Azərbaycan Respublikasının Əməkdar müəllimi
Məhəmməd Hadinin əməkdaşlıq etdiyi “Bürhani-tərəqqi“ qəzeti
1906-1911-ci illərdə Həştərxanda şamaxılı Mustafa Lütfi Hacı Sədrəddin oğlu İsmayılov (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti haqqında informasiya axtarışına çıxmışdım.
"Bürhani-tərəqqi" izafəti, alınma söz birləşməsi - "tərəqqinin, inkişafın sübutu, dəlili " anlamına uyğun gəlir. Bu tipli dil vahidlərini anlamaq, onları çözələmək üçün birləşmənin ikinci tərəfini, defisdən sağdakı sözü irəli çəkin, ona ahəngə uyğun olan yiyəlikhal şəkilçisi (-ın,-in,-un,ün) artırın, birləşmənin əvvəlindəki sözü ikinci yerdə yazın. Məsələn, əhli-maarif = maarif əhli; əhli-qələm = qələm əhli; ruzi-qiyamət = qiyamət günü...
Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin bu qəzetdə müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim. Həştərxanda sürgündə olarkən Nəriman Nərimanovun da "Bürhani tərəqqi" qəzetində elmi-publisistik yazılarla çıxış etməsi də məlumdur. M.Ə.Sabirin də "Bürhani-tərəqqi"dəki fəaliyyətindən danışırlar. Təəssüf ki, M.Ə.Sabirin "Hophopnamə"sində bu faktı təsdiq edən heç bir fakt hələlikyoxdur.
Nə isə...
Axtarışlar Türkiyəyə gedib çıxdı. "Kardeş kalemler" də bir neçə tutarlı faktlarla rastlaşdım. İnandığım da oldu, inanmadığım da. Araşdırdım, incələdim, fərqli-fərqli fikirlərlə üzləşdim. Mustafanın Lütfinin doğum tarixinin bir mənbədə 1876-cı il, digər mənbələrdə 1880-cı il kimi təqdimi ilə rastlaşdım. Bunlar sözgəlişi sözlər deyil. Elə bilməyin ki, bunun mətləbə dəxli yoxdur. Bizim bir sıra ədəbiyyatşünaslarımız 9 yaşında atadan yetim qalan Məhəmmədin Mustafa Lütfinin himayəsində böyüdüyünü yazırlar. Əlbəttə, bu, inandırıcı deyil: ya Mustafa Lütfi İsmayılov Məhəmmədin əmisi yaşındadır, ya da himayədarlıq haqqında deyilənlər həqiqətə uyğun deyil. Hər halda elmi yazıda deyilən fikir həqiqətə uyğun olmalıdır.
Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəllimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı, adı heç bir yazılı mənbədə çəkilməyən, sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra-noyabrın 26-da burada "Şurayi- İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunuyüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül -ədəb" (ədəb evi, ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. Mustafa İsmayılov Həştərxanda Azərbaycan dilində qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.
Qəzetin təsis tarixi 18 yanvar 1906-cı ildən başlayır. "Bürhani-tərəqqinin 5 ildə (1906-1911) 141 nömrəsi işıq üzü görmüşdür. "Bürhani-tərəqqi" oxuculara "həftədə bir dəfə çıxan siyasi, ədəbi, iqtisadi türkcə müsəlman qəzetəsidir" kimi tanıdılır. Qəzetin hərnömrəsi əsasən 4 səhifədir.
Bir sıra nömrələri 8 səhifə həcmindədir. Materiallar əksər nömrələrdə 3 sütunda yerləşdirilmişdir. Hər sütunda 40 sətir vardır.(Qəzetin vaxtında çıxması üçün İsmayılov qardaşları ticarətlə məşğul olurdular).
Məktəb və mətbəə işlərinə yardım məqsədilə yaradılan ticarət işlərinə Mustafanın Şamaxıdan Həştərxana gələn kiçik qardaşı rəhbərlik edirdi. İsmayılovlar mağazanı icarəyə götürdüklərindən ticarətdən o qədər də xeyir qazanmırdılar. Onların əsas gəliriyazılanların qalması, məktəblərdən aldıqları təhsil haqları idi.
Mustafa İsmayılov ətrafına ədəbi, elmi və yetkin siyasi savadlı Azərbaycan, tatar, noqay, kumuq gənclərini toplaya bilmişdi. Onlardan-Həbibulla Ömərov, Zahidulla Şərufulin, Qurbanəli Erembetov, Fatix Şammazov və başqaları türk mətbuat tarixində yaddaqalan ziyalılardır. Azərbaycan şairi, Mustafanın şamaxılı əqrəbalarından Məhəmməd Hadi Əbdüssəlimzadə də "Bürhani-tərəqqi" qəzetinin yazılmasında və nəşrində haqqı-sayı olanlardandır. Məhəmməd Hadi Həştərxana Kürdəmirdən getmişdir. 1902-ci ilzəlzələsi bütün şamaxılıları yerindən-yurdundan ələk-fələk eləmişdi: Hadi də, mənim babam Rəsul da, onun qardaşı Məcid də - kimi tək, kimi ailəli Kürdəmirə üz tutmuşdular. Babamgil bir neçə rəs atla (rəs- numerativ sözdür, mal-qara "baş" numerativ sözü ilə, atisə "rəs" sözü ilə işlənir. Məsələn: beş rəs at -N.N.) Türkiyə ilə ticarətə üstünlük vermiş, onların yaxın qohumlarından və dostlarından biri Məhəmməd isə müəllimliyə qərar verir. Məhəmməd o vaxt Kürdəmirin də baş kəndi olan Köhnəbazar məktəbində müəllimişləyir.
Köhnəbazar kənd məktəbi Kürdəmirin ilk yeni tipli dövlət məktəbidir. Əsası 1881-ci ilin fevralında qoyulmuşdur. Yeri gəlmişkən qeyd edim ki, bu məktəbin tarixini, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən müəyyənləşdirmişəm. 1977-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarda bu məktəbin tarixi, burada işləyən yüksək pedaqoji təfəkkürlü müəllimlərhaqqında yazılar yazmışam. Köhnəbazar kənd məktəbinin - qədim Şirvan mahalının tarixi məktəbinin 130 yaşını faktlar əsasında pedaqoji işi anlayanlara və qiymətləndirməyi bacaranlara başa salmışam. Məktəbin 130 yaşlı yubileyi gec də olsa, rayonsəviyyəsində, nəhayət ki, qeyd olunmuşdur. Yubiley tədbirlərinin gücləndirilməsinə böyük köməklik göstərən Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalının o vaxtkı redaktoru rəhmətlik Malik Novruzovun bu işdə təşəbbüskarlığı da həmişəxatırlanmalıdır.Nə isə...
Məhəmməd Əbdüssəlimzadə Həştərxandan məktub alır və o, çox güman ki, tərəddüd etmədən şimala üz tutur. Ədəbiyyat tarixçilərimizin yazdığına görə, Məhəmməd Hadi bir müddət "Bürhani-tərəqqi"nin redaktoru da olur. Bu fikri ona görə ehtiyatlayazıram ki, Bakıda -M.F.Axundov adına Respublika kitabxanasında bu qəzetin - 141 nömrəsi olan "Bürhani-tərəqqi" nin cəmi 12 nömrəsi saxlanılır. Odur ki, tədqiqatı genişləndirmək çətinlik törədir. Görəsən, qəzetin bütün nömrələrinin surətin çıxarıb, səliqəlişəkildə Azərbaycan oxucularına çatdırmaq çətindirmi?
Yenə də nə isə...
Məhəmməd Əbdüssəlimzadə qohumu Mustafa İsmayılovun xahişi ilə 1906-cı ilin mayında Həştərxana gedir, sentyabrın ortalarına qədər "Bürhahi-tərəqqi" qəzetində və "Darül-ədəb"də işləyir. Görünür, "Şurayi-islam" cəmiyyətinin üzləri arasında fikir birliyitez-tez pozulduğuna görə, Bakıdan "Həyat" qəzetinin redaktoru Əli bəy Hüseynzadədən iş dəvəti alan kimi Məhəmməd Hadi Bakıya qayıdır və "Füyuzat" jurnalında fəaliyyətə başlayır.
Məhəmməd Əbdüssəlimzadənin "Bürhani-tərəqqi"də çıxan bir şeiri "Dəbistan" jurnalının 6 avqust 1906-cı il tarixli nömrəsində "Bürhani-tərəqqi"dən qeydi ilə çap olunmuşdur. "Lövheyi-təsviri-maarif" adı ilə oxuculara təqdim olunan bu şeir dördlükşəklindədir, 18 bənddir. Sonuncu bəndə bir beyt əlavə olunmuşdur. Vətən övladına müraciətlə başlayan bu şeir oxucunu maarif məsələlərinə xüsusi diqqət verməyə çağırır:
Maarif bir həqiqətdir, silər mirati-idraki,
Maarif bir ziyadır kim, qılar tənvir vicdani.
Maarif vaqif eylər şəxsi əsrari-xəfayayə,
Maarif kəşf edər insanə mənizari-imkani.
Köməyinə, bilik və bacarığına güvəndiyi Məhəmməd Hadinin Bakıya qayıtması Mustafa İsmayılovun qəzetçilik fəaliyyətini çətinləşdirir. «Şurayi-islam» cəmiyyətinin üzvləri arasında yaranan qarşıdurmanı sakitləşdirmək üçün Bakıdan Həştərxana gedənƏlimərdan bəy Topçubaşov əməl və əqidə dostlarını barışdırmaq istəsə də, istəyinə nail ola bilmir.
1908-ci il yanvarın 22-də Mustafa İsmayılov panislamizm ideyalarını yaydığına və xalqı hakimiyyətə müqavimət göstərməyə çağırdığına görə həbs edilir. O, martda polis nəzarətində saxlanmaq şərti ilə azadlığa buraxılır.
1909-cu ildə "fars inqilabçılarına kömək etdiyinə görə" Nəriman Nərimanov Metex qalasından - həbsdən çıxarılaraq, Həştərxana sürgün edilir. N.Nərimanov Hətərxanda yaxşı qarşılanır. "Bürhani -tərəqqi" qəzetinin birinci səhifəsində ən bahalı reklamyerində onun gəlişi ezop manerası ilə oxuculara bildirilir: "Müsəlman doktoru Nəriman bəy Nərimanov daxili və qadın xəstəlikləri olanları hər gün qəbul edir. Qəbul səhər saat 9-dan 12-dək, axşam saat 5-dən 7-yədəkdir.
Ünvan : Könnə Dəmirçi küçəsi, № 28.Velosiped klubunun arxa tərəfində".
Azərbaycan və rus dillərində olan bu elan qəzetdə üç ay davam edir. Elandan sonra ərazinin türkdilli və rusdilli vətəndaşları N.Nərmanovun hüzuruna axışır.
Yeri gəlmişkən qeyd edim ki, "Bürhani- tərəqqi" müəyyən çətinliklərlə çıxırdı. Bu, ən çox qəzetin hər yazısının diqqətlə araşdırılması və bu araşdırmaların üzə çıxardığı faktlarla ilgili idi. Qəzetin nömrələrinin ləngidilməsi hökumət tərəfindən təyin edilmişsenzorun və quberniyada tatar dilində çap olunan qəzet, jurnal və ədəbiyyat materiallarının tərcüməçisi, Həştərxandakı rus-tatar məktəbinin rus dili müəllimi İsak İsgəndərovun hakim dairələrə yaxınlığı ilə bağlı idi. İ.İsgəndərovun əsas hədəfi "Şurayi-islam" və obu cəmiyyətin məktəbi "Darül-ədəb" idi. 1910-cu ilin fevralında Mustafa İsmayılov "Darül-ədəb"dən uzaqlaşdırılır. 1911-ci ilin iyununda "Bürhani-tərəqqi" qəzeti bağlanır. Vəsait olmadığını bəhanə edərək, 1911-ci ilin sentyabrından "Daryl-"ə şagird qəbuludayandırılır.
Bəzi müəlliflərin yazdığına görə "Bürhani -tərəqqi" bağlanandan sonra Mustafa İsmayılov Qafqaza qayıdır. Təəssüf ki, yazılarda konkret məkan göstərilmir.
1914-cü il martın 14-də Həştərxan qubernatoru Mətbuat üzrə Baş İdarəyə göndərdiyi 2391 №-li məktubunda Mustafa İsmayılova gündəlik "Haqq" qəzeti çıxarmağa icazə verdiyini yazmışdır. Qəzet Mustafa İsmayılovun evinə yaxın mətbəələrin birində çıxır."Haqq" qəzeti əvvəllər hər gün, sonralar isə həftədə 2-3 dəfə şıxmışdır.
Lütfi Mustafa İsmayılovun (Şirvanskinin ) sonrakı taleyindən xəbərsizik.
Tədqiqat davam edir. Növbəti yazılarımızın birində Lütfi Mustafa İsmayılov Şirvaninin "Bürhani-tərəqqi ilə bir vaxtda Həştərxanda nəşr olunan "Mizan" qəzetindən bəhs edəcəyik.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM