Sürrealizmin təfəkkür formaları

13:04 / 04.11.2016

Zöhrə Əsgərova

Yazıçı-publisist

 

2008-ci il fevral ayında nəşr olunan “Cahan” jurnalının səhifələrində Rza Bərahəninin “Mövlana, sürrealizm, Rembo və Freyd” yazısı diqqətimi özünə cəlb etmişdi. Bu, elə bir vaxta təsadüf etmişdi ki, qaravəllilərlə sürrealizm arasında mövzu və forma cəhətdən qohum əlaqələr haqqında düşünürdüm.

Onun məqaləsinə müraciət edək: “...Sürrealizmin “atası” Artur Rembo ilə ən böyük sufi şairi Mövlana arasında bir çox oxşarlıq var ki, onların üzərində dayanmaq lazımdır. Rembo məktublarından birində yazır: “... “mən” başqa bir kəsdir. Əgər mis yuxudan ayılıb özünü şeypur şəklində görürsə, ona eyib tutmaq olmaz... Bu başqa bir kəs kimdir? Məgər mis şeypur şəklinə düşmür?..Başqa bir şey və ya kəs ondan kənardadır, yoxsa onun özündə və “onunladır?” Bu başqa kəs şairin özüdür, yoxsa onun məqsədi, yəni şeiridir. Mövlananın şeirindən nümunə gətirir:

İstəyirəm, can qazanından qanlı kəf çıxarım,

İki cahanın söhbətini bir ağızdan çıxarım.

Mən özümdən çıxıb eşq yoluna düşmüşəm,

İstəyirəm, özüm kimi dünyanı da bu dünyadan çıxarım.

Daha sonra Rza Bərahəni qeyd edir: “Qərb sürrealizmi ilə Şərq sufizmi arasında bir çox oxşarlıqlar var. Birincisi odur ki, hər ikisi bir növ mütləq subyektivizmə can atır. Hər ikisi qeyri-fiziki kamillikdə, əllə toxunulması mümkün olmayan mənəvi və ruhani ucalıqda qərq olmağa çalışır. Qərb sürrealizmi ilə Şərq sufizmi arasında başqa bir oxşarlıq iki amilin – məkanın və zamanın aradan qaldırılmasına çalışmaqdır.”

Müəllif məqaləsində Mövlanə, Rembo və Freydin adlarını qeyd edir. Mən fansız şairi Artur Rembonun yaradıcılığına qısa nəzər salardım. Oxucular öz şeirləri ilə həyatı dəyişmək istəyən Rembonu daha yaxından tanıya bilərlər. Müasirləri onu balaca Şekspir, lənətlənmiş şairlərdən biri adlandırırdılar. O,yazırdı: “Mən şair olmaq istəyirəm və bəsirətim üzərində işləyirəm. Təsəvvürə gəlməz şeylərə bütün təəssüfləndirici hisslərin vasitəsilə nail olmaq lazımdır...Düzgün deyil, deyəsən ki, “mən düşünürəm”, yaxşı olardı ki, deyəsən “mənimlə düşünürlər”...Mən bir başqasıyam. Ağac parçası üçün çox pis olardı ki, əgər o “skripka” olduğunu başa düşsün.” O.Y.Surova “Artur Rembo: “Sözün əlkimyası” məqaləsində yazır: “Estetik fenomen forma, texnika, priyom olan yerdə yaranır.Onlar novator, bənzərsiz ola bilərlər, lakin məhz onlar bədii, poetik dünyanı yaradırlar.” Mövlananın da təfəkkür süzgəcindən eyni fikirlər keçir: “Hər kəsin baxmadığı istiqamətdən bax dünyaya.”

Artur Rembonun 1871-ci ildə “Sərxoş gəmi” şeirində o, əslində öz taleyinin acılarını təsvir edirdi. Əsər sanki dalğaların, küləklərin dili ilə yazılmışdır, müəllif günəşin ona qəm,

ayın bədbəxtlik göndərdiyini təsvir edir. Ümidsizlik burulğanında o, gəminin parçalanmasını, dənizin dibinə yuvarlanmasını arzu edir. Çünki o, ikili həyat içində həm var, həm də yoxdur.Təəssüf ki, bu sətirlərdə şair sanki faciəvi sonluğuna fərman verir. Gündəlik, adi həyat tərzinin sərhədlərindən uzaqlarda yarıyuxulu sərsəm kimi cəmiyyətdən uzaqlaşmaq, yadlaşmaq, daxili hayqırtıları necə susdurmaq, ovunmaq mümkündür?! Fərqli düşüncə tərzində yuxulu “gerçəklər” yaşayır, sən heç vaxt öz “yuxundan” ayılmaq istəmirsən, çünki orda sən özün kimisən, bir başqası deyilsən. O, yazırdı: “Artıq mən lənətlənmişəm, vətən məndə ikrah doğurur. Ən yaxşısı sahil qumlarında sərxoş yuxulardır.” Bu əqidədə olan yaradıcı insanların çoxunun ömrü qısa, taleyi məşəqqətli olmuşdur. Bir çox şəxsiyyətlər real həyatdan uzaqlaşdıqca onların arzu və istəkləri öz yaradıcılıq üfüqlərində doğulur, səmanın günəşi, ulduzları qəlbini riqqətə gətirə bilmir.

A.Rembonun 1873-cü ildə yazdığı “Bir yay cəhənnəmdə” bədii yazısında o, təzadlı etirafların labirintində çapalayır. Bununla bərabər gənc şair öz daxili əzablarını, üsyanlarını bütün rəngləri ilə təsvir etməyə çalışır. O, sait hərfləri rənglərə bölür, onun yeni kəşf etdiyi poeziya beş hiss üçün nəzərdə tutulur. Lakin Rembo bu sirri açıqlamaq istəmir. “Bir yay cəhənnmədə” yazısında müəllif Qərbin bataqlığından çıxmaq, Şərqin süqutundan sonra nicat yolları axtarıb arayır. “Quran” kitabı ona yaddır, onu burjua təfəkkürünün məhsulu, xristianlığı da səmimi din kimi qəbul etmir. Artur Rembo qəti şəkildə bildirir ki, mənim qəzəbimin gərək öz cəhənnəmi olmalıydı...

Mən belə müəlliflərin əsərlərini sürrealizmin qəm dastanları adlandırardım. Lakin ümidsizlik qurtuluş üçün ümid qapısını açmağa qadir deyilsə, məğlubiyyət də çıxış yolu deyil. Cənnət olan yerdə cəhənnəmin təbliği mənəvi əzabların daha da dərinləşməsinə yol açır.

Qəribə odur ki, rus şairi Nikolay Qumilyov da sanki Rembonun “Sərxoş gəmi”sinin təsiri altında “Azmış tramvay” şeirini yazır. O da Rembo kimi səyahətləri sevir, lakin bu şeirdə isə uçan tramvayla keçmiş karmik həyatlarının fraqmentlərinə rast gəlir.

O, şeirlərinin birində yazırdı ki, mən yataqda notariusun, həkimin müşayiəti ilə deyil, hansısa sərt ucqar bir yerdə öləcəyəm. Bu ölüm səhnəsi olduğu kimi həyata keçir. Nikolay Qumilyovu Gümüş əsrin kapitanı adlandırırdılar. 1921-ci ildə o güllələnmə qabağı özünü ləyaqətlə, əsl kapitan kimi aparır. Ölümü təbəssümlə, təmkinlə qəbul edir.

Məni həmişə düşündürən bir məsələyə toxunmaq istərdim. Yaradıcı insanların qələmindən, fırçasından çıxan elə əsərlər olur ki, qismətin əli, nəfəsi ilə yazılır. Bu əsərlərdə müəllifə öz qələmi ilə yazılan hökm oxunur, bəlkə də əslində o, öz sonunu belə təsəvvür etmək istəməsə də artıq şikar kimi qismətin toruna düşür. Yaxud elə rəssamlar mövcud idi ki, onların naturadan çəkdiyi qəhrəmanlar qısa müddətdə vəfat edirdilər...

Sürrealist əsərlərin əsas mayası, ideyaları içəridə olan “mən”in subyektiv, çılpaq, cəsarətli ifadə formasıdır. Yunus Əmrənin: “Məni məndə demə, məndə deyiləm, bir mən vardır məndə, məndən içəri” sətirləri sürrealizmin subyektiv “mən”inə qovuşmurmu? Məhz məndən içəridə yerləşən “mən” ruhumuz deyilmi? Məndən içəridə yerləşən “mən”

daha sakral anlayışdır, lakin o nə forma, nə ölçü cəhətdən adi gözlə görünmür. Keçək baməzə qaravəllilərin nağıl dolu dünyasına. Bu yalan dünyada qəribə bir nikbinlik, həyatsevərlik var: “Badi-badi giriftar. Hamam hamam içində xəlbir saman içində. Dəvə dəlləklik edər köhnə hamam içində.”Yaxud baldırı qırıq hörümçəyin belinə xurcunla minib çayı keçmək, ördək ətini altı yox qazanda bişirmək, çaxmağı yox tüfənglə quş vurmaq sürrealizm deyil, bəs, nədir? Həqiqəti nağılvari möcüzələrə çevirmək, heyrət doğuran formalar yaratmaq sən demə, elə qədimdən mövcud idi. Məsələn, bir çox tapmacalarımızı xatırlayaq: “Bədəni yerdə saqqalı göydə”, “Qanadı var quş deyil, dişləyir ilan deyil”, “Bir qapağı min yarpağı”, “Ağac başında al yanaqlı qız”, “Bir damım var qapısı yox”, “Bir qarpızım var cığal, üstünə dünya sığar” və s. Bu ekzotik təsvirləri sürrealist janrında çəkilmiş rəsmlərdə təsəvvür etmək çətin deyil. Bəlkə də sürrealizm özü tapmacadır, necə deyərlər, müəyyən mövzunu kodlarla təsvir etmək rəssamdan, yozması isə biz-tamaşaçıdan, oxucudandır: “Qarpızın üstündə körpü salınır və onun içərisində üç gün, üç gecə yol gedilir.” “Dəvənin qarnı yarılır ordan fil çıxır.” Qaravəllidə yumor daha çoxdur. Qaravəlli dünya xalqlarının folklorunda “lətifə”, “satirik nağıl” adlanır. Bu janrda yazılan qaravəllidə hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri üzə çıxır. Məsələn: “Günlərin bir günündə, Məmmədnəsir tinində, toyuqların hinində”. Qədimdə küçə adı olmayıb, görəsən, bu tində toyuq hinində nə baş verib ki, dilə-ağıza düşüb.Naıllar, qaravəllilər uydurulmuş dünyadır. Necə ki, deyirlər, nağıl dili yüyrək olur. Lakin Avropada isə bestiariy janrında yazılan əsərlərdə uydurulmuş heyvanlar təsvir edilir.

Məsələn, Xorxe Luis Borxesin “Uydurulmuş varlıqlar” kitabını misal gətirə bilərik. Məsələn, A Bao A Ku, Axeron, Amfisbena, Buraq, Qolem, Baqamut və sairə. Baqamut haqqında oxuyanda elə bil niderlandların “qaravəllisini oxuyursan. Rus dilində belə səslənir: “…земля стоит на воде, а вода на скале, а скала на лбу быка, а бык на песчанном ложе, а песок на Багамуте, а Багамут на удушливом ветре, а удушливый ветер на тумане…»Bu sətirlərdə qaravəllinin sürrealist səhnələri göz önündə canlanır. Borxes bu kitabı 1954-cü ildə Mariya Qerera ilə birgə ərsəyə gətirir. Kitabda diqqət çəkən qeyri-adi heyvanlardan biri də buraqdır. Müəllif onun təsvirini verməzdən əvvəl Quranın “İsra” (Gecə səyahəti) surəsinin birinci ayəsinə müraciət edir: “Dəlillərimizdən bəzisini ona (peyğəmbərə) göstərmək üçün öz qulunu gecə vaxtı Məscidülharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidüləqsaya aparan (Allah) pak və müqəddəsdir.” Bu ayədə Məhəmməd peyğəmbərin (s.s.) buraq adlı qəribə bir heyvanın tərkində meraca getməsinə işarədir. Hindistanda buraq qulaqları uzun, ata məxsus bədənə və tovuz quşunun quyruğuna malik insan sifətində bir heyvandır. Əslində buraq “nur saçan” deməkdir. Pyotr Yerşovun “Qozbel at” nağılında da uzun qulaqlı kiçik at var, baş qəhrəman İvana xidmət edir. Göründüyü kimi, fantastik heyvanların nağılda iştirakı cərəyan edən hadisələrə daha dərin məna verir, kulminasiya nöqtəsinin çözələnməsində birbaşa iştirak edir. Xüsusilə, nağılda nəhəng balığın üzərində salınmış kəndin öz tarixi var. Balıq suyun üzərində canlı adaya oxşayır və s. Nağılvari təsvirlər həmişə qeyri-adi ifadə tərzi, görünüşü ilə həqiqətən də zaman və məkan anlayışlarına sığmır.

Baron Münhauzenin macəraları sarkostik düşüncə tərzi, sürrealizmin bariz ifadəsi deyilmi? Onun həyatı aloqizmlərdən ibarətdir. Raspe Rudolf Erixin “Baron Münhauzenin

sərgüzəştləri” kitabında bunun şahidi oluruq. Əslində geologiya və mineralogiya elmləri ilə məşğul olan baron həm də uydurulmuş əhvalatları çox böyük istedadla dinləyicilərinə təqdim etmək bacarığına malik idi. Onu da qeyd edək ki, bu, tarixi faktdır, baron Münhauzen Rusiyada hərbi xidmət keçmiş, 1750-ci ildə rotmistir olmuş, Rusiya-Türkiyə müharibələrində iştirak etmişdir. Təsadüfi deyil ki, Münhauzen kitabda Türk ordusuna qarşı döyüşən hərbiçi kimi verilib. “Top mərmisinin tərkində” hekayəsində türklər tərəfindən atılan mərmiyə minərək düşmənlərinin yerdə nə qədər toplara mailk olduğunu öyrənmək fürsətini əldən vermir. “Aya ilk səyahət” hekayəsində isə Türkiyədə bitən bostan tərəvəzi olan lobya qısa müddətdə uzanıb aya qədər yüksəlir. Münhauzen bu fürsətdən istifadə edir lobyanın vasitəsi ilə bir saatdan sonra aya çatır. Maraqlıdır, müəllif niyə aya məhz Türkiyədən lobya ilə uçmağın mümkünlüyünə inanır?!

Baronun “Quduzlaşmış xəz”, “Səkkizayaqlı dovşan”, “Damda at”, “Stolda at”, “Yarım at”, “Aya ilk səyahət” və s. hekayələrinin əsas nüvəsi şirin yalanlardan ibarətdir. Lakin müəllif özü çox baməzə insan olduğu üçün onun uydurduğu hadisələr heç kimi öz qeyri reallığı, yalanı ilə qıcıqlandıra bilmirdi. Londonda olarkən onu həbs etməyə gələn mühafizəçilərlə baron elə məharətlə söhbət aparır ki, onlar hətta baronun təhlükəsizliyini qoruyub qaçışına şərait yaradırlar. Münhauzen təkcə kitabda deyil, həyatda da ələkeçməz, fəndgir bir şəxsiyyət idi.

Münhauzen öz oxucuları arasında albalı tumu ilə doldurulmuş tüfənglə maralın başını nişan alması ilə daha çox yadda qalıb. Guya maralın buynuzlarının əvəzinə başında albalı ağacı bitir. Qəribədir, fantastik sürrealist “həqiqətlər” rəssamlar tərəfindən rəngli boyalarla, qaravəllidə isə sözün rənglərilə ifadə edilir. Bu səhnələr gözlərimiz qarşısında canlananda isə dərk edirsən ki, incəsənətdə onun qədim köklərini bizim şifahi xalq yaradıcılığında da axtarmaq olar.

Mən bir fikri də əlavə etmək istərdim ki, keçən əsrin yetmişinci illərində yazıçı Qriqori Qorin Rudolf Erix Raspenin kitabı əsasında senari ərsəyə gətirdi, rejissor Mark Zaxarov tərəfindən isə “Həmin Münhauzen” adlı film çəkildi və tamaşaçılar arasında həqiqətən də böyük uğur qazandı. Sovet rejimində çəkilən filmin əsas məqsədi əslində mövcud quruluşu sarkastik priyomlarla ifşa etmək idi. Bununla yanaşı filmdə sürrealist janrından məharətlə istifadə edilmişdi.

Ziqmund Freyd yaradıcı insanlar haqqında deyirdi ki, hər bir bədii yaradıcılıq öz növbəsində bir növ xəstəlikdir. Əgər sənətkarın psixoloji sarsıntıları, hipomanikal depressiyası varsa, əsərlərində bu, özünü mütləq göstərəcəkdir. Məsələn, Edvard Munkun “Çığırtı” adlı rəsmi kimi. Şəkildə çığıran adam əslində insana oxşamır, çünki rəsm üzərində işlərkən Munk insanı belə təsəvvür edirdi. Onun daxilində qopan harayın təsir gücü bu gün də rəsm əsərində yaşamaqdadır. Ətrafa öz neqativ enerjisini paylayan bəlkə də yüzlərlə sənət əsərləri var. Hərdən düşünürəm ki, əgər onlar bir yerdə sərgilənsəydi ya yanğın, ya da zəlzələ baş verə bilərdi, yaxud da insanların psixikasına sağalmaz zərbə vurardı.

Görkəmli musiqişünas, filosof, yazıçı, özünü dünyanın vətəndaşı adlandıran Mixail Kazinik bəstəkar Şnitkenin əsərlərini Salvador Dalinin yaradıcılığı ilə müqayisə edir. Görünür, orjinal düşüncə tərzi, həyata fərqli mövqeyi ilə seçilən Şnitke dövrün aloqizmlərinin labirintində özünəməxsus sirlərin axtarışında olmuşdur. Onun yaradıcılığını M.Rastropoviç, R.Rojdestvenski və bir çox dahi sənətkarlar yüksək qiymətləndirmişdir. Latviyalı dirijor və skripkaçı Gidon Kremer onun haqqında demişdi: “O, həmişə özünə sadiq qalmışdı. Hətta uğurları göz qabağında olarkən belə o, mənə demişdi: “ Bu, məni narahat edir. Nəsə yazmaq lazımdır, o uğur qazanmasın.” Yəni insanlar onun ilk notundan əsərinin əsas ideyasını, məqsədini dərk edə bilməsinlər. Çünki onun mənəvi dünyasının üfüqlərində kim bilir bəlkə günəş və ulduzları başqa planetlər əvəz edir, onu ilhama gətirir. Bəlkə də tanıdığımız dünyanın çərçivəsindən kənarda mövcud olan həyəcanlar, yeni həyat kredosu Şnitke üçün tamam fərqli məna daşıyır. Onun dərk edilməsi isə dinləyicidə xüsusi mənəvi hazırlıq tələb edir. A.Şnitkenin musiqisinin sədaları altında yəqin ki, niderland rəssamı İeronim Bosxun “Axmaqların gəmisi” quruda da, səhrada da üzməyi bacara bilərdi. Axı, deyilənə görə sürrealizm yuxu ilə gerçəkliyin sintezidir. Fantasmoqorik formalar əsərlərin əsas nüvəsidir. Burda ruhun materializmlə əlaqələri qırılır, irrassional təfəkkür dominantlıq edir. Salvador Dali qeyd edirdi ki, tarixin qarşısında qaçmaq daha maraqlıdır, nəinki onu təsvir etmək. Dali əslində poeziyanın oksyumoron priyomundan istifadə etməyi sevib. Müəllifin əsərində istifadə edilən kod tələb edir ki, o dərindən dərk edilsin, fəlsəfi çözümü aydınlaşsın. “Oksyumoron” yunan sözüdür, “ səfehlik” kimi başa düşülür.

Syuzen Zontaq yazır: “Gözəllik, Lotreamonun fikrinə görə cərrahiyyə otağında tikiş maşını ilə çətirin gözlənilməz görüşüdür.” İzidor Lüsyen Dyukasın (qraf Lotreamon) “Maldororanın nəğmələri”ndə simvolizmə, sürrealizmə, qaravəlliyə, aksyumorona rast gəlmək olar. Məsələn, baş qəhrəman saçdan bir biti çıxarıb onunla üç gün cinsi əlaqəyə girərək, sonra onu xəndəyə yerləşdirir. Bir neçə gündən sonra bir bitdən böyük bit yumağı əmələ gəlir. Daha sonra o, evlərə yayılır və insanların qanını sorur. Müəllif sanki insanların əzabından ləzzət alır. Yaxud müəllifin köpəkbalığı ilə sevgi anları da diqqəti çəkir. V nəğmədə yazılıb: “Два столпа возвышались на равнине, два столпа величиной более булавок, два столпа, который пожалуй, возможно и даже не слишком трудно было бы принять за баобабы.» Bu, qaravəlli deyilmi? Bir haşiyəyə çıxım. Belə bir tapmaca vardı: «Стоит комод, на комоде бегемот, на бегемоте обормот, на обормоте шапка, на шапке крест. Кто угадает того под арест». Bu necə deyərlər, “rus qaravəllisinin tapmacasına” oxşamırmı? Burda rus çarı III Aleksandrın heykəli nəzərdə tutulur. Çar həyatda dolu bədənli olmuş, üstündə oturduğu atı da heykəltaraş çox yoğun vermişdi. Heykəl öz görünüşü ilə tamaşaçının estetik zövqünü oxşamırdı. Ona görə heykəl gözdən uzaq bir yerdə quraşdırılmışdı…Göründüyü kimi, qaravəlli yeri gələndə öz sərhədlərini aşa bilər, hətta rus dilində də səslənərmiş...

Qayıdaq qraf Lotreamona. O, “mən özümdən sonra xatirə qoymaq istəmirəm” deyirdi, cəmi 24 il yaşamışdı. Onun haqqında çox az məlumat var. Onu da qeyd edim ki, “Maldororanın nəğmələri” kitabına ilyustrasiyaları Pablo Pikassonun təqdimatı ilə Salvador Dali çəkmişdir. Məhz bu əsər üzərində çalışarkən onun yaradıcılığında

sürrealizm öz təsirini göstərir. Onun məşhur axıb gedən sürrealist saat şəkli bu vaxtlar meydana gəlir. Dali deyirdi ki, məhz bu saat vaxtı düz göstərir. Əlbəttə, sürrealistlərin zaman haqda öz təsəvvürləri var...

Rəssam İeronim Bosxun “Dünyəvi zövqlər bağı” adlı triptixinə də nəzər salaq. O Madridin Prada muzeyində saxlanılır. Dalidən 400 il əvvəl sürrealizmin atası olan Bosxun triptixində nəinki çılpaq insanların, fantastik əşyaların, quşların, heyvanların, hətta rənglərin də öz dərin mənası var. Cənnətdə yaşıl rəngdən bol istifadə edilsə də, cəhənnəm səhnələrində yaşıl rəngə rast gəlmək olmaz. Hər bir əməlin qarşılığı olaraq insan ya cəhənnəmi, ya da cənnəti qazanır. Rəssam zəngin fantaziyalarına uyğun olaraq utopik səhnələr yarada bilib. Onun triptixi bir çox rəssamların yaradıcılığında özünəməxsus yer almışdır. Böyük Piter Breyqel, Coan Miro, Salvador Dali və başqalarının rəsm əsərlərində Bosxun təsiri böyükdür.

Rus şairi Qavril Derjavinin də şeirini xatırlamaq yerinə düşərdi: “Mən -çar, mən -qul, mən -soxulcan, mən Tanrıyam.” Mixail Kazinik qeyd edir ki, Yapon mədəniyyətşünasları bu şeiri dünya poeziyasının dahi əsəri adlandırırlar, çünki yapon şeir nümunəsi kimi lakonik fəlsəfi məna daşıyır. Mən də bu fikrə əlavə edərdim ki, sətirlərdən sürrealizm janrı da boy göstərir. Bu fikirlər ağ kətanda rəsm əsərinə çevrilsəydi fəlsəfi dəyərinə görə, böyük uğur qazana bilərdi. Özünü çarın, qulun, soxulcanın birgə vəhdətində duymaq mürəkkəb kimyəvi bir prosesi xatırladır. Bəlkə də Derjavin demək istəyib ki, Tanrının yaratdığı hər bir canlı onun üçün özünəməxsus əhəmiyyət kəsb edir. Yaxud Tanrı olmasaydı heç bir canlı da var olmazdı. Bəlkə də şair insanın keçmişdə karmik yaşantılarına, keçdiyi mərhələlərə işarə edir. Kim olursansa ol, öz Tanrını unutma, ona layiq ol. Bir sözlə, Derjavin Tanrı ilə canlı varlıq arasında qırılmaz əlaqəni gizli kodlarla oxucuya çatdırır.

Hər bir dahi müəllifin öz yaradıcılıq kodu var, desək, yanılmarıq. Bu əsərlərin bir çoxu öz gücünü Tanrıdan, təbiətdən, bəziləri isə öz inandığı həqiqətdən alır. Əslində dünyanın şah əsərləri sənətkarın ona doğma ruhlarla sakral söhbətinin məhsuludur. Əsrlər boyu öz dövründə doğulmayan dahi insanlar üçün həyat əsl sınaqdır. İnsan talelərinin gözəgörünməz döngələrində dolaşıb gəzən sənətkarın zamandan, cəmiyyətdən nə qədər uzaqlaşdığını yaratdığı əsərlərdə görmək, dərk etmək olar. Fərd və cəmiyyət arasında problem insanı seçim qarşısında qoyur. Jan Pol Sartrın ekzistensial fəlsəfəsinə görə seçim vacib şərtdir. Kimi eqoizmi, humanizmi, kimi dini yaxud da ateizmi, deizmi seçir.

Məsələn, sürrealizmin formalaşmasında böyük rolu olan Corco de Kirikonun yaradıcılığına nəzər salaq. Andre Breton Kirikonu “müasir mifologiyanın yaradıcısı” adlandırırdı. Corco de Kiriko rəssam Karlo Karra ilə metafizik rəngkarlıq cərəyanını yaratmışdı. O, yazırdı: “İncəsənət əsərini əbədiləşdirmək üçün onun sağlam düşüncə və məntiqdən uzaq insanlığın sərhədlərindən kənara çıxması vacibdir. Belə olduqda o uşaq xəyalpərvərliyinə, yuxusuna yaxınlaşır”. Corco Kiriko dünyanı absurd, aloqizmlərlə dolu mənasız hadisələrin labirintində görür. O, rəsmlərində düşündüyü həyat səhnələrinə öz donuq dekorasiyalarını verir. Onun laqeyd, simasız personajları lal sükutu ilə diqqəti cəlb

edir. Onun qəhrəmanları ya özləri yuxu görür, ya da rəssam öz metafiziki yuxularını ağ kətana köçürür. “Küçənin melanxoliyası və sirri”, “Qiyom Apollinerin portreti”, “Orakulun tapmacası”, “Uilissin qayıtması” və s. əsərləri bu qəbildəndir. “Uilissin qayıtması” şəkli mən deyərdim ki, qaravəlli janrına çox yaxındır. Əgər hər bir sürrealist rəsm əsəri qaravəlliylə izah edilsəydi, bizim qaravəllilər də dünyada məşhur olardı. Şəkildə müasir otağın içində öz sahilləri çərçivəsində kiçik bir dənizdə antik dövrün geyimində oğlan qayıqda üzür. Oğlan iki zaman kəsiyindədir. Bu dənizdəki qayıq onu otaqdan savayı heç bir ünvana çatdıra bilməz. Qaravəlli deyilmi, bu? “Otaq otaq içində dəniz suyu içində oğlan batmaqdan qorxur dayaz otaq içində”. Görünür, qaravəllilər də sürrealist yuxularından qidalanıb həmişə. Düzdür, Corco de Kirikonun qaravəllidən xəbəri olmayıb, amma çir çox yaradıcı insanlar yaşadığı əsrdən asılı olmayaraq, sanki kosmosun eyni dalğaları üzərində köklənərək oxşar ifadə tərzinə mailkdirlər. Bununla yanaşı hər bir əsərin özünəməxsus psixoloji təsir gücü var. Rəssam çəkdiyi mövzudan əlavə gözəgörünməz düşüncələrini, enerjisini də kətana həkk edir. Məhz buna bənzər olmuş hadisəni qeyd etmək yerinə düşərdi. Vaxtı ikən Apollinerin evində şənbə günləri yaradıcı adamlar toplaşar, sənət əsərləri haqda müzakirələr aparılardı. Fransız poeziyasının önündə gedən şair Apolliner ilk dəfə sürrealizmi “yeni realizm” kimi qiymətləndirmişdi. O, şeirlərin poetik formasını dəyişərək kaliqrama janrını yaratmışdı. Şlyapada qadın kaliqramasını yəqin ki, xatırlayırsınız. Cümlələrdən zəncirvari şəkildə qadın siluetini yaratmışdı. Kiriko rəssam kimi məşhurlaşmasında ona borclu idi. Rəssamın yaradıcılığı haqqında məqalələr Kirikonu oxucular arasında məşhur etmişdi. Lakin Kiriko Salvador Dalinin, Qiyom Apollinerin məşhurluğuna qısqanırdı, onun dediyinə görə, əgər o, vaxtsız ölsəydi tənqidçilər tərəfindən daha yüksək dəyərləndirilərdi. Vaxtsız ölümlərdən sonra həyatda ikinci ömrünü yaşayan, məşhurlaşan nə qədər sənətkar olub! Bəlkə də rəssamın bu sözlərində bir həqiqət vardı.

Qəribə o idi ki, Kiriko 1914-cü ildə “Qiyom Apollinerin portreti” əsərində onun siluetini kölgə kimi verir, lakin başında hədəf nişanı çəkir. Apolliner nədənsə bu əsəri yüksək qiymətləndirir. Müəyyən vaxtdan sonra 1916-cı ildə müharibədə şair məhz Kirikonun vaxtı ilə onun başında təsvir etdiyi hədəfdən yaralanır, 1918-ci ildə vəfat edir.

Belə hadisələr haqda çox yazmaq mümkündür. Lakin yaradıcı insanların çoxu millətindən asılı olmayaraq bir zamanda yaşamasalar da öz bənzərsiz yazıları ilə bəzən qohum fikirlərə də malik olurlar. Onlardan biri rus şairi Daniil Harmsdır. O, 1933-1939-cu illər arasında “Hadisələr” adlı 30 absurd miniatür yazır. Onlardan biri “10 saylı mavi dəftər” adlanır. Müəllif yazır ki, bir kürən adam vardı, onun isə nə gözləri, qulağı, saçları, bir sözlə heç nəyi yox idi. Amma nədənsə o, kürən adlanırdı. Miniatür bu fikirlə sona çatır: “Yaxşı olar ki, biz onun haqda daha danışmayaq.” Mövlananın bu fikirləri Harmsın filkirləri ilə səsləşir: ““Nə əlbisələr gördüm, içində adam yox. Nə adamlar gördüm sırtında əlbisə yox.” Yaradıcı insanlar eyni mövzuda müxtəlif ifadə vasitələri ilə eyni fikri təsdiq edir. Daniil Harms haqqında incəsənətin bir çox janrlarında danışmaq olar. O, cəmiyyətə sarkazmla yanaşır, küçəyə çıxanda, kafedə olanda qeyri-adi görünüşü, epataj geyimləri ilə seçilirdi. Qəribə o idi ki, uşaqları sevmirdi. Onlar haqqında yazdığı şeirlərində də qəribəliklər vardı. Bir çox sözlərdə “e” hərfinin əvəzinə “?” işarəsi qoyurdu. Harmsın yaradıcılığında

aloqizmlərə tez-tez rast gəlmək olar, onlar aqrammatizmləri xatırladır. Bəzi şeirlərdə balaca uşaqların tələffüz edə bilmədiyi sözlərdən istifadə edilib.

Daniil Harmsın uşaqlar haqda miniatürlərini isə ikrahsız oxumaq mümkün deyil. Məsələn, “Mən bir qadın tanıyırdım, o, at tövləsində, donuzların yanında, harda olsa yatmağa hazır idi körpə iyi gələn yerdə yox. Bəli, bu, doğrudan da çox pis iydir. Mən deyərdim ki, lap təhqiramiz.” Harmsın bəzi şeirlərində absurd fikirlər pik nöqtəsinə çatır. “Günəşin yerində qızılı təkər”, “okeanın dibində gözətçi əlində tüfəng”, ”itlər quş kimi uçur” fikirlərinə rast gəlmək olur. Çox vaxt da məntiqə sığmayan şeirlər oxucusunu yorur. Amadey Faradanın müxtəlif musiqi alətlərində çalması haqda təəssüratı, zümzüməsi bizə hərflərlə gəlib çatmışdır: “tyu-lyu-lyu, turlim tu-ru-ru farlay, din di-rin tundrin, dun-dun diri don”. Mən deyərdim ki, bu da musiqi notlarının yeni “qaravəllisidir”.

Bu mövzuda yazılar davam edəcək. Hələlik fikirlərimi Con Robert Faulzun sözləri ilə bitirmək istəyirəm: “Yazıçı üçün iki dünya arasında yaşamaq çox vacibdir, mən deyərdim ki, bu, əsas müəyyənləşdirici faktordur...Əslində real həyatda yaşamağa qadir olmamaqdır. Ona görə də qeyri-real dünyalara can atmalı olursan. Mən deyərdim ki, bu, əslində hər bir sənətə aiddir...”


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM