaşı Siz həm də doğma yurdunu, xalqını, tarixini könüldən-candan sevən milliyətçi bir Vətən oğlusunuz! Ulu Tanrı Sizə bu cür şərəfli yaşamla dolu 100 il ömür bəxş etsin!

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM