“ƏBƏDİYAŞAR VƏTƏN OĞLU...”

13:16 / 21.06.2017

 

 

“Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”

 

Heydər Əliyev,

Azərbaycan xalqının Milli Lideri

 

Əsrlər boyu Vətənimizin qeyrətli oğulları silaha sarılaraq yadelli işğalçılara qarşı vuruşmuş və torpaqlarımızı gözbəbəyi kimi qorumuşlar. Keçən əsrin sonlarında faşist erməni cəlladlarının torpaqlarımıza başlayan təcavüzü ölkəmizin vətənpərvər oğullarını yenidən ayağa qaldırdı. Cəsarəti, döyüşkənliyi və qəhrəmanlıqları ilə düşmənə göz dağı olan bu oğulların bir çoxu müqəddəs Vətən torpaqları uğrunda əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə ucaldı. Belə igid oğullarımızdan biri də Daxili Qoşunların hərbi qulluqçusu, şəhid silahdaşımız Vüqar Abutalıbovdur.

 

Əsgər Vüqar Elman oğlu Abutalıbov 1973-cü il mart ayının 25-də Kəlbəcər rayonunun Təkəqaya kəndində zəhmətkeş ailəsində anadan olub. Atası Elman kişinin və Səringül ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 5 övladdan (Vüqar, Namiq, İlhamə, Təranə və Niyaməddin) biri, eyni zamanda ailənin ilki və ən sevimlisi idi Vüqar. İbtidai təhsilini doğma Təkəqaya kənd məktəbində almış, 1985-ci ildən isə Xanlar rayon (indiki Göygöl – A.Ə.) Bəhrambəy kənd məktəbində natamam orta təhsilini davam etdirmişdir. Bu məktəbdə təhsil aldığı illərdə xoş xasiyyəti, nümunəvi davranışı və yaxşı oxumağı ilə müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdı. Vüqarın ən çox sevdiyi fənn isə riyaziyyat idi. Məhz bu baxımdan ən böyük arzusu riyaziyyatçı olmaq idi. Rayon məktəbləri arasında təşkil edilən bilik yarışlarında və olimpiadalarda fəal iştirak etmiş, dəfələrlə fərqlənmişdi.

Bəhrambəy kənd məktəbində oxuyarkən Vüqara dərs demiş ingilis dili müəlliməsi Məhluqə Məmmədova Vətən yolunda şəhid olmuş igid oğullarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını deyir:

“...1985-1993-cü illərdə Bəhrambəy kənd məktəbində təyinatla xarici dil müəllimi işləmişəm. Vüqar Abutalıbovun sinif rəhbəri olmuşam. Vüqar çox sevdiyim və dəyər verdiyim şagirdlərimdən olub. Çalışqan, ağıllı, tərbiyəli uşaq idi. Gözəl arzuları var idi...

Şəhid olduğunu biləndə ürəyim qana döndü... İllər sonra qonşuluğa təzə bir ailə köçdü və öyrəndim ki, Vüqarın bacısının ailəsidir. İnanın ki, hər dəfə o evin qarşısından keçəndə o balaca, qarabuğdayı, sevimli Vüqarı xatırlayıram və məni qəhər boğur... Ruhun qarşısında baş əyirəm, əziz Vüqar!

Bu gün Vüqar kimi qəhrəman oğullarımızın şərəfli ömür yolu gələcəyimiz olan gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir”.

1989-cu ildə 9-10-cu sinfi oxumaq və tam orta təhsilini başa vurmaq məqsədilə yenidən Kəlbəcərin Təkəqaya kəndinə qayıdan Vüqar 1991-ci ildə rayonun Lev kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir (Lev kənd orta məktəbində oxuyarkən sinif yoldaşları ilə birgə çəkdirdiyi fotoşəkildə Vüqar öndə, oturmuş vəziyyətdə sağdan ikinci,

onun sağında-mərkəzdə dayanan isə Kəlbəcər rayonunun işğalı zamanı düşmən gülləsinə tuş gələrək şəhid olmuş dayısı oğlu Aqil İsayevdir).

Vüqarın yeniyetməlik və gənclik çağları ölkə tarixinin ən təlatümlü bir dövrünə təsadüf edir. Qaniçən erməni cəlladlarının müqəddəs torpaqlarımıza təcavüzü fonunda ölkədə baş verən proseslər təbii ki, gənc nəslin formalaşan dünyagörüşündə və psixologiyasında vətənpərvərlik ruhunun yüksəlməsi və düşmənə nifrət hissinin daha da alovlanmasına zəmin yaradırdı. Məhz buna görə də tariximizə qanlı hərflərlə yazılmış “20 Yanvar”, “Xocalı soyqırımı” və digər dəhşətli hadisələr gənc Vüqarın düşmənə nifrət hissini aşıb-daşdırırdı...

Beləliklə, 1992-ci il aprelin 23-də Xanlar RHK tərəfindən hərbi xidmətə çağırılan V.Abutalıbov Vətənə müqəddəs borcunu Daxili Qoşunların sıralarında şərəflə yerinə yetirməyə başlayır. Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Vüqar qısa bir zamanda yoldaşlarının hörmət və etibarını qazanmağa nail olur.

Vüqara məxsus olan sənədləri gözdən keçirir, burada gənc əsgərlərin təlim kursunda olarkən ailəsinə yazmış olduğu məktublarını oxuyuram. Onun mərd, vətənpərvər bir döyüşçü, eyni zamanda ailəsinə son dərəcə bağlı insan olmasını hər iki məktubundan da görmək mümkündür. Belə ki, vəziyyətinin yaxşı və hər hansı bir çətinliyinin olmadığını bildirən Vüqar əsas narahatçılığının məhz ailəsindən olduğunu qeyd etmişdir:

“... Əvvəla salamlarım daimidir, sizin gülər üzünüzə. Salamdan sonra mənim vəziyyətimi bilmək istəsəniz, mənim vəziyyətim yaxşıdır. Yazın görüm sizin vəziyyətiniz necədir?

Biz indi burada Bakıda, lap mərkəzdə karantindəyik. Bizim hərbi hissəmiz Montində yerləşir. Hələlik bizi heç yerə buraxmırlar...

Daha nə yazım? Sizin sağlığınız. Tezliklə cavab yazın.

Məndən salam söyləyin, məktubu oxuyanda eşidənlərə...”.

Bu hərbi hissədə bir müddət təlim keçdikdən sonra Ağdam rayonuna-döyüş bölgəsinə ezam olunur.

Vüqar Ağdam rayonu ərazisindəki bir sıra kəndlərin, eləcə də yüksəkliklərin müdafiəsi və azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı fəallıq nümayiş etdirmiş, igidlik və şücaət göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək keyfiyyətlə yerinə yetirmişdir.

17 iyun 1993-cü il. Ağdam rayonunun Kürdlər kəndinin müdafiəsi uğrunda gedən döyüş Vüqarın son döyüşü oldu... Bu döyüşdə qəhrəmancasına vuruşaraq onlarla erməni yaraqlısının başına od-alov yağdıran cəsur silahdaşımız sonda düşmən mərmisinə tuş gələrək, əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir...

Müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda canını qurban verən əsgər Vüqar Abutalıbov Göygöl rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi...

Vüqarın döyüşçü yoldaşları onun müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Göygöl rayonu, Quşqara kənd sakini, vaxtilə sıravi hərbi qulluqçu kimi şəhid silahdaşımızla birgə hərbi əməliyyatlarda fəal iştirak etmiş Qaməddin Atakişiyev (hazırda Daxili Qoşunların veteranı, ehtiyatda olan baş gizir - A.Ə.) cəsur döyüşçü ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi:

“Vüqarı çox yaxşı tanıyırdım. Xanlar Rayon Hərbi Komissarlığı tərəfindən onunla eyni gündə həqiqi hərbi xidmətə çağırılmışdıq. İkimiz də Daxili Qoşunların sıralarında, mərhum zabit Azad Bağırzadənin komandiri olduğu bölükdə hərbi xidmətə başlamışdıq. Xasiyyətcə çox mehriban, mülayim, dostcanlı bir insan idi. Eyni zamanda mərd, qorxubilməz döyüşçü idi. Qəlbində düşmənə qarşı böyük nifrət hissi var idi. Ən çətin tapşırıqların öhdəsindən məharətlə gəlirdi. Ona görə də hamı onun xətrini çox istəyirdi...

Mən Qarabağa Vüqardan təxminən iki ay öncə ezam olunmuşdum. 1992-ci il iyulun sonlarında Ağdam rayonunun Kəngərli kəndi ərazisində yenidən onunla birgə xidmətimizi davam etdirməli olduq. Onunla birgə Fərrux, Yeddi Xırman dağları ətrafında, eləcə də Yetim Cinli, Qalayçılar, Vəng, Dovşanlı, Çıldıran, Sırxavənd, Papravənd, Canyataq, Gülyataq və Qazançı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdik. Mən yaralandıqdan sonra döyüş bölgəsinə qayıtdıqda biz ayrı-ayrı bölüklərin tərkibində xidmət etməli olduq...

Vüqarın şəhid olma xəbərini mən tapşırıqla Xındırıstan kəndində yerləşən qərargahımıza gedərkən orada, onunla eyni bölükdə xidmət edən əsgər yoldaşından eşitdim. Düzü bu xəbərdən çox sarsıldım... Çünki Vüqarın timsalında mən yaxın dostumu və silahdaşımı, eyni zamanda igidliyi və qorxmazlığı ilə bütün döyüşçü yoldaşlarının dərin hörmət və rəğbətini qazanan əsl vətənpərvər eloğlunu itirmişdim...”.

Əsgər V.Abutalıbovun həyat və döyüş yolu barədə məlumatlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/1954.html) rast gəlmək olar.

Onun ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələrilə zəngin olmuşdur. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhv etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sözləri ilə desək, şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmayacaq: “Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!”.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

kapitan Anar Əhmədov,

Daxili İşlər Nazirliyi

Daxili Qoşunlarının zabiti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM