Yeni Sahibkarlıq Fərmanı Nəyi Dəyişəcək?

13:45 / 04.03.2014

Dr. Vüqar Bayramov

İqtisadçı alim


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 3-də “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayib. Sənəd əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Fərmanın əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrinin minimumlaşdırılmasıdır. Ölkə prezidentinin göstərişinə əsasən, dövlət qurumlarına bu sahədə əlavələr tədbirlər paketinin 2 ay müddətində hazırlamalıdırlar.

Sənəd sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılmasını nəzərdə tutur. Qeyd edim ki, Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatına əsasən ölkəmizdə bu sahədə vəziyyət yaxşı hesab edilir. Belə ki, biznesə başlamaq indikatoruna görə, Azərbaycan dünyada 10-cudur. Biznesi qeydiyyatdan keçirmək üçün tələb edilən proseduların sayı 3, günlərin sayı isə 7-dir. Bu göstəriciyə görə, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir. İnkişaf etmiş ölkələrinin birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun olaraq 5 və 11-dir. Bu sahədə fərmandan irəli gələn əsas məqsəd tələb edilən günlərinin sayının azaldılması və proseduranın 2-ə endirilməsi istiqamətində olmalıdır.

Fərmanda digər ciddi məqam tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılmasıdır. Əslində sözügedən bu iki istiqamət üzrə proseduraların sayının çox olması ölkəmizin Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatında mövqeyinə mənfi təsir göstərir. Son fərmanda bu istiqamətlərin nəzərə alınması ölkə başçısının bu sahədə qaldırılan məsələlərə diqqət ayırmasından xəbər verir. Məsələ ondadır ki, Azərbaycan tikintiyə başlamaq indikatoruna görə, dünyada 180-ci yerdədir. Belə ki, tikintiyə icazə alınması üçün tələb edilən proseduraların sayı 28, tələb edilən günlərin sayı isə 212-dir. OECD ölkələrində orta göstəricilər müvafiq olaraq 13 və 148-dir. Elektriklə təchizata görə, Azərbaycan hesabatda 181-ci yerdədir. 9 proseduradan keçmək tələb edən bu iş üçün sərf edilən günlərin sayı 241-dir. OECD-i ölkələrində orta göstəricilər uyğun olaraq 5 və 80-dur. Göründüyü kimi, bu göstəricilərə görə, Azərbaycan inkişaf etmiş ölkələrdən geri qalır. Əslində, qeyd edilən iki sahədə proseduraların və tələb edilən müddətin azadılması sahibkalarlara qısa zamanda elektrik ilə təmin olunmaq və tikintiyə başlamaq imkanı verəcək.

Bu sahədə həyata keçiriləcək islahatlar hər iki istiqamət üzrə elektron müraciət sistemin tətbiq edilməsidir. Bu sistem həm proseduraların, həm də tələb edilən müddətin azalmasına imkan verəcək. Bu eyni zamanda neqativ halların aradan qaldırılmasına şərait yaradacaq.

Sənədə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərcləri də azaldılmalıdır. Dünya Bankının sözügedən hesabatına əsasən, ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxşdir. Azərbaycanda hesabatda 13-cü yerdədir. Belə ki, bunun üçün tələb edilən proseduraların sayı 4, günlərin sayı isə 11-dir. OECD ölkələrində bu göstərici uyğun olaraq 5 və 24-dir. Bu isə o deməkdir ki, Azərbaycanda bu sahədə vəziyyət sözügedən quruma üzv olan ölkələr ilə müqayisədə yaxşıdır. Bununla belə, bu istiqamətdə əsas diqqət günlərin sayının azaldılmasına yönəldilməlidir. Bütün əmlak üzrə ilkin və təkrar hüquqlarının qeydiyyatının “ASAN” xidmətinin səlahiyyətinə daxil etməklə bu sahədəki proseduraların sayını ciddi şəkildə azaltmaq olar.

Fərman eyni zamanda idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsini də özündə ehtiva edir. Bu sahədə vəziyyət, təəssüf ki, qənaətbəxş hesab edilmir. Bu baxımdan, bu istiqamətdə islahatların aparılması olduqca vacib idi. Belə ki, Dünya Bankının sözügedən məşhur hesabatına görə, Azərbaycan bu indikatora görə dünyada 168-cidir. İxrac üçün tələb edilən sənədlərin sayı 9, günlərin sayı isə 28-dir. OECD ölkələrində bu müvafiq olaraq 4 və 11-dir. Ölkəmizdə idxal üçün tələb edilən sənədlərin sayı 11, günlərin sayı isə 25-dir. Bu göstəricilərə görə OECD ölkələrinə uduzuruq: müvafiq olaraq, 4 və 10. Oxşar e-sistemin bu istiqamətdə də tətbiq edilməsi olduqca vacibdir.

Ölkə Prezidenti eyni zamanda kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlanmasını tapşırıb. Bu sahədə vəziyyət orta qiymətləndirilir. Belə ki, Azərbaycan bu göstəriciyə görə, dünyada 55-cidir. Ölkəmizdə vəziyyət OECD-ə üzv olan dövlətlər ilə, demək olar, eynidir.

Sənədə görə, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb. Bu göstəriciyə görə, Azərbaycanın dünyada mövqeyi yaxşı hesab edilir: Dünya Bankı ölkəmizi 22-ci yerdə görür. Göstəricilər OECD-i ölkələri ilə tamamilə eynidir.

Fərmana əsasən, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinin də həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Dünya Bankının hesabatına əsasən, Azərbaycan bu indikatora görə dünyada 86-cıdır. Müflüşləşmə üçün tələb edilən müddət 2.3 il, müflüşləşmə xərci isə əmlakın 8 faizi həcmindədir. OECD ölkələrində bu göstəricilər uyğun olaraq 1.7 və 9-dur. Deməli, bu sahədə əsas diqqət müddətin azaldılmasına yönəldilməlidir.

Göründüyü kimi, fərmandan irəli gələn fəaliyətlərin icra edilməsi sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verməklə yanaşı. Azərbaycanın Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatındakı mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb olacaq.


Vüqar Bayramov
Iqtisadçı alim


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM