Davamı...
Dediyim kimi səudiyyəlilər çox qonaqpərvər və diqqətcildirlər.
Uzun yol qət etdiyimizi və yorulduğumuzu nəzərə alaraq bizi foyedə çox saxlamadılar. Otaqların açarlarını paylayıb səhərki görüşümüzü elan etdilər. Sabah Saudi Press Agency (Səudiyyə Xəbər Agentliyi) və Al-Jazirah qəzetində görüşümüz olacaqdı. Görüşlərə keçməmişdən qabaq onu da deyim ki, başqa ölkələrdəki hotellərdən fərqli olaraq, digər mərtəbələrdəkiləri rahatsız etməmək və təhlükəsizlik baxımından kart-açarla ancaq öz mərtəbənə qalxa bilərsən, lobiyə enmək üçünsə kart-açar lazım deyil. Hər görüşdən sonra hotelə döndüyümüz üçün mən də zaman-zaman hotel qeydlərimə dönəcəm.
Ərəb qəhvəsi servisi
Yəqinki çoxlarınız ərəb qəhvəsinin dadına baxmisiniz. Ərəb qəhvəsinin hazırlanması prosesi çox zəhmətlidi, amma necə deyərlər “zəhmətinə dəyər”. İçinə qatılmış olan ədviyyatlar, hil, zəfəran, mixək onun dadını, ətrini və görüntüsünü alışmış olduğumuz türk və ya amerikan qəhvəsindən tamamilə fərqləndirir. Və nədənsə ərəb qəhvəsinin tünd olduğunu deyirlər, amma mənə türk qəhvəsi daha sərt gəlir. Hotelin geniş və dəbdəbli foyesində, bu arada onu da deyim ki, ərəblər dəbdəbəni sevirlər, ərəb qəhvəsini servis etmək üçün sol tərəfdə piano ilə üzbəüz xüsusi masa qoyublar. Masanın üzərində iri, qübbəli, daşqaşla bəzədilmiş lokumluklarda 3növ xurma var. Xurmanı yedikdən sonra əlinizə bulaşmış meyvə şirəsini isladıb silmək üçün içində qızılgül ləcəkləri olan su kasaları qoyulub. Servis masasının qarşısında uzun manqal və içərisində səliqə ilə yığılmış odunlar var, təbii ki, ocaq ab-havasını vermək üçün, süs olaraq qoyulub və heç vaxt yandırılmayır. Təqvimə görə qışın oğlan çağı olsa da Riyadda (həmin günlər Bakıda
qar yağırdı) hər səhər günəşin ilıq nəfəsini, günortalar isə kifayət qədər istiliyini, (müqayisə üçün deyim ki, bizim mülayim yay havasın) hiss edirsən. Qabların və şirniyyarların çeşidində, bəzək əşyalarında, bir sözlə hər addimda Osmanlı mədəniyyətini xatırladan cizgilərə rast gəlinir. Qəhvə servis masasının sağ tərəfində iki adamlıq taxt və taxtın üzərində milli ornamentlərlə toxunmuş kilim, xurcun, qılınc, xəncər və.s. var. Qəhvə servis masasının ətrafında hər zaman insanlar olur. Hə...bu arada qəhvə servisi özünəxidmət deyil. Qəhvəni milli xalat geymiş, səudiyyəli, gülərüz Muhamed serviz edir. Onun iş saatı saat 10-dan 22-yə qədərdi, bəzən isə 14 saat çalışır. Qəhvə fincanı nəlbəkisiz və qulpsuzdu. Qəhvəni içdikdən sonra qəhvəçiyə uzatdıqda və hətda uzatmadıqda belə o, soruşmadan birini də süzür. Artıq içmək istəmirsinizsə əlinizdəki boş qəhvə fincanı ya xəfifcə silkələməli, ya da əlinizi üzərinə tutmalısız. Bunun da tarixçəsi var, belə ki, qədim zamanlarda qəhvə servisi edənləri kar adamlar seçirlərmiş ki, sultanların, səlahiyyətli adamların məşvərət aparan zaman danışıqlarını kənara, başqalarına çatdıra bilməsinlər. Təbii ki, kar adama da “tamam”, “çox sağol”, “istəmirəm” demək əvəzinə ən rahatı əl jesti ediblər. Orda bizə bununla bağlı bir amerikanlının başına gələnləri danışdılar. Amerikalı hərbiçiyə qəhvə ikram edirlər, içir və heç də xoşlamayır, qəhvəçiyə uzatdıqda bir daha süzürlər. Amerikalı həvəssiz halda ikincini də içib fincanı qaytardıqda yenə qəhvə süzürlər. Beləliklə yazıq amerikalı xoşlamadığı halda bir neçə fincan ərəb qəhvəsi içməli olur. Təngə gəlmiş amerikalı sonda fincanı cibinə qoyur. Niyə belə etdiyini soruşduqda daha içmək istəmədini söyləyir və təbii ki, ona da mən bayaq dediyim jestləri, yəni boş fincanı silkələməli, ya da əlini üstünə tutmalı olduğunu söyləyirlər.
Strategiya.az
Səudiyyə Ərəbistanının Regionları və Mətbuatı - III yazı (FOTOLAR)
İki müqəddəs ocağımızın vətəninə-Səudiyyə Ərəbistanına səfər(FOTO)
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM