Ərəb xalqının böyük oğlu

11:45 / 25.02.2016

Reyhan Mirzəzadə

Publisist-politoloq

       Yusuf əs- Sibainin vəfatından 38 il keçir.

 Tanınmış Misir yazıçısı, görkəmli ictimai-siyasi və dövlət xadimi kimi xalqların qəlbində əbədi yaşayan Yusuf əs-Sibainin yaradıcılığı çox zəngindir. Lakin ədibin zəhmət və mübarizə dolu fəaliyyəti heç də asanlıqla bu zənginliyə qovuşmamışdı.Ərəb xalqının bu layiqli oğlunun parlaq yaradıcılıq zirvəsinə getdiyi yol siyasi aşırımlardan keçdiyi üçün əvvəlcə bu barədə bəhs etmək istəyirəm.

Yusuf əs-Sibainin yaradıcılığında mühüm yer tutan “Riyakarlıq yurdu” romanı mürəkkəb bir tarixi şəraitdə yazılmışdır. Qeyd edim ki, 1944-1949-cu illərdə Misirdə hökumət beş dəfə dəyişilmişdi. Misir-İsrail müharibəsi ölkənin iqtisadiyyatına ağır zərbə vurmuşdu. Müharibə ərəfəsində irticaçı mülkədar, komprador höküməti ölkənin mütərəqqi qüvvələrini həbs etmişdi.

Sibainin “Riyakarlıq yurdu” romanı 1952-ci il iyul inqilabından üç il əvvəl, 1949-cu ildə nəşr olunmuşdu. Bu roman həmin dövrdə ictimai mühitin və monarxiya quruluşunun yaramazlığı, idarə və nazirliklərdə bürokratizm, polis sistemində xalqa qarşı edilən özbaşınalıq və ədalətsizlik əleyhinə yazılmış kəskin bir əsərdir.

Zamanın mütərəqqi ziyalıları ölkənin bu ağır vəziyyətinə acıyır, qələmə sarılaraq ölkədəki mövcud quruluşu tənqid edirdilər. Bu barədə haqqında söhbət açdığım əsərə resenziya yazan Misir tənqidçisi Bint əş-Şati yazırdı: “Riyakarlıq yurdu” şəhadət verir ki, romandakı hadisələr həqiqi, realdır;qələm sahibləri qələmin şərəfini qorumuş, böyük mübarizədə öz qələmləri ilə qorxmadan və riyakarlıq etmədən vuruşmuşlar.

Əsərin qəhrəmanı Əmək Nazirliyində işləyir. O, mütərəqqi fikirli, köhnə adət və ənənələrə qarşı çıxan, dövrün iyrənc qayda-qanunlarını rədd edən bir ziyalıdır. Ancaq o təkdir, ölkədə yaranmış dəhşətli vəziyyəti aradan qaldırmaq üçün çıxış yolu, mübarizə üsulu axtarır.

Əsərin qəhrəmanı mübarizəyə ilk növbədə işlədiyi nazirlikdən başlamalı olur. Burada gördüyü nöqsan və yaramazlıqlara, bürokratiyaya qarşı çıxır. Cəmiyyətin eybəcərliklərindən ancaq yoxsul, kasıb insanlar, yarıac dolananlar əziyyət çəkirlər. Əsərdəki dul qadının vəziyyəti bunu bir daha təsdiq edir: “Bu qovluq Vəqf Nazirliyinin işçisi mərhum Abdul Vahid İbrahim Əfəndinin arvadı Zəhra Abdul-Hamid xanımındır. Bu qadın mərhum ərinin maaşından onun payına düşən miqdarı artırmağı hökümətdən xahiş edir, çünki ərinin əmək haqqından cüzi vəsait qalır ki, bu da vur-tut 4 funt təşkil edir. Ailə başçısı öz maaşından başqa, sonrakı günə heç bir irs saxlamamış ki, ailə onunla dolansın.

Qovluq şişmiş, imzalı və dərkənarlı kağızlarla dolmuşdur. Necə də şişməsin, qadının tələbindən iki il keçməsinə baxmayaraq, qovluq hələ də

nazirliyin idarələrində dolaşır, siyirmələrdə “mürgüləyir” və kabinetlərdə “yatır” .

Əsərin yazıldığı dövrdə Misirdə ictimai ədalətsizlik o dərəcəyə çatmışdı ki, hətta küçələrdə dəstə-dəstə gəzən yoxsullar, dilənçilər belə ölümə məhkum edilmişdilər. Yazıçı bu vəziyyəti öz romanında real və inandırıcı şəkildə təsvir edir: “Burada milyonlar kömək istəməyə haqlıdır, ancaq onlar cəsarət etmirlər ki, əllərini uzadıb soruşsunlar... Bunlar göz yaşlarından başqa hər şeyini itirənlər, ürək açıqlığından savayı, hər şeydən məhrum olanlardır!..”

Yazıçı öz qəhrəmanını ictimai həyatın müxtəlif səhnələridən keçirir və o, bu səhnələrdə döyülür, təhqir edilir, işgəncələrə məruz qalır. Qəhrəman xeyirxahlıq, nəciblik göstərir, lakin onu başa düşən tapılmır, səsinə səs verən olmur. Onu yalnız yoxsullar, dilənçilər və sadə xalq başa düşür...

Yusuf əs-Sibainin öz qəhrəmanını müxtəlif həyat səhnələrindən keçirməkdə məqsədi budur ki, ictimai həyatda qanun şəklində olan riyakarlıq, saxtakarlıq, hərc-mərclik və ictimai ziddiyyət hallarını geniş planda açıb göstərə bilsin. Dul qadının vəziyyəti, polis idarəsində qəhrəmana qarşı olan özbaşınalıq, dilənçilərin müdhiş yaşayışı, seçki sistemindəki alver və nəhayət, qəhrəmanın ictimai həyatı “əxlaq vəbası” ilə “zəhərlədiyinə” görə mühakimə edilməsi, bunların hamısı cəmiyyətin yaramazlığına qarşı öldürücü ittihamnamədir.

“Riyakarlıq yurdu” dan sonra yazıçı 1952-ci ildə “Sudaşıyan öldü” romanını yazır. Bir qədər sonra onun “Ən xeyirxah adamlar” kitabı müxtəlif dillərə tərcümə olunur.

1958-ci ildə Asiya və Afrika qitələrində müstəmləkə zülmü altında inləyən xalqların milli azadlıq hərəkatına və milli istiqlaliyyətinə kömək etmək məqsədilə Asiya və Afrika Xalqlarının Həmrəylik Təşkilatı yaradılır. Yusuf əs-Sibai bu Təşkilatın Baş katibi seçilir. Həmrəylik təşkilatının maddi, mənəvi və siyasi dəstəyi sayəsində həmin vaxtdan etibarən Asiya və Afrika qitələrində yaşayan xalqlar müstəmləkə zülmündən xilas olaraq, 60-dan yuxarı müstəqil dövlət yaradırlar. Odur ki, təşkilat milli istiqlaliyyət əldə etmiş, bu istiqlaliyyət uğrunda çarpışan xalqların dərin hörmət və nüfuzunu qazanmışdı.

Sonralar həmrəylik təşkilatının təsiredici qüvvəsini, fəaliyyətini daha da gücləndirmək məqsədi ilə Asiya və Afrika Ölkələri Yazıçılarının Cəmiyyəti yaradılır. Bu cəmiyyət Hindistan yazıçılarının təşəbbüsü və buna tərəfdar  olan  ölkələrin  səyi nəticəsində  meydana gəlir.

1966-cı ildə Asiya və Afrika Yazıçıları Cəmiyyəti Daimi Bürosunun iqamətgahı Kolombodan Qahirəyə köçürülür, Büronun Baş katibi vəzifəsinə isə yekdilliklə Misir Yazıçıları Cəmiyyətinin Baş katibi Yusuf əs-Sibai seçilir. Görkəmli ədib eyni zamanda Asiya və Afrika Yazıçıları Cəmiyyətinin mətbuat orqanı olan “Lotos” jurnalının (“Lotos-şanagüllə”, göldə bitən bitkidir) baş redaktoru təyin olunur.

1960-1973-cü illərdə Yusuf əs-Sibai ərəb aləmi ilə bərabər, Asiya və Afrika xalqlarının tərəqqisi naminə onların ictimai-siyasi həyatında gərgin fəaliyyət göstərməklə bərabər, öz yaradıcılığı sahəsində də əzmkarlıq nümayiş etdirib, Misir mədəniyyəti və ədəbiyyatına böyük töhfələr bəxş edir. “Qəlbimin cavabı”, “Nadiyə”, “Biz tikanlar əkmirik”, “Biz tək deyilik”, “Qəlbimi qaytar”, “Mən köçürəm”, “Qayıdış yolu”, “Ömür bir anlıqdır” romanlarını, “Zamandan daha güclü” pyesini, “İki okean arasındakı təyyarədə” oçerkini bu gün tək ərəb xalqı deyil, dünyanın bir çox millətləri, ədəbiyyatsevərləri  müəllifə məhəbbət dolu hisslərlə oxuyur.

Daha sonra “Əzrailin müavini”, “ On iki qadın”, “Nəhayət, millət güldü”, “Naməlum aləmdə”, “İman vergisi”, “Pərdə arxasında”, “Günlər keçir” əsərlərini qələmə alan Yusuf əs-Sibainin gərgin zəhmətlə işləməsini onun “Xarabalıqlar arasında” əsərini yazdığı qısa müddətdən bir daha görmək olar: “Səhər saat 9-dan axşam saat 5-dək gündəlik “həbs əməliyyatına” başladım: povesti  20 günə yazıb qurtardım”.

Məlumat üçün deyim ki, yazıçının 50 adda kitabı vardır ki, bunlar 15 roman və povest, 3 dram əsəri, qalanları isə hekayələr məcmuəsi və ədəbiyyata dair tənqidi məqalələrdən ibarətdir. Ədəbiyyat sahəsindəki xidmətlərinə və siyasi fəaliyyətinə görə Yusuf əs-Sibai 1960-1974-cü illərdə Jolio-Küri adına Qızıl Sülh medalı ilə təltif edilmiş və beynəlxalq “Lotos” mükafatına layiq görülmüşdür. “Əl-Hilal” jurnalı idarə heyətinin rəisi vəzifəsini də icra edən yazıçı, Misirin Ədəbiyyat və İncəsənt İşləri üzrə Ali Məclisinin Baş katibi və Misir-Ərəb Respublikasının  Mədəniyyət  naziri  vəzifələrinədək ucalmışdır.

 1976-1977-ci illərdə Yusuf əs-Sibai iki dəfə Azərbaycanda olmuş, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənt xadimlərimizlə görüşmüş, onlarla gözəl xatirələrə çevrilən maraqlı fikir mübadilələri aparmışdır.

1978-cil il fevralın 18-də 61 yaşlı Yusuf əs-Sibai Cənubi Kiprin Nikosiya şəhərində keçirilən Asiya və Afrika Xalqlarının Həmrəylik Təşkilatının  növbəti  sessiyasında  terrorçular  tərəfindən qətlə yetirilmişdir. 

Hər il Misir xalqı başda olmaqla, bütün ərəb aləmi, o cümlədən bir çox müsəlman xalqı böyük ədib, ictimai və siyasi xadim Yusuf əs-Sibainin şəhidlik gününü qeyd, onun əziz xatirəsini yad edir. Bu mərasimlə bağlı bir neçə il əvvəl Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın necə-neçə ziyalısı, yazıçı və şairləri, rəssam və kinomatoqrafçıları, alim və şərqşünasları, jurnalist və tarixçilərinin iştirak etdiyi tədbiri və həmin tədbirdə Mədəniyyət Mərkəzinin müdiri doktor Seyyid Qanimin çıxışını xatırladım. Ədibin həyat və fəaliyyətindən, xüsusilə peşəkar hərbçi kimi nailiyyətlərindən və onun general  rütbəsinədək  yüksəlməsindən bəhs edən Seyyid Qanim deyirdi: “Misirdə mərhumun cənazəsi hərbiçilərə məxsus təntənə ilə son mənzilə yola salındı. Vida mərasimində Prezident Ənvər Sadat, ərəb dünyasının, o cümlədən Misirin bir çox ədibi iştirak edirdi. Onlar bu hadisədən çox kədərlənmişdilər. Mərhumun dostu Sərvət Akaşa o müdhiş gecəni belə xatırlayır: “Həmin gecə Misir ağlayırdı... Qərb və Şərqin paytaxtlarının qollarını açaraq salamladıqları sülh elçisinə ağlayırdı. Elə bil ədibə ağlayırdı ki, sanki səma ona ürəklərin dərinliklərinə sirayət edə biləcək sözün sirrini bəxş etmişdir”.

Həmin vaxt Yusuf əs-Sibainin əsərlərinə çəkilən çoxsaylı filmlərdən biri olan “Biz tikan əkmirik” kinofilminə maraqla tamaşa etdik.Sadə, yetim və məzlum bir qızın- Seyyidənin acınacaqlı taleyindən bəhs edən bu film müəllifin qayğıya möhtac olan, kimsəsiz, sahibsiz uşaqlara necə ürəyi yandığının, daim bu acının ağrıları ilə yaşadığının, insanların dərdinə həssaslıqla şərik olduğunun, onların hüquqlarının müdafiəçisi kimi çalışdığının və hər cür haqsızlığa qarşı öz mübarizəsini əsirgəməyən bir söz sahibi kimi tanındnığının bir daha şahidi olurduq...

Yusuf əs-Sibainin vəfatından 38 il keçir.O, milyonların qəlbində əbədi məskən saldlığı kimi, bizim də hər zaman  ürəyimizdə, ruhumuzda yaşayır və yaşayacaqdır.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM