- Hə, bacoğlu, təzə gəlmisən Bakıdan?
- Təzə gəlmişəm, məllim. Dünən, yox, srağagün.
- Hə, yaxşı eləmisən gəlmisən. Səməndər müəllim dedi ki, məqalə yazmaq istəyirsən bizimkilərdən, hə?
- Hə, istəyirəm br məqalə yazım.
- Jurnalistsən sən? Xətrinə dəyməsin, ona görə soruşuram ki, bacoğlu, bura çox adam gəlir. Hə. Vallah, gəlib deyirlər ki, jurnalistəm, basıb-bağlayırlar...
- Məllim, mən elələrindən deyiləm. Mən..
- Olmadı ki, bacoğlu. İncimə. Mən elə-belə soruşdum ki, biləm.
- Vəsiqəm də var. “Kosmonavtın şeypuru” qəzetinin ...
- Nəyin? Ha-ha. Bağışla, gülmək tutdu məni, kosmonavtın nəyinin qəzetinin?
- “Kosmonavtın şeypuru”. Ayda 2 dəfə çıxır qəzetimiz, 8 səhifəlik...
- Hə, hə, başa düşdüm. Amma, öz aramızdır, bacoğlu, qəzetin adı bir az qəribə çıxıb ha... Yox, yox, elə-belə deyirəm, dostyana...
- Məllim, bizim baş redaktorumuz cavanlıqda kosmonavt olmaq istəyib...
- Doğrudan?
- Hə, ola bilməyib, məllim, ona görə qəzetin adını da...
- Qoyub “Kosmonavtın şeypuru”. Başa düşdüm.Hə, indi keçək mətləbə, nə maraqlandırır bacoğlu səni? Sualları ver bala-bala, amma yazma ha, hələ.
- Sualları yazmışam, məllim.
- Yazmısan? Nə suallardl?
- Oxuyum?
- Oxu, oxu.
- İnid. Hə, mən yazmışam ki, Niyebetinsk şəhərində iki icmamız var...
- Yox!
- Nə yox?
- Niyebetinskdə bizim iki icmamız yoxdur, bir icmamız var. O da buradır!
- Bəs, axı mənə dedilər ki...
- Kim dedi?
- Bakıda dedilər, Səməndər müəllim...
- Səməndər müəllim heç vaxt elə söz deməz. Bilmirəm, Bakıda kim nə deyib, amma Niyebetinskdə bizim bir icmamız var. “Niyebetinskdə Məskunlaşmış Oğullar” Təşkilatı! O da buradır.
- Bəs, məllim, Niyebetinskdə... Bir dəqiqə, burada yazılıb ki...
- Harda, burda? Göstər görüm?! Nə yazılıb?
- Məllim, mənim kağızlarımı niyə cırırsınız?
- Nəyi cırıram mən?
- Cırırdınız da kağızlarımı indi?
- Bura bax, oğulbala, sən deyəsən bilmirsən hara gəlmisən?
- Mən oğulbala deyiləm.
- Yaxşı, ol jurnalist!
- Mən jurnalistəm.
- Hə, jurnalist, get yaz ki, öz qəzetində ki, Niyebetinskdə bir icma var. O biri icma, hansı ki, sən deyirsən, guya var...
- Aha.
- O icma deyil. Onlar adlarını qoyublar Niyebetinskde Yaşayan Soydaşlar, amma əslində orada bir dənə də ...
- Onlar da sizin haqqınızda elə bunu dedilər...
- Nə? Kim dedi?
- Niyebetinskde Yaşayan Soydaşlar təşkilatının sədr əvəzi...
- O alkaş?
- Alkaş deyildi, elə sizin yaşda bir adam olardı. Qalstuku da vardı.
- O avara qalstuk taxandı? Dayan, görüm, jurnalist, sən orda da olmusan? Haçan olmusan?
- Dedim, axı, məllim, mən 2 gündür Niyebetinskdəyəm.
- Özü də birinci ora getmisən?
- Nə olar birinci ora gedəndə?
- Bizim təşkilat onların təşkilatından 10 gün qabaq yaranıb.
- Bəs, məllim deyirdiniz ki, burada bir təşkilat var.
- Hə, deyirdim, yenə də deyirəm. Ora, hara ki, sən getmisən, təşkilat-zad deyil.
- Bəs siz?
- Biz təşkilatıq. Bildin?
- Bildim, məllim.
- Malades! Get. Elə belə də yaz ki, Niyebətinskdə bizimkilərin bir təşkilatı var. Vəssalam!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM