İqtisadçı alim
Mərkəzi Bank ipoteka kreditlərinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Maliyyə Nazirliyi ilə razılaşdırıb. Baş bankdakı açıqlamalardan belə anlaşılır ki, müzakirədən kənarda qalan detallar yoxdur. Rəsmi açıqlamalara əsaslansaq yeni qaydaların sentyabr ayında təsdiq ediləcəyi gözlənilir. Qeyd edək ki, dövlət başçısı Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən son müşavirədə ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməklə yanaşı hökumətə kredit şərtlərinin təkmilləşdirilməsini də tapşırmışdı. Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırıması da məhz ölkə Prezidentinin göstərişi ilə bağlıdır. Dəyişdiriləcək qaydalar həm ümumi ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək. Əvəlla, ipoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə artırılaraq 100 min manata çatdırılacaq. Xatırladım ki, son illər əmlak bazarında qiymətlərin yüksəlməsini nəzərə alaraq ipoteka kreditləri üçüm maksimum məbləğin artırılmasını təklifini dəfələrlə hökümətə təqdim etmişdik. Maksimum məbləğin azlığı proqramın səmərəliliyinə neqativ təsir göstərirdi.
İkincisi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Güman edilir ki, adi ipoteka kreditlərində 8 faiz 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faizlə təklif edilə bilər. Faiz endirimləri ilə yanaşı diferensial faizlərin də tətbiq edilməsi məqsədə uyğun olardı. Belə ki, paytaxt ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri üçün daha aşağı faizin təklif edilməsi arzuolunan olmaqla yanaşı proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqısı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək.
Üçüncüsü, regionlara ayrılacaq ipoteka kreditinin məbləği üçün minimum həddlər müəyyənləşdiriləcək. Əslində, ipoteka fondu xəttiylə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50% regioanlar üçün ayrılması məqsədə uyğundur Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Burada məqsəd bütövlükdə ipoteka kreditləşməsi sistemini təkmilləşdirilməsi ilə yanaşı regionların kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait yaratmaqdır.
Nəhayət, hal-hazırda ən çox müzakirə edilən məsələlərdən biri də məhz ilkin ödəniş məbləğinin yüksək olmasıdır. Hələlik Mərkəzi Bank bu istiqamətdə hansı addım atacağı bəlli deyil. Amma, bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tikinti bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək.
Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər müsbət olmaqla yanaşı kreditlərə əlçatanlığı artıracaq. Deməli, ipoteka kreditləşməsi artıq yeni mərhələyə qədəm qoya bilər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM