Azərbaycan Respublikasının Əməkdar müəllimi
(Bu yazımı 2015-ci il martın 13-də dünyasını dəyişmiş qardaşım Mir Asəfin xatirəsinə həsr edirəm)
Əslən Şəkinin Gölbulaq köyündən olan Abdülbaki Gölpinarlı Türkiyədə çox yaxşı tanınan ədəbiyyatşünas alim, islami dini görüşləri, geniş tərcüməçilik fəaliyyəti ilə yadda qalan məşhur təfəkkür sahiblərindən biridir. Azərbaycan ziyalılarından çoxu, bəlkə də, onun adını ilk dəfə 1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilmiş təntənəli yığıncaqda eşitmişlər.
A.Gölpinarlı dinləyicilərə və oxuculara hər yerdə Türkiyə alimi kimi təqdim olunmuş, onun əsli və nəsli, dədə-baba yurdu haqqında məlumat verməyi lazım bilməmişlər. Azərbaycan alimlərinin Füzuli haqqında yazdıqları elmi-tədqiqat işlərində də A.Gölpinarlıdan bəhs emək, onun yaradıcılığında mühüm yer tutan Azərbaycan mövzusundan söz açmaq yada düşməmişdir.
A.Gölpinarlının atası XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Türkiyədə yaxşı tanınan müxbirlərdən biri olan Ahmed Agah Əfəndidir. Ahmed Agah Əfəndinin atası İzzət Mustafa oğlu - Gəncənin Göybulaq köyündə anadan olmuş, 1877-1878-ci il Rus-Türkiyə savaşı zamanı Bursaya gəlmiş, bir müddətdən sonra da oradan İstanbula köçmüşdür.
Yeri gəlmişkən qeyd edək ki, Gölbulaq kəndi Cəfərabad -Şəki yolunun üstündə yerləşən, zəngin tarixi ənənələri olan, orta əsrlərdə bir sıra döyüşlərə şahidlik edən yaşayış məskənidir.
Ahmed Agah Əfəndinin mühərrirlik fəalıiyyəti İstanbulda nəşr olunan "Tərcümani-hakikat" adlı qəzetdə formalaşmışdır. ("Tərcümani-Hakikat" qəzeti Türkiyənin uzunömürlü mətbuat orqanlarından biridir. İlk nömrəsi 26 haziran 1878-ci ildə , son nömrəsi isə 11 şubat 1921-ci ildə çap edilmişdir.)
Ahmed Agah Əfəndi bu qəzetin ararıcı müxbirlərindən biri idi; o, mətbuat aləmində "Şeyxül- Mühabirin" (müxbirlərin şeyxi- N.N.) kimi anılırdı.
Ahmed Agah Əfəndi İstanbulda əslən Dağıstandan olan Aliyə Şöhrət xanım ilə evlənmişdir. Ailənin doğulan ilk uşaqları hələ körpə ikən həyatdan köçmüşlər. Ailə başçıları 10 ramazan 1317-də İstanbulda Kadırqa səmtində dünyaya gələn növbəti körpəyə Mustafa İzzət adı verirlər. Bu, körpənin dədəsinin ( atasının atasının-N.N. ) adı idi. Ailənin əvvəlki çocukları çox yaşamadığı üçün uzun ömürlü olsun deyə onu sonralar Abdülbaki takma adı ilə çağırmışlar. ("baqi" sözünün bir neçə mənası var,onlardan biri də "əbədi" deməkdir-N.N.)
A.Gölpinarlı yaxşı təhsil ocaqlarında yaxşı müəllimlərdən yaxşı təhsil almışdır.O, ilk tətsilini İstanbulun Babiali yokuşunda, indi Basma Əsərləri Dərləmə Müdirliyi olan Təhsin Əfəndi İlk okulunda, orta təhsilini "Mənbəül-İrfan" məktəbində almışdır.
A.Gölpinarlı Gelenbevi İdadisinin (rüşdiyyə məktəbinin -N.N.) son sinifində oxuyarkən atası dünyasını dəyişmişdir. Təhsilinə ara verən məktəbli işləməyə məcbur olmuşdur. O, bir müddət İstanbul Veznecilerində kitabçılıqla məşğul olmuş, sonra isə Çorumun Alaca ilçesindeki Mənbəi - İrfan İbtidai Məktəbində öğrətmenlik və idarəçilik etmişdir. 1922-ci ildə İstanbula döndüş, imtahan verərək son sinfinə girdiği İstanbul Erkək Müəllim Məktebini, ardından da İstanbul Üniversitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyatı bölümünü Profesör Köprülüzade Mehmet Fuat Bəyin nəzarətində hazırladığı "Məlamilik ve Məlamiler" adlı məzuniyət tezi ile bitirmişdir. (1930).
A.Gölpinarlı 1931-ci ildə çap etdirdiyi "Məlamilik və məlamilər" kitabını ona elmi yaradıcılıq üslubunu və qaydalarını öyrədən Professor Doktor Köprülüzadəyə ithaf etmişdir:
"Bu əsərimi türk ədəbiyyatı tarixini quraraq gəncliyə elm yollarını göstərən və ÇALIŞMA ZÖVQÜNÜ verən şərqiyyat banisi əziz ustadım Prof. Dr.Köprülüzadə M.Fuat bəy əfəndiyə ithaf edirəm".
Təəssüf ki, sonralar müəllim və tələbə arasında anlaşılmazlıq baş verir və onların əlbir elmi fəaliyətinə son qoyulur.
A.Gölpinarlı sonralar yazdığı məqalələrin birində bu soyuqluğu və ayrılığı F.Köprülüzadənin közü həmişə öz tərəfinə çəkməsi və müəlliminin liderlik iddiası ilə əlaqələndirir.
A.Gölpinarlı ədəbiyyat öğrətməni olaraq Konya, Kayseri, Balıkəsir, Kastamonu və İstanbuldakı Haydarpaşa Liseyində çalışmışdır. Ankara Üniversitetinin dil və tarix-coğrafya fakültəsində fars dilindən mühazirələr oxumuşdur. Doktorluq mənsəbinə çatandan sonra həmin fakültədə mətnlər şərhindən dərs demişdir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının ali məktəblərinin filologiya fakültələrində mətnşünaslıq məsələləri , çox təəssüf ki, lazımınca öyrədilmir. Halbuki ədəbi hadisələrin öyrənilməsində ədəbiyyatşünaslığın bu sahəsinin mühüm əhəmiyyəti vardır.
Nə isə...
... A.Gölpinarlı uzun müddət kölgədə qalsa da ,filoloji və pedaqoji araşdırmalarını uğurla davam etdirir, maraqlı tədqiqatları ilə ədəbi aləmin sayılan nümayəndələrindən biri olur. O, uzun müddət İstanbul Üniversitetinin ədəbiyyat fakültəsində islam-türk təsəvvüf tarixi və ədəbiyyatı dərsləri vermişdir.
A.Gölpinarlı 1945- ci il nisvan ayının 13-də "kommunistlik"də günahlandırılaraq, Türk Cəza Qanununun 142-ci maddəsi ilə Tək Parti İdarəsi tərəfindən tutuklanır (həbs edilir) ; 318 gün həbsxanada yatdıqdan sonra -1946-cı il şubat ayının 25-də ona bəraət verilir.
A. Gölpinarlı yenidən müəllimlik fəaliyyətinə qayıdır. O, 1949-cu ildə öz istəyi ilə təqaüdə çıxır. Əslində bu, A.Gölpinarlının yaşadığı cəmiyyətin yaramaz qayda-qanunlarına qarşı etiraz səsi idi. Tədqiqatçılardan biri A.Gölpinarlını tam anlamıyla aydın bir ziyalı kimi qiymətləndirmişdir.
A.Gölpinarlının ailə həyatı uğursuz olmuşdur. O, 1926-cı ilə aid tərcümeyi - halında yazırdı:
"Evləndim, boşadım, adını da, tarixini də unutdum, bir daha evlənməyə niyyətim yox".
A.Gölpinarlı 1982-ci ilin avqust ayının 25-də dünyadan köçmüş, Seyid Əhməd Dərəsi Məscidi Qəbristanında dəfn edilmişdir. Onun qəbir daşında olan melami daşını Gölpinarlının yaxın arkadaşı böyük xəttat Professor Ali Arpaslan hoca yazmışdır.
A.Gölpinarlı elmi yaradıcılığa gənc yaşlarından başlamışdır. O, əqidə və məsləkinə görə Osmanlı sufiliyinin təmsilçisidir.
1931-ci ildə yayımladığı "Məlamilik ve məlamilər" adlı əsəri ilə özünü tanıdan Gölpinarlı " Türkiyat məcmuəsi", "Şarkiyat məcmuəsi" və İstanbul Universiteinin "İqtisad fakültəsi məcmuəsi"nin bir sıra nömrələrində , digər dərgi və gəzetlərin səhifələrində də maarifləndirici yazılarla çıxış etmişdir.
A.Gölpinarlı İslam Ensiklopediyası və Türk Ensiklopediyası üçün çeşidli məqalələr yazmışdır. Onun divan ədəbiyyatına aid çalışmaları elm adamlarının diqqətini cəlb etmişdir.
"Divan Ədəbiyyatı Bəyanındadır" (1945) adlı kitabı ilə ədəbiyyat aləmində məşhurlaşan A.Gölpinarlı - M.Füzuli, Yunis İmrə, Nədim, Mövlanə Cəmaləddin, Şeyx Galib və sair söz ustalarının ədəbi irsinin türk oxucularına çatdırılmasında misilsiz işlər görmüşdür.
A.Gölpinarlının M.Füzuli haqqında ilk elmi işi oxuculara 1930-cu ildə "Türk Nəşriyyat Yurdu" tərəfindən çatdırılmışdır. 162 səhifəlik bu əsərin II cildi 1932-ci ildə çap olunmuşdur. 1958-ci ildə Bakıda M.Füzulinin vəfatının 400 illik xatirə tədbiri keçiriləndə A.Gölpinarlının adı azərbaycanlı alim kimi , demək olar ki, yada düşməmişdir. Halbuki A.Gölpinarlı bu tədbirdən bir neçə il əvvəl -1948 -ci ildə Türkiyədə M.Füzulinin 432 səhifəlik divanını çap etdirmiş, ona geniş bir müqəddimə yazmışdı. Bu divanın II və III basqıları müvafiq olaraq 1961-ci və 1985-ci illərdə çap olunmuşdur. Divan 1669-cu ildə köçürülmüş nüsxə əsasında tərtib edilmişdir. Çox güman ki, A.Gölpinarlıya göstərilən bu etinasızlıq divanın girişində M.Füzulinin türk şairi kimi qələmə verilməsi ilə əlaqədar olmuşdur.
Maralıdır ki, A.Gölpinarlı 1932-ci ildə "Azərbaycan Yurd Bilgisi" jurnalında da M.Füzuli haqqında" məqalə ilə çıxış etmişdir.
A.Gölpinarlı M.Füzulinin "Səhhət və Mərəz" əsəri haqqında ilk söz deyən tədqiqatçılardan biridir. Əsəri türk dilinə 1856-cı ildə türkiyəli söz ustası Məhəmməd Həbib Əfəndi tərcümə etmişdir.
A.Gölpinarlı "Səhhət və Mərəz" əsərini yenidən tərcümə etmiş, onu 1940-cı ildə fransız dilində yazılmış 4 səhifəlik xülasə ilə ( cəmi 44 səhifə ) İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun Elmi məcmuəsində çap etdirmişdir.
A.Gölpinarlı Türkiyədə Hoca Nəsrəddini elmi şəkildə təbliğ edən səviyyəli tədqiqatçılardandır. "Hoca Nəsrəddin" kitabında Azərbaycanda Molla Nəsrəddin kimi tanınan müdrik insan haqqında müasir Azərbaycan oxucuları üçün çox maraqlı görünən nümunələr çoxdur. Ədəbiyyatşünaslarımızın bu istiqamətdə ciddi elmi araşdırmalar aparmaları arzu olunur.
A.Gölpinarlı Türkiyənin təhsil sistemində bir neçə dərslik müəllifi kimi də tanınır. O, "İmtahan.Monoloq" (1925), "Mühasibati-Əxlaqiyyə" (1926-1927),"Yurd bilgisi"- 4-cü sinif (1927), "Yurd bilgisi" -V sinif (1927-1928), "Cümhuriyyət çocuğunun din dərsləri (Sabri Eşatlı ilə birlikdə)-III,IV,V siniflər- (1928) dərslikləri" və s. ilə türk məktəblilərinin təfəkürünü və mütalıə dairəsini xeyli genişləndirmişdir.
A.Gölpinarlının Sabri Eşatla birlikdə yazdığı "Yavrumun tarix kitabı" dərsliyi 1930-cu ildə iki dəf nəşr edilərək məktəblilərə çatdırılmışdır.
A.Gölpinarlı nəşr edilmiş 114 kitabın ( təlif və tərcümə), 404 məqalənin müəllifidir. O, əsərlərinin bir qismini Rəmzi Aczi takma adı ilə çap etdirmişdir.
A.Gölpinarlı Ouranı türk dilinə tərcümə edən Azərbaycan əsilli ziyalılardan biridir. Yeri gəlmişkən qeyd edək ki, Quranın türk dilinə ilk təfsirini 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Türkiyədə mühacir həyatı yaşayan, 1878-ci ildə Tiflisdə Azərbaycan dilli kitabların nəşri üçün litoqrafiya, az sonra isə tipoqrafiya yaradan, 1879-1884-cü illərdə, xristian şəhəri olan Tiflisdə Azərbaycan dilində "Ziya" və "Ziyayi-Qafqasiyyə" adlı həftəlik ictimai-siyasi, elmi, bədii, pedoqoji məzmunlu qəzet çıxaran Hacı Səid Əfəndi Ünsizadə
(1825-1905) olmuşdur.
A.Gölpinarlının elmi-filoloji , elmi-pedaqoji, ürfani yaradıcılığının yüksək səviyyədə öyrənilməsi ədəbi ictimaiyyətimizi ciddi düşündürməlidir.
Azərbaycanlı türk alimi A.Gölpinarlının həyatı, elmi və ürfani fəaliyyəti haqqında 2012-ci ildə müxtəlif mətbu orqanlarda , jurnallarda ondan artıq məqalə çap etdirsəm də, çox təəssüf ki, ölkəmizin elmi ictimaiyyəti onları soyuqqanlılıqla qarşılamışdır. Mən bu məqalələrin ziyalılarımızın mütaliəsindən kənarda qaldığına heç bir vəchlə inana bilmirəm .
Keçən il hər dəfə A.Gölpinarlı haqqında yazdığım yazılar işıq üzü görəndə onların əks-səda doğuracağına inanırdım. Amma bu istəyim həyata keçmədi: keçən il də Azərbaycan Milli Elmlər Akademiyasının və Yazıçılar Birliyinin rəhbərliyi, müvafiq elmi və mətbu qurumlar A.Gölpinarlının yubileyinin keçirilməsinə müvəffəq olmadılar. Təəssüf, səd təəssüf... Min dəfə təəssüf...
Gec də olsa Azərbaycanda A.Gölpinarlının heykəlinin ucaldılması, BDU-nun şərqşünaslıq fakültəsinin əlaçı tələbələrindən bir neçəsinə A.Gölpinarlı təqaüdü verilməsi barədə düşünməyə dəyər.
Azərbaycan Milli Elmlər Akademiyasında, BDU-da A.Gölpinarlının həyat və yaradıcılığına aid dövlət səviyyəli elmi-praktik konfrans və yığıncaqların keçirilməsi yolunda da konkret addımlar atılmalı,dünya şöhrətli Azərbaycan əsilli Türkiyə aliminin elmi təfəkkürünə yüksək qiymət verilməlidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM