BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent
Cəmiyyətin sosial inkişaf dinamikası sosial və bioloji cinslərarası münasibətlərdə əsaslı dəyişiklikləri şərtləndirir. Bu isə öz növbəsində sivilizasiyanın ilk əlaməti kimi təcəlla edən monoqam ailənin struktur və məzmununda ciddi təbəddülatların determinantı kimi çıxış edir. Tarixə ekskurs etsək görərik ki, əvvəllər insanlararası qeyri-məhdud cinsi münasibətlər mövcud olmuş və bu münasibətlər atanın həqiqi şəkildə təyin edilməsi imkanını istisna etdiyi üçün mənşəyi yalnız ana xətti ilə müəyyən etməli olurdular. Bu vəziyyət ailədə qadının (ananın) hökmranlığını tam təmin edirdi.
Poliqamik ailə tipinin üstünlük təşkil etdiyi matriarxat cəmiyyət tədricən estafeti monoqam ailə tipini özündə ehtiva edən patriarxal cəmiyyətdə ötürdü. F. Engelsin təbirincə desək, matriarxatın devrilməsi (analıq hüququnun fiaskosu) qadın cinsinin dünyada tarixi əhəmiyyətə malik hüququndan məhrum etdi. Monoqam ailə birmənalı olaraq, kişi hakimiyyətinə əsaslanırdı. Daha dəqiq ifadə
etsək, monoqamiya bir cinsin digər cins üzərində əsarətini ifadə edir. Birini digəri üçün mülkiyyət formasına çevirirdi. Ailədə ana hakimiyyətinin süqutu qadınların icmada və cəmiyyətdə hüquqlarını tam itirməsinə gətirib çıxardı. Bu proses o həddə qədər irəlilədi ki, hətta qadını iki inəyə dəyişmək mümkün idi və uzun müddət bu münasibət dəyişmədi. Hətta 585-ci ildə Makedoniya kilsəsi qadınların insan olmaması ilə bağlı məsələni ciddi müzakirə obyektinə çevirmişdi. Monoqamik ailələrdə kişi qadının həyat yoldaşı kimi çıxış etsə də, özünü onun sahibi kimi aparırdı. Nəsildən- nəslə keçən belə münasibətlər getdikcə adət halını alır, bir növ arxetipləşirdi. Bəşər tarixinin bir neçə mərhələsini əhatə edən kişi qadın münasibətlərinin, ailədə əsas struktur vahidlərinin bu münasibətləri fonunda cinsi şüur və stereotiplər formalaşmağa başladı. Əlbəttə, yaranmış reallıqda hansı cinsin özünü daha komfortlu hiss etməsi mübahisə obyekti ola bilməzdi. Ancaq tarixi proses yerində dayanmadığından ailənin struktur vahidlərinin rol dəyişiklikləri də qaçılmaz bir gerçəklikdir. Istər cahangirlik savaşları dönəmi, istər sənaye inqilabından yaxın dövrlərə qədər ailədə və cəmiyyətdə qadının rolu, funksiyaları, missiyası, kişilərlə müqayisədə ən yaxşı halda kölgədə qalır, kadrarxası görüntülənir, qadın uşaq fabriki (İ. Kant) kimi, kişinin rahatlğının təminatçısı kimi qitmətləndirilirdi.
Sovetlər birliyi dövründə də qadına “nəzakətlə” yanaşılır, o, zəif deyil, zərif məxluq kimi səciyyələnir, bir qədər önə çəkilir. Ancaq yaranmış yeni cəmiyyət də ailədə və cəmiyyətdə patriarxat əsasları sarsıda bilmədi, kişi - qadın nüfuzu sahəsində olan saldonu qadınların xeyrinə dəyişdirmək gücündə olmadı.
Qlobal miqyasda qadınların patriarxatdan xilas olması hərəkatı feminizm, sufrajizm dalğası gender islahatları şəklində təcəlla etməyə başladı. Onların istifadə etdiyi, üstünlük verdiyi əsas addımlar kimi kişi hakimiyyətindən qurtarmaq üçün qadın korporativ klinikalarının, klubların yaranması, qadının kişidən ayrı keçirdiyi vaxt yerlərinin olmasının tələb etməsini, qadınların qərarqəbuletməyə cəlb olunmasını qeyd etmək olar. Baş verən bu və ya buna bənzər proseslər ailənin məzmun və strukturuna da təsirsiz ötüşmür. Patriarxatın bərqərar olmasından bəri
ailə mürəkkəb strukturlu təsisat kimi institutlaşmaqda idi. Daha sonralar, o cümlədən günümüzdə ailənin geniş əhatə dairəsinə malik olan qohumluqdan “ailə izdivacı” adlı kiçik qrup şəklində məhdudlaşdırılması baş verməkdədir. Baba- nən institutunun tədricən sıradan çıxması ailə dayanıqlığının taleyində də fəsadlarla müşayiət olunmaqdadır. Bu ilk növbədə ailədaxili bəzi dəyərlərin sıradan çıxmasında, sosiallaşma prosesində ailənin funksionallığının azalmasında, nikah və boşanma saldosunun ikincinin xeyirinə dəyişməsində daha çox ifadəsini tapmaqdadır.
Cəmiyyətin sosial simasının substantiv şəkildəyişməsi ilə ailə təsisatının mahiyyəti və struktrunda baş verən fərqliliklər arasında qarşılıqlı səbəb-nəticə əlaqələri mövcuddur. Cəmiyyətin əsas nüvəsi sayılan ailə sosiallaşma agenti kimi cəmiyyətə nə qədər təsir edirsə, cəmiyyətdə və qlobal müstəvidə mövcud proseslər də ailə fəlsəfəsinə müəyyən edici təsir göstərir. Ən ümumi əsaslara görə ailə dayanıqlığına təsir edən amillər kimi ailədə qadının iqtisadi asılılığının azalması və deməli, qadının məşğulluq probleminin aradan götürülməsi, cəmiyyətin fərdin davranışına nəzarətin zəifləməsinə gətirib çıxarmış, geniş insan kütləsinin cəmləşdiyi meqapolislərin yaranması, matriarxata çağırış edən hərəkatların qadınların “maarifləndirilməsi” sahəsində apardıqları açıq və latent təbliğ, təşviq işləri və s. qeyd etmək olar.
Nə qədər təəssüf doğurucu fakt olsa da, belə bir fakt heç kimdə şübhə doğurmur ki, ailə dayanıqlığında qadının məşğulluğu ilə boşanmalar arasında sabit korrelyativ asılılıq mövcuddur. İstər mərkəzdə, istərsə də periferiyalarda qadınların işlizliyi və iqtisadi asılılığı ailədaxili subordinativ konstitusiyanın, ailədaxili nizam-intizamın, ailə dayanıqlığının xidmətdarı kimi çıxış edir. Hərçənd bu o nəticəyə gəlməyə əsas vermir ki, işləyən qadınların hamısı üçün ailə dayanıqlığı prioritet deyildir. Ailənin hər iki üzvünün işlədiyi bir-birindən iqtisadi asılılığı olmayan, qarşılıqlı anlaşma şəraitində yaşayan kifayət qədər ailə nümunələri vardır.
Ailə dayanıqlığına təsir edən amillərdən biri də uşaq, övlad faktorudur. Məsələn, 2015-ci il statistikasına görə Azərbaycanda 12765 boşanma halı qeydə alınıb ki, bunun da 6950-si uşağı olmayan ailələrin payına düşür. Sirr deyil ki, uşaq ailədaxili münasibətlərdə birləşdirici həlqə və bir çox potensial və real boşanmaların qarşısını alır. Təəssüf doğuran hallardan biri budur ki, ailə həyatı obrazına , uşaqların anadan olmasına yönəldilən tələbat azalmaqdadır. Acınacaqlı haldır ki, bu gün istər Avropada, nə qədər təəccüblü olsa da postsovet məkanında, o cümlədən Azərbaycanda ənənəvi ailə obrazına alternativlər özünü göstərməkdədir. Bu gün ABŞ əhalisinin 4-5 %-i konsensual ittifaqda yaşayır. Bunun ən ağır nəticələri cəmiyyətdə ahıl yaşın tənhalığıdır ki, bu da özünü hələ 1989-cu il statistikasına əsasən ABŞ üçün 23 milyon təşkil etməkdə göstərirdi.
Narahatlıq doğuran məqam nikahdan kənar uşaqların sayının artmasıdır. Belə ki, 2015-ci il statistikasına əsasən Azərbaycanda doğulan uşaqların 24038-i qeydəalınmamış nikahada olan qadınlar tərəfindən dünyaya gəlmişdir ki, bunun da 9411-i şəhər (o cümlədən 2974-ü Bakı), 14627-si isə kənd əhalisinin payına düşür. Həyəcan doğuran məqam odur ki, belə bir tendensiya pis örnəklər yaradır, nəsillərarası sosial varisliyin arzuolunmaz davamını şərtləndirir. Çox az hallarda natamam ailələrdən doğulan uşaqların ailə dayanıqlığı mümükün olur. Belə uşaqların gələcəkdə boşanma ehtimalı birgə yaşayan valideyn uşaqlarından 50% artıqdır. Çünki onlar üçün sələflərindən uğursuz nümunə var. Bu hadisələrin birbaşa və dolayı fəsadlarını yenə də cəmiyyət çəkməli olur. Natamamlıq kompleksi ilə “silahlanmış” belə insanların davranışları üçün müəyyən istisnalar çıxmaq şərtilə kin, qərəz, aqressivlik, qibtə və s.-dən doğan deviant və delikvent davranış fəaliyyəti spesifikdir.Təskinlik tapmağa imkan verməyən daha bir tendensiya isə odur ki, evliliyi həyat məqsədi saymayanların sayı və uzun müddət davam edən münasibəti ən azı evlilik qədər mənalı sayanların sayı durmadan artmaqdadır. Əgər nəzərə alsaq ki, nümunə götürüləsi mədəni-mənəvi coğrafiya Avropadır (burada həmin göstərici 74%-dir) onda problemin narahatlığı kimsədə şübhə doğurmaz.
Təəssüf doğurucudur ki, son illər Azərbaycanda da boşanmaların dinamikasında nəzərə çarpan artım qeydə alınıb. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4%-ni təşkil edir. Bu bir sıra Avropa ölkələri ilə müqayisədə kiçik rəqəm olsa da, Azərbaycan kimi ənənəvi cəmiyyətlər üçün qeyri-xarakterikdir. Müqayisə üçün bir sıra ölkələrin statistik mənzərəsi ilə tanış olaq. Məsələn, ABŞ üçün boşanma nisbəti 53%-dir, Rusitada 51%-dir, ateistlərin çoxluq təşkil etdiyi Belçikada 74%-dir, İsveçdə 47%-dir, Ukraynada 42%-dir, Macarstanda 67%-dir və s.
Boşanma hallarının qoşa və analoji müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, onu doğuran səbəblər içərisində etnopsixoloji, dini və mədəni determinantlar az rol oynamır. Hərçənd çoxsaylı sosietal səbəblər içərisində iqtisadi, daha doğrusu məşğulluq amili, habelə insan hüququ və azadlıqlarının qadınlar tərəfindən dərk olunacaq patriarxat asılılıqdan xilas olma hərəkatının fəallaşması nəzərə çarpan saldoya malikdir.
Boşanmalarla mübarizədə işi çətinləşdirən amillərdən biri də problemlə bağlı ictimai qınağın zəifliyi, ailələrdə nənə-baba institutlarının kənarda qalmasıdır. Ailə daxili münaqişələr qaçıılmazdır. Bəzən belə münaqişələr boşanmalar, kriminalla nəticələnir. Mürəkkəb ailələrdə nənə və babanın müdrik müdaxilələri belə münaqişələri tənzimləyir, cütlüklərə boşanma haqqında düşünməyə imkan vermirdi. Gənc cütlüklər üçün nənə-babanın timsalında dayanıqlı ailə nümunələri var idi. Ailələr nuklearlaşdıqca nəsillərarası bağ, varislik zəifləməyə başladı, gənc cütlüklərin ailələrin taleyilə bağlı qərar verməsində emosiyaların, çılğınlığın diqtəsilə sərbəstlik, məsuliyyətsizlik öz sözünü deməyə başladı. Halbuki nənə-baba institutu nəslin, şəcərənin varisliyini təmin etmək üçün bu məsuliyyəti həmişə öz üzərində görürdü. El qınağı deyilən bir damokl qılıncını başının üstündə hiss edir və ailə dayanıqlığını qorumaq üçün bütün mümkün həll variantlarını müdrikliklə həyata keçirirdi. Məhz bu səbəbə görə yenə də nisbətən müsəlman Şərq ölkələrində hazırki dövrdə boşanma halları belə institutların tarixə çevrildiyi Avropa, Amerikadan xeyli aşağıdır. Baxmayaraq ki, artıq patriarxal ailələrin üstün olduğu
ölkələrdə də oxşar proseslər start götürməkdədir. Belə ki, uzunömürlü ailələri ilə, ailə, nəsl, şəcərə bağlantılarına ultramühafizəkarlığı ilə seçilən Azərbaycanın nikah və boşanma statistikası ailə dayanıqlığı ilə bağlı həyəcan siqnalı çalmaqdadır. 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdur.
Ailə dayanıqlığı ilə bağlı medianın üzərinə ictimai qınağı əks etdirmək baxımından böyük məsuliyyət düşür. Bir sıra hallarda efir məkanını ailə cütlüklərini bir-birinə qarşı qoyan, guya gender bərabərliyini təbliği edən, əslində feminist hərəkat vasitəsilə matriarxata çağrış edən tokşoular, proqramlar zəbt etdiyinin şahidi oluruq. Yaxşı olardı ki, televiziyalar, saytlar, mətbuat uzunömürlü, örnək ailələrlə bağlı proqramlarla işləsin, natamam ailələrlə bağlı problemləri işıqlandırsın, nikahdan kənar və natamam ailələrdə doğulan uşaqlarla bağlı cəmiyyəti təhdid edən risklərdən bəhs etsin, müvafiq ekspertlərin tövsiyələri və sosial layihələri ilə preventiv tədbirləri özündə əks etdirən ciddi addımlar atsın.
Ailələrdə dayanıqlığa təsir edən amillərdən biri də son dövrlər “hesabla” qurulan ailələrin sayının artması, alfonsların uğursuz izdivaclarıdır. Günümüzdə Azərbaycan cəmiyyətinin populyar və ya orta statistik insanlarının nikahlarının müəyyən bir qismi də təmənnalı məram, karyera, zənginliyə sahib çıxmaq amalı ilə qurulduğundan ürəkaçmayan sonluqlarla yekunlaşır. Çünki belə ailələrdə ailənin nüvəsuini təşkil edən səmimi münasibətlər, sevgi böhranı yaşandığından məqsəd boşa çıxdığı halda ailə dayanıqlığı xilas ola bilmir.
Bir sıra ölkələrdə boşanma mexanizmi son dərəcə sadələşdiyindən, iş məhkəmə müstəvisindən kənarda, ictimailəşdirilmədən “ağıllı telefonlar”, internet vasitəsilə “özün boşan” adlı bir prosedurla gerçəkləşdiyindən boşanma statistikasında sıçrayışlar diqqəti cəlb edir (bax: Birləşmiş Krallıq Statistikası).
Ailələrdə, nigah idarələrində, məhkəmələrdə psixoloq və sosial işçi institutlarının təşkilinin sürətlənməsi də ailə böhranlarının tənzimlənməsində
kifayət qədər ümidverici vasitələrdən biridir. Belə institutlar nəinki baş vermiş böhranın tənzimlənməsi və həlli istiqamətində, eləcə də problem baş vermədən öncə qabaqlayıcı tədbirlər görülməsi baxımından da mühüm məna kəsb edir. Unutmaq olmaz ki, sağlam insan və cəmiyyətin ilk və alternativsiz sosiallaşma agenti ailədir. Ailələr nə qədər mükəmməl olarsa vətəndaş və cəmiyyət, dolayısı ilə dünya evi də sabit və sağlam olacaq.
Strategiya.az
Azərbaycanda sosial rifah dövləti quruculuğu və qlobal çağrışlar
Azərbaycanda ailə dayanıqlığı:problemlər və qlobal çağırışlar
Azərbaycanlı və azərbaycançılıq tarixi,etno-sosioloji rakursda
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM