Görkəmli maarifçi Rəşid bəy Əfəndizadənin İstanbulda çap olunan, elmi araşdırmaları ilə fərqlənən  ikinci dərsliyi

10:00 / 18.11.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"Bəsirətül-ətfal "-,1907.

 

Dünyanın bir çox ölkələrində oğrətmən egitiminde, təlim və tədris prosesində araşdırmalar daima diqqət mərkəzində olmusdur. Bu da təbiidir. Keçilən mövzu llə ilgili materiallar araşdıcılıq yolu ilə gündəmə gətirilməli , şagirdlərin diqqətinə yönəldilməlidir. Təcrübə göstərir ki, ən yaxşı müəllimlər elmi yaradıcılıqla məşğul olan , dərslərini elmi axtarışlar əsasında quran müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin bir neçə müəlliminin yaradıcı işindən söz açmaq istərdim. Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali dini təhsil almış müəllimlərdəndir.Aldığı dini təhsilə görə o, dini vəzifələrdə işləyə bilərdi. Lakin S.Ə.Şirvani doğma şəhərində - Bakıdan əvvəl Azərbaycanın paytaxtı - baş şəhəri olan Şamaxıda müəllimlik etmək qərarına gəlir: əvvəlcə məhəllə məktəbində, sonra isə dini idarələrin açdığı, Azərbaycanın eğitim tarixində "Məclis məktəbi" kimi tanınan,1 874-cü ildəşəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən dərs deyir. 1877-ci ildə Seyid Əzim Şirvanini yaxşı müəllim kimi Şamaxıdakı dövlət məktəbinə də işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq şairin əsərlərindən ibarət olan nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan "Əkinçi" (1875-1877) adlı qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan maraqlı cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında "Rəbiül- ətfal" (Uşaqların baharı) adlı mükəmməl bir dərslik hazırlamışdı. Heç də təsadüfi  deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmişdi: o, tədris sahəsindəki fəaliyyətinə görə "Za yserdiye" (Fəallığına görə) gümüş medal ilə təltif olunmuşdu (2 ,səh 3-25). S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi, ərəb və fars dillərini şeir yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından heç də geri qalmırdı. S.Ə.Şirvani maarifçılık mövzusunda yazdığı şeirlərində də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli şeirləri ilə daha çox tanınan, məşhur olan türk şairi Güvahidən faydalanmışdır. Seyid Əzim Şirvani Azərbaycan şairləri cərgəsində ən yaxşı qəzəl,nəsihətnamə və öyüdnamə yazanların birincisi idi, doğru yol göstərəni idi. S.Ə.Şirvanini həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun araşdırıcılığı, elmi tədqiqatı başlıca meyar hesab etməsi idi. Azərbaycan eğitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir. Rəşid bəy Əfəndizadə (1863- 1942) dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir.  O,yaxşı müəllimlərdən yaxşı təhsil almışdı. R.Əfəndizadənin söz ustası və müəllim kimi pərvazlanmasında atası - Nuxa (Şəki) şəhərinin qazısı İsmayıl Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-"Nafe" təxəllüsü ilə şeirlər yazan məşhur müdərris Hacı Mahmud Əfəndi , dayısı İmam Cümə Əfəndi Həsən Əfəndi oğlu, Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının əsasını qoyan filosof M.F.Axundzadə (1812-1878) mühüm rol oynamışlar. Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biridir. O, müəllimlik  fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır(1,6). R.Əfəndizadə "Şaki" təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı yazılarla, risalələrlə çıxış etmiş, qadınların yaxşı təhsil almaları üçün geniş və səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki məktəblərdə tədris olunan bir neçə dərsliyin müəllifidir. R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur. Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı göstərməsi güman edilir. Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük türklərdəndir.O, 1882-ci ildə "Ziyayi- Qafqasiyyə" qəzetində bu mətbu orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin ezop manerası ilə açdığı "Ey bülbül" adlı şeir müsabiqəsinin təşkilatçılarından biridir. Münif Əfəndi M.F.Axundzadə , Zaqafqaziya müftisi Şamaxılı Əbdülhəmid Əfəndizadə və Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məslək və əqidə dostlarından biri idi.(8 ,N 15,) R.Əfəndizadənin dərsliyinin Türkiyədə çap edilməsi ideyası da buradan gəlir. R.Əfəndizadə öz dərsliklərini Ruhani İdarəsində katib işlədiyi Tiflis şəhərində də çap etdirə bilərdi.O vaxtlar Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı

şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o, İstanbula-mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır. Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir, məktəb işindən uzaqlaşmır. İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi ailəsinin maddi vəziyyəti ilə əlaqədar idi. Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34 manat 29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək  ağrısı  ilə bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən qayğı umur.Ərizədə R.Əfəndizadənin ilk dərsliyinin tarixi məqamları haqqında maraqlı məlumatlar vardır. 

R.Əfəndizadə yazırdı:

" Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını nəşr etmək qərarına gəlmişəm...10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə göndərmişəm .İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Konstantinopola getmək istəyirəm" . R.Əfəndizadə ərizəsinin sonunda səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı ödənilməklə məzuniyyət verilməsini xahiş edir. (4 , vərəq 3-9)

Zaqafqaziya müftisi M.H.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq məzuniyyət pulu və xarici pasport verilir.

R.Əfəndizadənin "Uşaq bağçası" dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN İstambulun (dərslikdə İSTAMBUL yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir. Yeri gəlmişkən qeyd edək ki,"Uşaq bağçasının çapına hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi. (5,vərəq 3-13) Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif "Savadsız adam bir ayda oxuyur və yazır" sözlərini yazmaqla şagirdləri maarifləndirməyə səfərbər edir. Arxiv sənədlərindəki variantından ( soyadının " Rəşid bəy Əfəndiyev "kimi yazılmasından -N.N.) fəfrqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid bəy Əfəndizadə kimi göstərilir (5). Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadə (onların hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri olmuşdur) bu dərsliyin ibtidai məktəblərdə istifadə olunmasını faydalı hesab etmişlər (9). Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını nəzəri və elmi-metodik cəhətdən düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs saatı ərzində öyrənməyi lazım bilmişdir.

Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən hissəsindəki materiallar 70 başlıq altında yerləşdirilmişdir. Bu materialların cərgəsində dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda olan seirlər, islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar və bədii təfəkkür nümunələri əsas yer tutmuşdur. Dərsliyin üçüncü fəqərəsindəki 16 yarımbaşlıq altında verilən materialların çoxu nəzmlə yazılmışdır. "Tülkü və Qaraquş", "Çaqqal", "Kor kişi", "Qardaş və bacı", "Sədaqət", "Məktəbə dəvət" (bu şeir görkəmli rus pedaqoqu  L.Modzalevskinin yazdığı mənzuməyə nəzirədir-N.N.), "Vəsfi-məktəb" dərsliyi dəyərləndirən materiallardandır. R.Əfəndizadənin "Uşaq bağçası" bir neçə dəfə nəşr olunmuş, sonrakı dərsliklərin baza məktəbinə çevrilmişdir.(7).R.Əfəndizadə 1901-ci ildə "Bəsirətül-ətfal" adlandırdığı ikinci dərsliyini Bakı Quberniya İdarəsinin mətbəəsində çap etdirir. 206 səhifəlik bu əsər də müəllim və şagirdlərin elmi bə bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır. Dərslikdəki  materialların çoxu müəllifin özünün yazdığı bədii nümunələrdir. Dərslikdəki rus ədəbiyyatından tərcümə olunmuş bədii nümunələr də R.Əfəndizadəyə aiddir. R.Əfəndizadənin İstanbulda 1907-ci ildə çap olunan ikinci kitabı da "Bəsirətül-ətfal" adlanır. Bakıda 1901-ci ildə çap olunmuş "Bəsirətül-ətfal" dan fərqli olaraq, bu dərslik müsəvvərdir(şəkillidir). Dərslikdə məşhur rus rəssamı V.A.Taburinin illüstrasiyalarından istifadə olunmuşdur. Bu illüstrasiyalar ilk dəfə rus yazıçısı və aktyoru L.A.Çarskayanın 1902-ci ildə Peterburqda nəşr etdirdiyi "Tələbə qızın gündəliyi" əsərində işıq üzü görmüşdür. Dərsliyin ən yaxşı şəkillərindən birində riyaziyyat müəllimi   Qriqori Porden (tələbə qızlar onu özlərinə yaxın bilib " Qri-Qri dayı" adlandırırdılar) dərs dediyi tələbə qızların əhatəsində verilmişdir. Müəllim -şagird münasibətlərini öyrənmək baxımından bu şəkil maraqlı görünür. R.Əfəndiyevin İstanbul "Bəsirətül-ətfal"ı İstanbulun Babəli caddəsində 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəəsində çap olunmuşdur. Həcmi 1901-ci ildə Bakıda çap olunan "Bəsirətül-ətfal"ın həcmindən xeyli azdır- 128 səhifədir.


Rəşid bəy Əfəndizadənin bundan əvvəlki iki dərsliyi kimi bu tədris kitabı da kitab nəşri tariximizdə layiqli yer tutur. XIX əsrin II yarısından başlayaraq Azərbaycan-Türkiyə arasında ədəbi, elmi və eğitim əlaqələrinin genişlənməsində müxtəlif növ məktəblərdə çalışan digər müəlimlər--Bakı Real Məktəbinin müəllimi, "Əkinçi" qəzetinin redaktoru Həsən vəy Məlikov (Zərdabi),"Ziya" qəzetinin redaktoru, əvvəllər Şamaxıdamüəllim və qazı işləyən Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul"Şərqi-Rus" qəetinin redaktoru  Məhəmməd ağa Şahtaxtinski, İstanbul Universitetinin məzunu Cavid Əfəndi Rasizadə (Hüseyn Cavid), "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından - M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları misilsiz pedaqoji fəaliyyətləti ilə tarixə düşmüşlər.xidmətlər göstərmişlər. Onların yaradıcı fəaliyyəti bugünkü müəllimlərə gözəl nümunədir. Türk dünyasının  tarixi, adət -ənənələri , etnoqrafiyası, ədəbi dili, pedaqoji mətbuatı və egitim siyasəti ilə ilgili olan digər məsələlərinin həlli yolunda hələ  görülməyən işlərimiz çoxdur. Bu məsələlərin həllində müəllimləri qüvvəsi səfərbər olunmalı, onların yaradıcılıq axtarışlarına qayğı və sayğı daha da artırılmalıdır.

Xülasə

Məqalədə öğrətmən egitimində araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti Azərbaycan- Türkiyə arasında eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti kimivacib olan proqram xarakterli işlərin görülməsinə cəlb edilir.

 

Resume

The article is about the importance of investigation in teaching and the role of Azerbaijan teachers in this project.

 

Açar sözlər- araşdırma, öğrətmən, yaradıcılıq, məktəb, fənlərarası əlaqə

Qaynaqlar (İstifadə olunmuş ədəbiyat )


1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.

2.Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.

3.Rəşid bəy Əfəndiyev,"Bəsirətül-ətfal",Bakı,1901.

4.Rəşid bəy Əfəndizadə.." Bəsirətül-ətfal.,İstanbul,1907.

5. Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.

6.Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.

7. ARDTA - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. Fond    291,siyahı 5,saxlamavahidi 2497, vərəq1-7

8. ARDTA. Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.

9.ARDTA. Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.

10. "Ziyayi-Qafqasiyyə" qəzeti, N 15 ,5 may 1882--ci il.

11. "İşıq" qəzeti , 1912-ci il , N 9

12.Nazim Nəsrəddinov .  Rəşid bəy Əfəndizadəin  Bəsirətül-ətfal                                 dərsliyi.İstanbulda-1907. i.Davam.az.  30.11.2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM