İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası

09:05 / 25.09.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

24 sentyabr- İ.Qasprinskinin ( 21 mart1 851- 24 sentyabr 1914 )  anım  günüdür


İsmayıl Mirzanın hər həftə oxuduğu  türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası və yaxud "Ziya" qəzeti  27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı? 


 Əvvlcədən deyək ki, bu nömrə qəzetin ikinci sənəsinin (ilinin) 4-cü nömrəsidir.  "Ziya"nın tarixi ilk dördüncü nömrəsi 1879-cu il fevralın 15-də çıxmışdır. Bu nömrənin baş məqaləsi  məzkur nəşr orqanının imtiyaz sahibi  olan Səid Ünsizadənin maarifçilik dünyagörüşünü əks etdirən  "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində" adı ilə çap olunan yazıdır.

Bu məqalədən öyüd və nəsihət xarakterli bəzi fikirləri,metodiki istiqamətləri  oxuculara çatdırırıq.
1.Allah-təala bizə  oxumaq və yazmaq nemətini və təlim və tərbiyə qabiliyyətini əta edibdir.
2.Bu zəmaədə mülk və millətin tərəqqisi elm və mərifətə,müxtəlif dillərə arif olmaqdadır.
3.İndi neçə dil bilmək lazımdır  və məktəb və mədrəsələrimizdə nə qaidə ilə gərək dırs oxunsun?

 Səid Ünsizadə "Ziya"nın sonrakı nömrələrində də  məktəb və maarif məsələlərini ən ümdə məsələ kimi oxucunun diiqətinə çatdırırdı. Yerlərdən S.Ünsizadənin tərəfdarları Tiflisə- "Ziya" qəzetinin idarəxanəsinə öz fikir və düşüncələrini əks etdirən yazılar göndərirdilər.Belə müəlliflərdən Şamaxıdan S.Ə.Şirvanini,Şuşadam Ağamirzadəni,Tambov Quberniyasından M.H.Əlqədarini,Göyçaydan İsmayıl Nazirzadəni,Tiflisdən müfti  Əbdülhəmid Əfəndizadəni,şeyxülislam Əhməd bəy Hüseynzadəni, şərqşünas Adolf Petroviç Berjeni, Nuxadan İsmi Sədrəddinbəyovu və başqalarını göstərmək olar.

Yerlərdən Ziyaya məktub göndərən müxbirlərdən biri də  sonralar türk mətbuatında əzəmətli işlər görən Bağçasaray şəhər məclisinin sədri İsmayıl Mirza(İsmayıl bəy Qasprinski idi. Onun  "Ziya" qəzetində çap olunmuş ilk məqaləsi  "Bağçasaraydan göndərilən məktub" adlandırılır. Bu yazı haqqında  ilk   məlumatı dünyanın türkdilli oxucularına biz çatdırmışıq.

Faidədən xali olmadığı üçün həmin yazını yenidən oxucuların mütaliəsinə istiqamətləndiririk.

                                    "Bağçasaraydan göndərilən məktub

   Məlumdur ki, Rusiya dövləti içərisində olan  millətlər, məsələn ...,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər.  İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi  bir ğazetəsiz  olduqları çox təəccübdür.

   Ğazeta- millətin lisanıdır. Ğazetələr  millətə  mühafiz ola bilürlər. Ticarət və hansı səlahiyyət  (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər. Millətin  aqilinə(əqlinə) və fikrinə inayə (kömək-?)  ola bilürlər. Qısası, ğazetəsiz, və kitabsız millət  sağır (kar)  və dilsiz adama bənzər. Bu halda tatar lisanında  "Ziya" ğazetəsi  nəşr olunması pək(çox) faidəli,iftixarlı iş olduğundan  ziyadəsilə xoşnud olduq. "Ziya" ğazetəsinin gündən-günə ilərü(irəlü)  getməsini istəriz(istəyirik)  və məmnun ediriz .Bundan sonra  bəz-bəz "Ziya" qazetəxanəsinə məktub və ğeyr kağızlar  göndərilməgini  kəndimizə borc ediriz. Bu  dəfə tərəfi-əhvalımızdan sual  olunur isə  həmd olsun bu sənə (bu  il- N.N.) Qırım  bərəkatı  ("bərəkət" sözünün cəmidir-N.N.)pək əla olmuşdur.  Əkin,meyvə, düxan (burada "tütün" mənasındadır- N.N. ) gözəl olub. Cümlə ticarət  pək  sırasındadır.Buğda  çox  oldusa da , qiyməti  çox bahalıdır. Şöylə ki, puti   on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan  şimdilik  zəhmət  çəkməyürlər.

Bağçasaray şəhr məclisindən 

İsmayıl Mirza" ( "Ziya" qəzeti, 7 noyabr 1879-cu il,N 42)

 

 

İsmayıl Mirza "Ziya" qəzetinin ən fəal oxucularında və yazarlarından biri idi.Qəzetin sonrakı nömrələrində də onun imzalı və imzasız yazılarına rast gəlirik. "Ziya" йэяуеш (25.01.1879-26.06.1884,Tiflis ) bir çox  türk yazarlarına,
o cümlədən İsmayıl Mirzaya təcrübə məktəbi idi.Təsadüfi deyil ki,İsmayıl bəy ibn Mustafa 1881-ci ilin mayında "Ziya" qəzetinin mətbəəsində nəşr etdirdiyi "TUNĞUC" jurnalının birinci səhifəsində Səid Ünsizadənin maarifçilik fəaliyyətini çox yüksək qiymətləndirmiş,bir növ qələm dostunu mətbuatımıza yuxarıdan baxanlardan qorumuşdu,  onlara  bir növ  yerlərində dinc oturmaq xəbərdarlığı   etmişdi.

İndi keçək əsas mətləbə. Oxucuları demək istədiyimiz mətləbdən hali etmək üçün qəzetin bir nömrəsinin  biblioqrafiyası ilə tanış edək.Araşdırma üçün qəzetin ikinci sənəsinin 4-cü nömrəsini vərəqləyirik.

"Ziya"nın 27.12.1879-cu il tarixli nömrəsində nədən danışılır,nəyə işarə edilir,hansı məsələlər qabardılırdı?

4 səhifəlik bu nömrədə qəzetin tarixi hicri və miladı təqvimlərin tarixləri ilə  göstərilmişdir. "Ziya"nın bu nömrəsi  islami təqvimin 1297-ci il məhərrəm ayının 25-də çap olunmuşdur ki,bu da miladi tarixlə 1879-cu il dekabr ayının 27-nə uyğundur.Qəzetin imtiyaz sahibi Səid Ünsizadə, müdir və mühərriri isə Cəlal Ünsizadədir (Cəlal Ünsizadə Səid Ünsizadənin ortancıl qardaşıdır-N.N.). Qəzetin   idarəsi  Tiflisdə Vorontsov küçəsində Ağaələsgərin 
35 nömrəli xanəsində yerləşir. "Ziya"  həftədə bir dəfə təb olunur.

Qəzetin loqosunda iki sünbül arasında  "Ziya" sözü ,onun altında isə ilk sənəsinin(ilinin ) tarixi islam təqvimi  ilə 1296 rəqəmi verimişdir.Yeri gəmişkən qeyd edək ki,  "Ziya"nın ilk nömrəsi 1296-ci il səfər ayının 14-də çıxmışdır ki,bu da miladi təqvimin  25 yanvar 1879-cu il tarixinə uyğundur.

Nömrənin birinci səhifəsində çap olunmuş materialların mündərəcatı verimişdir.

!.Teleqrafnamələr

2.Məmləkət əhvalatı

3.Paytaxt qəzetlərinin tazə xəbərləri
4.Ovraq və məkatib ( Vərəqlər və  yazışmalar -N.N.)

5.Elan.

 Teleqraf xəbərlərinin sayı15-dir. Bunlardan 4-ü Peterburqdan, 2-si İstanbuldan,  2-si Madriddəndir.Burada Paris və Vyanadan  alınan teleqraflar da  yerləşdirilmişdir. Bəzi tleqraflar qəzetə ehtiyatla  verilmişdir:

"İstanbul.12 dekabr. Standart qəzetəsində xəbər verilən əhvalat ki,Prizrində əhali qiyam edib,iki kəlisa və bir neçə xristian evlərini yandırıb və qarət ediblər.Bu xəbər doğru degildir".

Nömrənin ən maraqlı qəzet təcrübəlrindən biri budur ki, iri materiallar "Ziya" başlığı altında şərh olunur. Qəzetdə "Ziya"ya göndərilən bəzi məktublar da burada işıqlandırılır.Məsələn, " keçən ayda Qırım müftisinin  vəfat eləməgini Yaltadan xəbər verirlər ".

"Ziya"  bəzən əvvəlki nömrələrində bəhs etdiyi bəzi məsələ və xəbərlərə də yenidən yer ayırmağı  lazım bilmişdir.

"Darülfünunda rusi təhsildən qurtarmış  və bu halda Gəncədə sledovatel(müstəntiq) mənsəbinə məmuriyyətdə olan Əsgər bəy Adıgözəlov bizim Azərbaycan dilində  bir coğrafiya kitabının tərcümə və tərtibinə himmət edib... "

   Qəzetin məzkur(haqqında danışılan) nömrəsində   "Ovraq və məkatib" başlığı altında iki müxvbir məktubu və qəzetin bu yazılara münasibəti verilmişdir.Birinci məktub (vərəqə-N.N.) Axısqadandır.  Sorğu-sualdan qaçmaq üçün müxbirin adı göstərilməyib.  

İkinci məktubun Batumdan Mirzə Şətrənc tərəfindən  göndərildiyi göstərilsə də, əslində üslub və ieya baxımından onun Səid Ünsizdə tərəfindən yazıldığını güman etmək olar. Ehtimalımızın qüvvəsi üçün Batum məktubunu olduğu kimi oxuculara çatdırmağı lazım bildik. 

                                                      Vərəqə              

 Cənab Ünsizadə,(məktublar müdir və mühərrir olduğu üçün çox vaxt Cəlal Ünsizadəyə göndərilirdi-N.N.) məşhur məsəldir ki, bir ərəb  rəbtdə (səfərdə-N.N.) olduğu  halda, qonşularından birinə rast gəlib, ondan xəbər aldı ki, mənim dəvəm sağdırmı?Hərif cavab verdi ki,xeyr,sağ degildir.Çünki evin viran olan vəqtdə əyalın altında qalıb vəfat etdigindən ehsanına dəvə zəbh  olundu ( kəsildi-N.N.).

Ərəb bu szü eşidən bəqtdə sərasimə (həyacanla) əsasını əlinə alıb hərifə əlvida elədi.

Qissədən hissə bizim halımzdır. Bu illərdə Qafqaz ziraəti həyatı -təbiədən məhrum olduğu kimi, Baküdə təb və nəşr olunan "ƏKİNÇİ" qəzetəsi dəxi məhrum oldu.  "ZİYA"nın axırıncı nömrələrində eşidilən dadü fəryad  yəqin bunu işarə edir ki, onun da başına ev yıxılacaqdır.

 Böylə olan surətdə bir neçə nəfər elmdost  Qafqaz müsəlmanlarına lazım  gəlmir ki, salərimizi əlimizə alıb, Qafqaza xitabən deyək ki,ey dünyanın elmü-fəzlindən bibəhrə qalan müsəlmanlar və ey zahirdə özlərini alim gösrərib, nəfsi-əmrdə cahil olanlar və ey bielmlik səbəbilə Qafqaz məhəllərini və Sibirya  mülkünü doldurub mədaris bə məkatibi xali qoyan bihimmət və ey əşvarat dünyəviyyənin əksərindən gözü bağlı  və qafil qalanlar vay... vay... sizi Allaha tapşırıram.

Sizə əlvida olsun.

 Xatirimdə var  sair ki, bir neçə il bundan əqdəm  Suşidə olduğum vəqtdə Qafqazda əcəli-əkrəm hesab olunan bir zati-şərif Şuşiyə təşrif gətirmişdi.Adətdir ki, bu gunə şəxslər hansı məhəllə varid olsalar, o yerin məktəb və həbsxanələrini  və  sair mühüm olan bölgələrini müayinə və müşahidə edərlər...
 ...Din və  millət qardaşlarımızın cümləsindən təvəqe olunur ki,  "Ziya" qəzetinin ziyabəxş  olmağına  səy və himmətlərinin əsirgəməyib, Zaqafqaz məhrusəsində ( dövlətində-N.N.)islam dilində nəşr olunan vahid və yekta olan qəzetənin  (" Ziya " qəzetinin-N.N.) hifz və hərasətində olub,  qoymasınlar ki, istehkamə çatmamış  binası viran olub xanə bərbad osun. Ancaq onun səbəbilə ola dilər ki,öz həmmilətlərimizlə ahəstə-ahəstə xidmət edək.


Batum,1 dekabr 1879.


Mirzə Şətrənc".

 Maraqlıdır ki,qəzet və onun cəmiyyətin,xalqın,millətin tərəqqisi yolundakı əhəmiyyəti haqqında   bu fikirlər "Ziya" qəzetinin 19 noyabr 1879-cu ildəki 44-cü nömrəsində dərc olunmuş məqalədəki fikirlərlə üst-üstə düşür.

  Başqa sözlə,Səid Ünsizadə çox güman ki, şahmat gedişi edərək diqqəti özündən kənarlaşdıraraq, ziyalıları "Ziya"ya qayğı göstərməyə çağırırırdı.Qəzetin digər nömrələrində bu takma ada- Nirzə Şətrəncə  rast gəlmirik.

Qəzetin axırıncı səhifəsindəki elanların cərgəsində  maraqlı bir xəbər də diqqəti cəlb edir:" Türk dilindən rus dilinə iki cilddə  lüğəti-külliyyə  "ZİYA" mətbəəsində satılmaqdadır ".

Maraqlıdır, görəsən, bu lüğətin tərtibçisi kimdir?

Azərbaycan mətbuat tarixində özünə şərəfli yer tutan bütün nəşrlərin biblioqrafiyasını hazlrlamaq,onları elmi ictimaiyyətin istifadısinə istiqamətləndirmək bu gün çox gərəkli görünən və lazım bilinən məsələlərdəndir.

 Bu yolda  ilk addımları ali məktəblərin müvafiq kafedraları,AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və M.Füzuli adına Əlyazmalar İnstitutu  atmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM