- 600 səhifəlik “Səfsəfə doktoru”, ondan bir az nazik, görmüsən də sən, “TU-154”, bir də “Kitabbaz”, a kişi, “Kitabbaz”ı deyirəm e... 3 yekə romanın müəllifi olasan, səni tanıyalar, oxuyalar, bəyənələr... Haqqında yazı yazalar... Səhərdən-axşama kimi müsahibə verəsən. Elə srağagün yekə müsahibəm getdi də qəzetdə. 2 səhifəlik. Axırda da günlərin bir günü başına belə bir iş gələ. Kimə desən, inanmaz...
- Nə olub axı?
- Nə olub deyəndə ki. A kişi, səhər tezdən evdən çıxıram ki, işə gedəm. Yəni dərsə. Dərs deyirəm də mən institutda.
- Hə, sonra?
- Elə qapıdan çıxmışdım ki, bir də gördüm məhəllədə bir gic var. Qədimşah. O gəlir düz üstümə. Elə mənə çatan kimi nə desə yaxşıdır?
- Nə dedi?
- Dedi ki, yazmayım.
- Yazmayasan?
- Hə... Mən buna deyirəm ki, o nə deməkdir? Bu da soruşur məndən ki, yazanam mən, yoxsa yox?
- Nə soruşur?
- Deyirəm, məndən soruşur ki, yazanam mən?
- Sən nə dedin?
- Nə dedim? Elə ağzımı doldururdum deyəm ki, yazıçıyam. Qayıdasan ki, Cavanşir deyir bəs sən yazansan.
- Cavanşir kimdi?
- Cavanşir bizim “uçastkovı”dır.
- Hə...
- Nə hə? Birində qonşuda qanqaraçılıq olmuşdu. Onda görmüşdüm ki, bizim “uçastkovı”mız budur. İnan Allaha, çəkisi olar onun 150 kilo...
- Əsl “uçastkovı” elə olmalıdır da.
- Hə, nə isə. Cavanşir deyib bu Qədimşaha ki, mən yazanam.
- Deyib, deyib də. Sonra nə oldu? Yazansan da sən. Yazıçı. Bir də, dayan görüm, bu Qədimşahdı-nədi, içkili idi?
- Yox bir, ayıq idi. “Pyaniska”nın biridir də, bədbəxt oğlu bədbəxt.
- Əşşi, indi bir qələtdi də eləyib. İçkili adam...
- A kişi, sən dalısına qulaq as e.
- Dalısı da var?
- Bəs yoxdu? Elə dalısındadır da məsələ. Deməli, qır-saqqız olub bu Qədimşah. İnan Allaha. Üst-başından da da it iyi gəlir. İstəyirəm, başımdan eləyim, əl çəksin məndən. Deyirəm buna ki, daha “uçastkovı” deyib də, o boyda adamdır... O deyirsə, yazanam, hə.
- Hə...
- Bu da qoymur gedəm. Əl çəkmir. Deyir ki, yazma.
- Yazmayasan?
- Hə, mənə deyir ki, yazmayım.
- Yazma deyir, yazma da.
- Zarafata salma, xahiş edirəm. Bu Qədimşah mənə deyir ki, yazmayım. Ömründə bir dənə kitab oxumayıb. Kitab başına dəysin. Adını yaza bilməz, bəlkə də.
- Elə bu?
- Hə. Sən demə, kimsə bizim binanın tinində biədəb söz yazıb. Qonşuda biri var, sən də məni bağışla, ayağı sürüşkənin biridir. Hə, onun ünvanına nəsə yazıblar divarda. Bu da Qədimşahın qeyrətinə toxunub. Gedib “uçastkovı”nın yanına ki...
- Ha-ha. Başa düşdüm deyəsən... Ha-ha.
- Sən gülürsən. Mənim ürəyim partlayır. Dərman içməyən adam, səhərdən ikinci “tabletka”dır ki, atıram...
- Sən mənim canım, ay Tapdıq, bunlar elə bilirlər ki, sən yazmısan o biədəb sözü divara?
- Hə. Təsəvvür edirsən? “Uçastkovı” bundan soruşub ki, Qədimşahdan, bəs, kimdən şübhələnir bu? Bu dəyyus da heç nə deməyib. “Uçastkovı” da qayıdasan ki, məhəllədə bir dənə yazan var, o da məllimdir. Mənə məllim deyir də bunlar.
- Allah səni güldürsün...
- Hə, vallah. O da deyib ki, get ona, mənə yəni, başa sal.Yazmasın.
- Qədim... Nə oldu adı? Qədimşah?
- Hə, Qədimşah da gəlib mənə deyir ki, yazmayım. Mənə. O boyda “Səfsəfə doktoru”nun... Oxumusan da? Oxumamısan? Doğrudan oxumamısan “Səfsəfə doktoru”nu? Mən də gör dərdimi kimə danışıram e.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM