Tarix üzrə fəlsəfə doktoru
Biz Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları 19 dekabr 2016-cı il tarixində Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqaləsinə öz etirazımızı bildiririk. Özünü akademik adlandıran bu şəxs adı çəkilən məqaləsində erməni terrorizmini ifşa edən, tanınmış özbək tədqiqatçısı Şuxrat Salamovun 2015-ci ildə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında işıq üzü görmüş "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" (rus dilində) adlı kitabını tənqid edərək, türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə etmişdir.
Şuxrat Salamovun qeyd etdiyimiz kitabında erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğu, arxiv sənədləri əsasında 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərinin bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırımı nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbəyin xüsusi amansızlıqla qətlə yetirildiyi, amansız işgəncələrə məruz qaldığı, kənd və şəhərlərin, dini tikililərin, tarixi abidələrin məhv edildiyi sübut edilmişdir. Ş.Salamov həmçinin 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçi təşkilatlarının izini də müəyyən etmişdir.
Ş.Salamov həmçinin Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən bir tədqiqatçıdır. Onun qələmə aldığı “Qarabağ: ideyalar müharibəsi” (rus dilində) adlı digər kitabı isə 2016-cı ildə Tbilisi şəhərində “Universal” nəşriyyatında çap edilmişdir.
Əvvəllər erməniləri tənqid edən özbək “akademik”i Rustamjon Abdullayev nədənsə birdən-birə mövqeyini dəyişərək, tarixi faktları kobudcasına saxtalaşdıraraq Azərbaycan və ümumtürk dünyasına qarşı dəhşətli soyqırımı həyata keçirən, XX əsrin sonlarında dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarını müdafiə etmişdir. Onun tənqid etdiyi Ş.Salamovun əsərləri isə bir daha sübut edir ki, erməni cəlladlarının həyata keçirdiyi bu soyqırım cinayəti bütün türk xalqlarına qarşı yönəldilmiş məqsədyönlü siyasət idi, vahid bir mərkəzdən idarə edilən siyasət idi. Fərqanə hadisələrində ermənilər minlərlə insanı
məhv edmişlər, daşnaksütyun partiyası azərbaycanda olduğu kimi Özbəkistanda da bu siyasəti həyata keçirmişdir.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı sübut edən çoxsayda qiymətli sənədlər Azərbaycan Respublikasının arxivlərindən başqa dünyanın müxtəlif arxivlərində - Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya arxivlərindən qorunub saxlanılır. Bu gün AMEA Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxsaylı sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımı sübut edən kitablar çap edilmişdir. (Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, 2006; Genoside Against the historical names. Baku, 2006; V.Abışov. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər), Bakı, 2007; Historical facts of Armenians actions in Azerbaijan land. Baku, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal. Bakı, 2009; Исторические факты о деяниях армян на Азербайджанской земле. Баку, 2009; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberniyası. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Bakı, 2010; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal. Bakı, 2009; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberniyası. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Bakı, 2010; İ.Məmmədov. Zəngibasar qətliamları (1905-1988). Bakı, 2012; Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи. Баку, 2013; Нифтелиев И.В. Геноцид Азербайджанцев в Иреванской губернии (1918-1920). Баку, 2014; Nəcəfli G. 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı. Bakı, 2014; Gözəlova N.R. Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində Bakı, 2014; Mustafa N. İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920). Bakı, 2014; Abışov V.V. Bakıda 1918-ci il mart soyqırımı. Bakı, 2014; Abışov V.V. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı, 2014; Abışov V.V. Quba qəzasında türk-müsəlman soyqırımı. Bakı, 2014; Мамедзаде Н. Геноцид Азербайджанцев в Карабахском регионе Азербайджана (1918-1920). Баку, 2014; İsmayılov K. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920)
Bakı, 2014; Nəcəfli G. 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” (ATASE-nin sənədləri əsasında). Bakı, 2015.)
Çoxsaylı sənədlər, təkzibedilməz faktlar əsasında yazılan bu kitablar birmənalı şəkildə sübut edir ki, 1914-1920 illərdə Şimali Azərbaycanın bir çox regionunda – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycan ərazisinin (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) Türk-müsəlman əhalisinə qarşı erməni millətçiləri tərəfindən soyqırımı törədilmişdir.
Biz müxtəlif arxivlərdən əldə etdiyimiz çoxsaylı sənədlər əsasında hazırladığımız bu kitabları özünü “akademik”, adlandıran cənab Rustamjon (Rüstəmcan) Abdullayevin nəzərinə çatdırmaq istəyirik. Ona görə ki, cənab akademik ermənilərin dinc, əliyalın əhaliyə qarşı həyata keçirdiyini bu qanlı cinayətlərlə tanış olsun. Bəlkə onda, real tarixin nədən ibarət olduğundan, tarixdə əsl soyqırımın kimlər tərəfindən həyata keçirldiyindən xəbərdar olar.
Adını akademik qoyub, soyqırım cəlladlarını müdafiə edən “akademik”in bu yazısı bizi çox narahat edir. Bu dəfələrlə erməni cəlladlarınının soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı təhqirdir. Biz buna öz kəskin etirazımızı bildiririk.
Strategiya.az
Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə ETİRAZ
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM