- Salam, ay ağsaqqal. Hər vaxtın xeyir olsun. Necəsən?
- Salam ay oğul. Sağ ol, yaxşı olasan.
- Oturmusan bu mənzərəli yerdə, hava alırsan, eləmi?
- Elədi. Qadan alım, elədi.
- Lap yaxşı eləyirsən.
- Kimlərdəsən, ay oğul? Tanıya bilmədim.
- Mən? Ha-ha, məni tanımadın ay ağsaqqal?
- Yox, oğul, belə... Tanış gəlirsən, amma...
- “Səsin Gəlsin” kanalından gəlmişəm ay kişi.
- Nə deyirəm, oğul. Qoy o da gəlsin...
- A kişi, deyirəm ki... Eşidirsən? Bahooo...
- Eşidirəm, ay oğul.
- “Səsin gəlsin” kanalından gəlmişik biz.Televiziyadan. İndi bildin?
- Hə, başına dönüm, bildim. Xoş gəlmisiz, belə səfa gətirmisiniz... Həmişə də elə siz gələsiniz.
- Çox sağ ol, çox sağ ol, ağsaqqal. Biz gəlmişik ki, səndən müsahibə alaq, ağsaqqal.
- Nə alasınız?
- Mü-sa-hi-bə!
- Hə, nə deyirəm, ay oğul, necə məsləhətdi, elə də eləyin.
- Ay sağ ol. Biz istəyirik ki. bax bu təzə tikilən körpü var ha, onun haqqında bir az danışasan, biz də yazaq bu aparata...
- Vidioya eləmi?
- Ay sağ ol. Ha-ha. Videoya, bəli videoya. Çəkəcəyik bax bu aparata. Aparıb göstərəcəyik şəhərdə. Oğul-uşaq da baxsın. Nə deyirsən, ağsaqqal?
- Nə deyirəm, ay oğul. Çəkin, məsləhət sizindir.
- Sağ ol. Ağsaqqal. Amma elə otur ki, arxada körpü görünsün.
- Belə otursam olar?
- Niyə olmur, lap yaxşı olar. Ay sağ ol, ağsaqqal.
- Sən sağ ol, ay oğul. İndi mən nə deməliyəm?
- Ağsaqqal, denən ki... Bax bura baxa-baxa denən ki, bu körpü çox yaxşı körpüdür. Bu körpü salınana qədər, nə idi bu kəndin adı? Axtarantapar?
- Hə, ağrın alım, Axtarantapardı bu kəndin adı, qədimdən...
- Onun sonra ağsaqqal. Kəndin qədimliyindən sonra biz danışarıq. İndi, bax bu təzə körpüdən danışmaq lazımdır.
- Bu körpüdən?
- Hə də, başqa körpü var?
- Yoxdu, ay oğul.
- Ay sağ ol. Bax bu körpü salınana qədər, axtatantaparlılar o taya, ordakı kəndin adı nədir ay baba?
- O taydakı kəndin, eləmi?
- Hə, hə. O taydakı kəndin adı nədi?
- Sürüşənkənd deyərdilər ora ay oğul qədimdən.
- Hə, hə, Sürüşənkənd. Demək deyirsən ki, bax bura baxa-baxa, kameradır da bu, burdan yazılır, hə, deyirsən ki, bəs bu körpü tikilənə qədər Axtarantapardan Sürüşənkəndə keçib getmək olmurdu, indi olur... özü də çox rahat körpüdür.
- Deyim də. Amma...
- Amması-filanı yoxdur, ağsaqqal. Tez deyirsən bu sözləri, vəssalam.
- Hə, yaxşı ay oğul, amma bu körpü...
- Sonra, sonra ağsaqqal. İndi , qulaq as, biz gərək o biri tərəfə keçib o kənddən də bir nəfəri tapıb müsahibə alaq.
- O taydakı kənddən?
- Hə, də, bəs səhərdən nədən danışırıq ay kişi?
- Oğul, o kənddən... Mən nə deyirsiniz deyim, siz də yazın. Amma...
- Nə amma?
- Amma o kənddən adam çətin tapaq.
- Niyə? Nə olub o kəndə ki?
- O kənd, ay oğul, Sürüşənkənddi qədimdən oranın adı...
- Yenə başladı. Hə, Sürüşənkənddi oranın adı. Nə olsun?
- O olsun ki, ay oğul, bir xeyli vaxt olar, o kənd tamam sürüşdü...
- Neylədi?
- Sürüşdü getdi. Batdı evlər. Camaatı da köçürdülər başqa yerə.
- Necə yəni camaatı köçürdülər?
- Hə, oğul, yekə “bortovoy” maşınlar vermişdilrə rayondan... Bu körpü də yox idi onda. O maşınlara yığıb camaatın ayın-oyunun apardılar.
- Bəs kənd necə oldu?
- Kənd olmadı da daha. Sürüşdü.
- Hara apardılar bəs camaatı?
- Bu taya apardılar, oğul. Aşağı tərəflərdə yer var, orda qəşəng evlər tikiblər onlar üçün.
- Bəs... İşə düşmədik... O tayda nə əcəb tikmədilər?
- O tayda? O tayda yer yoxdu ay oğul. Bir o Sürüşənkənd idi, qalan qayalıqdı.
- Bəs onda bu körpü?
- Körpünün də ay oğul, o taydakı dayağı da sürüşüb elə bil. Bilmirəm, gözün seçir, yoxsa yox...
- Bəs onda bu körpü?
- Hə, oğul, hara baxım danışım?
- Nə?
- Deyirəm, sən dediyin sözləri hara baxım deyim?
- Hansı sözləri?
- Çəkmirsiniz bəs?
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM