Səbəblər

11:58 / 17.10.2016

(hekayə deyil)


Fəlsəfə üzrə fəlsəfə doktoru və şair Məğrur Bəxtəvər metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı ticarət mərkəzində işləyən yerlisi Qədiməlidən bir növ kreditə aldığı təzə kostyumu ikinci dəfə geyinmişdi. Və gedirdi çayxanaya, “999-cu sayt”a müsahibə verməyə. Qanı da yaman qara idi.
Məğrur müəllimin qanının qara olmağının düz üç səbəbi vardı. Əvvəla, bir qədər  əvvəl kostyumunu geyinəndə aşkar eləmişdi ki, pencəyin qoluna ləkə düşüb. Özü də yekə, asanlıqla təmizlənməsi mümkün olmayan bir ləkə. Və yüz faiz bu ləkə keçmiş qrup yoldaşı Hətəmin balaca oğlunun kiçik toyunda düşmüşdü pencəyə. Ona görə ki, Məğrur Bəxtəvər bu kostyumu ilk dəfə həmin şadyanalıq məclisinə gedəndə geymişdi. Və həmin xoş hadisədən üççə gün əvvəl də kostyumu almışdı. Almışdı deyəndə ki, pulun bir hissəsini vermişdi, yerdə qalanını da gənc alim Larisa Luppian üçün yazdığı elmi məqalədən əldə edəcəyi 70 manatla ödəyəcəkdi. 120 manatlıq kostyumun pulunun yarıdan çoxu verilməmişdi, amma kostyum artıq sıradan çıxmışdı.
Bu Məğrur Bəxtəvərin qanını qaraldan birinci səbəb idi.
İkinci səbəb oydu ki, yenə yuxuda rəhmətlik elmi rəhbərini görmüşdü. Bu kişinin yaman ağır yuxuluğu vardı. Məğrur müəllim elmi rəhbərinin yuxuda gördüyü gecədən sonrakı gün ərzində adətən xoşagəlməz bir hadisə baş verirdi. Üstəlik, rəhmətlik yenə də onu “Necəsən ay İnkarı inkar? “ deyə çağırmışdı, sonra da əlini-əlinə vurub doyunca gülmüşdü. Və eynilə sağlığında olduğu kimi başlamışdı məğrur adamın niyə bəxtəvər ola bilmədiyini izah eləməyə.
Üçüncü səbəbsə daha ciddi idi.
Kostyumu birtəhər təzələmək olardı. Bir də ki, Məğrur Bəxtəvərin başqa kostyumları da vardı. (Allah Qədiməlinin canını sağ eləsin)
Elmi rəhbər çoxdan ölüb getmişdi. Və həm də dağ boyda kişini, yetənə yetən, yetməyənə də yepyekə daş atan ziyalını hamı unutmuşdu. Rəhmətlik o dünyadan istəsəydi də sağlığında olduğu kimi heç kimin işinə problem yarada bilməzdi. Olsa-olsa müxtəlif adamların yuxusuna girə bilərdi. O da bir neçə dəqiqəliyə.
Amma üçüncü səbəb çox ciddi səbəb idi. 
Eynilə Məğrur müəllim kimi dinozavrların qırılmasının fəlsəfi-etik problemləri ilə bağlı dissertasiya yazıb iki-üç il bundan əvvəl müdafiə eləmiş Kalan Qaramat yenə də “1002-ci günə keçən gecə” jurnalında onu tənqid eləmişdi. Jurnalistin, özü də aşağı səviyyəli bir jurnalistin sualını cavablandıranda demişdi ki, “Məğrur müəllim nəinki ixtiozavrla brontozavrın fərqini bilmir, heç məşhur Stiven Spilberqin dinozavrlardan bəhs edən fəlsəfi filminə də baxmayıb” 
Bax bu elə-belə məsələ deyildi. 
Bu məsələni cavabsız qoymaq olmazdı.
Və hökmən “999-cu sayt”a müsahibə verib Kalan Qaramatı biyabır eləmək lazım idi. 
Çayxanaya gedə-gedə Məğrur Bəxtəvər bu barədə düşünürdü istəyirdi ki, hamı kimin kim olduğunu bilsin. 
Əslində hamı kimin kim olduğunu doğrudan da bilirdi. Amma, pisi o idi ki, hamı kimin kim olduğunu bilsə də bəzi mətləblərdən xəbəri olmayan xeyli adam vardı. Bu adamları məlumatlandırmaq, necə deyərlər onların gözlərini açmaq lazım idi. Ümid etmək olardı ki, Məğrur Bəxtəvərin verəcəyi müsahibə məhz bu missiyaya xidmət edəcək.
“999-cu saytın” müxbiri Qəmbər Lül qardaşının Tomsk şəhərindən göndərdiyi, üzərində bığlı-saqqallı, başına qəribə, ulduzlu papaq qoymuş kişi şəkli olan KOMANDANTE yazılı maykanı və baş redaktor Aleks Bəydurdunun Türkiyədən böyük minnətlə alıb gətirdiyi çins şalvarı geyib çayxanaya gedirdi. Səhər tezdən elə həmin Aleks Bəydurdu “zerkalnı” nömrələrinin (adamın neçə dənə nömrəsi olar? Hamısı da bahalı-bahalı) birindən ona zəng vurub alim, həm də şair olan Məğrur adlı bir adamdan müsahibə almağı tapşırmışdı. Və çəkələklərini sürütləyə-sürütləyə həmin Məğrur müəllimin onu gözləyəcəyi çayxanaya gedən Qəmbərin qanı qara idi.
Qəmbərin qanının qara olmağının düz üç səbəbi vardı.
Birinci səbəb o idi ki, başı möhkəm ağrıyırdı. Axşam yenə də hamının nədənsə “Nikolayın kafesi” adlandırdığı yerdə qələm dostları ilə möhkəm vurmuşdular. Araq yenə də yaxşı çıxmamışdı. Özü də bununla ikinci dəfə idi ki, yaxşı çıxmırdı araq. Və belə getsə “Nikolayın kafesi”nin üstündən xətt çəkmək və eynilə ora kimi qiyməti münasib başqa bir yer tapmaq lazım gələcəkdi. 
Bu Qəmbərin qanını qaraldan birinci səbəb idi.
Başqa səbəb də oydu ki, Qəmbərin “kəndçi” si,uşaqlıq dostu, maşın yumaqla başını saxlayan Marlenlə birlikdə kirayədə qaldığı evin sahibəsi Pərzad xala birdən-birə kirayə haqqını qaldırmışdı. Neçə il bundan qabaq rəhmətə getmiş babası və adaşı kimi tərs olan Marlen demişdi ki, bundan sonra elə işlədiyi “moyka”da qalacaq gecələr. Bu da o demək idi ki, Qəmbər ya başqa yer tapmalı idi yaşamağa, ya da ... elə yenə də başqa yer tapmalı idi. Çünki, Pərzad xala dedisə hökmən ev kirəsini qaldıracaqdı. 
Amma üçüncü səbəb lap ciddi idi.
Başağrısı bir azdan keçib gedəcəkdi. Bununla neçənci dəfə idi ki, belə olurdu və Qəmbər Lül bir növ öyrəncəli olmuşdu. 
Üzünün-gözünün öyrəşdiyi evdən çıxası olsa da, yaşamağa yer tapa biləcəkdi. Uzaqbaşı düz 3 dəfə müsahibə aldığı yataqxana müdirinin yanına gedib bu məsələni həll edə bilərdi. Üstəlik, hələ yay idi, dərslərin başlanmağına xeyli vardı. Belə baxanda, nə var Bakıda kirayə ev tapmağa. Uzaq başı bir az uzaq olsun.
Amma Qəmbərin qanını qaraldan üçüncü səbəb çox-çox ciddi səbəb idi.
Son vaxtlar redaksiyada onu əməlli-başlı gözümçıxdıya salmışdılar. Aleks Bəydurdu ilə bağlı problem yoxdu. Amma, az qala Marlen qədər tərs adam olan şef-redaktor Qoca Çaqqaçuq onu gözümçıxdıya salmışdı. Yazılarını vermirdi, verəndə də tamam dəyişdirirdi. Onu əli böyüklər ətəyində olan Aleks Bəydurdunun gözündən tamam salıb tamam məhv eləmək istəyirdi Qoca Çaqqaçuq.
Və çox güman ki, Məğrur Bəxtəvərin verəcəyi müsahibənin də başına oyun açıb elə bir formaya salacaqdı ki, filosof –şair öz dediklərini tapa bilməyəcəkdi müsahibədə. Bax bu məsələ doğrudan da ciddi məsələ idi.
Məsələni həll etmək lazım idi. 
Məsələni həll etməmək də olardı.
Onsuz da saytın işçiləri və az qala beş yüz nəfərə çatan oxucuları (ayda 500 oxucu az deyil ha) kimin kim olduğunu bilirdilər.
Məğrur Bəxtəvərlə Qəmbər Lülün görüşəcəkləri, birincinin müsahibə verəcəyi, ikincinin müsahibə alacağı çayxananını yerləşdiyi şəhərdə qanı qara olan adamlar da vardı, kefi kök olan adamlar da. 
Bir xeyli adamın da dünya-aləm vecinə deyildi.
Səbəbsiz-filansız.

Fuad Babayev
15-20 iyul 2013-cü il


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Card image cap
14:26 / 08.12.16

MÜKAFAT

Card image cap
11:53 / 06.12.16

AXŞAMLAR SOYUQ OLUR...

Card image cap
17:38 / 05.12.16

İMZA GÜNÜ

Card image cap
11:52 / 02.12.16

İNHİSAR

Card image cap
12:41 / 30.11.16

YERLİ KORTASAR

Card image cap
14:56 / 25.11.16

TƏLƏSƏNLƏR

Card image cap
13:49 / 17.11.16

KÖRPÜ

Card image cap
13:15 / 16.11.16

MÜSAHİBƏ

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM