Sənaye ilinin tədbirlər planı nə vəd edir?

09:52 / 13.03.2014

Dr. Vüqar Bayramov

İqtisadçı alim

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də “2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı tədbirlər planının” təsdiq edilməsi barədə sərəncam imzalayıb. Paketdə fəaliyyətlər sənaye potensialının gücləndirilməsi, sənayeləşmə ilə bağlı təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi və təbliğat və təşviqat işləri istiqamətləri üzrə sistemləşdirilib.

Təbii ki, ölkə başçısı tərəfindən 2014-cü ilin sənaye ili elan edilməsinə uyğun olaraq bu il sənayeləşmə ilə bağlı üçün konkret tədbirlərin hazırlanması və həyata keçirilməsi qaçılmaz idi: sənaye ilindəki hədəflərə nail olmaq ölçülə bilən fəaliyyətlərin həyata keçirilməsini tələb edir.

Tədbirlər planının detallarına varmadan öncə qeyd etmək lazımdır ki, sənaye ilində konkret fəaliyyətləri həyata keçirilməsi eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi baxımdan da əhəmiyyətlidir. Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62.0, büdcə gəlirlərində isə 35.0 faizə çatdırılacaq. Qeyri-neft sektorunun makro-iqtisadi göstəricilərdə payı baxımdan 2014-cü il kifayət qədər spesifik əhəmiyyətə malikdr. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin dəstəklənməsi qaçılmazdır.

Tədbirlər planının təsviri göstərir ki, məqsəd yalnız qeyri-neft sektorunda deyil eyni zamanda enerji sferasında sənayenin inkişafına nail olmaqdır. 2010-cu ildən başlayaraq neft hasılatının azaldığını və son illər Ümumi Daxili Məhsuldakı artımım daha çox qeyri-neft sektorunun üzərinə düşdüyünü nəzərə aldıqda enerji sferasında sənayeləşmənin inkişaf etdirilməsinin və emaledici sektorun genişləndirilməsinin dəstəklənməsinin əhəmiyyətini izah etmək çətin olmaz. Məhz tədbirlər planında müasir neft-qaz emalı və neft-kimya kompleksinin yaradılmasına dair təkiflərin də yer alması məhz bununla bağlıdır.

Qeyd edək ki, sənaye potensialının gücləndirilməsi istiqaməti üzrə sənaye müəssisələrin yenidən qurulması, yeni email müəssisələrinin yaradılması ilə yanaşı konkret bölgələrdə sənaye parklarının yaradılması nəzərdə tutulub. Təşkilati tədbirlər Rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması, innovativ təkliflərinin sənaye sektorunda təşviqi, informasiya və elektron bazasının formalaşması və işçi qruplarının formalaşdırılmasını əhatə edir. Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi üzrə nəzərdə tutulan fəaliyyətlər daha çox mövcud kadr potensialından istifadə edilməklə innovasiya və ideyaların tətbiqini təşviq edəcək. Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi istiqaməti isə qanunvericilik bazasının möhkəmləndirilməsi və eləcə də innovasiya haqqında qanun layihəsinin hazırlanıb, qəbul edilməsini nəzərdə tutur. Nəhayət, təbliğat və təşviqat işlər bu sahədə birgə konfransların, müsabiqələrin keçirilməsi və ümumilikdə innovative fəaliyyətin təbliğini özündə əks etdirir.

Sərəncamda diqqəti çəkən əsas məqam müxtəlif sənaye fəaliyyətlərinin əks etdirilməsi ilə yanaşı eyni zamanda elektron hökumətinin elementlərindən faydalanmaqla sənaye müəssisələri və məhsullarına dair elektron kataloqun yaradılması o cümlədən elmi və məlmat xarakterli təbliğat işlərinin aparılması təqdirə layiqdir.

Bütün bunlar ilə bərabər sözügedən tədbirlər planı daxilində aşağıdakı istiqamətlərə xüsusi diqqətinin ayrılmasına ehtiyac var:

- Xeyli müddət öncə qanunverici orqana təqdim edilən “Rəqabət Məcəlləsinin” qəbulu sürətləndirilməsi və sənəd təsdiq edilməsi vacibdir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca əhəmiyyətlidir. Qeyd edək ki, tədbirlər paketində rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması təklif edilən əsas fəaliyyət kimi nəzərdə tutulub. Bu baxımdan, istər rəqabətqabiliyyətli müəssisələrin yaradılması, istərsə də sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması üçün hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var;

- Sənaye parkının yaradılması ilə bağlı fəaliyyətlərin coğrafi bölgüsünün genişləndirilməsi və bu baxımdan ixtisaslı kadr potensialına ehtiyac nəzərə alınmaqla iri şəhərlər ilə yaxınlığın əsas götürülməsi məqsədəuyğundur;

- Xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və tədbirlər planı çərçivəsində xüsusən də regionlara güzəştli şərtlər ilə xarici investisiyaların cəlb edilməsinə çalışılmalıdır;

- Təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq “2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə” dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makro-iqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçülən bilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır;

- Elmi-tədqiqat işlərinin aparılmasına yalnız elmi müəssisələrin deyil, eyni zamanda beyin mərkəzlərinin cəlb edilməsi həyata keçirilməlidir. Müəssisələr üçün investisiya və strateji planlar və digər sənədlər dövlət qurumları tərəfindən deyil, onların sifarişi əsasında bu sahədə ixtisaslaşmış institutlar xüsusən də konsaltinq şirkətləri tərəfindən hazırlanmalıdır;

- Ixrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməli və sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalıdır.

Bütövlükdə, sözügedən sənəd ölkədə sənayeləşmənin genişləndirilməsi üçün ilkin əsas baza sənəd hesab edilə bilər. Bu baxımdan, dövlət qurumlarının sözügedən öhdəliklər üzrə sənaye ilində nəzərdə tutulan tədbirlərin icrasını ciddi və məsuliyyətlə həyata keçirməsi olduqca vacibdir.

Vüqar Bayramov
İqtisadçı alim

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM