- Sən özün də bilirsən ki, məndən yoxdu da?
- Səndən yoxdu?
- Hə də, məndən yoxdu. Yoxsa şübhən var buna, hə?
- Şübhəm var deyəndə ki...
- Açıq de xahiş edirəm fikrini.
- Açıq deyirəm də, imkan ver.
- Verirəm, de.
- Bahooo. Bax birdən-birə deyirsən ki, məndən, yəni səndən yoxdu.
- Deyirəm.
- Nəyə görə yoxdu səndən?
- Nəyə görə?
- Hə, nəyə görə yoxdu səndən? Kosmonavtsan, qəhrəmansan, dahisən, nəsən?
- Kosmonavt deyiləm.
- Ay sağ ol...
- Qəhrəman da demək olmaz mənə, yəqin ki.
- Aha...
- Amma...
- Dahisən eləmi?
- Deyiləm?
- Yox!
- Sən də olardansan onda belə çıxır?
- Kimlərdən?
- Olardan!
- Olar kimdi a kişi?
- Olar... Onlar! Gözü götürməyənlər.
- Nəyi götürmür onların gözü?
- Necə yəni nəyi? Məsələn, “Şeypur”un uğurunu!
- Nəyin uğurunu?
- Mənim təzə romanımın...
- Yenə yazmısan?
- Yazmışam!
- Çap da elətdirmisən də, belə başa düşdüm.
- Xainlərin, xəbislərin açığına elətdirmişəm!
- Hə...
- Nə hə?
- Heç...
- Üstüörtülü danışma. Sözünü açıq de.
- Açıq deyim?
- Hə!
- Deyim də. Sənin. Bax xətrinə dəysə də, dəyməsə də deyəcəyəm. Sənin o cəfəngiyyatları yazıb doldurub, sonra da üstəlik borc-xərc eləyib çap etdirməyin...
- Bu böyük ədəbiyyatdır...
- A kişi, qulaq as. Dedin açıq deyim fikrimi, mən də deyirəm.
- De, de. De, ürəyin boşalsın, mən də bilim ki, sən də məni qəbul etməyən...
- Hə, mən də səni qəbul etməyənlərdənəm.
- Özün dedin də bunu?
- Özüm dedim, əlbəttə.
- Etiraf eləyirsən də?
- Hə, eləyirəm.
- Aydındır.
- Səninlə danışmağım mənası yoxdur, vallah.
- Hə?
- Əlbəttə ki, hə! Bax, sənin yazdığın bu mənasız yazılar kimə lazımdır?
- Necə yəni kimə lazımdır?
- Heç kimə lazım deyil.
- Lazımdır, lazım olacaq.
- Nə vaxt? Bax, mən səni bu təzə “Şeypur”unu əlbəttə ki, görməmişəm, amma bundan əvvəl yazmışdın ha, çap da elətdirdin e, nə idi onun adı?
- “Bəxtəvər Məcnun”u deyirsən?
- Hə, hə, o nə idi sən Allah?
- Necə yəni nə idi? Roman idi!
- Elə roman olmur.
- Ha-ha. Oxumuşdun?
- Oxumuşdum deyəndə ki. Vərəqlədim də.
- Niyə oxumadın?
- Ona görə ki... A kişi, elə roman olmur. Romanın başı-ayağı olar...
- Bəs Kortasar?
- Kim?
- Xulio Kortasar!
- “Priçom tut” Kortasar?
- “Priçom tut”! Sözünə bax. Kortasarın da romanı var. Başı-ayağı olmayan...
- Vəssalam da... Ay qardaş...
- Yoxsa onu da bəyənmirsən?
- Kimi, Kortasarı?
- Hə, Kortasarı!
- Onu bəyənən bəyənib də.
- Məni də bəyənən tapılar.
- Nə vaxt?
- Tələsmə.
- Nə isə... Getdim mən.
- Getmə bir dəqiqə.
- Niyə?
- Bilirsən... Bir az utanıram deməyə.
- Yenə pul lazımdı?
- Hə, bir az.
- Bir az?
- 50 manat.
- 40 manat verə bilərəm.
- 50 manat lazımdı.
- Bildim ki, 50 manat lazımdı. Yoxumdu.
- Yaxşı ver, 40 manatı.
- Buyur. Amma de görüm... Amma düzünü de.
- Nəyin?
- Sözün! Yenə mətbəəyə borcun qalıb?
- Hə...
- Daha sənə sözüm yoxdu mənim.
- Hə, mətbəəni işlədən də elə sənin tayındı.
- Mənim tayımdı?
- O da qəbul eləmir ki, “Şeypur”...
- Bəsdi!
- “Şeypur” da, “Bəxtəvər Məcnun” da, o biri əsərlərim də dahi əsərlərdi!
- Getdim mən. Sağ ol.
- Bir dəqiqə, bir dəqiqə! Bu əsərləri, hə, hə, bu əsərləri pul tapıb tərcümə elətdirəcəyəm, onda görəcəksən... Görəcəksiniz!
- Görərik, sağ ol, sağ ol.
- Axı niyə ispan deyiləm mən?!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM