"Təbriz məktubları silsiləsi"ndən növbəti yazı

10:04 / 13.09.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Türk dünyasının liderləri cərgəsində unudulmuş ziyalılarımızdan biri və yaxud Kırımlı İsmayıl bəy Mustafa bəy öğlu Qaspralının özündən 26 yaş böyük qardaşı Hacı Səid Əfəndi Hacı ƏbdürrƏhman Əfəndi oğlu Ünsizadə                                          (1825, Şamaxı-1905, İstanbul)                                        
  

Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan, türk dünyası aydınları ilə geniş yaradıcılıq əlaqələri olan Azərbaycan ziyalılarından biri də əslən şamaxılı olan Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.

Ünsizadələr üç qardaş olmuşlar: Səid, Cəlaləddin və Kamal. Hər üç qardaş Azərbaycanın ədəbi fikir, pedaqoji və jurnalistika tarixində əhəmiyyətli və yadda qalan işlər görmüşlər. Ünsizadə qardaşları mükəmməl təhsil görmüş XIX əsr ziyalılarındandır. Onların atası Əbdürrəhman Əfəndi Şamaxının adlı-sanlı müdərrislərindən biri olmuşdur. O, XIX əsrin birinci yarısında qədim Şirvanın ədəbi məclislərində öz dəsti-xəti ilə seçilmiş, “Ünsi” təxəllüsü ilə şeir yazmışdır. Sonralar Əbdürrəhman Əfəndinin oğlanları atasının takma adı ilə - “Ünsizadə” soyadı ilə tanınmışlar.

Böyük qardaş Səid Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olmuşdur. Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edilsə də, bunu təsdiq edən heç bir sənəd yoxdur . 

S.Ünsizadə təhsilini başa vurub, Şamaxıya qayıdır. O, burada məktəbdarlıq etməyi qərara alır, tezliklə savadlı müdərris və yaxşı təşkilatçı müəllim olduğunu öz fəaliyyəti ilə sübut etmişdir. 

S.Ünsizadə 1873- cü ilin əvvəllərində, o vaxtın ölkə paytaxtı Bakıya köçəndən sonra, hələ də Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir neçə aydan sonra - 1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri vəzifəsinə təyin olunur. Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə məşhur olan ibtidai təhsil ocağı yaradır, müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün əməli yollar arayır. Nə qədər təəccüblü olsa da, bəzi tədqiqatçılar bir-birinin yazdıqlarını təkrar edərək hələ də “Məclis məktəbi”nin yaradıcısı kimi S.Ə.Şirvaninin adını hallandırırlar.Halbuki S.Ə.Şirvani “Ziya” qəzetinə göndərdiyi məktublarda Səid Əfəndini oxuculara “Məclis məktəbi”nin yaradıcısı kimi tanıdırdı. Məktəbin adı da bu fikrə rəvac verir: məclis məktəbi, yəni şəhərdəki ruhani məclislərinin himayə etdikləri məktəb.

S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar olaraq, Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi, Şamaxıdan Tiflisə ezam olunur. Yeri gəlmişkən qeyd edək ki, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olur, yeni məktəb və mədrəsələrin açılması yolunda əhəmiyyətli işlər görürdü. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə məşhur rus leksikoqrafı V.Dalın izahlı lüğəti əsasında ikidilli lüğət - rusca-türkcə lüğət hazırlamışdır. Əlbəttə, belə işıqlı adamların məsul olduğu sahənin iş fəaliyyətini yoxlamaq - S.Ünsizadəyə göstərilən böyük etimad idi. Yeri gəlmişkən onu da deyək ki, həm şeyxülislamın, həm də müftinin M.F.Axundzadə ilə səmimi dostluq münasibətləri və əqidə dostluğu var idi. M.F.Axundzadə hər dəfə oğluna yazdığı məktublarında şeyxülislam və müftidən söz açırdı.

Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır. S.Ünsizadə 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir. S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.

S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə -xristian şəhərində Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 25-də (  islam tarixi ilə səfər ayının onunda-N.N)  çıxır. (bax- "Ziya" qəzeti,1879,N 44) “Ziya”nın ilk üç nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar. ”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai –siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə – ezop manerası ilə işıqlandırılırdı.

S.Ünsizadə Tiflisdə böyük və çox uğurlu nəşriyyat fəaliyyətinə başlayır. İbtidai məktəb şagirdləri üçün iki dərslik yazır, qələminin gücünə və əqidəsinə inandığı dostlarının kitab, jurnal və risalələrini öz şəxsi mətbəəsində çap edərək türk dünyasının ziyalıları arasında yayır. 

“Ziya” mətbəəsində İsmayıl bəy Qaspralının “Tərcüman”ın nəşrindən xeyli əvvəl bir neçə jurnalı çap edilir. Əminliklə demək olar ki, İsmayıl bəy Qaspralının türkdilli jurnalistikası tarixindəki ilk fəaliyyəti “Ziya” dan başlanmışdır.

İsmayıl bəy Qaspralı “Ziya”nın ilk müxbirlərindən biri olmuşdur. İ.Qaspralı S.Ünsizadəyə yazdığı məktublarının birində “Biz sizin kimi üstü örtük yaza bilməyiriz” deyə əqidə dostunu çox yüksək qiymətləndi 

1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” (“Ulduz” –N.N.) qəzetindən götürülərək cəmi bir həftədən sonra ”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir. Mənə elə gəlir ki, Azərbaycan alimlərinin bu istiqamətdə tədqiqatlarını xeyli genişləndirməlidirlər.

“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsinin açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bu mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi. 

Səid Ünsizadənin Türkiyə aydınları ilə əlaqələri haqqında Türkiyənin arxiv və kitabxanalarında qatı açılmamış çoxlu materialların olduğu güman edilir. Uzun illər iki ölkə arasında mövcud olan siyasi yasaqlar qaranlıq məsələlərin işıqlandırılmasına ciddi maneələr yaratmışdır.
 
Nə yaxşı ki, gənc dostumuz Zaur Səmədov (O, son vaxtlar Səid Ünsizadə irsinə hörmət əlaməti olaraq Ünsizadə təxəllüsündən də istifadə edir-N.N.) Səid Ünsizadə irsinin İstanbul axtarışına çıxmış, bir sıra uğurlu işlər görmüşdür. Zaurun bu xidmətləri mütləq çox yüksək qiymətiləndirilməli, ona daha düzgün filoloji axtarışlar yolu göstərilməlidir (Zaur Səmədov ixtisasca, səhv etmirəmsə, iqtisadçıdır, Azərbaycan Biznes Universitetinin magistridir- N.N.).

1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki , onun haqqıda ətraflı məlumatımız yoxdur. Adı təkcə bir yerdə - “Ziya”ya kömək edənlərin sırasında verilmişdir.

Mən bu məsələlər haqqında Türkiyədə “Halduncezayirlioğlu kolleksiyonu”nda və Bakıda nəşr olunan “Təhsil problemləri” qəzetinin 01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca iki yazı çap etdirmişəm.

Təəssüf ki, elmi ictimaiyyətimiz bu yazılara öz münasibətlərini bildirməmişdir.

1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi. Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə (xirda- N.N.) olduğu üçün oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.


1883- cü ilin sonlarında Tiflisdə Əhli –Təsənni İdarəsində yaranan intiriqalardan uzaqlaşmaq qərarına gəlir. O, müftilik vəzifəsi uğrunda gedən mübarizədən uzaqlaşdırılır. S.Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı tərk edib, doğma şəhərinə-Şamaxıya qayıtmalı olur. Halbuki Tiflis yaradıcılıq imkanlarına yaxşı şərait baxımından S.Ünsizadə üçün daha önəmli idi.

S.Ünsizadə ”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini damadı -kürəkəni hüquqşünas  Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində

”SƏİD ÜNSİZADƏNİN MƏQSƏDİ RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR”  fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi. Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək, mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş. Təəssüf ki, onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı. S.Ünsizadə haqqında dövlət orqanlarına yalan məlumatlar verilir, o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur. Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə 1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır, türk dünyasının baş şəhərinə - İstanbula üz tutur. Burada maarif sistemində işləyir, “Quran“ın türk dilində təfsirini yazır, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

Səid Əfəndinin kiçik qardaşı, 1884-cü ildə Tiflisdə Azərbaycan dilində yazılmış ilk “Hesab” dərsliyimizin müəllifi Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül” qəzeti 1891-ci ildə bağlanandan bir müddət sonra İstanbula gəlir. Ailənin kiçik övladı Kəmaləddin Əfəndi Bakıda qalası olur. O, burada çoxdan başladığı fəaliyyətini davam etdirir, sonralar isə (1908-1917-ci illərdə) ayda-ildə bir dəfə “Məzhər” adlı qəzet çıxararaq, nəşriyyat fəaliyyətini davam etdirir.

Molla Nəsrəddin” jurnalının 1907-ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.

Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyun aynın 5-də çıxan 21-ci  nömrəsindəki nekroloqdan öyrənirik ki, “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80-ıncı ilində İstanbulda vəfat etmişdir”.

“Həyat” qəzeti S.Ünsizadə haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə dərc edəcəyini söyləməklə maarif tariximizdə böyük xidmətləri olan bu işıqlı fikir adamını yüksək qiymətləndirir.

Səid Ünsizadənin İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğu uzun müddət  idi ki,  məlum deyildi. Son vaxtlarda  gənc dostumuz Zaur Səmədov bu axtarışlara  istiqamət vermişdir. 
Səid Ünsizadənin İstanbul həyatı haqqında  daha ətraflı  xəbəri olanlardan   bu barədə  elmi ictimaiyyətə  məlumat vermələri xahiş olunur. İstanbulun Şirvanlılar məhəlləcində yaşayan azərbaycanlılar bu məsələnin işıqlandırılmasında  daha çox işlər görə bilərlər.  Unutmayaq ki, Səid Ünsizadə onlarla publisistik yazının, elmi-pedaqoji risalələrin, Quranın ana dilimizə təfsirinin müəllifidir. Onun rəhbərlik etdiyi və əsas yazarı olduğu “Ziya” qəzeti XIX əsr ictimai-siyasi fikrimizin və ədəbi dilimizin istiqamətverici qüvvəsi olmuşdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM