15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ

09:10 / 14.09.2017

 

Bakıda qətliam törədən erməni quldurları sülh təklifinə İran bayrağı ilə gəlmişdilər

 

Bakının erməni-bolşevik işğalından azad olunmasının 99 illiyi qeyd olunur. Biz də Azərbaycanın yaxın keçmişinin ən şərəfli tarixin olan 15 sentyabr hadisələrinə faktların dili ilə qısa nəzər yetirməyə lüzum bildik. Bu cəhd həmin dövrdə qəhrəmanlıqları ilə tarix yazan Azərbaycan və türk əsgərlərinin şəhid ruhları qarışısında borcümüzü qismən də olsa, yerinə yetirmək məqsədi daşıyır. Bu yazıda Bakının azad edilməsi ilə bağlı Türkiyədə həmin əməliyyatlarda bilavasitə iştirak etmiş zabitlərin maraqlı qeydlərindən daha geniş istifadə edilib.

Beləliklə, 28 may 1918-ci ildə elan edilən müstəqillik bəyannaməsindən dərhal sonra Azərbaycanla Türkiyə arasında 4 iyun 1918-ci ildə Batumda imzalanan müqavilə əsasında Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərməyiə öz üzərinə götürmüşdü. Müqavilədən dərhal sonra Nuru Paşanın rəhbərliyi ilə 5-ci Qafqaz diviziyası Gəncəyə gələrək Azərbaycan ordusunun quruculunğunda iştiraki etməyə başladı. 5-ci Qafqaz diviziyası ilə o vaxt Azərbaycan silahlı qüvvələrinin əsasını təşkil edən Müsəlman Korpusu Qafqaz İslam Ordusu adı altında birləşərək Azərbaycanın istiqlalı üçün mühüm hədəfləri həyata keçirməyə başladı. Bu ordunun qarşısında dayanan ilk hədəf Gəncədəki ermənilərin tərksilah edilməsi idi. Bu iş uğurla başa çatdırdıqdan sonra QİO-nin qarşısında artıq Gəncəyə doğru irəliləyən Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak qüvvələrinin qarşısını almaq, nəhayət müstəqil Azərbaycan böyük əhəmiyyət kəsb edən Bakının azad edilməsi hədəfləri qoyulmuşdu.

Kürdəmir, Göyçay və Şamaxıda aparılan döyüşlərin ilkin mərhələsində işğalçı qüvvələrin qərbə doğru irəliləməsinin qarşısı alınsa da, Bakının azad olunması üçün hazırlanan ilk əməliyyat uğursuzluğa düçar olmuşdu. 5 avqust hücumunda Azərbaycan-türk birəşmələri qəhrəmancasına döyüşmələrinə baxmayaraq, döyüş sursatının çatışmaması nəticəsində, düşmənin əks-hücumu ilə orduya tabe olan Cənub və Şimal qruplarının birləşmələri Bakının 4 kilometrliyindəki Bibiheybət dəmiryolunun qərbindəki xəttə geri çəkilmək məcburiyyətində qalmışdı.

Bakı hücumunun boşa çıxması, düşmən cəbhəsində əhval-ruhiyyəni yüksəltmişdi. Erməni və rus birləşmələri, habelə general Denstervilin komandanlığı altındakı ingilis birləşmələri burada möhkəmləndirildiyi kimi, avqustun 6-dan etibarən müxtəlif ünsürlərdən olan əli silah tutan 16-65 yaş arasında olan kişilər də əsgərə çağırılmışdılar. Bu tədbirə qarşı çıxan, əsgər olmaq istəməyən müsəlmanlardan 600 nəfəri qəddarcasına edam edilmişdi.

İlk uğursuzluqdan sonra Bakı cəbhəsinə gəlib, hissələrin vəziyyəti ilə yerində tanış olan Qafqaz İslam Ordusunun qərargah rəisi, polkovnik-leytenant Nazim bəyin təəssüratları çox da ümidverici görünmürdü. Əsgərlər yorğun və ruhdan düşmüş halda idi. Döyüşdə çox itki verilmiş, zabit və əsgərlərin sayı azalmış, davam edən döyüşdə 5-ci Qafqaz diviziyası şəxsi heyətin yarısını itirmişdi. Bu çatışmazlıqları aradan qaldırmaq üçün və eləcə də Bakıdakı erməni, rus ingilislər

qüvvələri müdafiə fəaliyyəti ilə məşğul olduqlarından, 25 avqust 1918-ci il tarixinə qədər iki tərəf arasında ciddi döyüş olmamışdı.

İkinci Bakı hücumundan mütləq nəticə əldə etməyi və şəhəri ələ keçirməyi qarşısına məqsəd qoyan Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı qarşısındakı birləşmələrin gücləndirilməsi üçün Türkiyənin Şərq Orduları qrupundan yardım tələb etdi. Buna görə 15-ci diviziyadan təchizatı yaxşı olan 56-cı alay və 36-cı Qafqaz diviziyasından 106-cı Qafqaz alayı 15-ci diviziyanın komandiri polkovnik Süleyman İzzət bəyin komandanlığında Qafqaz İslam Ordusunun əmrinə girmək üçün 3 sentyabr 1918-ci ildə Gümrüdən yola düşdü. 15-ci diviziyanın qərargahı ilə birlikdə boşaltdığı bölgəni 36-cı Qafqaz diviziyası təhvil götürdü. 15-ci diviziya 191 zabit və 5541 əsgərə 9 sentyabrda Bakı cəbhəsinə çatmış, bundan sonra şəhərə qarşı hücum qətilik qazanmış, bu məsələdə Qafqaz İslam Ordusu komandanlığından verilən 10 sentyabr tarixli əmrlə hücum hazırlıqlarına başlanmışdı. Hücumdan əvvəl Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilmiş, cəbhədəki bütün birliklər bilavasitə hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilmişdir. Bu vəziyyətdə 5-ci Qafqaz diviziyasına Mürsəl Paşa, 15-ci piyada diviziyasına polkovnik-leytenant Süleyman İzzət bəy, Cənub qrupu birləşmələrinə isə polkovnik Cəmil bəy, polkovnik-leytenant Halim Pertev bəy Cənub qrupu daxilində olan və Azərbaycan könüllü birləşmələrindən ibarət 4-cü alaya rəhbərlik edəcəkdi.

13 sentyabrda Qafqaz İslam Ordusunun komandanlığı diviziyalara göndərdiyi əmrlə 14 sentyabr saat 02.00-dan əvvəl Bakıya qarşı hücumun başlayacağı bildirildi. Hücum üçün bütün hazırlıqların tamamlandığı Bakı cəbhəsində təxminən 8000 Osmanlı əsgəri və 6000-7000-ə qədər Azərbaycanın hərbi qüvvələri toplanmışdı.

5-ci Qafqaz diviziyasının hücumu ilə yanaşı, Şimal cəbhəsində 15-ci piyada diviziyasının hücumu da uğurla başa gəlmişdi. Ermənilərin 5-ci Qafqaz diviziyası qarşısında olan qüvvələri gücləndirməməsi və yerindən tərpənməyə imkan verilməməsi üçün saat 04.00-ə yaxın erməni mövqeləri türk topçuları tərəfindən atəşə tutulmuşdu. 38-ci alay Biləcəri yüksəkliklərinə doğru hücuma keçərək müdafiə xəttinə 500 metrə qədər girmiş və şiddətli bir döyüş başlamışdı. Döyüşlərdə ələ keçən əsirlərdən alınan məlumata görə, 38-ci alayın cəbhəsində 100-ü ingilis, qalanı erməni və ruslardan ibarət olan 907 əsgər, 20 top və 16 pulemyot vardı. Şimal cəbhəsinin daha şərqində 15-ci piyada diviziyasına aid olaraq hərəkata qatılan Azərbaycan könüllülərindən ibarət Maştağa dəstəsi Sabunçunu ələ keçirə bilmişdi. Zehni bəyin dəstəsi isə Əhmədli istiqamətində irəliləmişdi .

11 sentyabrda cərəyan edən döyüşdə 5-ci Qafqaz diviziyasının 56-cı alayından bir zabit və 16 əsgər şəhid olmuş, 2 zabit və 74 əsgər isə yaralanmışdı, 15-ci piyada diviziyasının 38-ci alayından 1 zabit şəhid olmuş, 1 zabit və 116 əsgər də yaralanmışdı. 107-ci alaydan isə 8 zabit və 80 əsgər yaralanmışdı.

Qafqaz İslam Ordusu komandanlığının 14 sentyabr axşamı verdiyi əmrlə sentyabrın 15-i səhər hücuma davam edərək həmin gün şəhərin azad ediləcəyi bildirildi. Sentyabrin 14-dən 15-ə keçən gecə iki tərəf arasında qarşılıqlı piyada və pulemyot atəşi davam etmiş, ətrafın işıqlanması ilə birlikdə top atəşi də başlamışdı. Bakını müdafiə etməyə çalışan əsgərlərin böyük hissəsinin «Qırmızı kazarma»

deyilən yerdə toplandığı məlum oldu. Hücuma keçən 13-cü, 9-cu və 56-cı alaylar şəhərə girməyə başlamışdılar.

Artıq müqavimətin səmərəsiz olduğunu görən ermənilər danışıqlara başladılar. 15 sentyabr saat 10:30-da İran bayrağı ilə bərabər ağ bir bayrağın olduğu avtomobilə 5-ci Qafqaz diviziya qərargahına iki nəfər gəlmişdi. Bunlar İran konsulu və 5-ci Qafqaz diviziyasına qarşı döyüşən erməni birləşmələrinin Bakı qərb cəbhəsi komandiri idi. Şəhərin təslim olacağını bildirmiş, təslim şərtlərinin Bakı hökuməti, İran, ABŞ, İsveç, Danimarka konsulları və bir ingilis zabitinin də daxil olduğu heyət tərəfindən müzakirə edilməsi təklifini irəli sürmüşdülər. Bu irəliləyiş orduya bildirildikdən sonra 5-ci Qafqaz diviziyasının qərargah rəisi polkovnik-leytenant Rüştu bəyin gələn bu iki təmsilçi ilə birlikdə məsələni müzakirə etmək üçün Bakıya göndərilməsi məsələhət bilinmişdi. Bakıya gələn polkovnik-leytenant Rüştü bəy şəhərdə tam bir təhviş əhvalının olduğunu görmüşdü. Azərbaycan türkləri ilə ermənilər arasında küçə çəkişmələri başlanmış, erməni əsgərləri də çaşqın bir şəkildə sağa-sola atəş açaraq Bakıda vəhşiliklərini nümayiş etdirirdilər. Polkovnik-leytenant Rüştü bəy bu mənəzərələrdən nəticə çıxardıqdan və şəhərdəki ermənilərlə söhbətdən sonra təslim şərtlərinin müzakirə olunacağı heyəti yanına alıb diviziya qərargahına qayıtmışdı .

Qərb cəbhəsindən edilən hücumla Bakının ələ keçirilməsinə şərait yaratmış və 38-ci və 107-ci alayların hücumları nəticəsində də Bakını müdafiə edən şimal cəbhəsi süqut etmişdi. Ciddi müqavimətlə qarşılaşmayan 38-ci alay sürətlə Ermənikənd istiqamətində irəliləyərək erməni və rus əsgərlərini məğlub etdi. Ermənikənd səhərin ilk saatlarında ələ keçirilmişdi. Bakının şimal və şimal-şərqində hakim olan yüksəklikləri saat 07:30-da ələ keçirib Malakankənd deyilən mövqeyi ələ keçirdi. Beləliklə 37-cə və 107-ci alayın birlikləri Bakının Çernıqorod hissəsini ələ keçirmək üçün hərəkət etdi, bu əməliyyatda iki zabit olmaqla 52 nəfər itki verildi.

5-ci Qafqaz diviziyasından gələn bir raportda şəhərdən gələn nümayəndələrin Bakının təslim olma şərtlərinin müzakirə olunduğuna görə top atəşinin kəsilməsi tələb olundu. Bir saatdan çox davam edən küçə döyüşlərindən sonra 38-ci alayın komandirinin yanına 4 erməni təmsilçi gəldi və şəhərin 4 saatdan sonra təslim olacağını bildirdi. Bundan sonra atəş kəsildi və sakitlik bərpa olunandan sonra əsgərlər və əhali qruplar şəklində əllərində ağ bayraqlar silahları ilə birlikdə təslim olmağa başladı. Bakı döyüşlərində Maştağa dəstəsi Keşlə stansiyasını döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi Zığ dağını ələ keçirdi. Ləzgi süvari alayı isə sahili qorumaq üçün Hövsandakı mövqelərdən çixaraq Zığ dağında möhkəmləndi. 15 sentyabr saat 15:00-a qədər davam edən əməliyyatın sonunda Bakını müdafiə edən erməni, rus və ingilis müdafiəçilərin müqaviməti qırıldı. Bakının müdafiə edən birləşmələrin rəhbələri gəmilərə minib qaçmağa başladılar. Erməni və rus birləşmələri daxilində isə anarxiya yaranmışdı. Bakıdan gələn heyətlə 5-ci Qafqaz diviziya qərargahında Bakının qeyd-şərtsiz dərhal təslim edilməsi, müdafiə edən əsgərlərin təslim olması, silah-sursat, dövlət əmlakı və binaların təhvili, silah anbarları, yük maşınları, zirehli avtomobillər və təyyarələr daxil olmaqla bütün texnikanın təhvil verilməsi, Nargin adasında olan türk, alman və avstriyalı əsirlərin təhvil verilməsi şərtlərinin yer aldığı müqavilə imzalandı.

Beləliklə, küçə döyüşlərindən çəkinən ermənilər Bakını təslim etdi və Bakı ərazsinin komandanlığına cənub qrupu komandiri Cəmil Cavid bəy təyin edildi.

36 saat davam edən 2-ci Bakı hücumuna qatılan 5-ci Qafqaz diviziyası və 15-ci piyada diviziyasının cəmi itkisi 800-1000 min nəfərə qədər idi. Avqust ayının əvvəllərindən 16 sentyabra qədər 5-ci Qafqaz diviziyasının verdiyi itki 1130-a, 15-ci piyada diviziyasının 14-15 sentyabr döüyüşlərində verdiyi itki 89 nəfərə çatmışdı. İtkin düşənlər 73 nəfər idi. Bu döyüşlərdə 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 başqa millətlərdən olmaqla əsgər əsir düşmüşdü. Şəhərin zəbt edilməsi ilə çoxlu sayda texnika və silah-sursat ələ keçirilmişdi.

Bakı azad edildikdən sonra Qafqaz İslam Ordusunun Gəncədə yerləşən qərargahı buraya köçdü. 9 sentyarbda Güzdəyə gələrək əməliyyatı yaxından izləyən Şərq orduları qrupunun komandanı Xəlil paşa və Bakı əməliyyatının rəhbəri Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 16 sentyabrda Bakı ətrafında birləşmələrin rəsmi keçidini qəbul etdikdən sonra şəhərə daxil oldu. Həmin şanlı tarixin müqəddəs qurban bayramına təsadüf etməsinə görə Bakı əhalisi üçün ikiqat bayram olduğunu yazan şahidlərin sözlərinə görə, şəhər sakinləri xilaskar ordunu böyük sevinclə qarşılamışdılar.

Həmin tarixdən sonra Qafqaz İslam Ordusu Şimali Qafqazda daha mühüm əməliyyatlarda iştirak etsə də, Bakının azad olunması Azərbaycanın istiqlalının möhkəmlənməsi baxımından tarixi hadisə idi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM