MÜQƏDDƏS ƏRDƏBİLİ – AZƏRBAYCAN DİLİNDƏ İLK FƏLSƏFİ ƏSƏRİN MÜƏLLİFİ KİMİ

13:44 / 14.04.2014

Nəcəfov Rahil

Fəlsəfə üzrə fəlsəfə doktoru

Müqəddəsi Ərdəbilinin əski əlifbada Azərbaycan dilində qələmə aldığı “Əqaid-ul İslam” əsərində də dediyi kimi, o dövrün fəlsəfi əsərləri bir qayda olaraq ərəb dilində qələmə alınırdı, lakin o, ilk dəfə türki dilində əsər qələmə almış ki, öz həmvətənləri bu dildə rahat fəlsəfi məsələləri oxuyub anlaya bilsinlər (1, 19). Filosofun yazdığı “Əqaid-ul İslam” bəlkə də əski əlifbada Azərbaycan dilində qələmə alınan ilk fəlsəfi əsərdir. Əsər altı bölmədən ibarətdir. “Əqaid”də dövrün ictimai-siyasi tələbinə uyğun olaraq şəri məsələlər, təfsir və kəlami mövzular, o cümlədən yaradılış məsələsi, xaliq-məxluq, əzəli-əbədi, təsadüf yoxsa qəzav-ü qədər, ruhun varlığı, maddi varlıq-mənəvi varlıq, axirət məsələsi kimi dini-fəlsəfi mövzuları da müraciət etmişdi. Sonda isə lüğət vermiş, izaha ehtiyacı olan söz və ifadələrə açıqlıq gətirmişdi.

XVI əsrdə  Ərdəbil şəhərində müsəlman ailədə dünyaya gələn Əhməd Ərdəbili (Müqəddəsi ləqəbi sonra verilmişdir) elə bu şəhərdə də boya-başa çatmış və dövrünün bir çox elmlərini elə burada təhsil etmişdi. Daha sonra isə dini və dünyəvi təhsilinin yetərsizliyini başa düşüb o dövrün elm, təhsil ocağı sayılan Nəcəf-i Əşrəfdə  Əli Əleyhissəlamın məqbərəsi yanında inşa edilən mədrəsədə təcvid, təfsir, hədis, fiqh, fəlsəfə və kəlam elmlərini öyrənmişdir. Onun fiqh elmində ustadı mərhum alim və şəhid Saninin tələbəsi olan Seyid Əli Saiq olmuşdur (3).

 Əhməd Ərdəbili tamamilə elm aşiqi olan bir zat idi. Ömrünü qəflət içində keçirməyərək həyatı boyu qarşılaşdığı və getdiyi hər diyardakı alimdən istifadə etdi və onlardan çox şeylər öyrəndi. Şiraza hicrət edərək böyük filosof Cəmaləddin Mahmudun hüzurunda əqli elmləri öyrəndi. Müqəddəsi Ərdəbilinin elmləri öyrənərkən özünün də dəfələrlə ifadə etdiyi kimi əsas məqsədi elmi ilə əməlini vəhdətdə tutmaq yəni əməlini elminə tabe etdirmək idi (2, 42). Bu yolu o Quran tərbiyəsindən öyrənmişdi, çünki Quranda əməlsiz alimin Tanrı tərəfindən də xoş qarşılanmadığı və əksinə belələrinə cəmiyyətdə yer verilməməsi lazım gəldiyini bilirdi. Ərdəbilinin sufi təriqətləri içərisinə daxil olması və zahidlik etməsi haqqında məlumatlar olduqca azdır. Lakin ümumən tarixçilər belə bir görüşü mənimsəmişlər ki, Ərdəbilidə məhz zahidlik əlamətləri ortaya çıxandan sonra onun “Müqəddəsi” adını özünə ləqəb götürmüşdür. Müqəddəsinin aldığı geniş tərkibli təhsili onu dövrünün sayılıb seçilən şəxsiyyətlərindən birinə çevirdi, belə ki istər elmi-mədəni, istərsə də siyasi həyatda olduqca uğurlu bir həyat yolu keçirmişdir. Ərdəbilinin müasiri olan Seyyid Mustafa Təfrişi belə nəql edir: “Onun əzəməti, təmkini, etibarı və mövqeyi haqqında danışılanlardan qat-qat daha böyükdür”.  Şeyx Azadi Amuli onun haqqında belə deyir: “Əhməd b. Məhəmməd Ərdəbili, alim, ərdəm sahibi, tədqiqatçı, təqvalı, zahid, abid və etibarlı böyük bir fəqihdi”. Əllamə Məclisi isə onu bu cümlələr ilə tərif edir: “Müqəddəsi Ərdəbili  nəfsani paklıq içərisində, təqva və zühd həyatına sadiq, fəzilət sahibi, əvvəlki və sonrakı alimlər arasında oxşarına rast gəlmədiyim bir alim idi”  (3, 34).

Səfəvi dövrü tarixşünaslığına nəzər saldıqda bu dövrdə elmin, maarifin, incəsənətin bir çox sahələrinin xeyli inkişaf etdiyinin şahidi oluruq. Lakin bu dörvrdə islam bölgəsinin bir hissəsi kimi, iran və türk tarixinin ənənəvi axarı ilə birlikdə Azərbaycanda ortaya çıxan şiə məzhəbinin özünəməxsus dəyərlərinin yuxarıda sadalanan sahələrə xeyli təsirinin olduğunu bilirik. Bu anlamda tarix – elm – siyasət üçlüsü bəzən vəhdətdə olmuş, bu və ya digər səbəblərdən elm adamlarının siyasət və dinin təəssübkeşi kimi çıxış etməsinin və dini – siyasi görüşünü öz əsərlərinə də müncər etməsini xüsusilə qeyd etməkdə fayda vardır.

Şiəlik məzhəbi İslam dinində önəmli yeri işğal edən, xeyli ardıcılları olan və hazırda da var olan məzhəblərdəndir. Məzhəb sözünün lüğəvi mənası (ذهب) ərəb dilindəki  zəhəbə felindən tərcümədə  getmək, yaxud gedilən yol mənasındadır. Şiəliyin ortaya çıxmasının və hakimiyyətdə olan dövlətin ideoloji silahına çevrilməsinin müəyyən siyasi iqtisadi səbəbləri mövcud idi və biz bunları araşdırmaqdan daha çox elmin və fəlsəfənin vəziyyətinə və Müqəddəsi Ərdəbilinin azərbaycan türkcəsində yazdığı fəlsəfi əsərin ortaya çıxma səbəblərinə diqqət çəkəcəyik.

Müqəddəsi Ərdəbili kim idi? Müqəddəsi Ərdəbili siyasi hakimiyyətə (Səfəvilər İmperiyası nəzərdə tutulur. R.N.) yaxın bir elm həm də din adamı idi. Dini mükəmməl bildiyi qədər elmə də marağı böyük idi və ona qədər Azərbaycanda mövcud olmuş peripatetik fəlsəfə məktəbinin nümayəndələrinin əsərlərini dərindən mütaliə etmişdi. Müqəddəsi Ərdəbili peripatetizmi yaxşı bilirdi. O, İbn Sina, Sührəvərdi məktəbləri ilə yaxından tanış idi və bunu tələbələrinə tədris edirdi. Burada diqqət çəkilən  məqam isə ondan ibarətdir ki, tədris dilinin yerli xalqın dilinə uymaması və başa düşülmənin çətinliyi göz qabağında idi. Ərəb dili özünün zənginliyi və çoxçalarlığı ilə bölgə xalqlarına Xilafət tərəfindən təlqin edilmişdi. Bütün bölgədə demək olar ki, hakim olan bu dilin elmdə özünü ifadə imkanları çox güclüdür və bu səbəbdən elmi əsərlərin dili ərəb dili idi. Dilin ifadə imkanlarının ehtivasının genişliyi sadəcə Şərqdə deyil, hətta Qərbdə öz təsirini göstərmişdi.

Azərbaycan dilinin fəlsəfi söz ehtiyatına nəzər saldıqda ərəb dilindən transfer etmiş xeyli sayıda fəlsəfi terminlərin mövcud olduğunun şahidi olarıq. Bu terminlər dilimizə Orta əsrlər dövründə keçmiş və filosofların əsərlərində geniş işlədilmişdir. Lakin bu terminlər geniş xalq dilində qətiyyən işlənmirdi və ümumiyyətlə bu dili öyrənməyən elm adamları tərəfindən də bilinmirdi. Əgər nəzərə alsaq ki, xalqın yerli danışıq dili türkcə idi, o zaman elmi təlim və tədris etmək üçün ərəb dilinin çətinliyi daha qabarıq üzə çıxır. Onu da qeyd etmək lazımdır ki, bu dövrdə poeziya üçün də fars dili xarakteristik idi.

Bütün bu yuxarıda söylədiklərimizi nəzərə alaraq Müqəddəs Ərdəbilinin Azərbaycan tükcəsində əski əlifbada qələmə aldığı bu əsərin əhəmiyyətinin nə dərəcədə mühim olduğunu vurğulamaq fikrimizcə artıqdır. Əsərin Azəri türkcəsində yazılmasının iki başlıca səbəbi var idi.

  1. Azərbaycan türkcəsinin ərəb dilinin kölgəsində qalmasından qurtararaq bu dildə elmi əsərlərin yazılmasına təşviq.
  2. Elmi əsərlərin öz dilimizdə yazılmasını təşviq etməklə xalqı maarifləndirmək və insanların elm təhsil etməsində bir vasitə olmaq.

Müqəddəsi Ərdəbilinin fəlsəfi dünyagörüşü və onun bu sahədə aldığı təhsil haqqında xeyli məlumatlar vardır. Müqəddəsinin özünün fəlsəfi məntiqinin formalaşmasında Şərq peripatetik məktəbinin, dövrünün sufi ənənələrinin və ideyalarının, şiə ideologiyasının böyük təsiri var idi.

Ərdəbilinin fəlsəfi dünyagörüşünə görə varlığı varlıq baxımından mahiyyətini tədqiq edən metafizika (fövqəltəbiət), ümumiyyətlə bu problemi araşdıran bir sahədir. Metafizikanın bu xüsusunu antik dövrdən bu günümüzə qədər, həmişə var olduğu məlumdur. Fəlsəfi düşüncələrini irəli sürən bütün filosoflar demək olar ki, bu vacib məsələyə toxunmuşlar, çünki varlığın mənşəyi və mahiyyəti insanoğlunu daima düşündürmüş və bu barədə müxtəlif fərziyyələr, konsepsiyalar irəli sürməyə sürükləmişdir. Metafizikanı anlamaq, idrak etmək çox çətindir. Bunun üçündür ki, fərqli dövrlərə mənsub filosofların varlığı qiymətləndirmələri fərqli prizmalardan mümkün olmuşdur.

Ümumiyyətlə, varlıq vardırmı? Var olan necə meydana gəlir? Görəsən görünməyən yaxud var olmayan vardırmı? Bu suallarla birlikdə xüsusilə ruhun varlığı insan təfəkküründə həmişə dərk olunmazlar qəbilindən hesab olunmuşdur.

Mövzu ilə əlaqəli olaraq Müqəddəsi Ərdəbilinin problemi, xilqətlə əlaqəli, məhz bu konteksdə götürdüyü aydın görünür. Onun düşüncəsində varlıq iki formada cərəyan edir: varlığını heç nədən və heç kəsdən almayan məcburi varlıq (zəruri - ألواجب); və varlığını başqasından alan mümkün varlıq (ألممكن). Necə ki mümkün varlıq, varlığını zəruri olandan alır. Lakin bu olma, yaxud xəlq olunma yəni varlığa gəlmə hadisəsi necə reallaşar  (1, 19).

Problemin həllində Müqəddəsi Ərdəbili məsələnin iki yönü ilə qarşı-qarşıya qalır. Belə ki, bir tərəfdən tam mənasıyla tək olan iki səbəb və məcburi varlıq; digər tərəfdən isə ilk səbəbin özündən bəhs edtiyi kimi mümkünlərin varlıq alacağı olanlar. Bu ikisi arasında olan bağ filosofa görə xilqət məsləsinin əsas mahiyyətini təşkil edir və mükünlərin vacib olanla əlaqəsinin səbəbi öz həllini taparsa varlığın da anlamı ortaya çıxar  (1, 20) Müqəddəsi Ərdəbili, varlığın Tanrının iradəsi ilə var olduğu görüşünü əsas etibarı ilə müdafiə edir. Lakin Tanrının iradəsini və mümkün olan varlıqların yaranmasını özünəməxsus tərzdə izah etməyə çalışır. Ona görə iradə ehtiyacdan doğan bir şeydir yəni ehtiyacla əlaqədardır. Lakin Tanrının nəyəsə möhtac  olma xüsusiyyətinin düşünülməsi ehtimalının mümkün olmadığına görə Vacib varlığın yaxud mümkün varlığın varlıqları əslində nə anlama gəlir? Ümumiyyətlə Müqəddəsi Ərdəbilinin iradə kəlməsini hansı məqsəd ilə istifadə etdiyi müəyyən mübahisələri doğurur  (1, 20).

Göründüyü kimi Müqəddəsi Ərdəbili metafizik baxımından da problemə yanaşır. Amma Müqəddəsi Ərdəbilinın varlıq və yaratma ilə əlaqədar şərhlərində zaman-zaman müəyyən uyğunsuzluqlar müşahidə olunur. Müqəddəsi Ərdəbili varlığı ələ alarkən onun, zehin – təfəkkürlə dərindən bir əlaqəsinin olduğunu iddia edərək onlar arasında kontakt qurmağa çalışır. Müqəddəsi Ərdəbili, varlığın zehində sabit olaraq var olduğu düşüncəsinə etimad edərək, əslində varlıqları mənəvi aspektdə dəyərləndirirdi. Onun təfəkküründə bu varlıq dəyişməz və daimdir. Deyə bilərik ki, zehin - varlıq əlaqəsi bir-birlərini tamamlayan iki qütb, iki  xüsusdur.  Biri olmadan digərinin var ola bilməyəcəyini qeyd etməklə bərabər həm də onun hər hansı birinin varlığı da hər hansı bir məna ifadə etməməsini söyləyə bilərik.

Bu baxımdan filosof varlığı, zehində açıq bir şey kimi xarakterizə edir. Varlıq əslində zehində bir ideyadan ibarətdir və biz bunu açıq – aşkar başa düşür, dərk edirik. Biz zehində olan varlıqları hisslərimizin köməyilə görür, duyur, başa düşürük. Müqəddəsi Ərdəbili burada ərəzlə cövhərin varlığını önə süərərk İbn Sinanın da misal gətirdiyi nümunəni xatırladır. Misalda deyilir ki, insanın əzaları əslində vardır, lakin bu əzalar ümumilikdə insanın mahiyyətini təşkil edir. İnsan bu əzalar sistemidə vəhdətdə qavranılır və əgər bu əzalar olmazsa insanın özünü iradəsi çətinləşər. Lakin əslində bu əzalar özü-özlüyündə var olsalar da onlar olmadığı və insan bədənindən ayrıldığı təqdirdə insanın insanlıq mahiyyətindən heç nə əksildə bilməzlər. Bu əzalar, misal üçün qol, qıç, göz, burun və s. olmazsa insan varlığını sürdürməkdə çətinlik çəkər və yaxud bu qabiliyyətini itirə bilər, lakin o insanlıqdan heç zaman çıxmaz (6, 82).

Yuxarıda qeyd olunanlar əsasında Müqəddəs Ərdəbilinin Azərbaycan tükcəsində əski əlifbada qələmə aldığı bu əsərin əhəmiyyətinin nə dərəcədə mühim olduğunu vurğulamaq fikrimizcə artıqdır. Müqəddəs Ərdəbilinin əsərləri Azərbaycan fəlsəfə tarixi aspektində dəyərləndirilməsi və onun fəlsəfi irsi öyrənilməlidir.

 

QEYDLƏR:

  1. Müqəddəsi Ərdəbili, Əqaidu-l islam, hazırlayan Mirzə Rəsul Ismayıl-Zadə, Tehran 1380, s.240
  2. Müqəddəsİ Ərdəbili İstiynasu'l Mənəviyə, Tehran, “Dar əş-Şəfa” 1383
  3. Müqəddəsİ Ərdəbili Bəhru'l Mənakib, Tehran, “Dar əş-Şəfa” 1383
  4. Şah İsmayıl Hatai külliyyatı, çapa hazırlayanlar: Ekber N.Necef ve Babek Cavanşir, I basım, Istanbul 2006, s.728
  5. ص 375 ٬1927 :بغداد “ٱلمشرق  في  ٱلفلاسفة  تاريخ” مصر  جمع  محمد لطفي
  6. ص  340 ٬1973 :قاهرة  “ألتعليقات” علي أبو  سينا  إبن.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM