Bəlkə mənə ismarıcın var, ana

13:50 / 13.03.2014

Zöhrə Əsgərova

Yazıçı-publisist

Deyirlər ki, keçmiş gələcəyin ən gözəl peyğəmbəridir. Uzaqdan keçmişimiz daha aydın görünür. Az qala peyğəmbər kimi bizi yenidən özümüzə göstərib tanıdır. Xüsusilə, yaradıcı insan öz həmyaşıdları içində yaşasa da o, hamıdan bəlkə bir qərinə, bir neçə əsr uzaqlardadır,  heç kimə məlum olmayan arzuların murad atında möcüzələr aləminə doğru çapır. Onun yaradıcılıq dünyasının öz  okeanları, heç kimin məskunlaşmadığı  qitələri, nəhəng qalaktikaları var. Bunların üzərində isə  məhəbbətini  dünyadan  əsirgəməyən  qəhrəman, möhtəşəm ana  heykəli ucalır.  Yeganə varlıqdır ki, övladına, ailəsinə, vətənə  qəlbini fədakarcasına sipər etməyə hazırdır. Okean suları onun qarşısında geri çəkilir, cənnət onun ayaqları altında nə qədər gözəldir. Yer üzündə bu cənnəti tapanlar da, itirənlər də var...Cənnətimi  özünlə  göylərə apardın, ana? Yarışmçıq qalan söhbətlərimiz, görüşlərimiz hələ də yolunu gözləyir... 

Bu gün hansısa istəyimizdə seçim etmək imkanımız olsa da, keçmişdə olub keçənlər, səhvlər  xatirələrimizin  baş daşına yazılıb. Onlar pozulmur. Bu xatirələr arasında gözəgörünməz cığırlar açırıq. Yol boyu əzizlərimizi, doğmalarımızı görürük. Hamının əvvəlki ünvanda başı öz qayğılarına qarışıb. Orda məni nə görən, nə eşidən var. Təkcə sən məni unutmamısan, ana. Mehriban sözlərinin, qayğıkeş əllərinin işığı, istisi hələ də özündən sonra mənimlə yaşayır. Sənin əllərin  saçlarıma sığal çəkdikcə sanki mənimlə danışırdı. İndi ruhun mənimlə danışır, xeyir-dua verir, ana.

Allahın ən böyük möcüzəsidir ana məhəbbəti. Keçmiş günlərimin xatirələri xəyallarımın muzeyində yaşayır. Xatirələr divarından uşaqlığımın gəlinciklərini, rəngbərəng paltarlarımı, bir də anamın cavanlıq şəkillərini asmışam. Üzümü şəkilinə dayayıram. Ürəyimin döyüntüləri artdıqca  sanki şəkilə ruh verir.  Bəlkə divarların da yaddaşı oyana...

Uşaqlıq şəkillərim analı günlərimin yadigarlarıdır. Onda elə bilirdim ki, anam həmişə belə gözəl, yaraşıqlı qalacaq və mənim qayğımı çəkə-çəkə nə yorulacaq, nə də qocalacaq.  Məni dünyaya gətirən ana məni də ana görəndən sonra rahatlaşdı. Daha mən də anam kimi balama gözümün işığını, qəlbimin sevgisini verməkdən yorulmurdum. Elə bilirdim ki, günəş körpəmin təbəssümündə, gözlərində doğulur.

Yaşa dolsam da anamın sevgisi, nəfəsi hələ də həyatımda çatışmır.  Anasız dünya kimə gərəkdir? İndi nə qədər “ana” desəm də analı günlərimin heç kandarında belə dayana bilmərəm.  Ancaq səninlə mən əsl “mən” idim, ana. Səninlə elə bil dağa söykənirdim. Zirvəsi qarlı dağlar sənin ağ saçlarına bənzəyirdi, bəlkə ona görə  dağları çox sevirdim...Sənin məhəbbətin göylər qədər hüdudsuz idi, bəlkə ona görə səmanı çox sevirdim. Göy qurşağı göylərin xalısıdır. Elə bil cənnətin rəngləri düşüb ora... İndi xoşbəxt səmamı sənsizliyin qara buludları  bürüyüb, ana.

Anacan, sən dünyanı dəyişəndən sonra mən də öldüm. Ancaq mən elə ölmüşdüm ki, bunu özümdən savayı heç kim bilmirdi. Əllərimin gördüyü işlər ürəyimdən xəbərsiz idi. Köməksiz körpə kimi doğma ana qucağını, nəfəsini gəzirdim. Yenidən dil açmışdım, yenidən addım atmaq öyrənmişdim. Uşaqlıqda ağlayanda nazımla oynayar, göz yaşımı qurutmağa çalışardın. Sənin sığalın mənə hər şeyi unutdurardı. Sənli günlərdə uşaqlığımın bəzən yerli-yersiz axıtdığı  göz yaşlarım çoxdan quruyub, ana. Sənsiz günlərin isə göz yaşı qurumur. Əbədi payız imiş sənsizlik. Sənsizliyin yağmuruna “çətir” dözməz, qəddi əyilər.  Səni yanında görməyən gözlərimi necə ovudum?!

Yadımdadır, səni itirəndən sonra ilk dəfə qapımın ağzında dayanıb mənə yadlaşan küçəyə baxdım, sənsizləşən küçəni  tanımadım. Göylərə boylandım, günəş də öz əvvəlki işığını itirmişdi. Günəş hər səhər həyatımda doğulsa da, səni görmək istəyim heç vaxt  taleyimdə doğulmayacaq. Nə acı etirafdır!

 İşə geciksəm də, ayaqlarım yerdən tərpənə bilmirdi. Yay fəsli idi, ancaq mən elə bilirdim ki, buz üzərində dayanmışam, addım atsam müvazinətimi itirib yıxılacağam. İstəyirdim səni köməyə çağıram, deyəm ki, ana, uşaqlıqda olduğu kimi tut əlimdən ilk dəfə sənsizlik dünyasında yenidən yerimək öyrət mənə.

 Bir sual mənə rahatlıq vermirdi: “Mən anasız hardayam?” Dağları silkələməyə gücüm vardı, qorxurdum ki, daşlar yağış kimi günahsız insanların üstünə yağa. Harayım içimdə boğulmuşdu, axı, yer üzündə bir insan da, mən də anasızlığın acısını yaşayırdım. Evim divarsız, tavansız görünürdü mənə.

Gözlərim tez-tez göylərə boylanırdı, o nəhayətsiz ərşin mələklərinə ismarıc göndərmək istəyirdim ki, anam üçün çox darıxmışam. Ümidim göylərə idi. Təsəllim o idi ki, anam mənim üçün əlçatmaz olsa da, Tanrıya,  günəşə,  aya, ulduzlara daha yaxındır. İndi yağış, qar yağanda elə bilirəm ki, göylərin payız, qış məktubları yerə enir. Deyirlər, yağış yağanda dualarımız daha tez qəbul olunur. Mən yağışın səsini, dilini öyrənməyə çalışıram.  Bəlkə mənə bir ismarıcın var, ana.

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM