Yazıçı-publisist
Tarixdən məlumdur ki, nə qədər ideyalar, etiqadlar dünyanı siyasi cəhətdən hərəkətə gətirmiş, nə qədər əsatirlər, konsepsiyalar dünya mədəniyyətinə təsir etmişdir. Əsrlər boyu xalqlar arasında ən böyük sərhəd yaradan dini ayrı-seçkilik hələ də davam edir. Dünyanı bürüyən amansız müharibələrdə məhz dinlə bağlı qarşıdurmalar öndə olduğu üçün dövlətlər arasında fikir, ideologiya döyüşü daha da güclənməkdədir.
Nifrətlə, inkarla həqiqətə güzgü tapmaq qeyri-müükündür. Nikolay Kuzanski panteizmi inkişaf etdirən görkəmli alim, katolik din xadimi kimi 1453-cü ildə Nikolay Kuzanski “Etiqadın razılığı haqqında” kitabını başa çatdırır. Dünyanın bütün şüurlu insanlarını birliyə təcavüz yolu ilə deyil, bir-birinə ehtiramı gözlməklə nail olmasını əsərində qeyd edir. O, şərq və qərb xristian kilsələrini dialoqa, islam ölkələri ilə barışığa dəvət edirdi. (“Superekumenizm” adlanır müxtəlif dinlərin rəhbərlərini dialoqa çağırmaq.)
Bu mövzu ilə bağlı bir neçə tarixi fakta toxunaq. Rus şairi, kulturoloq, teoloq Dmitriy Şedrovitskinin zəngin yaradıcılığında islam mövzusu öz aydın təhlilini tapmışdır. O, monoteist dinlərin tarixi inkişafını araşdıraraq, xüsusilə, islam dininə başqa din nümayəndələrinin əsassız, ədalətsiz mövqeyinə dəlillərlə cavab verir. D.Şedrovitski “Nur saçan Quran” kitabında İsa peyğəmbərin Quranda dünyaya söz, müjdə gətirdiyi ayəni təsdiq edir. Yəni o insanlara qılınc deyil, məhz söz gətirmişdir. Əsrlər boyu qanlı döyüşlərdə qılıncın səsi dini mübarizədə öz sözünü demiş, müasir silahlar da din savaşında birinciliyi qorumaqdadır. D.Şedrovitski kitabda yazır: “Çox böyük təəssüf hissi keçirirəm ki, monoteizm həqiqətinin daşıyıcıları-yəhudilər və xristianlar vaxtında Allahın elçisi olan Məhəmmədə inanmaq və kömək etmək çağırışlarına dəstək vermədilər. Əlbəttə, əgər tək Allahlığın tərəfdarları o dövrdə etiqad uğrunda birləşsəydilər, bir-birinə dayaq olsaydılar bəşəriyyətin tarixi başqa bir istiqamət alardı, axı, dini ayrı-seçkilik bu günəcən yer üzünü titrədir və bir çox hərbi münaqişələr ideoloji qarşıdurmalarla bağlıdır.”
D.Şedrovitski islam dini ilə bağlı çox həssas problemə toxunur. Çünki bu haqda başqa din xadimləri həmişə susmağa üstünlük verirlər. Müəllif Məhəmməd peyğəmbərin Allah tərəfindən gəlişini əvvəlcədən müqəddəs yazılarda verildiyini dəlillərlə sübut edir. Quranın Ən-Nisa surəsinin 47-ci ayəsinə nəzər yetirək: “Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinin saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin!”
D.Şedrovitski kitabında Məhəmməd peyğəmbərin gəlişini təsdiq edən peyğəmbərlərdən-Daniyalın, Yəhyanın fikirlərini şərh edir...Müəllif qeyd edir: “Məhəmməd peyğəmbərin missiyasının məqsədlərindən biri özündən əvvəl gələn peyğəmbərlərin həqiqiliyini sübut etməkdir...Məhəmməd onların nəinki mənəvi rəhbəri, həmçinin Allah qarşısında həmrəyidir...Məhəmməd peyğəmbər öz missiyasını əvvəlki bütün peyğəmbərlərindən ayrı təsəvvür etməyib.”
Quranın Ən-Nisa surəsinin 163-164-cü ayələrində bu fikirlər öz təsdiqini tapır: “(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik...Biz İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu göndərdik...Onların bəzisinin əhvalatını bundan əvvəl danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.”
Dahi Füzulinin “Mətlə ül Etiqad” əsərinə müraciət edək: “...bütün peyğəmbərlərin peyğəmbərliyinin sübutu müəyyən möcüzələrdən ibarət olmuşdur. Lakin o peyğəmbərlərdən sonra həmin möcüzələrdən heç bir əsər qalmamışdır. Halbuki bizim peyğəmbərin möcüzələrindən biri olan Quran peyğəmbərdən sonra olduğu kimi qalmış və bütün zamanlar üçün qiyamət gününə qədər olan peyğəmbərliyinin şahidi olaraq qalacaqdır.”
A.V.Juravski yazır: “Avropalıların şüurunda təxminən belə bir mənzərə yaranır, Məhəmmədin təlimi yalandır, bu isə həqiqəti bilərəkdən təhrif etməkdir. Bu, fatalizmin dinidir, mənəviyyatsızlıqdır...təcavüz və qəddarlıq dinidir. Bir neçə nəsl alimlərdən, orientalistlərdən böyük əmək tələb edirdi ki, bu mövqe dəyişdirilsin...Lakin kilsənin müsəlmanlara qarşı dəyişən radikal münasibətini təkcə şərqşünas elminin uğurları ilə əlaqələndirmək sadəlövhlük olardı. Kilsənin yeni mövqeyi ilk növbədə dünyada sosial-siyasi sahədə gedən kardinal dəyişikliklərlə əlaqələnir.”
İslam peyğəmbəri haqqında yazılan ən maraqlı kitablardan biri məhz İrvinq Vaşinqtona məxsusdur. Romantik ədəbiyyatın önündə gedən Amerika yazıçısı İrvinq Vaşinqton islam dini ilə bağlı 1849-cu ildə “Məhəmməd peyğəmbərin həyatı” kitabını yazır. Yazıçı İspaniyada 1842-ci ildən Amerikanın səfiri kimi çalışmış, orada yaşadığı müddətdə o, ərəb alimlərinin əsərləri ilə maraqlanmışdı. Məşhur Alqambra sarayında olarkən bu mövzuya müraciət edir.
İstedadlı qələm sahibi İ.Vaşinqton böyük zövqlə təsvir etdiyi tarixi hadisələri, döyüşləri, Məhəmməd peyğəmbərin doğulduğu gündən ölən gününə qədər maraqlı, yadda qalan səhnələri sonda onların əsl mahiyyətini, tarixi müqəddəs vəzifəsini uydurulmuş hadisə kimi qəbul edir: “Müsəlman yazıçılarının Məhəmmədin doğulması, uşaqlığı haqqında belə fantastik hekayələri var...”
İ.Vaşinqton kitabda yazır ki, anası Əminə xanım onu doğarkən heç bir ağrı çəkmir, körpə 3-cü ayında ayaq üstə durur,7-ci ayında qaçır, 9-cu ayında müdrik sözlər deyir, 10 ayında uşaqlarla yarışır, ox atır. Nə qədər ki, Məhəmməd süd anası Həlimə xanımın yanında yaşayırdı dörd tərəfi çiçəklənir, quyusu həmişə su ilə dolu olurdu, çəmənlər yamyaşıl idi, sürülər artıb çoxalır, ailəsində əmin-amanlıq olurdu. Məgər bu, gələcək peyğəmbərin açıq-aşkar nişanələri deyildimi? Qurani-Kərimin “Ali İmran” surəsinin 45-46-cı ayələrində isə İsa peyğəmbərin hələ körpə ikən beşikdə danışdığını bildirir və bu hadisəyə təbii yanaşır: “Mələklər dedilər: “Ey Məryəm, Allah sənə öz kəlməsi ilə bəşarət verir. Onun adı Məryəmin oğlu İsa Məsihdir. O, dünyada və axirətdə abırlı və Allahın yaxınlarındandır. Beşikdə böyüklükdə olduğu kimi insanlarla danışar və salehlərdəndir.” İslam dini peyğəmbərlərə xas ali, ilahi xüsusiyyətləri inkar etmir, onlara rəvayət kimi yanaşmır. “Quranı-Kərimin “Əz-Zuha” (Səhər işığı) adlı 93-cü surəsinin 6-7 ayələrinə nəzər salsaq islam peyğəmbəri haqqında qısa, lakin vacib hadisələr şərh olunub: “Məgər o, səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! (Sən dini, şəriəti bilmədiyin halda, səni din, şəriət yoluna salmadımı?! Qırx yaşında sənə peyğəmbərlik vermədimi?!)”
İrvinq Vaşinqton kitabın 6-cı başlığında qeyd edir ki, dinlər haqqında həqiqətlər dönə-dönə təhrif edilmiş, ona görə də Allah uzun fasilələrlə dini etiqadın təmizliyini özünə qaytarmaq üçün bir çox peyğəmbərlərə vəhy vermişdir. Müəllif Nuh, İbrahim, Musa və İsa kimi peyğəmbərlərin adını təsdiqləyir. Lakin Məhəmməd peyğəmbərin (s.s.) müqəddəs missiyası haqqında şübhələrinə qalib gələ bilmir, “Məhəmmədin doğulması ilə bağlı müsəlman yazıçılarının fantastik yazıları belədir,”-deyə onun fəaliyyətini adiləşdirməyə çalışır.
İrvinq Vaşinqton Quran haqda zəngin biliyə malik olsaydı islam dini haqda gözəl qələm sahibi kimi misilsiz bir əsər yarada bilərdi. Onun kitab yazmaqda əsas məqsədi nə idi? Axı, o, həvəslə, zövqlə təsvir etdiyi zəngin tarixi səhnələrin gerçəkliyini sonda şübhələrə bürüyür. İnkar olunan həqiqəti bu qədər parlaqlıqla, yeri gələndə səmimiyyətlə necə yazmaq olar? Bəlkə onun da bir çox yaradıcı insanlar kimi qəlbi ilə ağlı bir araya, barışığa gələ bilməyib?
Müəllif peyğəmbərin həzrəti Cəbrayıl tərəfindən köksünün yarılıb ürəyinin təmizlənməsini təsvir edir. Bu hadisə Qurani-Kərimin “Əl-İnşirah” (Genişlətmə) adlı 94-cü surəsinin 1-ci ayəsində öz əksini tapıb.
Məhəmməd peyğəmbərin (s.s.) vəfatı ilə bağlı hadisəni yalnız ona ehtiramla yanaşan yazıçı təsvir edə bilər: “Şəhərdən uzaqda olan Əbu Bəkr xalqı və Ömərin həyəcanlarını cilovlamaq üçün özünü vaxtında yetirdi. Otağa daxil olan kimi mərhumun üzərinə salınan örtüyü açıb onun solğun üzündən öpdü və haray çəkdi: “Ey mənə atamı, anamı əvəz edən, sən cansız ikən yenə də ətir saçırsan...Artıq sən tam xoşbəxtliyə malik olmusan, çünki Allah artıq sənə ikinci dəfə ölüm verməz.” Sonra mərhumun bədənini örtüb çölə çıxdı, Ömərin nitqini susdurmaq istəyi baş tutmayanda o, kütləyə müraciət etdi: “Əgər həqiqətən də siz, ancaq Məhəmmədə etiqad edirsinizsə, o vəfat edib. Yox, əgər siz Allaha xidmət edirsinizsə o, ölə bilməz. Məhəmməd yalnız Allahın peyğəmbəri olub, ondan əvvəlki müqəddəslərin, həvarilərin başına gələnlər onu da haqladı. Allah Quranda deyir ki, o, mənim rəsulumdur, lakin ölümü labüddür. Nə deyirsiniz? İndi o, ölübsə onun təlimlərindən imtina edəcəksiniz? Unutmayın ki, sizin imandan üz döndərməyiniz Allaha heç bir ziyan gətirə bilməz...”
Qəribədir, İ.Vaşinqton peyğəmbərin müqəddəs missiyasını əslində inkar etsə də, lakin ona öz isti münasibətini də gizlədə bilmir: “... İslamın banisi sözsüz ki, dahi insan, güclü yaradıcılıq fantaziyasına malik idi, lakin bizə elə gəlir ki, o, anların təsiri altında olub...Unutmaq olmaz ki, onun görüntüləri həmişə dəqiqliklə yazılmayıb...” Demək, müəllifin bu etirafı çox maraqlıdır, islam peyğəmbərinə Allah tərəfindən vəhy verilməsini istər-istəməz etiraf edir, onu islamın banisi kimi təqdim edir.
Qurani-Kərimə və onun tərcümələrinə də bir çox alimlərin, dindarların müxtəlif təzadlı mövqeləri mövcuddur. 1997-ci ildə Azərbaycanın görkəmli şərqşünas alimləri Ziya Bünyadov və Vasim Məmmədəliyev Quranı azərbaycan dilinə tərcümə etmişlər. Vasim Məmmədəliyev kitaba ön söz yazmışdır.Tərcümə ilə bağlı müəllif qeyd edir: “...Qurani-Kərimi poetik tərcümə etmək istəyən ya Allah kəlamının özündə olan qafiyə sistemini saxlamalı, ya da tərcümə etdiyi dilə uyğun bir qafiyə sistemi taparaq onun həm məna dəqiqiliyini, həm də üslub gözəlliyini, poetikliyini qoruyub saxlamalıdır. Bu iki ümdə məziyyətin hər ikisinə eyni dərəcədə müvəffəq olmaq, hər ikisini bütün tərcümə boyu qoruyub saxlamaq imkan xaricindədir.”
Bu deyilənlərə onu əlavə etmək istəyirəm ki, məhz Allah kəlamını qafiyə çərçivəsində saxlamağa cəhd göstərən tərcüməçilərdən biri tarix elmləri doktoru, linqvist, şərqşünas Teodor Adamoviç Şumovskidir Onun fikrincə, bu, ərəb dilinin orijinalına daha yaxındır. T.Şumovski milliyyətcə polyak idi, o, 1913-cü ildə Jitomirdə doğulsa da Birinci dünya müharibəsində ailəsi yaşamaq üçün Şamaxıya köçür. Teodor göz açıb Şamaxının təbiətini, mülayim insanlarını görüb həyata ilk qiymətini verə bilmişdi. Bu qiymətə, səmimi münasibətə onun “Quran” Şumovskinin bədii tərcüməsi” kitabında rast gəlirik. Ateizmin hökm sürdüyü dövrdə Quranı oxumaq, məscidlərə toplaşmaq qadağan idi. Kitabda oxuyuruq: “Müsəlmanlar əhatəsində olmağıma baxmayaraq, heç kimin əlində Quran görməmişdim. Sovet dövründə bu müqəddəs kitab qadağan edilmişdi. Əlbəttə, inancı olan “türklər” onları belə adlandırırdılar, hələ anbara çevrilməyən şəhər məscidlərindən birində gizlicə ora toplaşırdılar. Mənim yeniyetməlik dövrümdə Şərqin gözoxşayan cizgiləri hər gün qarşımda açılırdı. Şəhərin cənub hissəsində qədim karvan yolu uzanır, o indi əsas küçələrdən biridir. Küçə boyu tacirlərin dükanları sıra ilə düzülüb. Cümə günləri burda bazar səs-küy içində olur, qonşu kəndlərdən hərə öz malı ilə bazarda iştirak edir. Əsas küçənin hər iki qurtaracağında Cümə məscidi qüsul almaq üçün suyu quruyan hovuz və uca minarəli “Sarı torpaq” məscidi yerləşirdi. Yan küçədə dua binası xarabalığa çevrilmişdi. Geniş həyətin küncündə müqəddəs pir vardı...Dağın yamacında yüksəklikdə qəbristanlıqdır. Qəbrlər bir sırada düzülüb uzanır, hər birində ərəb yazıları var...” Görünür, Şamaxı əhalisinin mehriban, səmimi münasibəti, şərq koloriti, xalqımızın qonaqsevərliyi gənc Teodorun islama münasibətində əhəmiyyətli rol oynayıb. Qəbr daşlarının üstündəki ərəb yazıları, qəbristanlıqda Qurandan oxunan “Yasin” surəsi onun yaddaşında həmişəlik yaşayıb. Quranın surələrinin təsir gücünü, melodik avazını necə unutmaq olardı? Onun müqəddəs ayələrinin ilahi qüdrəti öz dinləyicisinin qəlbinə yol tapa bilir. Teodor Şumovski müsəlmanların adət və ənənələrini, milli keyfiyyətlərini yaxından bildiyi üçün toxunduğu hadisələrdə təhriflərə yol vermirdi. Müəllif öz kitabında yazır: “Müsəlmanın üç böyük andı var, onu pozmağa hətta ən aşağı səviyyəli insan cəsarət etməz: “Allaha and olsun”, “Peyğəmbərə and olsun”, “Qurana and olsun”...İnqilablar baş qaldırmış dağılmış, dövlətlər yaranmış məhv olmuş, insanın gözləri qarşısında yeni ölkələr qurulmuş Quran isə yaşayıb yaşayır. Onun sözlərini daha çox qəlblər öz dərinliyinə toplayır, həyatını onunla bağlayır.”
Onun Quranın poetik tərcüməsi dünyanın şərqşünaslıq sahəsində ən qiymətli kitablardan biri sayılır. 1992-2008-ci il ərzində Şumovskinin Quranın poetik tərcüməsi 5 dəfə çapdan çıxıb, çox nüsxəsi muzey və kitabxanalara hədiyyə edilib. Qismət elə gətirib ki, Peterburqda Volkovski qəbristanlığında müəllimi Kraçkovskinin qəbri yanında Şumovskinin qəbri yerləşir. Müəllim-tələbənin ruhları Yasin surəsi ilə rahatlıq tapsın. Görəsən, T.Şumovskinin Quranın poetik tərcümə kitabı Şamaxının kitabxanalarında varmı?!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM