İqtisadçı alim
Son günlər daha çox müraciət edilən məsələ banklarda depozitlərin taleyi ilə bağlıdır. Sual sadədir: Əmanətlərin Sığortalanması Fondundakı 109 milyon manatın ümumi sığortalanmış əmanətlərin 2.2%-ni təşkil etməsi depozitlərin qorunması baxımdan problem yaradırmı? Ümumiyyətlə, fondda nə qədər pul saxlanılmalıdır? Birmənalı şəkildə, fondun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır. Əvvəlla, beynəlxalq praktikada bu tip fondların aktivlər ilə sığortalanan əmanətlərin həcmindəki payı ilə bağlı konkret heç bir standart yoxdur. Bu hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir. İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir. Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83.6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18.2 trliyon rubldur (290 billion 476 million dollar). Şimal qonşumuzda fondun aktivlərin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0.45 faizdir. Amma bu anlama gəlirmi ki, Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədir? Təbii ki, yox. Üçüncüsü, fondun aktivlərin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu bankların xərclərinin artmasına və bir sıra məhsullarının bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək. Bu cür fondlar adətən riskli bazar alətlərinə yatrım etmirlər- hətta potensial gəlirlilik səviyyəsi yüksək ola bilsədə. Fondun vəsaitlərinin isə nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarəedilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır: ancaq bu az riskli istiqamətlər üzrə olmalıdır. Dördüncüsü, bütün və ya əksər bankarın eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil. Eyni zamanda, 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. Evrobankda əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir. Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcüd aktivlərindən çox olduğu halda baş verir. Ona görə də, bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz. 29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7.6 milyard manat olduğunu nəzərə alsaq gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görsənir. Altıncısı, hal-hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələr ilə müqayəsədə 3 dəfədən çox azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə maneə olur. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalana faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatçılıq yaranmalıdır. Əksinə, fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bunun da edilməsi olduqca vacibdir. Əmanət qorunursa o bütün hallarda qaytarılmalıdır: hətta borclanma hesabına olsa da belə.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM