Publisist-politoloq
Türkiyə Respublikasının yaradılmasının 93-cü ildönümü qarşısında
Atatürkün anası!
Adi bir insan, bir ana
Zaman ötdükcə də
Minnətdar olur hər kəs ona;
Böyük bir millətə bir gün
Ata doğmuş o ana!
Bəxtiyar Vahabzadə
Vaxtilə dünyada qüdrətli bir dövlət kimi tanınmış Osmanlı imperiyası XIX əsrin axırlarında yarımmüstəmləkə vəziyyətinə düşmüşdü. Üstəlik, XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi həyatında yaranmış gərgin vəziyyət imperiyanı müstəmləkyə doğru sürükləyirdi. Zaman keçdikcə, siyasi və iqtisadi həyatda özünü göstərən böhran və tənəzzül bütün sahələrə sirayət edirdi.
Hələ Birinci Dünya müharibəsinin başlanması ərəfəsində imperialist dövlətlər Sultan Türkiyəsini öz aralarında bölüşdürmək barədə danışıqlara başlamışdılar. Onların 1915-1917-ci illərdə bir-biri ilə bağladıqları sazişlər imperiyanın demək olar ki, bütün torpaqlarının əlindən alınmasını və öz aralarında bölüşdürülməsini nəzərdə tuturdu: Şərq vilayətləri Rusiyaya keçməli idi, Suriya və ətrafı Fransaya verilirdi, Mesopotamiya, habelə İzmir - Aydın dəmir yollarının keçdiyi əraziyə ingilislər göz dikmişdilər, Anadolu isə almanlar üçün nəzərdə tutulmuşdu.
Sultan Türkiyəsinin taleyini 1920-ci il avqustun 10-da İstanbul hökumətinin imzaladığı Sevr müqaviləsi həll etdi. Həmin müqavilənin şərtlərinə görə Sultan Türkiyəsi öz ordusunu buraxmalı, hərbi donanmasını ləğv etməli idi. Türkiyə özünün Suriya, Fələstin, Ərəbistan yarımadası, Transiordaniya və Mesopotamiyadakı torpaqlarından məhrum olmuş, Şərqi Fragiyadakı ərazisinin
əksəriyyətini itirmiş, İzmir isə əslində Yunanıstana verilmişdi. Ermənistana müstəqillik verilməsi və onun ərazisinin Ərzurum, Van, Trapezund və Bitlis rayonlarına qədər genişləndirilməsi müqavilədə ayrıca maddə kimi nəzərdə tutulmuşdu. Kürdüstan hökuməti yaradılacağı da müqavilədə qeyd edilirdi. Müqavilənin şərtlərinə görə, Türkiyəyə yalnız Mərkəzi Anadolu yaylası qalmalı idi.
O dövrü sonralar Atatürk belə qiymətləndirirdi: “Osmanlı məmləkətləri tamamilə parçalanmışdı. Ortada bir ovuc türkün yaşadığı ata yurdu qalmışdı. Son məqsəd bunun da bölüşdürülməsini həyata keçirməkdən ibarət idi. Osmanlı dövləti, onun istiqlalı, padşah və xəlifə, hökumət – bunların hamısı öz məzmununu itirmiş ifadələrdən ibarət idi”.
Bir əsrdən də az bir dövrdə Türkiyədə özünü göstərmiş bütün bu ciddi siyasi-iqtisadi dəyişikliklər üçün türk xalqı özünün böyük oğlu Mustafa Kamala minnətdardır. “Ya istiqlal, ya ölüm!” şüarını irəli atmış Mustafa Kamal, ilk baxışda mümkün olmayan bir şəraitdə xalqı antiimperialist müharibəyə çağırdı. Və tarixdə öz layiqli yerini tutmuş olan Milli - Azadlıq hərəkatına başçılıq etdi.
Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanstanda iri liman şəhəri olan Salonikidə anadan olmuşdu. Atası Əli Rza əfəndi, anası Zibeydə xanım idi.
1886-cı ildə Mustafa Kamal ibtidai təhsilə başlamışdı. O, bir az əvvəl məhəllə məktəbinə getmiş, sonra çağdaş təhsil verən Şəmsi əfəndinin məktəbinə keçərək, ibtidai təhsilini burada bitirmişdi. 1893-cü ildə Atatürk Salonikidə hərbi Rüştiyyəyə daxil olmuşdu. O, qısa bir müddətdə Salonoki Mülkiyyə Rüştiyyəsində təhsil almış, sonra Hərbi Rüştiyyəyə daxil olmuş və 1896-cı ildə bu məktəbi bitirmişdi. Məktəbdə təhsil alan vaxt riyaziyyat müəllimi Mustafa əfəndi gənc tələbəsi Mustafanın geniş təfəkkür və zəkasına görə onun adının sonuna “Kamal” ismini əlavə etmişdi.
1896-cı ildə Atatürk Monastır Hərbi İdadəsinə daxil olub, 1899-cu ildə həmin İdadəni bitirmişdi. İstanbulda hərbi məktəbin piyada sinfinə yazılmışdı. 1902-ci ildə texmen (leytenant) rütbəsi ilə hərbi məktəbi bitirib və təhsilini Hərbi Akademiyada davam etdirmişdi. 1903-cü ildə ona üstegmen (baş leytenant) rütbəsi
verilmişdi. 1905-ci ildə Atatürk Qərargah Yüzbaşısı rütbəsi ilə Hərbi Akademiyanı bitirib, həmin il Ştab təcrübəsi üçün Şamda 5-ci orduya göndərilmişdi. 1907-ci ildə Atatürk kolağası (baş yüzbaşı) rütbəsinə layiq görülmüşdü.
1908-ci ildə İstanbulda İkinci Konstitusiya elan edildi və buna qarşı atıcı batalyonların qiyamı ilə böyük üsyan başladı. (31 mart qiyamı) Atatürk əməliyyat ordusu ilə İstanbula gəlib üsyanı yatırtdı.
1911-ci ildə italyanlar Liviyada Osmanlı dövlətinə müharibə elan edib hücuma keçdilər. Atatürk könüllü olaraq jurnalist Mustafa Şərifin adına yazılan vəsiqə ilə Liviyaya gedib Tripolidə italyan işğalçılarına qarşı səhra döyüşlərində iştirak etdi. Həmin il Mustafa Kamal minbaşı (mayor) rütbəsində uğur qazandı. 1912-ci ildə indiki Çernoqoriya Respublikası (Yuqoslaviya Federasiyasına daxildir) müharibə elan etdi və Balkan müharibəsi başladı. Mustafa Kamal Liviydan İstanbula hərəkət etdi. 1914-cü ildə Atatürkə yarbaylıq (podpolkovnik) rütbəsi verildi. Həmin ildə Almaniyanın Rusiyaya müharibə elan etməsi ilə Birinci Dünya müharibəsi başladı və Osmanlı dövləti müharibəyə qoşuldu. Atatürk Təkirdağa gəlib 19-cu Diviziyanı yaratdı və Çanakkala boğazını keçməyə çalışan ingilis donanmasını ağır itkilərə məruz qoyub məğlub etdi. 1915-ci ildə ona aybaylıq (polkovnik) rübəsi və hərbi medal verildi.Mustafa Kamal general Limon fon Sandersin əmri ilə “Anafartalar Qrupu komandirliyinə” təyin edildi.
Ingilislər yenidən qoşun çıxarmağa başladı. Atatürkün komandası altında olan qüvvələr Conkbayırıda ingilislərə qarşı hücuma keçdi və düşmənin irəliləyişinin qarşısı alındı. Bu döyüşlər zamanı Atatürkün ürəyinə tuşlanmış bir güllə döş cibindəki saata dəyib geri qayıtdı və Mustafa Kamal aşkar ölümdən xilas oldu. 1916-cı ildə Atatürkə Mirliva (general-mayor) rütbəsi verildi.
1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi yaradıldı və Atatürk Məclisin sədri seçildi. Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi ilə əlaqədar etdiyi təşəkkür nitqində dedi: “..İstər hərbi, istərsə siyasi həyatım boyu etdiyim mübarizələrimdə həmişə rəhbər tutduğum şüar milli iradəyə əsaslanaraq, millətin və Vətənin möhtac olduğu məqsədlərə doğru yürümək olmuşdur”.
1921-ci il avqustun 5-də Atatürkə böyük səlahiyyətlər və Baş komandanlıq vəzifəsi verildi. Avqustun 23-də Yunan ordusunun hücumu ilə Sakarya meydan müharibəsi başlandı. Müharibə 22 gün davam etdi. Atatürkün əmrində deyilirdi: “Müdafiə xətti yoxdur, səthi müdafiə vardır. O səth bütün Vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə islanmasa, tərk olunmaz”. Sentyabrın 13-də Sakarya meydan müharibəsi düşmənin darmadağın edilməsi ilə nəticələndi. Atatürkə Böyük Millət Məclisinin qəbul etdiyi qanunla müşir (marşal) rütbəsi və “Qazi” adı verildi. Həmin il Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan. Ermənistan) arasında “Qars müqaviləsi” imzalandı.
Qurtuluş savaşında oğluna böyük dəstək olan Mustafa Kamalın anası Zibeydə xanım övladına marşal rütbəsi və Qazi adı verilməsi münasibətilə göndərdiyi teleqramda yazırdı:”Millətin haqqımızdakı bu sevgi və etimadı benim kadar kimsə duyğulandırmaz. Kız kardeşinlə beraber alnından öperek və bağrımıza basarak seni tebrik ederiz”.
Atatürkün anasına göndərdiyi cavab teleqramı da çox sadə və dəyərli idi:”Benim için dünyevi mükafatların en yükseyi olan tebrikinizlə məsud oldum”. (29 iyul, 1921-ci il)
1923-cü il iyulun 24-də Lozan müqaviləsi imzalandı. Atatürk bu barədə demişdir: “Lozan sülh müqaviləsinin qəbul etdiyi əsasları digər sülh müqavilələri ilə müqayisə etməyə ehtiyac görmürəm. Bu müqavilə türk milləti əleyhinə əsrlərdən bəri hazırlanmış və Sevr müqaviləsi ilə həyata keçirildiyi zənn edilən böyük bir sui-qəsdin aradan qaldırılmasını ifadə edən bir vəsiqədir. Osmanlı dövrünə aid tarixdə örnəyi olmayan bir siyasi zəfər əsəridir”.
1923-cü il oktyabrın 29-da Türkiyə Respublika elan olundu və Atatürk ölkənin Prezidenti seçildi. Atatürkə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə yaşıl-qırmızı haşiyəli İstiqlal medalı təqdim edildi.
Bu xəbərdən sonra övladının böyüklüyü qarşısında ona bir daha ehtiramını bildirmək ehtiyacını duyan Zibeydə xanım oğlunun əlini öpmək üçün Çankayaya gəlir. Atatürk anasını sayğı ilə qarşılayaraq onun əlini öpür.
Xeyli söhbətdən sonra Zibeydə xanım ayrılarkən oğlunun əlini öpmək istəyəndə, Atatürk: “Nə yapıyorsun, anne?! - deyib, həyəcanla əlini çəkməyə çalışır. Bu zaman Zibeydə xanım oğluna deyir: “Ben senin annenem. Əlimi öpməklə bana karşı övlatlık edebini gösterirsin. Feqet, sen Vatanı, ulusu felaketden qurtaran bir komandan və devlet başçısısın. Ben de ulusun bir nümayendesiyim.Onun için elini öpe bilirim”.
1926-cı il iyunun 14-də İzmirdə Atatürkə hazırlanan sui-qəsdin üstü açıldı. Bu barədə o, Anadolu Agentliyinə verdiyi müsahibədə bildirirdi: “... Alçaq təşəbbüsün mənim şəxsimdən daha çox müqəddəs Respublikamıza və onun istinad etdiyi yüksək prinsiplərimizə yönəldilmiş olduğuna heç bir şübhə yoxdur... Mənim miskin vücudum, əlbəttə, bir gün torpaq olacaqdır. Fəqət, Türkiyə Respublikası daim yaşayacaqdır”.
Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da Dolmabağça Sarayında saat 9.o5-də vəfat etdi. Atatürkün Türkiyə bayrağına sarınmış cənazəsi 1938-ci il noyabrın 16-da Sarayın böyük təntənə salonunda katafalk üzərinə qoyularaq millətin ziyarətinə çıxarıldı. Noyabrın 21-də cənazə Etnoqrafiya Muzeyinə gətirildi və hazırlanan mərmər məzara yerləşdirildi. 1953-cü il noyabrın 10-da böyük bir hüznlə Anıtqəbirdə Atatürkün vücudu Vətən torpaqlarına təslim edildi.
Atatürkün 77 il öncə söylədiyi bu sözlər əbədi olaraq tarixin səhifələrinə yazılmışdır:“Mən Qərb millətlərini, bütün dünyanın millətlərini tanıyıram. Fransızları tanıyıram, almanları, rusları və bütün dünyanın millətlərini şəxsən tanıyıram. Və bu tanışlığım da döyüş meydanlarında olmuşdur, atəş altında olmuşdur, ölüm qarşısında olmuşdur. Sizi əmin edirəm ki, bizim millətimizin mənəvi qüvvəsi bütün millətlərin mənəvi qüvvəsindən üstündür”.
P.S. Bir neçə il əvvəl Ankarada, Anıtqəbirdə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” - deyən böyük Mustafa Kamal Atatürkün məzarını ehtiramla ziyarət etdim. Mustafa Kamalın məzarının dairəvi çevrəsinə Türkiyənin 81 vilayətindən gətirilib dəmir qablarda düzülmüş torpaqlar gördüm. İki qabda qardaş yurdlardan gələn torpaq vardı: Biri Quzey Kıbrısdan, o biri –
Azərbaycandan. Kövrəldim. Gözlərimdən yaş axsa da, təbəssümlə qürurlandım: Atatürk həm də Azərbaycan torpağında uyuyurdu...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM