Publisist-politoloq
29 oktyabr- Türkiyə Respublikasının yaranması günüdür.
“...Türkiyənin yeni və modern bir dövlətə ehtiyacı var. Bu məmləkət yuxarıdan aşağıya dəyişdirilməlidir. Ordu biliksiz, ləyaqətsiz və şərəfsiz zabitlərdən təmizlənməlidir. Köhnə qanunlar ləğv edilməlidir. Fəs atılmalı, qadın qəfəsdən çıxarılmalı, onlara azadlıq verilməlidir. Bir kişi bir qadından artıq başqasıyla evlənməməlidir! Kişilər və qadınlar eyni hüquqlara sahib olmalı, avropalılar kimi yaşamalıdırlar.
Demokratik bir cəmiyyətdə Türkiyənin bütün sosial məsələlərini həll etmək olar. Allah qismət edərsə, günün birində Türkiyənin idarə olunmasında rolum olarsa, bilirəm edəcəyim yenilikləri...”
Mustafa Kamal Atatürk
1923-cü ildən bəri bu əzəmətli tarixi günü qardaş Türkiyə Cümhuriyyəti özünün qürur mənbəyi olan milli bayramı kimi geniş qeyd edir. Türk dünyasının digər ölkələrində olduğu kimi, Azərbaycan xalqı da bu bayram günündə öz sevincini qardaş Türkiyə ilə, dini bir, dili bir, qanı bir olan türk xalqı ilə bölüşür.
Tarix və zaman sübut edir ki, müstəqillik yolu çətin və məsuliyyətli, ağrılı və əzablı, böyük siyasi fırtınalardan keçən, lakin çox şərəfli və müqəddəs bir yoldur. Bu mübarizə yolunu keçən hər bir xalq daha da möhkəmlənir, mətinləşir və bəşəriyyət tarixində öz layiqli yerini tutur. Və yurdunun, torpağının, ölkəsinin müstəqilliyi naminə bu xalqın içərisində yetişən əvəzsiz insanların böyük xidmətləri heç bir zaman unudulmur, onların arzu və amalları, məqsəd və ideyaları əsrlər boyu nəsillərin, tarixin zəngin yaddaşında yaşayır. Belə tarixi şəxsiyyətlərdən biri və xalqının baş tacı olan Mustafa Kamal Atatürkü xüsusi qeyd etmək istəyirəm.
Xatırladım ki, tarix boyu bir çox dövlət və imperiyalar quran türklər, sonuncu dəfə dünyanın ən böyük və ən uzun ömürlü imperiyasını yaratmışlar. Bu dövlət 600 il yaşamış, Birinci Dünya müharibəsində məğlubiyyətə uğramışdır. Bundan sonra Türkiyənin həyatında çətin dövr başlanmışdır. Çünki 1918-ci ilin 30 oktyabrında imzalanan Mudros sülh müqaviləsinin şərtlərinə görə, Anadolu torpaqları yadellilər tərəfindən işğal olunmağa başlanmışdı.
Xalqın xarici işğalçılara qarşı müqavimət hərəkatını təşkil etmək üçün 1919-cu il mayın 12-də 19 nəfərlik bir dəstə ilə Qara dənizdəki Samsun limanına gələn Mustafa Kamal Atatürk ölkənin o vaxtkı vəziyyətini belə təsvir edirdi: “Osmanlı imperiyasının daxil olduğu dövlətlər qruplaşması müharibədə məğlub olub. Orduda aləm bir-birinə qarışıb. Bizim üçün əlverişsiz şərtlərlə sülh bağlanıb. Uzun illər müharibədən üzülmüş ölkədə yoxsulluq hökm sürür... Antanta ölkələri barışığa riayət etmək fikrində deyillər. Onlar müxtəlif bəhanələrlə hərbi dəniz və piyada qüvvələrini İstanbula cəlb edirlər. Fransızlar Adana vilayətini, ingilislər Urfanı, Maraşı işğal ediblər. Konyada İtaliya qoşunları yerləşdirilib...”
Göründüyü kimi, işğalçılar Türkiyəni tamam bölüşdürməyə hazırlaşırdılar. Türklərin əlində yalnız Anadolu yarımadasının mərkəzindəki 5- 6 vilayət qalmışdı.
Türkiyənin fəlakət günü gəlib çatmışdı. Marşal və generallar bütün ümidlərini itirmişdilər. Çoxları təslim olmağı üstün tuturdular.
Hər şeyi itirmiş ölkədə tək bir Kişi düşmənlərə qələbə çalacağına inanırdı. Bu, Çanaqqala müharibəsinin böyük komandanı Mustafa Kamal idi. O zaman o, müsahibə aparan jurnalistə bildirmişdi:
“Müttəfiqlər indi qələbə sevinci içindədir. Qazandıqlarını bölüşmək üçün çəkişirlər. Onların bu zəif damarından istifadə edib Anadoluya keçilərsə, azadlıq döyüşünə girilərsə, müttəfiqlər əsla müdaxilə edəmməz, sadəcə olaraq seyrçi kimi qalarlar”.
Mustafa Kamal Paşanın müstəqillik uğrunda öz mübarizə planı var idi. O, özünün əvvəllər üzv olduğu “Gənc Türklər” təşkilatının proqramından fərqli olaraq, silahlı üsyan yolu ilə hakimiyyəti ələ keçirməyə çalışmırdı. Başa düşürdü ki, müstəqillik uğrunda mübarizə nə qədər mütəşəkkil olsa belə, onu təkcə partiya üzvləri ilə deyil, məhz xalq ilə bərabər aparmaq lazımdır.
Mustafa Kamal Paşa əmin idi ki, milli inqilab demokratik prinsiplərə əsaslansa qalib gələ bilər və hər şeydən əvvəl bu mübarizə üçün siyasi zəmin yaradılmalıdır. Buna görə də Türkiyədə müstəqillik uğrunda mübarizə hərbi xarakter alanadək öncə siyasi sahədə aparılırdı. Mustafa Kamalın bütün ideya və amalları geniş kütlənin istəyi ilə eyni olub üst-üstə düşdüyündən böyük türk xalqı onun arxasında durdu, millət dalınca getdi. Atatürk tarixdə heç bir komandan və dövlət adamının qarşılaşmadığı gücün üzərində qələbə çaldı. Qızğın döyüşlərə sinə gərdi. Türkiyənin yeni mədəni tarixi bu qüdrətli insanla başladı.
Mustafa Kamal Paşanın Ankaraya gəlişindən sonra 1920-ci il aprelin 23- də Türkiyə Böyük Millət Məclisi təsis edilib fəaliyətə başladı. 1923-cü ilin 13 oktyabrında ölkə parlamenti Ankaranı yeni paytaxt elan etdi. Həmin il Mustafa Kamal Paşanın və onun silahdaşlarının Böyük Millət Məclisinə verdikləri təklifə dövlət quruluşunun cümhuriyyət (respublika) forması qəbul edildi. Daha sonra Atatürk yekdilliklə Türkiyə Cümhuriyyətinin ilk cümhur başqanı, prezidenti seçildi. Oktyabrın 30-da isə Mustafa Kamal Paşanın ən yaxın silahdaşı İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurularaq “Yurdda sülh, cahanda sülh” təməlləri üzərində yüksəlməyə başladı.
Vətən və xalq qarşısında böyük xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisi 1934-cü ildə Mustafa Kamal Paşaya “Atatürk” adını verdi.
Mustafa Kamal Atatürk misilsiz sərkərdə olduğu kimi, həm də son dərəcə diqqətli, alicənab, qayğıkeş, cəfakeş, elm və mədəniyyət sahəsində fəaliyyət göstərən istedadlı insanları qiymətləndirən, onların qədrini bilən dahi bir şəxsiyyət idi. Oxuduğum xatirələrin birində təsvir olunan hadisə məni çox kövrəltdi, bu dahi sərkərdə gözlərimdə daha da ucaldı, ona hörmət və ehtiramım daha da dərinləşdi.
Türkiyənin tanınmış yazarı Əhməd Rasim vaxtilə böyük və çoxsaylı əsərləri hesabına çoxlu pul qazanmış, ancaq dünya malında gözü olmadığından onu ehtiyacı olan insanlara, dostlarına xərcləmişdi. İllər ötdükdən sonra o, xəstəliyə tutulur. Sağlamlığını və gücünü yavaş-yavaş itirən Əhməd Rasim, ehtiyac içində yaşayır. Ömrünün bu çağında o, artıq bir idarə məclisində yiyəlik edib fərəhlənmək istəyir.
Elə bu fikirlə də qatara minir. Qatardan düşüb Ankaraya ayaq basdığı zaman dövrünün mütərəqqi hökumət adamlarından olan İsmayıl Müştaq Maykonla qarşılaşır. Onlar uzun illərdən tanış idilər və bir-birilərinə böyük məhəbbətləri vardı. Hal-əhvaldan sonra İsmayıl Müştaq soruşmuşur:
-Xeyir ola, ustad? Hansı ruzigar gətirib bura səni?!
Əhməd Rasim kədərqarışıq dalğınlıqla cavab verir: “Yeməklər öncə dörd evə çatardı, indi birinə də çatmır!.. Bir loxma çörək tapmışdım, fəqət əlimdən düşüb yuvarlandı, onun dalınca buraya qədər qaçdım, dostum!.. İndi həmən çörək aslanın ağzındadı!..”
Bir az xoş-beşdən sonra ayrılırlar. İsmayıl Müştaq Əhməd Rasimlə aralarındakı söhbəti həmən gecə Çankayada olduğu kimi Atatürkə danışır. Atatürkün ilk sualı bu olur:
— Nə cavab verdin ona?!
— Heç nə! -deyir Maykon.
Atatürk əsəbiləşərək:
— Otuz ildən artıq bu yurdun mədəniyyətinə xidmət etmiş bir insan sənə “acam” demək istəmiş, əvəzində isə laqeydlik göstərmisən!..
Həmin gecə polislər Ankaranın hər tərəfini yoxlayıb Əhməd Rasimi Atatürkün hüzuruna gətirirlər. Atatürk onu ayaq üstə qarşılayır, süfrədə yanında oturdur. Hal-əhvaldan sonra Atatürk:
— Ustad, — deyir, — İstanbul millət vəkilliyini lütfən qəbul edərsinizmi?
Əhməd Rasim ayağa qalxıb Atatürkün əlini öpdükdən sonra:
— Dediyim düz çıxdı. Çörək aslan ağzındaymış!.. — deyir.
Əhməd Rasim 1927-ci ildə İstanbul millət vəkili olur. Elmə, mədəniyyətə böyük qiymət verən Atatürkün sayəsində.
Ötən əsrin sonlarında yeni iqtisadi strategiyanı həyata keçirməyə başlayan Türkiyə, Qərb ilə iqtisadiyyatını inkişaf etdirmiş və dünya bazarındakı mövqeyini xeyli yaxşılaşdırmışdır.
Qoca tarixin səhifələrinə türk dünyasının onlarca böyük hökmdarlarının adları və xidmətləri yazılıb. Aləmdar Mustafa Paşa, Alp Arslan, Atilla, Babur şah, Qazi Osman Paşa, Qılınc Əli Paşa, Köpıülü Mehmet Paşa, I Məlikşah, IV Murad, I Səlim Yavuz, Uluq bəy, Fateh Sultan Mehmet, Feyzi Çakmak və başqaları. 1938-ci il noyabrın 10-da dünyasını dəyişən Mustafa Kamal Atatürk hələ ölümündən əvvəl, düşmənlər üzərində qələbə çalarkən öz əməlinə belə qiymət vermişdi:
“Allah məni Türkiyəni bəladan qurtarmağa məmur etdi”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM