Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü

08:55 / 06.10.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

İki gündür ki,telefonlarım susmur.Müxtəlif vaxtlarda dərs dediyim şagird və tələbələrim zəng edir,bəziləri bayram sözünü işlətməsələr də hal-əhval tutur,bəziləi şablon cümlələrlə telefonun o başından məni təbrik edir,işlərimdə mənə uğurlar arzulayır.Bəziləri də bəlkə dünyamı müəyyənləşdirmək istəyirlər.

Bəli,mən müəlliməm və adımdan sonra müəllim sözünü yazmağa utanmıram.Pedaqoji fəaliyyətimə lazımi qiymət verilmişdir. Kimlərsə hələ də məni xatırlayırlar, yada salırlar.
 

  Türklər müəllimə, dərs deyənə   "öğretmen" deyirlər.  

  "Öğretmen" - türk  mənşəli sözdür. Kökü "öyrətmək" feilidir. Azərbaycanda bu sözün əvəzinə, ərəb mənşəli "müəllim" sözü işlədilir.

 Dilimizdə indi "müəllim" sözünün bir sıra  çoxmənalı variantları  yaranmışdır. Bu söz ƏRƏB-FARS sözləri lüğətində iki cür izah edilir :

     müəllim 1   -    1) ələmli,dərdli,kədərli;   2) kədərləndirən, qüssə gətirən,  qəmləndirən
.
    müəllim 2   -    dərs verən,tədris edən adam                              

 Əlbəttə,yaxşı müəllimlər o qədər çoxdur ki,  bu sözün  "ələmli, dərdli, kədərli" variantları, demək olar ki, yada düşmür. Azərbaycanda müəllimlik hörmətli, izzətli sənət, peşə sayılır. Bəzən, maaşını məktəbdən almayan nümunəvi,a ğıllı, dərrakəli adamlara da "müəllim" sözü ilə müraciət edirlər. Təəssüf ki, bu sözün avam, öz hüququnu başa düşməyən, təkbaşına cəngavərlik etmək istəyən adamlara ünvanlanan məna variantı da var.Mən bu sözləri deyəndə "Bizim Cəbiş müəllim"i xatırlayıram. 
     Həqiqi müəllim müəllimliyini gizlətmək istəsə də bir iki kəlmə deyən kimi müəllimliyi üzə çıxır.  Müəllim - işıqlı, ziyalı adamdır.
    Mən uşaq olanda, hələ məktəbə getməyəndə, 5 yaşım olanda  (beş yaşımdan oyankı həyatım yadıma düşmür) neftçi olmaq istəyirdim. Bu, hardan ağlıma gəlmişdi , hələ də bilmirəm. Neft Bakısından uzaqda -indiki  Qəbələdə, ovaxtkı Qutqaşendə  yaşayırdıq. Burada bir dənə də olsun neft buruğu yox idi. Bəlkə də evdəkilərin bizə oxuduqları kitabda  neft haqqında material var imiş.
    Nə isə...Mən orta  təhsilimi  7 rayonun   əsasən kənd  məktəbərində almışam.Bu,"səyahətlər" atamın  nazirlikdən verilən iş təyinatları ilə əlaqədar idi.
    Mənim ilk müəllimim  Zərxanım müəllimə idi.Bizə  bir-iki ay dərs deyəndən sonra analıq məzuniyyətinə çıxdı.
   Onunla Vəndam  dağlarının fonunda çəkdirdiyimiz şəkli  itirmişəm. Maraqlı şəkil idi: sinfimizin  7-8 çagirdi  Zərxanım müəllimənin işığına toplaşmışdı.
   Zərxanım müəllimənin  dərsləri biz birinci sinif şagirdlərinə çox  nəsnələri   öyrətmişdir.
   Zərxanım  müəllimə  2006-cı ildə 80 yaşında  dünyasını dəyişib.Allah rəhmət eləsin!
   Sonralar  Şəkidə Sona müəllimədən,  daha sonra Şölə müəllimədən dərs almışam.

Şölə müəlimənin oğlu bizdən bir-iki yaş  kiçik  idi.Onu görməsək də, yaxşı tanıyırdıq.  Şölə  müəllimə bizi oğlu Kamilin timsalında tərbiyə   edirdi: sözünün əvvəli də,axırı da  rəhmətlik  Kamil idi.
    Orta məktəbdə  mənə  müxtəlif  fənnlərdən dərs deyən  müəllimlərdən  biri Mikayıl Müşfiqin dostu  Diyallılı  Qasımbala müəllim idi. Səhv etmirəmsə, bizə dərs deyəndə təzəcə bəraət almışdı. O, 37-ci ilin  əzabkeşlərindən biri olsa da, heç vaxt dərsdə bunu vurğulamırdı.Bəlkə də bizlər-6-cı sinif şagirdləri bunu başa düşməmişdik.

    XI sinfin ikinci yarısında Ağsuda  mənə dərs deyən  Almaz  xanımı, Azərbaycan dili və ədəbiyyatı müəllimi  Fazil müəllimi,  sinif rəhbərimiz  riyaziyyatçı  Arif müəllimi və daha  bir neçə öğretmeni bilik və  bacarıqlarına görə hələ də  unutmamışam. Şair Şəhriyar   uzun ayrılıqdan sonra Təbrizə qayıdıb müəllimi Molla İbrahimi, uşaqlıq dostlarını  soruşan kimi, mən də   hələ də bu dünyanın ətəyindən bərk-bərk yapışıb qalan həmyaşıdlarımdan  ölənləri və qalanları  soruşuram.


    Qoy orta məktəb müəllimlərim,onların qohum-qardaşları incmsinlər: mənim ən yaxşı müəllimlərim universitet müəllimlərimdir.


     Azərbaycan Dövlət Univeritetinin filologiya fakültəsində  birinci dərs günü fakültənin dekanı Əlövsət Abdullayev bizə yaxşıca dərs verdi: dərsə bir az gecikənləri elə danladı ki, bu, hamımıza dərs oldu. 

  Ağamusa Axundov "Dilçiliyə  giriş"ə elə başladı ki, hamımız dilçiliyə girişdik.Yazılarımın birində  oxuculara   "Dünyanın ən işıqlı adamı"    kimi  təqdim  etdiyim Fərhad Zeynalov bizə  türk dillərinin zənginliyini incələdi.   

    Bir   az əsəbi olan  Ağamalı Həsənovun  dərslərini həmişə səbirsizliklə gözləyir, lakin ona   zəhminə görə mövzu ətrafında sual verməyə cəsarət etmirdik : onsuz da mövzunu elə dərsin özündə başa düşürdük.


    Fars dili müəllimimiz  Fəxrəntac müəllimə idi. Bu gözəl müəllimənin, gözəl qadının işıqlı simasını yaddan çıxarmaq çətindir. Fəxrəntac müəllimə mənə imtahanda  "beş"  vermədi ,"dörd" verdi, amma hər  nəsnədən əvvəl  qrupumuzun bütün tələbələrinə ərəb əlıfbasını, fars dilinin danışıq xüsusiyyətlərini öyrədə bildi.


   Dil tarixi müəllimimiz  Azərbaycan Respublikası Elmlər Akademiyasının  Dilçilik İnstitutunun direktor  müavini  professor Mirzə Rəhimov  idi. Universitetdə  saat  hesabı ilə işləyirdi. Seminar məşğələlərini aspirantları Şaməddin  müəllim  və  Əvəz  müəllim  ararırdı ( onların  hər ikisi vaxtından tez  dünyasını dəyişib.Allah hər ikisinə rəhmət eləsin).

   Mirzə Rəhimovun dərsləri hamya  maraqlı idi. Onun dərslərində heç kəs əsnəmirdi. Tələbələrimizin dilçilik təfəkkürünün yüksəlməsində M.Rəhimovun rolunu heç kəs inkar edə bilməz.
    Mirzə Rəhimov  - mən   Dilçilik İnstitutunun aspiranturasında  oxuyarkən  mənim elmi rəhbərim olub.Mən onu nədənsə həmişə  Türkiyənin Azərbaycan  əsilli alimi Abdülbaqi Gölrinarlıya oxşadıram. Qocaman alimə bu elmi oxşarlığı deməyə ehtiyat edirdim.     Ləyaqətli ziyalı idi Mirzə müəllim.Allah rəhmət eləsin.

    Universitetdə hamı  Samət Əlizadəni   ən nümunəvi şəxsiyyət, ən nümunəvi Füzuli tədqiqatçısı kimi  tanıyırdı. Lakin heç birimiz onu hələ diplomçusu  Sona Xəyal kimi  qiymətləndirə bilməyib. 

   Samət Əlizadə mənim  diplom işimin rəyçisi idi. Onun rəyinin surətini hələ də əziz bir xatirə kimi saxlayıram. Bu rəy S.Əlizadənin  maraqlı  elmi işi kimi qiymətləndirilə bilər.

                                  ***
  İnsanlar, sizə dərs deyən,bilik verən, ən başlıcası düşünməyi öyrədən  müəllimlərinizi unutmayın.

Gəlin ilin günlərinin birini - oktyabrın 6-nı - Beynəlxalq Müəllimlər Günündən sonrakı günü "Müəllimlərin Ziyarıəti Günü"  elan edək.

Vallah, xəncəririmizin qaşı düşməz..


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM