İqtisadçı alim
Dövlət başçısı ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması barədə göstəriş verdi. Sosial ipoteka kreditlərinin büdcədən maliyyələşdirildiyini nəzərə alsaq bu kreditləşmə növünə ayrılan vəsaitin həcminin 4 dəfə artırılması deməkdir. Qeyd edək ki, 2015-ci ildə sosial ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi 25 faiz artırılaraq 40 min manatdan 50 min manata çatdırılmışdır. Azərbaycan Prezidenti bildirdi ki, verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Ölkə prezidentinin fikrincə, kredit şərtləri elə olmalıdır ki, ipotekaya maraq artsın.
Sosial ipoteka kreditlərinin güzəştli olduğunu nəzərə alsaq bu xüsusən sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin sözügedən vəsaitdən yararlanmasına imkan verəcək. Bu ən azı 5 min ailənin sadəcə sosial ipoteka kreditindən faydalanaraq öz mənzil problemini həll etməsi deməkdir. Eyni zamanda ipoteka kreditləşməsi aktiv tələb formalaşdırsa da kreditin mərhələli ayrıldığını və maliyyələşmənin əsasən Bakının 2-ci və 3-cü zonalarına təsir göstərdiyini və əmlak bazarındakı tələbin mövcud səviyyəsini nəzərə aldıqda mənzillərin qiymətində yaxın zamanlarda artımlar proqnozlaşdırılmır.
Dövlət başçısının da qeyd etdiyi kimi ipoteka proqramın şərtlərinin təkmilləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə nələrin edilməsinə ehtiyac var? Kreditlərin verilməsi üçün ayrılan vəsaitin həcminin artırıldığını nəzərə alaraq sosial ipoteka üçün maksimum məbləğin artırılması vacibdir. Nəzərə alaq ki, bu kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin ə azı 75 min manatadək artırılması məqsədəuyğundur. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi vacibdi. Bunun üçün uzun müddət müzakirə edilən 2 praktikadan istifadə edilməsi mümkündür. Birincisi, əmanət tikinti bankların formalaşdırılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. İpoteka krediti təklif edən bankların əksəriyyəti bu ilin iyununda ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışdıqlarını nəzərə alsaq bu addımın atılması oldquca əhəmiyyətlidir. Belə ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, Mərkəzi Bank “qiymət tavanından” istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman, qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Sosial ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminin artırıldığını nəzərə aldıqda regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasına da ehtiyac var. Regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var. Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi məqsəduyğundur. Həmin limitlər daxilində ipoteka kreditinin təqdim oluna bilər. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulmalıdır. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb ola bilər. Regionlara təqdim edilən ipotek kreditləri üçün diferersial faizlərin tətbiq etməklə bölgədə yaşayan vətəndaşlarımıza 2 faizlik sosial ipoteka kreditinin təklif edilməsi də mümkündür.
Azərbaycan Prezidentinin qeyd etdiyi digər mühüm istiqamət isə sosial mənzil fondunun yaradılması ilə bağlıdır. Sosial mənzil fondunun formalaşdırılması aztəminatlı ailələrin mənzil probleminin həlli, tikinti sektorunun dəstəklənməsi ilə yanaşı əmlak bazarında qiymətlərin tənzimlənməsi baxımdan da əhəmiyyətlidir. Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir.
Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanlarının qonşu ölkələr ilə müqayisədə daha yüksəkdir. Dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadaratmetrin “malaaltı” 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar.
Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir.
Bu məsələnin daha bir neçə çox əlverişli tərəfi də var: birincisi, indi xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət artımlarının qarşısı alınır. Bu da hətta sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu aztəminatlı aiələri yüksək kirayə haqqları ödəməkdək azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil eləcə də regionlarda da formalaşdırılacaq.
Beləliklə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə sosial mənzil fondunun formalaşdırılması kimi kifayət qədər əhəmiyyətli sosial layihəyə start verilir. Bu məsələ ilə məşğul olan Maliyyə Nazirliyi bir müddətdən sonra dövlət başçısına hesabat verəcək. Deməli, tezliklə Azərbaycanda sosial evlərə sahib olmaq mümkün olacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM