İqtisadçı alim
Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir. Doğrudur, hasilatın çox olmasının siyasi səbəbləri də var. Amma reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır. Gündəlik 9.3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdidr. ABŞ eyni zamanda idxalın struktrunu da şaxələndirilməsinə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalınin 7.8 milyon barrel azaldan Birləşmiş Ştatların neft importunda heç bir ölkə dominant deyil. ABŞ idxalında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Sədiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür. OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə “oynayır”.
Bu baxımdan neftin qiymətlərinin kəskin azalmasında və dünya bazarında “qara qızıl” bolluğunun yanaşmasına baxmayaraq, ötən ay keçirdiyi yığıncaqda OPEK hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etdi. Bu da 2016-cı ildə neftin qiymətinin yükəsələcəyinə ümidli olan ölkələri və şirkətləri xeyili bədbinləşdirdi. ABŞ və İranın Avropa bazarına çıxışı neftin dünya bazar qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir. OPEK-in iki aparıcı ölkəsi arasındakı gərginliyə baxmayaraq neft bazarındakə təklif təzyiqi qiymətlərin ciddi artmasına imkan verməyəcək. Qiymətlərin stabilləşməsi yalnız Sədiyyə Ərəbistanın dünya bazarına çıxış imkanlarının məhdudlaşdığı halda mümkündür.
Neftin dünya bazar qiymətinin azalması və aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: “Neftin dünya bazar qiyməti yüksək olan dövrlərdə ixracatının 95 faizini neft və neft məhsulları təşkil edən ölkəmizin gəlirləri son 1 ildə 3 dəfə azalıb. Manatın devalvasiyası Azərbaycan ÜDM-nin son 1 ildə dollar ifadəsində 2 dəfə azalmasına səbəb oub.
Bu baxımdan neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, iqtisadiyyatımıza mənfi təsir göstərmərklə daxildə valyuta qıtlığı yaradacaq. Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq. Neftin dünya bazar qiymətinin aşağı qaldığı halda üçüncü devalvasiya gözləniləndir. Əslində, neftin dünya bazar qiymətinin azalması Azərbaycan üçün bütün sahələrə əhatə edəcək islahatların aparılması üçün mesaj olmalıdır. İndiki mərhələdə parallel olaraq iki fəaliyyəti həyata keçirilməsinə ehtiyac var. ÜDM-də xarici borcun payının 20 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın daha 10 milyard dollar xarici borc cəlb etməsi borc asılılığmızı artırmayacaq. Bu xarici borcun payının beynəlxalq maliyyə qurumları tərəfindən tövsiyə edilən həddə olmasına imkan yaradacaq. Qeyd etmək lazımdır, xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə malik olan dövlətlərdəndir. Bu isə borclanma limitimizin olmasından xəbər verir. Təbii ki, 80-100 milyard dollarlıq borcun alınması ilə bağlı fantastik təkliflər heç bir halda müzakirə edilə bilməz və bu ölkəni ciddi borc asılılığına sürükləyə bilər. Məqbul borclanma valyutaya olan cari tələbin ödənilməsi üçün vacibdir.
Buna parallel olaraq isə xarici ticarət daxil olmaqla iqtisadiyyatın bütün sektorlarındakı monopoliya tamamilə aradan qalıdırlmalıdır. İdxal monopoliyasının ləğvi istehlak bazarında qiymətlərinin bazar tərəfindən tənzimlənməsinə və qiymət azalmalarına səbəb ola bilər. Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşması və elektronlaşması həyata keçirilməlidir. Bu kontekstdən biznesə müdaxilənin xüsusilə də rayonlarda tamamilə aradan qaldlrılması vacibdir. Liberallaşmanın və eləcə də şəffaflığın strateji və dayanıqlı formada dəstəklənməsi üçün Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi sürətləndirilməlidir. Kadr potensialının gücləndirilməsi daxil olmaqla hökumət institutlarını əhatə edəcək struktur islahatıarın genişləndiriıməsinə ehtiyac var. Qeyd edilən hər bir istiqamət üzrə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən geniş təhlilə əsaslanan dövlət sənədləri hazrılanıb ki, bu da hökumət üçün islahatların genişləndirilməsi üçün elmi-tədqiqi məlumat bazası ola bilər. İslahatlar strateji hədəflərə çatmaq üçün vacibdir. Çünki geniş miqyaslı islahatlar qısa deyil, orta və uzun müddət ölkəyə valyuta daxil olmasına imkan verir. Bu baxımdan, borclanma taktiki, islahatlar isə strateji əhəmiyyət daşımalıdır. Bu halda Azərbaycan neftin dünya bazar qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirlərini minimumlaşdıra bilər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM