İqtisadçı alim
Azərbaycan Prezidenti aprelin 16-da “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Sənəddə əsas məqsədin kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirməkdən ibarət olduğu göstərilir.
Bəs, sənəddə hansı məsələlər əksini tapıb və onların tətbiqi imkanları necədir?
Əvvəlla, sənədə görə, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılması nəzərdə tutulur. Burada məqsəd, nazirliyinin yerli aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır. Nazirliyinin strukturunun genişləndirilməsi sadəcə bölgələrdə aqrar siyasətinin həyata keçirilməsi, eyni zamanda fermerlərə birbaşa məsləhətlərin o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının öncədən planlaşdırılması üzərində qurulmalıdır. Son illərin praktikası göstərir ki, bəzi hallarda, məsələn, soğan məhsulları bir il baha olur, növbəti il o qədər soğan əkən olur ki, hətta soğanların kisəsini belə manata deyil, qəpiyə almaq olur. Və çoxlu sayda məhsul xarab olur. Təəssüf ki, bu planlaşdırmamanın səbəbidir. O baxımdan aqrar sektorda kənd təsərrüfatında planlaşdırılmanın aparılmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi yalnız aqrar siyasət həyata keçirməməlidir. Eyni zamanda yerli şöbələr fermerlərə birbaşa məsləhətlərin verilməsi və ölkənin tələbatını, ixrac potensialının nəzərə almaqla məhsul istehsalının planlaşdırılmasını həyata keçirməlidir. Bu zaman dünya bazarında baş verən iqtisadi dəyişikliklər də nəzərə alınmalıdır. Çünki, Azərbaycan hələ də xaricdən məhsul idxal edir və bu plansızlıq nəticədə hətta ölkə daxilində məhsulların qiymətinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda xaricdən yerli bazarlara ucuz məhsulların daxil olmasına və yerli məhsulların qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır. Bəzi strateji məhsulların qiymətini öncədən təyin etmək mümkündü. Məsələn, Azərbaycan taxıl məhsullarını qiymətini öncədən müəyyənləşdirmək mümkündür. Və ya pambığın alış qiymətini zavodlar müəyyənləşdirir. Amma kütləvi istehsal olunan məhsulların qiymətini öncədən müəyyənləşdirmək mümkün deyil. Pomidor, xiyar, kartofun o baxımdan daha məqsədə uyğundur ki, strateji olmayan məhsulların qiymətini öncədən müəyyənləşdirmək deyil, istehsal həcmi ilə bağlı dövlət, eləcə də Kənd Təsərrüfatı Nazirliyi öncədən fermer təsərrüfatlarına məlumat versinlər. Yəni qarşıdakı il hər hansı kənd təsərrüfatı məhsuluna olan tələbat müəyyənləşdirilsin və həmin tələbata uyğun olaraq fermer təsərrüfatlarına məlumat verilsin. Nəticədə əsas strateji olmayan məhsullardan həm az, həm də tələbatdan çox istehsal edilməsinin qarşısı alınar və məhsul itkisi baş verməz
İkincisi, fərmanda diqqəti çəkən əsas məqamlarından biri Azərbaycanda aqroparkların yaradılmasıdır. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran və Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. Eyni zamanda, müvafiq icra qurumları hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmaslna ehtiyac var.
Üçüncüsü, sənəddə “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasının təmin edilməsi müvafiq icra qurumlarına tapşırılır. Bu sistemdə aqrar sector üzrə məlumatların əks etdirilməsi ilə yanaşı eyni zamanda subsidiayaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da subsidiyaların verilməsində nöqsanların olduğunu aşkar etdiyini nəzərə aldıqda fərmanın tələblərinə uyğun olaraq bu prosesdə şəffaflığın artırılmasının ciddi əhəmiyyəti vardır.
Dördüncüsü, sənəd fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsini nəzərdə tutur. Burada da əsas məqsəd dövlət xərclərinə qəanət etməklə yanaşı, sözügedən sektorda bazar münasibətlərini genişləndirməkdən ibarət olmalıdır. Eyni zamanda, özəlləşdirmə prosesində də şəffaflığın gücləndirilməsi olduqca vacibdir.
Beşincisi, sənədin ən mühüm tərəflərdən biri xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texninka və avadanlıqlarının istehsalının həyata keçirilməsidir. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki, bu sözügedən istiqamətdə idxaldan asıllığı aradan qaldırmaqla yanaşı eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmaqa imkan verər. Bu məqsəd ilə ən uyğun bölgə Gəncə şəhəri hesab edilir.
Altıncısı, sənəd aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilini nəzərdə tutur. Bu sahədə peşə yönümlü təhsil müəssisələrinin yaradılması olduqca vacibdir. Keçmiş ittifaq dövründə belə məktəblər fəaliyyət göstərsə də təəssüf ki, müstəqillik illərində onların işi dayandırıldı. Bu baxımdan, qısa müddətlə peşə ixtisaslarının təşkil edilməsinə ehtiyac var. Belə peşə məktəbləri Lənkəran, Şəki, Gəncə kimi bu sahədə ənənəsi olan şəhərlərdə formalaşdırıla bilər.
Yeddincisi, fərmanla “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin və antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlanmasını nəzərdə tutur. Kənd təsərrüfatı kooperasiyaların yaradılması sərmayənin birləşdiriməsi, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Bu həmin müəssisələrə yalnız daxili deyil, eyni zamanda xarici bazarlara çıxmaq imkanı da verə bilər. Bununla yanaşı, fermerlərin stimullaşdırılması üçün yaradılıcaq kooperasiyalar üçün təşviqedici metodlar kimi vergi güzəştləri və ya dolayı subsidiya mexanizminin tətbiqini həyata keçirmək mümkündür. Antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qəbulu və icrası isə birbaşa istehlak bazarında qiymətlərin tənzimlənməsi baxımdan əhəmiyyətlidir. Bu bazarda kartel sövdələşmələrinin qarşısını alınmasına xidmət edir.
Səkkizinci, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılması, kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsi sənəddə öz əksini tapıb. “Aqrolizinq”in fəaliyyətinin təkmilləşdirilməsi olduqca vacibdir. Təəssüf ki, sözügedən qurum hal-hazırda sadəcə sadə funksiyaları yerinə yetirir. Halbuki, bu xidmət aqrar sektorun inkişaf etdirilməsi baxımdan əsas bazalardan birini oynamalıdır. Aqrar sektorda sığortanın inkişafına nail olmaq üçün isə prosesduraların sayının azaldılması ilə yanaşı, sığorta ödənişlərində dövlətin payınını artırılması, fermerlərin maarifləndirilməsinin həyata keçirilməsi və eyni zamanda bu sahədəki qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var.
Nəhayət, aqrar elmin inkişafı konsepsiyasının layihəsini hazırlanması, xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin edilməsi kimi məsələlər də fərmanda öz əksini tapıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM