60 min manatlıq mənzil almaq istəyən şəxs ən azı 24 min manat ilkin ödəniş etməlidir

16:19 / 10.06.2015

Dr. Vüqar Bayramov

İqtisadçı alim

  İpoteka krediti təklif edən bankların əksəriyyəti bu aydan ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışırlar. Əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb. İpoteka krediti götürmək istəyənlərdən alınan evin qiymətinin ən azı 40 faizi həcmində ilkin ödəniş tələb edilir. Banklar ilkin ödəniş məbləğini artırmaqla xüsusən də bu ilin fevralında baş verən develvasiyadan sonra risklərini minimumlaşdırmağa çalışırlar. Risk menecment baxımdan bankların mövqeyini anlayışlı qarşılamaq olar. Amma məsələ ondadır ki, ipoteka proqramı sosial təşəbbüs olduğu üçün burada risklərin idarəedilməsi ilə yanaşı aztəminatlı ailələrin mənzil probleminin həllinə yardımçı olmaq əhəmiyyətlidir. Xüsusən də dövlət büdcəsindən ayrılan vəsaitlə təklif olunan sosial ipoteka kreditləri təqdim edilən zaman bankların yüksək məbləğdə ilkin ödəniş tələb etməsini anlayışla qarşılamaq mümkün deyil. Eyni zamanda, adi ipoteka istiqrazları yerləşdirilən Dövlət İpoteka Fondunun öhdəlikləri milli valyuta ilə olduğundan bankların manatla verilən kreditlərin gələcək dəyərindən ehtiyatlanması qəbuledilən deyil. Praktik olaraq, ilkin ödəniş məbləğinin artırılması aztəminatli ailələrin ipoteka proqramından faydalanmasında çətinliklər yaradır. Bu o deməkdir ki, 60 min manatlıq mənzil almaq istəyən şəxs ən azı 24 min manat ilkin ödəniş etməlidir. Razılaşaq ki, bu məbləğdə ödəniş etmək heç də çox ailələr üçün asan deyil. Bəs, problemi necə həll etməli? Aydındır ki, özəl bankların risk menecement siyasətinə inzibati müdaxilə arzuolunan deyil. Çünki, riski paylaşan və öhədliklərə nəzarət edən bütün hallarda banklar olduğu üçün maliyyə məsuliyyətini də özləri daşıyırlar. Amma həm adi, həm sosial ipoteka kreditlərinin bankların daxili yox, qismən deyil hətta bütövlükdə kənar mənbələr hesabına təklif edildiyi üçün Mərkəzin Bankın prosesə müdaxiləsi nəinki mümkündür, hətta vacibdir. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, Mərkəzi Bank “qiymət tavanından” istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman, qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20, adi ipoteka kreditləri üçün isə ən çox 25 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Bu halda əgər alınan evin qiyməti 60 min manatdırsa o zaman banklar ilkin ödəniş məbləği üçün ən çoxu 12 min manat tələb edə bilərlər. Bu zaman isə, banklar artıq qanunla müəyyənləşdirilən faiz limitindən artıq ilkin ödəniş tələb edə bilməyəcəklər. Adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin ölkə üzrə infilyasiya səviyyəsindən çox olduğunu nəzərə aldıqda banklar sözügedın ipoteka kreditlərini təklifllər etməklə bu proqram üzrə gəlirlik səviyyəsini saxlaya biləcəklər. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq, Dövlət İpoteka Fondunun yanında İpoteka Zəmanət Fondunun formalaşdırılması və aztəminatlı gənc ailələr üçün ilkin ödəniş məbləğinin sözügedən fond tərəfindən qarşılanmasına da ehtiyac var.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM