Azərbaycan sülh və ədalət dilində danışır

14:19 / 13.06.2016

Zöhrə Əsgərova

Yazıçı-publisist

Tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin ömür sirdaşı olan qələmi uzun illərdir ki, istirahətsiz, dinclik bilmədən vətən, torpaq sevgisi ilə bağlı yazır yaradlr. Yazdığı sətirlərin arxasında yuxusuz gecələr, oxucunun marağına səbəb olan araşdırmalar dayanır. Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Azərbaycanı dünyaya saydıran insan” adlı ilk sanballı kitabı 1999-cu ildə çap olunmuşdu. Həmin ildə Naxçıvan Dövlət Universitetində kitabın təqdimat mərasimi keçirildi. O dövrdə Universitetin rektoru İsa Həbibbəyli çıxışında qeyd etdi ki, yüksək poliqrafik nəşrlə çap olunmuş kitab hörmətli Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi 30 illik dövrün həqiqi salnaməsidir.”

Reyhan xanım bu illər ərzində bircə an belə öz məsləkindən ayrılmadı, azərbaycançılıq məfkurəsinin təbliğində ziyalı vətəndaş kimi bir çox tədbirlərdə iştirak etdi, məqalələri dövrü mətbuatda çap olundu. Hal-hazırda onun ikinci kitabı 2016-cı ildə “Azərbaycançılıq və vətənpərvərlik” məfkurəsi adlanır. İyirmi ildən artıqdır ki, nəinki Azərbayanın, həmçinin xarici ölkələrin siyasi və mədəni həyatı ilə oxucularını yaxından tanış edir, onların adət və ənənələri haqda bilgilər verir. Onun çoxşaxəli yaradıcılığını izləyərkən düşünürsən ki, hər bir mövzu əslində özünəməxsus yanaşma, araşdırma tələb edir. Azərbaycan dövləti həqiqətən də öz milli köklərinə nə qədər bağlı olsa da tolerant dövlət kimi həmişə sülh və ədalət dilində danışır.

Məqalə üzərində çalışarkən düşünürdüm ki, zəngin kitabxananı xatırladan bu kitab haqqında geniş yazmağa böyük ehtiyac var. Fərəhli haldır ki, ədəbiyyat, mədəniyyət sahələri, ölkələr arasında dostluğa, mənəvi yaxınlığa xidmət edən, böyük zəhmət tələb edən kitabın oxucuları onu yüksək dəyərləndirir. Arxivlərin saralmış tozlarını ciyərinə doldurmadan, gərgin axtarışlar aparmadan kitabı vərəqləməklə lazım olan mövzuya cavab tapmaq mümkündür. Kitabda müəllifin 46 məqaləsi toplanıb. Əslində necə deyərlər, bu, aysberqin görünən hissəsidir. Nə qədər yazılar yeni kitaba salınmayıb.“Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” kitabında Reyhan xanım publisist yazılarında bəzən elə bədii, fəlsəfi, kövrək fikirlər var ki, oxucusunu düşündürür, həyatı bütün çalarları ilə göstərməyə çalışır. Bu da Reyhan xanımın zərif təbiətindən, yazdığı qəhrəmanın qəlbinin dərinliyinə fəhmi ilə işıq sala bilmək bacarığından irəli gəlır. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycanı müasir dövlət kimi görmək istəyirəm” fikri məqaləsinin başlığıdır. İlk baxışdan düşünürsən ki, məqalə Perzidentin yalnız siyasi fəaliyyəti ilə bağlıdır. Cənab İlham Əliyevin yubileyinə həsr etdiyi 2011-ci ildə yazdığı məqalənin həm də dövlət başçısının uşaqlığına, onun səmimi xatirələrinə üz tutması oxucuda məlhəm, xoş bir ovqat yaradır. Məqalədə oxuyuruq: “Zəngin azərbaycançılıq irsi doğrudan da etibarlı, çalışqan, qədirbilən və uzaqgörən bir varisə- Əziz Əliyev, Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi şöhrətli dövlət və elm xadimlərinin genlərini

daşıyan, onların vəsiyyətlərinə və tutduğu müqəddəs yola sadiq qalan, idarəçiliyə və liderliyə hərtərəfli hazır olan şəxsiyyətə təhvil verilib.” Yaxud: “İlham Əliyev sevimli Zərifə xanımı başqa bir müsahibəsində də sonsuz məhəbbətlə yada salır: “...O, tez-tez bizə deyirdi ki, uşaqlıq insanın özünü dərk etməsində fövqəladə dərəcədə vacib dövrdür və heç bir şey uşaqlıq mərhələsini əvəz edə bilməz. Uşaqlıq insanın bütün həyatı boyu müraciət etdiyi aləmdir. İnsan xeyirxahlığın və canıyananlığın nə demək olduğunu uşaqlıqda dərk edir.” Həmin məqalədən ölkə Prezidenti İlham Əliyevin daha bir xatirəsinə müraciət edək: “Uşaqlıqda mən general olmaq istəyirdim. Atam Heydər Əliyev general olanda mənim altı yaşım vardı...Mən general olmadım, lakin bütün başqa məsələlərdə atam kimi olmağa çalışdım.” Məqalə İlham Əliyevin fikirləri ilə bitir: “Mən Azərbaycanı müasir dövlət kimi görmək istəyirəm. Zəngin, iqtisadi cəhətdən möhkəm, siyasi cəhətdən azad, əməkdaşlığa hazır, öz mövqeyini müdafiə edən, qüdrətli ordu potensialına mailk olan, öz ərazi bütövlüyünü bərpa edən ölkə kimi görmək istəyirəm və bu yolda əlimdən gələni edəcəyəm. Məni bu yoldan heç kim və heç nə döndərə bilməz!”

Zərifə xanımın “Uşaqlıq insanın bütün həyatı boyu müraciət etdiyi aləmdir” fikri doğrudan da həyat həqiqətidir. Bizi həyatla, insanlarla ilk dəfə yaxından tanış edən uşaqlığımızdır, biz onun eynəyi ilə özümüzü və ətrafımızı görür, gərk edirik. Uşaqlıq dünyasının saflığını, valideynlərin məhəbbətini, qayğısını dünyada nə əvəz edə bilər?! Həyatı bizə bütün gözəllikləri ilə sevdirən, hər an əlimizdən tutub bizə yol göstərən doğmalarımız necə unudula bilər?! Reyhan xanım sağlam, örnək olan ailələrin dövlətçiliyimizin möhkəmlənməsində, inkişafında nə qədər əhəmiyyət kəsb etdiyini önə çəkir. “Birinci xanımın Azırbaycançılıq məfkurəsi” yazısında da toxunulan mövzu, tarixi anlar çox səmimiyyətlə, təsirli ştrixlərlə verilmişdir. İnsan tutduğu vəzifəsindən asılı olmayaraq ailəsində təmiz, xoşbəxt mühit yaratmalıdır. Əməl ilə fikirlər üst-üstə düşəndə cəmiyyət üçün də bu, ən gözəl nümunədir. Xüsusilə, müdrik ağsaqqalı olan ailədə ərsəyə gəlmək də Allahın verdiyi bir xoşbəxt taledir. Əsas odur ki, qazandığın həyat təcrübəsini, eşitdiyin tövsiyələri layiqincə həyata keçirə biləsən, Mehriban xanım Əliyeva kimi. Məqalədə onun babası Mir Cəlal Paşayev haqqında oxuyuruq: “ Mehriban xanımın çıxışını dinləyəndə, yaxud məqalələrini oxuyanda Mir Cəlal üslubu, Mir Cəlal qaydası bir daha yaddaşımda canlanır. Babadan nəvəyə keçən genetik ənənə necə də təbii və səmimi görünür. Çünki bu səmimilik və bu təbiilik Mehriban xanımın üzvü olduğu ailənin insanlıq fəlsəfəsinin bir nümunəsidir...Mir Cəlal əsl yazıçı idi...xeyirxah idi, kimsədən kömək əlini, məsləhətlərini, tövsiyələrini əsirgəmirdi. Böyük kimi, ağsaqqal kimi çoxlarının onun məsləhətlərinə ehtiyacı vardı...Onun məsləhətinə qulaq asanların hamısı həyatda xeyir tapırdı.” Bu müsbət keyfiyyətlər Mehriban xanımın həyatında, ictimai dövlət xadimi kimi fəaliyyətində, Azərbaycanın birinci xanımı kimi xalqa olan qayğı və diqqətində özünü aydınca büruzə verir.

Kitabda həmçinin Mir Cəlal Paşayevin “Böyük ədibə məhəbbətlə” məqaləsində Hüseyn Cavidin Mir Cəlal müəllimə verdiyi tövsiyə fikrimi cəlb etdi: “...Füzulidən yaz ki, sənin də adın Füzuli ilə bərabər tarixdə yaşasın.”Bu görüşdən sonra o, “Füzuli poetikası”nı yazır. Reyhan xanım Mir Cəlal müəllimlə vaxtı ilə bir yerdə işləmiş professor Firudin Hüseynovun fikirlərinə müraciət edir: “...onu şəxsən tanıyanların dilində “yaxşı

kişi” kimi ad qazanmış Mir Cəlalın ağzından “mən yazıçıyam”, “mən aliməm” sözlərini ömründə eşidən olmadı. O, bütün hallarda asta yeriyər, yavaş danışar, səsinin tonunu qaldırmazdı. Ancaq addımını sərrast atar, sözü mənalı, təsirli olardı.”

Kitabda o qədər zəngin materiallar toplanıb ki, onu kiçik bir yazıya sığışdırmaq mümkün olmasa da zənnimcə az da olsa kitab haqda təəssürat yarana bilər. Qeyd edim ki, Reyhan Mirzəzadənin “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” kitabını oxucular kitabxanalardan əldə edə bilərlər.

Daşlara, sözlərə, kətan lövhələrə ilahi məhəbbətin nuru düşəndə müqəddəslik öz uca mərtəbəsinə yüksəlir. Belə mədəniyyət abidələri zamanın gərdişinə sinə gərməyə qadirdir. Onlarda heç vaxt tükənməyən həyat işığı yaşayır, insanları yaşadır. Kitab haqqqında qısa təəssüratlarımı 13 iyunda bitirdim, Reyhan Mirzəzadənin doğum günündə. Belə bir ziyalı xanıma gələcəkdə də yaradıcılıq uğurları diləyirəm. Sevdiyi torpağın azadlığı, xoşbəxt gələcəyi naminə o, hər bir fədakarlığa hazır olan bir vətəndaşdır, bunu səmimi etiraf etmək lazımdır. İndi hamımız müqəddəs Ramazan ayının mərhəmət və nurundan bəhrələnirik. Ramazan ayı sülh, bərabərlik, günahlardan təmizlənmə ayıdır. Sevindirici, qürur verici bir bayram da 15 iyun- Azərbaycanın qurtuluş günüdür. Məhz bu əlamətdar günlər məni “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” kitabına üz tutmağı, onu vərəqləyib oxucularla ürək sözlərimi bölüşməyin vaxtı yetişdiyini hiss etdim.

Müəllifin islam dini ilə bağlı “İslam- paklıq, ədalət, namus, bərabərlik, doğruluq dinidir” məqaləsi diqqətimi çəkən məqalələrdən biri oldu. Müasir zamanda syasi oyunbazlar islam dinini ləkələmək üçün dünyada baş verən terrorozmi onunla bağlayırlar. Halbuki islam mədəniyyətinin tarixi bunun əksini söyləyir. Reyhan Mirzəzadə məqalədə qeyd edir: “...Məhəmməd peyğəmbər məkkəli müşriklərin zülmü dözülməz hala çatdıqda zalımın müsibətlərinə son qoymaq üçün məcburən döyüşə icazə vermişdi. Lakin uşaqlar döyüşlərə əsgər kimi əsla cəlb olunmurdu.Vuruşlar zamanı düşmən tərəfin uşağı olsa onun öldürülməsinə qəti icazə verilmirdi. İslam aciz, gücsüzlərə toxunmağı qadağan, onları hətta döyüş təhlükələrindən qorumağı əmr etmişdi.”

Kitabda dünyanın bir çox ölkələrinin mədəniyyəti, tarixi haqda dolğun, bədii təsvirlər təkrarsız, əsrarəngiz mənzərələr açılır. Ordan Reyhan xanımın qəlbinin döyüntüləri, gözləri ilə boylanırsan və şahidi olursan ki, bəşəri insanlar dünyanın dayaqları, məhəbbət ünvanıdır. Əsas odur ki, Reyhan xanım da kitabındakı müsbət qəhrəmanların, görkəmli şəxsiyyətlərin fikir meydanında səriştəli politoloq, publisist kimi zəngin mənəvi keyfiyyətlərə malik ziyalı kimi özünü təsdiq edə bilmişdir. Kitabda gedən bəzi məqalələrin başlıqlarını təqdim etmək istəyirəm:“Millətin milliliyini saxlayan onun dilidir”, “Dünyanı maarifləndirən din”, “Uşaqların gələcəyi aldıqları tərbiyədən asılıdır”, “Azadlıq carçısı”, “Hər bir Səudiyyəli insanın ürəyində Azərbaycanın xüsusi yeri var”, “Azərbaycanın səsidir öz səsim”, “”Merdeka” indoneziya dilində “azadlıq” deməkdir”, “Kordova igidlərinin vətəni”, “Yapon xalqı əsrimizin tapmacasıdır”, “Xalqın Əziz oğlu”, “Mir Cəlal və Rus ədəbiyyatı”, “Bizə yaxın və doğma Hindistan”, “Babaların vətənpərvərlik

məfkurəsi”, “Birinci xanımın azərbaycançılıq məfkurəsi”, “Həyatın müqəddəs amalı” və başqaları.

Müəllif doğma azərbaycan dili ilə bağlı yazılarında maraqlı araşdırmalar aparmışdır. 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə “Millətin milliliyini saxlayan onun dilidir” yazısında əsl vətəndaş qeyrəti ilə yazır: “Çoxmilyomlu Azərbaycan xalqının tükənməz varlığı olan Azərbaycan dili tarixin çətin sınaqlarından uğurla çıxıb, yadelli işğalçıların təzyiqləri qarşısında yenilməz qaya kimi dayanıb...Təəssüflə qeyd etmək istəyirəm ki, İranda yaşayan tədqiqatçı Əhməd Kəsrəvi 1921-ci ildə “Azəri ya zəban bastane Azerbaycan” adlı kitabını çap etdirib. Müəllif bu əsərində azərbaycanlıların türksoylu xalq olmadığı, azəri adlı ayrı bir millət olduğu fikrini irəli sürüb. Kəsrəviyə görə, Azərbaycan adlı türk dili ailəsinə mənsub deyil və guya bu dil İran mənşəlidir.Onun iddiasına əsasən, guya azərilər səlcuqların İrana gəlməsi ilə türkləşməyə başlayıblar...Tarixdən məlumdur ki, hələ səlcuqlardan çox-çox əvvəl Azərbaycanı ərəblər işğal etmişdilər. Səlcuqlarla ərəb işğalları arasında təxminən 350-400 illik bir tarixi dövr vardır. Niyə bəs, bu uzun müddətdə Azərbaycan dili dönüb ərəb dili olmadı? “

Reyhan xanımın hər bir yazısında onu narahat edən, dərindən düşündürən fikirləri sanki öz məcrasından çıxan dənizdir, dalğa kimi şahə qalxıb hayqırır, dağdan püskürüb çıxan vulkandır, ədalətsizliyə qarşı səbirsizdir. Sevdiyi, dəyərləndirdiyi şəxsiyyətlərə isə xüsusi diqqət, qayğı, təmənnasız bir sevgi bəxş edir, bəlkə də başqaqalarını təəccübləndirə biləcək sadəliyi ilə seçilə bilər. Məsələn, öz vətəninə, dilinə vurğun yaradıcı insan onu Reyhan xanım kimi vəsf edə bilər. “Bütün cahan sənə heyran” yazısı dünyanın bir çox ölkələrinin şair və yazıçılarının Azərbaycana vurğunluqlarını vəsf edən şeirlərini, fikirlərini böyük zəhmətlə axtarıb üzə çıxarmış, nankor ermənilərdən fərqli olaraq onlar layiq olduğumuz məhəbbəti, səmimiyyəti, səxavəti, bir sözlə, xalq kimi gözəl keyfiyyətlərimizi vəsf ediblər. Reyhan xanımın bu kitabda özəl bir xüsusiyyətini kəşf etdim ki, o, öz yaradıcılıq axtarışlarında ləyaqətli, dostcanlı, bəşəri şəxsiyyətlərə üz tutur, nəcibliyi, xeyirxahlığı təbliğ edir. Yerar de Nerval, Aleksandr Düma, Jül Vern, Rabindranat Taqor, Qafur Qulam, Əbdülkərim Əhməd, Pavel Paçenkov, Abram Plavnik, Rza Mollov, Anisim Kronqauz, Həmzə Koçion, Nazim Hikmət, Pyotr Kolosov, Ke Çjun Pin, Mao Din və başqaları Azərbaycanın qədim mədəniyyətinə öz heyrət və məhəbbətini tərənnüm etmişlər. Məqalədən bir hissə: “Stansiyalar üzrə hərəkət edən səyyah Klodius Bomberanq-Jül Vern nəhayət, Azərbaycanın qədim şəhəri Gəncəyə gəlir. O, Gəncəni belə təsvir edir: “...Gəncə çayı üstündə salınmış, 20 min əhalisi olan bu kiçik şəhərdə mən nə gördüm?” Yazıçı öz sualına cavab olaraq Yelizavetpolun qədim çinarlarından, şiş uclu divar hasarlarından da danışır. Yelizavetpoldan, Şirvandan keçən Jül Vern Goran, Ləki, Yevlax, Ucar, Kürdəmir, Qarasu, Nəvai kimi yerlərin adını çəkir...Yazıçı Bakını addım-addım gəzərək, onunla tanış olur, qədim Xan Sarayına, Qız qalasına baxmaqdan doymadığını bildirir.” Yaxud: “Vaxtilə paytaxtımızı ziyarət etmiş Bolqarıstanın mədəniyyət xadimi Rza Mollovun mənəvi arxivimizin xəzinəsini şölələndirən və qəzet səhifələrində əbədiləşən “Bakı düşüncələri”ndəki lövhələrlə bir anlıq 70-ci illərə pərvazlanmaq istəyirəm: “Qobustan daşlarına rəsm edilən şəkillərdə üç şey var: ov, mərdlik qadın...Nağıl

və dastan qəhrəmanlarımız buradan çıxmamışlarmı?! Qobustan daşlarını görməsəydim əgər, “insanın qüdrətini anlayıram” deyə bilməzdim!””

Məqalədə bir çox şəxsiyyətlərlə yanaşı Nazim Hikmətin fikirlərindən də nümunə gətirək: “Azərbaycan poeziyası çox zəngin bir keçmişə malikdir. Şeirə məhəbbət, həqiqi şairə hörmət Azərbaycan xalqının keçmişindən gələn, hələ də yaşayan ənənələrindəndir. Azərbaycana etdiyim səyahətimdə xalqın şeiri necə dinlədiyinin, şeiri necə sevdiyinin şahidi oldum.” Rus şairi Robert Rojdestvenskinin Azərbaycana öz məhəbbətini şerində etiraf etməsi biz oxucunun qəlbində şairə qarşı hörmət, məhəbbət oyadır. Onun şerinin son misraları bu sözlərlə bitir: “Qəlbi təmiz Azərbaycan, sağ ol, Bakı, sağ ol, əziz Azərbaycan!”

Reyhan xanım öz zəhmətsevərliyi, vətəndaş qeyrəti ilə Azərbaycanı sevənlərin bu kitabda sanki zəngin qalereyasını yaradıb, dünyaya təqdim edir. Nə yaxşı ki, Reyhan xanım qəhrəmanlarını milliyyətinə, dilinə, dininə görə deyil, nəcib əməllərinə görə qiymətləndirir. Bəşəri insan kimi bu meyarlara ehtiramla yanaşır. Lakin biz nə qədər bəşəri düşüncələrə sahib olsaq da bizi yaşadan, ərsəyə gətirən, dünyaya tanıdan doğma torpağımız, ana dilimizdir. Biz bu dildə düşünür, danışırıq. “Çörək” hamının gündəlik həyatında istifadə edilsə də, o müxtəlif dillərdə səslənir və bəzən ayrı dada, formaya malikdir. Lakin əsas odur ki, insanları bir əqidə birləşdirir- çörəyi müqəddəs tutmaq, onu ayaqlar altına atmamaq, qonağın qarşısına duz-çörəklə çıxmaq. Reyhan xanımın təbiətindəki məhz bu nəcib keyfiyyətlərin uzun illərdir ki, şahidiyəm. O, öz yaradıcılığında, insanlara münasibətində belədir. Onun da ömrü kitabının səhifələrindəki müsbət qəhrəmanların həyatına qarışıb. Bir də Reyhan xanım qələmə aldığı şəxsiyyətlərə öz məhəbbətini, sədaqətini, heyrətini böyük səxavətlə paylayır. Onların arasında çoxu öz dünyasını dəyişsə də kitabda ruhları, fikirləri yaşamaqda davam edir. Çünki kitab zaman məfhumundan çox ucada dayanır.

Reyhan xanım, inanıram ki, dünyanın parlaq şəxsiyyətlərinə həsr etdiyin, onlardan bəhrələnmiş ömürnamə kitabın minlərlə oxucuların və şəxsən sənin də ömrünə öz işığını salacaq. Axı, məhəbbət qarşılıqlı olanda həyat da öz gözəlliyini, bərəkətini, səxavətini insandan əsirgəmir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM