Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalında ermənilər vasitə kimi

13:01 / 23.04.2014

Güntəkin Nəcəfli

Tarix üzrə fəlsəfə doktoru

XVIII əsrin sonu-XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazla bağlı siyasi rəqiblərinin zəifləməsi onun burada işğalçılıq planlarının gerçəklənməsinə əlverişli şərait yaratdı. Belə ki, Rusiya 1792-ci ildə bağladığı Yassı müqaviləsi ilə onun bu regionda güclənməsinə mane olan Osmanlı imperiyasını Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda fəal siyasət yeritmək imkanından məhrum etdi.
XIX əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Cənubi Qafqazın işğalı mühüm yer tuturdu. Çünki Cənubi Qafqazın siyasi və hərbi-strateji əhəmiyyəti daha böyük idi. Bu diyarın işğalı daim mövcud olan Rusiya-Osmanlı rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə dəyişə bilərdi. Rusiya Şimali Qafqazı hələ də tamamilə fəth edə bilməmişdi. Cənubi Qafqazın işğalı isə dağlıların ərazilərini şimaldan və cənubdan mühasirə etməkdən ötrü əlverişli şərait yaratmaq demək idi. Bundan əlavə, ingilis-rus rəqabəti Cənubi Qafqazın o cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı.
XIX əsrin əvvəlində Cənubi Qafqazın, o cümlədən Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunması uğrunda (Rusiya və Qacarlar İranı (1804-1813, 1826-1828) və Rusiya və Osmanlı dövləti arasında (1806-1812, 1828-1829) gedən bütün müharibələrdə erməni-qriqorian kilsəsi və erməni iş adamları fəal iştirak etmişdilər. Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirmək üçün bütün vasitələrdən istifadə edirdi. Rusiyanın işğalçılıq niyyətindən yararlanmağa çalışan ermənilər isə bu niyyətin gerçəkləşməsi üçün əllərindən gələni əsirgəmirdilər.
1801-ci ildə Şərqi Gürcüstanın (Kartli-Kaxeti çarlığının) Rusiyaya ilhaq olunması ilə Cənubi Qafqazın işğalı prosesi daha da sürətləndi. Çar I Aleksandrın (1801-1825) 16 fevral 1801-ci il tarixli fərmanı ilə Şərqi Gürcüstanla eyni vaxtda Azərbaycanın Şörəyel, Pəmbək, Qazax, Borçalı və Şəmşəddil sultanlıqları da Rusiyaya ilhaq edildi.Azərbaycanın torpaqlarının, o cümlədən İrəvan xanlığına məxsus olan Şörəyel və Pəmbək sultanlıqlarının Rusiya tərəfindən işğal olunması İrəvan və Gəncə xanlarının kəskin narazılığına səbəb oldu (bax: 3, 598-599; 2, 28; 5, c.II, s. 448).
Rusiya strateji baxımdan böyük əhəmiyyət kəsb edən İrəvan xanlığını tamamilə zəbt etmək üçün hərbi hazırlıqlarını artırmaqda idi. İrəvan xanı Rusiyanın təcavüzkar siyasətinə qarşı daha qətiyyətlə çıxış edərək pəmbəkliləri işğalçılara boyun əyməməyə çağırdı və onlara təklif etdi ki, rus qoşunlarının işğal etdikləri əraziləri tərk edib İrəvana köçsünlər. Bu müraciətdən sonra 600 pəmbəkli İrəvan xanlığına pənah gətirdi (bax: 1, 288).
Hərbi əməliyyatda üstünlüyü əldə saxlamaq üçün erməni əsilli çar generalı İ.P.Lazaryevin başçılıq etdiyi qoşun hissələri 30 iyunda Pəmbəkə soxuldu (3, 598; 2, 29). Çar generalı əvvəlcə Pəmbək ağsaqqallarına müraciət edərək, İrəvan xanlığına pənah aparan Pəmbək əhalisinin geri qaytarılmasına yardım etmələrini xahiş etdi (3, 5980). Bunun nəticəsiz qaldığını görən İ.P.Lazaryev İrəvan xanına məktub yazaraq pəmbəklilərin geri qaytarılmasını tələb etdi və əks təqdirdə xanın Rusiya imperatorunun qəzəbinə gələcəyini bildirdi (3, 598-599).
Azərbaycan xanlıqlarının işğalında erməni kilsə xadimləri daha çox fəallıq göstərirdi. Xüsusi olaraq İrəvandan Tiflisə gəlmiş Üçkilsə monastırının arxiyepiskopu Qriqori buradakı rus ordusunun komandanlığına, o cümlədən mənşəcə erməni olan İ.P.Lazaryevə kəşfiyyat xarakterli məlumatlar verir və onları inandırmağa çalışırdı ki, İrəvan və Naxçıvan xanlarına inanmasınlar, çünki
“…İrəvan xanı ruslara yalnız zahirən meyl göstərir, daxilən onlara nifrət bəsləyir (3, 617-618) və …İrəvan xanı naxçıvanlı Kalbalı xanla birgə Pəmbək mahalını Rusiyanın təbəəliyindən çıxarmaq istəyir”(3,617-618). Öz soydaşı olan erməni keşişinin məlumatını “əsas tutan” İ.P.Lazaryev Azərbaycan türklərinə məxsus olan Pəmbək mahalına yeni-yeni qoşun hissələri göndərmiş və demək olar ki, bütün 14 kəndin əhalisini geri qaytarmışdı. Bu hadisədən sonra Pəmbək feodallarının bir hissəsi İrəvana qaçmışdı (3,617-618).
Cənubi Qafqazda rus ordusunun baş komandanı K.F.Knorinq gürcü əsilli P.D.Sisianovla əvəz olunduqdan sonra (1802 sentyabr – red.) Rusiyanın bu bölgədəki siyasəti daha da sərtləşdi. Yenicə baş komandan təyin olunan P.Sisianov İrəvan xanlığını ələ keçirmək və ermənilərin etimadını doğrultmaq məqsədilə Tehranda həbsdə saxlanılan Danili İrəvana qaytarmağı qərara aldı. Rusiya imperiyası ilə münasibətləri gərginləşdirmək istəməyən Məhəmməd xan Danilin həbsdən azad olunması haqda göstəriş versə də, onu yenə də patriarx təyin etmir və öz nəzarəti altında saxlayırdı (7,120; 17,19).
Məhəmməd xanla şəxsən görüşmək və irəli sürdüyü şərtləri qəbul etdirmək məqsədilə P.D.Sisianov öz nümayəndəsi Tomas Orbelianini İrəvana göndərdi. Bu məqsədlə o, İrəvan xanına və Kalbalı xana müraciət etdi və İrəvan xanlığına Danilin patriarx vəzifəsinə təyin olunmasına köməklik göstərməsi xahişini bildirən məktubla xüsusi nümayəndə heyəti göndərdi. Bu heyətə İrəvan xanlığında gizli kəşfiyyat işləri aparmaq- İrəvan qalasının müdafiəsinin zəif və möhkəm yerləri, Kartli-Kaxetidən İrəvana gələn əlverişli yolları öyrənmək tapşırılmışdı (4, 609-610).
Lakin nümayəndə heyətinin fəaliyyəti heç bir nəticə vermədi. İrəvan xanı Məhəmməd xan Qacar Rusiya komandanlığının bütün tələblərini rədd etdi (4, 610; 7,121). Bu hadisədən hiddətlənən P.D.Sisianov 1803-cü ilin martın 12-də çara göndərdiyi məlumatında yazırdı ki, irəvanlı Məhəmməd xan, Əlahəzrət imperatorun Danilin erməni patriarxı təyin olunması barədə yüksək göstərişini yerinə yetirməkdən imtina edir. Onun cəzasız qalması silahla ələ keçirdiyimiz yerlərdə Əlahəzrətin nüfu-zunu zəiflədir. Ona görə də mən, Məhəmməd xanı cəzalandırmaq və Danili erməni patriarxı təyin etmək üçün 6 taborla İrəvana getməli və orada qarnizon yerləşdirməliyəm. Yerli erməni tacirləri bu qarnizonu ərzaqla təmin edəcəklərini vəd edirlər
(4, 610; 2,46).
Danışıqlar yenə heç bir nəticə vermədi: bu dəfə Məhəmməd xan şəxsən T.Orbelianiyə Rusiyanın təbəəliyini qəbul etmədiyini qəti şəkildə bildirdi. Məhəmməd xandan rədd cavabı alan P.D.Sisianov İrəvana hücum planı hazırlamağa başladı. Artıq 1804-cü ilin mayında P.D.Sisianovun əmrinə əsasən İrəvana yürüş etməyə hazırlaşan müxtəlif növ seçmə qoşun hissələri hazır vəziyyətə gətirilərək Tiflisdə cəmləşdirməyə başladı (10,258).
Bunun əvəzində Sisianovdan qoşunları ilə İrəvana yaxınlaşaraq İran qoşunlarının yolunu kəsməsini xahiş etdi. Sisianov bu təklifə o şərtlə razılıq verdi ki, Məhəmməd xan Üçkilsə monastırının rəhbərliyinə ruspərəst İosif Arqutinskinin ölümündən sonra təyin etdiyi özünə «sədaqətli» olan Davidi rusiyapərəst Danillə əvəz etsin və 500 nəfər rus əsgərinin İrəvanda yerləşdi-rilməsini təmin etsin (4, 611-614). Məhəmməd xan Sisianovun hiyləsini başa düşərək nə Üçkilsə patriarxının dəyişilməsinə, nə də rus qoşunlarının İrəvan qalasına daxil olmasına razılıq vermədi (14, 143-144). General Sisianov bu hadisədən İrəvan xanlığına hücum üçün bəhanə kimi istifadə etdi.
Beləliklə, Pəmbək vilayətində möhkəmlənmiş rus qoşunlarının İrəvana soxulması üçün Davidin Danillə əvəz olunması məsələsi yenidən gündəmə gətirildi. Rus qafqazşünası V.A.Potto və eyni zamanda erməni tarixçisi V.A.Parsamyan bu həqiqəti etiraf edərək yazırdı: “Bizim İrəvan xanlığının işlərinə qarışmağımıza bəhanə Üçkilsə taxtı üstündə David və Danilin mübarizəsi oldu” (14,129; 12, 20).
Beləliklə, 1804-cü il mayında rus qoşunları Sisianovun komandanlığı altında İrəvan xanlığının sərhədlərinə yaxınlaşdı. Qeyd olunduğu kimi, rus komandanlığının bu yürüşdə əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o cümlədən də Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan İrəvan xanlığını ələ keçirməklə Rusiyanın regionda gələcək hegemonluğu üçün zəmin hazırlamaq, Türkiyə və İran sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün Rusiya dini amildən istifadə edərək, ermənilərin dəstəyi ilə özünə türk-müsəlman dövlətləri olan Osmanlı imperiyası və Qacarlar İranına qarşı dayaq kimi “erməni dövləti” yaratmaq planını həyata keçirməyə çalışırdı. Təsadüfi deyildi ki, rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova öz hərbi planlarının həyata keçirilməsində “ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq” və onları “müdafiə etmək” tapşırılmışdı (9, 79-82).
Bundan əlavə, P.D.Sisianova ermənilərin xristian olması və Rusiyaya sədaqətli olması baxımından onları sevgi ilə öz himayədarlığına almağı, onlardan istifadə etməyi tapşırmışdılar (9, 79-82).
Sisianovun İrəvana yürüşü zamanı İrəvan xanlarına xəyanət edən ermənilər ona bələdçilik edir və rus qoşunlarına maddi yardım göstərirdilər. Erməni müəllifləri bu faktı iftixarla qeyd edirlər (6, 95-96). Bu faktı rus müəllifləri də etiraf edirlər. Məsələn, V.A.Potto yazırdı: “Sisianov və Qudoviçin Gəncə və İrəvan xanlığına yürüşləri zamanı arxiyepiskop İoannes və rahib Nerses 1500 nəfərdən ibarət erməni dəstəsi topladılar və özləri də bu dəstənin başında durdular” (13, 722; 14,138).Bütün bu faktlar ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə gəlmə olduqlarının, buna görə də yaşadıqları torpaqları deyil, işğalçıların mənafeyini müdafiə etdiklərinin bariz nümunəsidir.
Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalının həyata keçirilməsi planlarında xristian qüvvələrinin, əsasən də ermənilərin köməyindən, erməni xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn çarın həmin dövrə aid bir fərmanına ermənilər haqqında ayrıca bənd daxil edilmişdi: “…Hər cür nəvazişlə erməniləri özünüzə cəlb etməyi sizin xüsusi nəzarətinizə buraxıram" (3, 436).
Ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilər isə rus qoşunlarının bu yürüşünə böyük ümid bəsləyirdilər. Məlik Abovun oğlu Rüstəm və Qriqor Manuçaryan öz atlı dəstələri ilə rus qoşunlarına kömək edirdilər (bax: 14, 150; 12, 21).
İrəvan qalasının Rusiya işğalçıları tərəfindən birinci mühasirəsi zamanı (2 iyul-3 sentyabr 1804-cü il) qalanın müdafiəsinə rəhbərlik edən Məhəmməd xan Qacar və qaynı naxçıvanlı Kalbalı xan qala sakinlərini ciddi nəzarət altında saxlayırdı. Ermənilərin xəyanətinə bələd olan Məhəmməd xan Qacar inandığı adamların başçılığı ilə qala divarlarında güclü nəzarətçi dəstələr yerləşdirdi. Hətta, gecə vaxtı öz adamlarını tanımaq üçün onlara xüsusi parol təyin etmişdi və bu parollar tez-tez dəyişdirilirdi (17, 49). İrəvan qalasını mühasirədə saxlayan P.Sisianov aclıq çəkən rus əsgərlərinə bölgədə taxıl axtarmağı əmr etdi. Yerli əhali düşmənə yardım etməmək üçün taxılı iri küplərə doldurub yerə basdırmışdı. Sisianov gizlədilmiş taxılı tapanlara 50 qəpik gümüş pul verməyi vəd etsə də, bunun heç bir nəticəsi olmadı. Bu zaman işğalçılara qoşulmuş ermənilər baş komandana Üçkilsə monastırının ətrafında azərbaycanlılara məxsus biçilməmiş taxıl zəmilərinin olduğunu çatdırdılar. Lakin, işğalçı rus qoşunu gələnə qədər irəvanlıların bütün taxıl zəmilərini yandırdığı üçün bunun da faydası olmadı (7, 338-339; 10, 272). Buradan ermənilərin xəyanəti ilə yanaşı, Üçkilsə monastırının ətrafındakı ərazilərin ermənilərin yox, azərbaycanlılara məxsus olması üzə çıxır.
Təcavüzkar Rusiya ordusu və onlara köməklik göstərən ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri işğallarda hərəsinin öz marağı vardı. İran və Osmanlı imperiyası ərazisindən İrəvan xanlığı ərazisinə axışmağa başlayan ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın qərb torpaqları hesabına “erməni dövləti” yaratmaq niyyətlərini gerçəkləşdirməyə çalı-şırdılar. Məqsədlərinə yetmək üçün dəridən-qabıqdan çıxan ermənilər rus komanndanlığına müxtəlif cür məxfi xarakterli məlumatlar verir, Rusiya hakim dairələrinə müxtəlif məzmunlu məktublar göndərir, onları özlərinin “xilaskar”ı hesab edir, rus qoşunlarını İrəvanın işğalına şirnikləndirir və səbirsizliklə onların yollarını gözlədiklərini qeyd edirdilər (bax: 4,627). Rusiya dövləti isə öz növbəsində onlara kömək edən ermənilərin “cəsurluğunu” yüksək qiymətləndirir, onlara tez-tez yazılı təşəkkürlər verməkdə öz səxavətlərini əsirgəmirdilər (bax: 11, 7-30; 8, 62;16, 103).


Artıq II Rusiya – İran müharibəsi (1826-1828) zamanı ermənilərdən pərakəndə şəkildə deyil, konkret hərbi qüvvələr şəklində yararlanmağa başlanıldı.
Qeyd olunan müharibənin gedişi zamanı Rusiya imperiyası daha çox Osmanlı dövləti və Qacarlar İranının sərhədində yerləşən, strateji əhəmiyyətə malik İrəvan və Naxçıvan xanlıqlarının işğalınıa diqqətini artırdı.
1827-ci il 11 may tarixində knyaz-adyutant Paskeviç Tiflis hərbi qubernatoru gen.-adyutant Sipyaginə erməni batalyonu yaratmaq üçün12 bənddən ibarət təklif vermişdi. Təklifin ilk bəndində qeyd olunurdu: “...yaşı 18-30 arası olan könüllü erməniləri toplayıb mumkün olduğu qədər tez yürüşə göndərməli ki, onlar qoşunu İrəvana qədər apara bilsinlər” (15, лл.1-5).
Tiflis hərbi qubernatoru gen.-adyutant Sipyaginin İmperator həzrətlərinin Baş qərargah rəisi, gen.-adyutant baron Dibiçə 15 may 1827-ci il tarixli raportundan bəlli olur ki, Sipyagin xüsusi Qafqaz korpusunun komandiri gen.-adyutant Paskeviçin tapşırığına əsasən könüllü ermənilərdən 117 nəfərlik 1-ci dəstəni formalaşdıraraq silahlandırmış və Tiflisdən Üçmüədzinə doğru yürüşə çıxan qoşunla birləşməyə göndərmişdir (15, л.6).
Baron Dibiçin general Paskeviçə yazdığı 2 iyun 1827-il tarixli cavab məktubunda erməni dəstələrinin yaradılması haqqında imperator I Nikolaya (1725-1755) məlumat verdiyini və imperatorun bu tədbirlərin “indiki zaman üçün vacib olduğunu və daimi erməni dəstələrinin yaradılması üçün xüsusi sərancam” verəcəyini bildirdiyini qeyd edirdi (15, л.7).
Gen.-adyutant Sipyaginin baron Dibiçə 17 iyun 1827-ci il tarixli raportundan bəlli olur ki, Tiflisdə 100 nəfərdən ibarət 2-ci erməni dəstəsi yaradılaraq, silahlandırılmış və hər cur ləvazimatla təhciz edilmiş, Xerson qrenadyor alayının podporuçiki Akimovun komandası altında Tiflisdən İrəvan ətrafında hərəkətdə olan qoşunlarla birləşmək üçün yola salınmışdır (15, л.9,10).
Digər bir sənəddə - Tiflis hərbi qubernatoru gen-adyutant Sipyaginin qraf Dibiçə 21 avqust 1827-ci il tarixli raportunda gen.-adyutant Sipyagin qraf Dibiçə 67 nəfərdən ibarət 3-cü erməni dəstəsinin yaradıldığını və ehtiyatda olan kapitan Beburovun rəhbərliyi ilə avqust ayının 21-də lazımi ləvazimatlarla təhciz edilərək general-leytenant Krassovskinin dəstəsi ilə eyni marşrut üzrə İrəvana yürüşə başladığını bildirirdi (15, л.14).
Cənubi Qafqazın fəthinin başa çatdırılması üçün İrəvan xanlığının işğalını qarşısına məqsəd qoyan Rusiya imperiyası generallarının 1827-ci ilin aprel-iyun aylarında ardıcıl olaraq gördüyü bu tədbirlər məhz İrəvan qalasının 57 gün (27 aprel-23 iyun) davam edən qəhrəman müdafiəsi (işğalçı ordu tərəfindən III mühasirəsi - red.) dövrünə təsadüf edir. 3-cü erməni dəstəsinin yaradılması isə məhz Sərdarabad və İrəvan qalasının sonuncu qəhrəman müdafiəsi dövrünə təsadüf edir (1, 334-345).
Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra Azərbaycanın qərb torpaqlarında yerli azərbaycanlılara və qonşu müsəlman dövlətlərinə qarşı “erməni bufer vilayəti” yaratmaq məqsədi ilə ermənilərin göstərdikləri bütün köməklərdən, o cümlədən maliyyə vəsaitlərindən istifadə edirdi.

QEYDLƏR:

1. İrəvan xanliğı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarina köçürülməsi. Bakı, 2009.
2. Umudlu V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828), Bakı, 2004.
3. АКАК, т. I.Тифлис, 1866.
4. АКАК, т. II. Тифлис, 1868.
5. Бутков П.Г. Материалы для новой истории Кавказа 1722 по 1802 г. СПб., 1869. ч.I-III.
6. Григорян З.Т. Присоединение Восточной Армении к России в началеXIX в. Москва, 1959.
7. Дубровин Н.Ф. Закавказье от 1803 до 1806 г. СПб., 1866.
8. Кавказский вестник (КВ), т. I. Тифлис, 1900.
9. Ковалевский П.И. Завоевание Кавказа Россией. (Исторический очерк), СПб., (без выходных данных).
10. Присоединение Восточной Армении к России. т.I. (1801-1813). (сб.док. под ред. Ц.П.Агаян). Ереван, 1972.
11. Присоединение Восточной Армении к России и его историческое значение. (под ред. Г.М.Казарян). Ереван, 1978.
12. Парсамян В.А. История армянского народа 1801-1900 гг. Ереван, 1972.
13. Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.III, вып.1-4, СПб., Хубов6.
14. Потто В.А. Утверждение русского владычества на Кавказе.т.I, Тифлис, 1901.
15. Российский Государственный Военно-Исторический Архив (РГВИА)ф.846. оп.16, док. 4336.
16. Сборник материалов для описания местностей и племен Кавказа (СМОМПК), вып.VI, Тифлис, 1888.
17. Хубов Е. Описаниедостопамятныхпроишествий в Армении. СПб, 1811.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM