Kölgə haqqında ballada

10:43 / 12.02.2016

Zöhrə Əsgərova

Yazıçı-publisist

 

           Öz əzəmətini günəşin kölgəsinə görə qiymətləndirmə.

Pifaqor

Qədim yunan əfsanəsinə görə, Korinfli dulusçunun qızı bir gənci sevir. Oğlanla hər dəfə  ayrılıq onun qəlbini sıxır. Gənc xanım sevdiyi oğlanın divara düşən kölgəsinin cizgilərini şam işığında divara həkk edir. Qəlbində ayrılığın həsrəti baş qaldıranda   kölgə gənc xanımın canlı xatirələrinin ünvanı, şahidi olur. Deyilənə görə, rəngkarlıq  belə demək mümkünsə məhz ilk dəfə kölgənin əsasında yaranmışdı.

Hər bir yaradılışın əsasında məhəbbət dayanır. İndiki dövrdə arzularımızı həyata keçirmək, məhəbbətimizə şahidlik etmək üçün texniki vasitələr çoxdur. Lakin bu imkanlar qədim məhəbbətin gücünü, təmizliyini dərindən ifadə edə bilərmi? Məhəbbət qəlbin nəfəs-nəfəsə ötürülən gizli şirin pıçıltısıdır. Dərindən düşünsək, kimisə sevgisinə görə təbrik etmək nə qədər düzgündür? Xüsusilə, Valentin günü ilə! Valentinin məhəbbəti əslində Leyli və Məcnun məhəbbətinin heç kölgəsi də ola bilməz...

Siz  elə bilirsiniz ki, təkcə  qədim  xanım sevgilisinin kölgəsini haşiyəyə alıb? XVIII əsrdə XV Lyudovikin  dövründə  maliyyə naziri Etyen de Siluett isə qonaqlarının kölgəsini çəkməklə daha məhşur idi. Bu, xəsis nazir öz yaşadığı qəsrin divarlarında  qobelen, qiymətli şəkillər asmaq əvəzinə, öz qonağının divarda profilinin kölgəsini şəxsən çəkib, onu qara rənglə boyayırımış. Qəsrin bir çox zalları qara kölgələrin siluetlərindən ibarət idi. Uzun illər ərzində Şatto de Berq qəsrində qeyri-adi “portretlər” qalereyası  yaranmışdı. Demək olar ki, bu, ilk və yeganə “Kölgələr muzeyi” adlana bilərdi.  “Muzey”in kölgələri sanki keçmişin qaranlığında əriyib yoxa çıxıb. Maraqlıdır ki, Fransada kölgə “siluet” adı altında sərəbst janr kimi bu gün də davam etdirilir.

Luna Manakurinin şerində isə gənc özü sevgilisinin kölgəsinə çevrilir. Sevgilisini görməkdən savayı onun heç bir arzusu yoxdur. Şerin son misraları belədir: əksimiz işıqsız məhv olur. Hər gecə mənim üçün od yandır mən sənin kölgən kimi canlanım. Ümumiyyətlə,  kölgə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Şairlərin və yaxud rəssamların bu qaranlıq gerçəyə necə yanaşdığının şahidi olursan. Məsələn, şair Konstantin Belmont kölgəni ilahiləşdirir. Bu şeir sanki simvolizmin himninə çevrilir. Şeirin qəhrəmanı keçmiş doğma kölgələrin dolaşdığı yerə-əbədiyyətə yaxınlaşmaq üçün zamanın gedişini  dayandırmaq arzusundadır. Andrey Belıy isə əksinə keçmişə daha real yanaşır. “Sən kölgələrin kölgəsisən” şerində keçmiş ona kölgə kimi soyuq və amansız görünür. A.Belıy ələ gəlməz keçmişində kölgəni ümidsiz bir arzu sanır. A.Blok, F.Tütçev, S.Mixalkov, Denis Bajenov, M.Matusovski və başqaları kölgəni gah qəhrəman səviyyəsinə qaldırır, gah onun şıltaqlıqlarını  təsvir edir, gah da  kölgəni yuxuya bənzədirlər.

XVI əsrdə isə rəngkarlıq sahəsində rəssamlar təsvirlərin kölgələrinə böyük əhəmiyyət verirdilər. Əsərlərində işıq və kölgənin rolunu yüksək qiymətləndirən rəssamlar arasında  Leonardo da Vinçinin adını xüsusi qeyd etmək lazımdır. Onun üçün  qaranlıq rənglər torpağın dərin qatlarının təcəssümü idi. Rəssam parlaq işığı sevmirdi, onun nəzərində işıq hər şeyi çılpaqlaşdırır. İntibah dövründə rəsmlərin təsvirinə reallıq vermək üçün kölgədən daha çox istifadə edirdilər.

Bildiyiniz kimi dünyada kölgə teatrının yaranma tarixi qədimdir. Bəlkə də 1500 və yaxud 1700 il əvvəl yaranmışdır. O əsasən Çin və Hindistanda daha çox geniş yayılmışdı. XVI əsrdə kölgə teatrı Osman imperiyasının dövründə, XVIII əsrdə  Fransa və Böyük Britaniyada fəaliyyət göstərib. XVI əsrdə Türkiyədə “Qaragöz” kölgə teatrı yaradılır. Sonralar yunanlar da bu teatrdan bəhrələnib öz kölgə teatrını yaradırlar. O dövrdə  saraylarda tez-tez kölgə teatrının tamaşaları  nümayiş olunurdu.

Sürrealist rəssam Salvador Dali kölgə haqqında demişdir: “Hər bir şeyin o biri tərəfi  nədənsə  məndən başqa heç kimi maraqlandırmır. Məsələn, götürək, kölgəni! Başa düşmək istərdim ki, onu özündən kənara atana qarşı münasibəti necədir, ümumiyyətlə, o nədir?” Rəssamlar  çox vaxt əsərlərində insanın, əşyaların kölgələrini də çəkirlər. Çünki kölgə obyektin elə bil həcmini daha da böyüdür, ona dərin məna verir. Axı, canlı  həyatı necə kölgəsiz təsəvvür etmək olar? İşıq sanki əşyanın kölgəsinin də istər-istəməz konturlarını  çəkir. Kölgə fəlsəfi anlayışdır – müsbət və mənfinin, xeyir və şərin, ağ və qaranın vəhdətindən yaranır. Təkcə cansız ruhların  kölgəsi olmur.

Yeri gəlmişkən qeyd edək ki, “Zoluşka”, “Don Kixot”, “Adi möcüzə” və s. filmlərin, pyeslərin istedadlı müəllifi yazıçı, dramaturq Yevgeni  Şvartsın “Kölgə” adlı nağıl-pyesində baş qəhrəmanlar alim və kölgədir. Onun pyeslərinin Stalin dövründə teatrda səhnələşdirilməsinə qadağa qoyulmuşdu. O, repressiya illərində müsahibələrinin birində bildirmişdi ki, mən kimisə şeytanlamaqdan başqa hər şey yazıram. Demək, Şvarts repressiya illərində heç kimin kölgəsini qılınçlamamışdı,  məhkəmələrdə yalançı şahid olmamışdı, ancaq oxucu məhəbbətini qazanan əsərlər yazmışdı. Y.Şvartsın “Zoluşka” əsərindəki fikirlər: “Mən sehirbaz deyiləm. Hələ öyrənirəm. Amma sevdiklərim üçün mən hər bir möcüzəyə hazıram.” Məncə, o, insanın-sehirbazın qəlbində Şvartsın xeyirxah ürəyi döyünürdü.

Rima Obramoviçin “Yevgeni Şvartsın “Kölgə” pyesində obrazların sistemi” məqaləsinə müraciət edək: “Müsbət qəhrəman kimi alim sülhün, harmoniyanın, xeyrin qələbəsinə çalışır. Kölgə isə bu sistemdə baş qəhrəmana qarşıdır, ona mane olur, onun rəqibidir...Maraqlıdır ki, həm Andersendə, həm də Şvartsda Kölgə həyatın bütün gizli tərəfini bilir...Kölgə insanla müqayisədə öz gücünü, üstünlüyünü hiss edir: “Mən döşəmədə uzana, divara çıxa, pəncərəyə düşə bilirəm...Mən küçədə uzana bilirəm, ordan keçənlər, təkərlər, atların nalları mənə heç bir ziyan vura bilmirdiər...Hiss edilmədən mən kölgə kimi hər yerə nüfuz edir, göz qoyur, qulaq asır və özgə məktubları oxuyuram.””Əlbəttə, yazıçıların, şairlərin əsərlərində kölgə çox vaxt məcazi mənada işlənsə də o həyatımızın qaranlıq tərəflərinin qəhrəmanı kimi iştirak edir.

Kölgə haqqında yazarkən, istər-istəməz Şekspirin “Hamlet” əsəri yad düşür. Pasternakın tərcüməsində rejissor Q.Kozintsevin 1964-cü ildə çəkdiyi “Hamlet” filmini xatırlayaq. Hamletin atasının nəhəng qara kölgəsi sürətlə hərəkət edir, oğlunu onu müşayiət etməsini bildirir. Sarayda öz qardaşı tərəfindən qətlə yetirildiyindən, xəyanətdən Hamleti agah edir. Mərhum kralın kölgəsinin acı etirafı Hamletin həyatını alt-üst edir, onu qisasa çağırır. Göründüyü kimi, Hamletin atasının kölgəsi də əsərin qəhrəmanına çevrilir.

Xaruki Murakami yazır: “Çox qəribə olardı ki, gözlənilmədən öz köhnə kölgənə rast gələsən”. İnsan illərlə üzünü görmədiyi dostunu, qohumunu tapa  bilər, lakin kim deyə bilər ki, o öz köhnə kölgəsini tapa bilib? Çünki kölgə ələ gəlmir, o işıqdan doğsa da onun kölgə kimi mahiyyəti heç vaxt dəyişilmir. Məhəbbət və nifrət ona yaddır. Kölgənin güldüyünü, ağladığını görən olubmu? O danışmır, görmür, eşitmir, lakin səni izləyir, səninlə bir addımlayır. Ayağın büdrəsə səni qoruyub saxlaya bilməz, üstünə yıxılsan ağrı bilməz, axı, o kölgədir kölə deyil. Nağıl qəhrəmanına çevrilən kölgəni dilləndirə bilsəydik, bəlkə o da öz dilində danışardı.

Müasir yazıçı Viktor Pelevinin çox orijinal mövzularda esseləri var.  “Con Faulz və rus liberalizminin faciəsi” essesinə müraciət edək: “Ətrafımızdakı dünya belədir- kölgələr teatrı, ancaq işıq isə  bir yerdə çox, başqa yerdə isə azdır. Bəs, elə isə nəyə ümid edək? Nədən qorxaq? Əslində, bu haqda danışarkən mən əlimə həqiqət çırağını götürmürəm. Adicə olaraq onun qarşısında sözlərin barmaqlarını əyib yeni-yeni kölgələr yaradıram.” 

Yeri gəlmişkən qeyd edək ki, yəqin televiziya ekranlarında Pilobolus amerika kölgə teatrı ilə tanış olmusunuz. Səhnədə aktyorlar bu sintetik, plastik  incəsənət növünü tamaşaçılara sevdirə bilmişlər. Əl hərəkətlərindən tutmuş bir qrup aktyorların kölgə teatrında yaratdıqları mənzərələr doğrudan da möcüzədir. Ağ və qara rənglər fonunda sanki cizgi filmində baş verən hadisələri izləyirsən.

Deyirlər, şəhərin işığı nə qədər parlaq olsa, onun kölgəsi də bir o qədər tünd olar. Bunu şəhərdə yaşayanlar təsdiq edə bilər. Əslində işıqla qaranlıq  arasında elə böyük məsafə yoxdur. Onlar bir-birinin vəhdətində mövcuddurlar.Energetika özündə işığı, rəngi və kölgəni birləşdirir, bunların əsasında isə hava, su, torpaq, od mövcuddur. Məhz bu elementlər hər gün bizi əhatə edir. Elmi dildə “kölgə” nə deməkdir? K.Q.Yunqun fikrincə, kölgə gerçəkliyin bütün inkar olunmuş sahələrinin məcmuudur. K.Yunq özünəməxsus  tərzdə qeyd edir ki, hər bir insanın inkişafı müxtəlif mərhələlərdən keçir. Birinci mərhələdə Persona maskanı hər gün özümüzdə gəzdirir, özümüzü inandırmağa çalışırıq ki, biz olduğumuz kimiyik. Kölgə-bizim qara tərəfimiz də bizə özümüzü necə aparmağı öyrədir. Bu zaman biz personadan ayrılmaq istəyirik, çünki daxilimizdə  neqativ xüsusiyyətlər aşkar edirik. Yunq məsləhət edir ki, onsuz da kölgə həmişə bizimlədir, onunla əlaqə qurmaq üçün öz daxilimizə boylanmalı və səmimi etiraf etməliyik ki, biz orda nə görürük.

Kölgə kimi qara fikirlər insanda öz ətrafına qarşı yalnız şübhə, inamsızlıq yaradır, onunla mübarizədə qalib gəlmək üçünsə persona öz iradəsinə, idrakına arxalanmalıdır. İstər-istəməz  Ziqmund Freydin fikirləri yada düşür. O, bildirir ki, öz təbiətinə qarşı çıxıb “nəcib” olmaq istəyən insanlar həmişə əsəb keçirirlər. Yaxşı olardı ki, onlar öz pisliyi ilə baş-başa qalsın, onda onlar özlərini daha rahat hiss edərlər. Bir sözlə, ailə, cəmiyyət qarşısında məsuliyyət, vicdan kimi mənəvi dəyərlər Ziqmunda görə arxa plana ötürülür, əsas məqsəd fərdin “azadlığının” qorunmasıdır. Yazıçı, esseist Con Robert Faulzun şəxsiyyət  haqqında maraqlı fikirləri var: “Bizim bütün əməllərimiz daxilimizdə hiss etdiyimiz boşluğu hissə-hissə doldurmağa yaxud onu pərdələməyə yönəlmişdir.” Bunu bacarmayan fərd isə ruh düşkünlüyünə düçar olur, intihar cəhdlərinə əl atır. Con Faulz sanki Ziqmund Freydin yuxarıda qeyd edilən fikirlərinə etiraz edir: “Günahın yuyulması, günahdan təmizlənmə yoxdur, günah dəyərləndirmə bilmir. Nə qədər ki, zamanın özü  geri alınmayıbsa onu da qaytarmaq mümkün deyil.” Yəni pis insan öz əməlinin girovu olsa da həyatın kölgəsində belə işığa doğru can atmalıdır. Ziqmund Freydin məsləhətinə əməl edilsə, pis, əsəbi insanın  törədəcəyi günahlara əvvəlcədən könüllü surətdə şərait yaratmaq deməkdir.

Lakin uzaqdan gördüyümüz ayda da qaranlıq, kölgə var, təkcə küləyin  kölgəsi yoxdur. İspan yazıçısı Karlos Ruis Safon “Küləyin kölgəsi” əsərini yazsa da orda nə külək əsir, nə də kölgəyə rast gəlmək olar. Uğur kölgəsi isə yazıçı Karlos Ruis Safonun üstündən əskik deyil.

Hərdən fikirləşirəm ki, şairlər çox vaxt reallıqdan uzaqlaşıb, nağılvari hadisələri, fantastık xəyalları vəsf etməyi daha çox sevirlər. Heç eşitmisiniz ki, kimsə kölgəli ağaca dönmək istəsin? Həyatdan şirin heç nə yoxdur. Amma kölgə ilə bağlı xalq mahnısında belə bir sətirlər var: “Ağac olaydım yolda duraydım, sən gələn yolllara kölgə salaydım.” Bu poetik lövhədə aşiqin sevgilisinə qayğısı, məhəbbəti nə qədər böyükdür, onun yolunda  ağaca çevrilməkdən  belə qorxmur, təki sevgilisi qızmar günəşdən qorunsun. Şairin belə bir fədakar arzusuna  hörmətlə yanaşırıq. Ancaq sevgilisi ordan keçməyəndə nəyə çevriləcəyini yazmayıb.  Sözün düzünü bilmək istəyirsinizsə,  indiyə qədər ağaca dönən aşiq  görməmişəm.

Lakin belə bir deyim də var: “Kölgən üstümdən əskik olmasın”. Yaxşı arzudur, bu, əslində kölgəsini belə qiymətləndirdiyimiz insana can sağlığı arzulamaqdır. Çünki, candan çıxan ruhun kölgəsi yoxdur, ancaq insanın kölgəsi var.

Unutmayaq ki, təkcə Allahın nuru kölgəsizdir. Onun müqəddəs nuru hər şeyi  əhatə edir. Allahın sevdiklərini sevib dəyərləndirək, hələ imkan var...

Sonda İvan Xemnitserin “Səfeh və kölgə” şerini xatırladım. Şeirdə necə deyərlər, kölgəsi özündən ağıllı olan səfeh insan daim öz kölgəsinin ardınca qaçır və heç vaxt  onu tuta bilmir. Tanrı bizi kölgəmizin ardınca qaçan etməsin. Çalışaq ki, ailədə, cəmiyyətdə gözümüz kölgəli olmasın. Deyirlər ki, yüz gün kölgə kimi yaşamaqdansa bir gün insan olmaq daha yaxşıdır. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM