BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent
Dəyişdi. Bəli, nəhayət Dağlıq Qarabağ koflikti ilə bağlı status-kvo ölü nöqtədən Azərbaycan üçün qismən olsa da müsbət istiqamətə doğru dəyişdi. Aprel ayının ilk həftəsindən başlayaraq biz Ermənistan- Azərbaycan münaqişəsində yeni reallıqların şahidi olmaqdayıq. Etiraf edək ki, həmin tarixə qədər problemlə bağlı Azərbaycan ictimai fikrində kütləvi bədbinlik,melanxoliya hakim idi. Təbii ki, bu da səbəbsiz deyildi. Belə ki, problemi nəzarətə götürən ATƏT-in Minsk qrupunun üçlüyü münaqişəni məqsədli şəkildə donduraraq Azərbaycan cəmiyyətində nəsil dəyişilməsinə nail olmaq, yeni nəsli bu reallıqla barışdırmaq, ”artıq uzun müddətdir ki, Dağlıq Qarabağ müstəqildir, ermənilər oranın şəriksiz sakinləridir, erməni –Azərbaycan icması uzun müddətdir birgəyaşayış halında deyil və buna görə də birlikdə yaşaya bilməz “reallığını ortaya qoymağı hədəflərkən diplomatiyanın güclə ,gücün diplomatiya ilə sıx rabitəsinə müvəffəq olan ali baş komandanın rəhbərliyi ilə Azərbaycan bu reallığı dəyişdi. Acı həqiqət olsa da məlum aprel hadisələrinə qədər Azərbaycanın itirilmiş torpaqlarla bağlı ümidləri çox yorğun görünürdü. Hərçənd Mübariz İbrahimov, Ramil Səfərov fenomenləri, ölkə prezidenti İlham Əliyevin xalqımızın sözügedən mübariz oğulları ilə bağlı analoqu olmayan heyrətamiz addımları bu ümidlərin aqoniyasının bəlli bir səviyyədə qarşısını almış,milləti gələcəyə nikbin notlarla baxmağa dəvət etmişdi. Məlum 2-5 aprel hadisələrinə qədər Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması mexanizmi bir qədər mürəkkəb görünür, Yuxarı Qarabağın gələcək status məsələsində müharibənin birinci fazasını qalib bitirmiş Ermənistan daha böyük iddia ilə çıxış edir, ölkəmiz son dərəcə ağır, qəbuledilməsi arzuolunmaz həll modelləri ətrafında düşünmə zorunda qalırdı. Bir sıra məqamlarına görə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhlükə altına atan belə həll modelləri güclənməkdə olan, düşmənə yerini göstərən, bununla da gərgin psixoloji baryeri aşan Azərbaycan üçün heç bir halda qəbuledilən deyildir. Müqayisə üçün bir neçə belə həll modelləri işığında Dağlıq Qarabağ probleminə nəzər yetirək.
Avropada mövcud olan bir sıra konfliktlərə diqqət etsək görərik ki, bu konfliktlər ölkəmizin qarşılaşdığı sözügedən konflikti ilə bəzi oxşar cəhətlərə malik olsa da mahiyyəti, səbəbləri, hərəkətverici qüvvələri, xarakteri etibarı ilə ondan ciddi şəkildə fərqlənir. Bu baxımdan problemin həlli yolları da ümumi cəhətlərə malik olsa da fərqli yanaşma tələb edəcəkdir.Bu barədə bir qədər sonra.
Azərbaycan rəsmilərinin“Dağlıq Qarabağa Azərbaycanın tərkibində və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozmadan dünyada mövcud olan ən yüksək muxtariyyət verilə bilər” mövqeyini nəzərə alaraq dünyada, o cümlədən Avropada işlək.muxtariyyət modellərinə panoram baxış keçirməyi məqsəduyğun hesab etdik.
Milli etnik konfliktlərin həlli modellərindən biri kimi Brüsel modeli bir sıra konfliktlər üçün president ola bilər. Əvvəlcədən qeyd edək ki, Dağlıq Qarabağ konfliktini yalnız milli etnik konflikt kimi dəyərləndirmək olmaz. Çünki bu konfliktdə işğal faktı var və bu konflikt təbii səbəblərlə deyil,həm də süni şəkildə əkilən , becərilən konfliktdir. Brüseldə yaşayan həm flamandlılar , həm fransızdillilər şəhəri özlərinki sayırdılar, baxmayaraq ki, şəhərin tarixi əhalisi flamandlılardır. On doqquzuncu əsrdə keçirilən fransızlaşdırma siyasəti tərəflər arası gərginliyin əsas səbəbi kimi göstərilir. Gərginliyi həll etmək üçün Belçika hökuməti ölkə ərazisini üç regiona-Flandriya, Valloniya , Brüselə böldü. Əsas münaqişə predmeti olan Brüselə də özünəməxsus səlayihət verildi. Beləki , bu modelə əsasən Brüseli üç icma hökuməti idarə edir. Hər hökumət bir icmanın maraqlarını təmsil edir və həmin icma daxilindəki məsələləri tənzimləyir. Brüseldə söhbət flamanda, alman, fransızdillilər deyilən üç icmadan gedir. Icma hökumətləri yerli idarəetmə, təhsil, mədəniyyət, təhsil məsələlərinin həlli ilə məşğuldur. Ancaq Belçikanın bir konstitusiyası var və konstitusiya görə hamı ölkə vətəndaşı sayılır. Ordu, polis, məhkəmə sisteminin səlayihətləri Belçikanın bütün ərazilərini əhatə edir. Qeyd edək ki,bu model Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycan dövləti tərkibində yalnız Dağlıq Qarabağ ərazisini əhatə edərsə orada anoloji icma hökumətləri təcrübəsinə nəzər salına bilər və bu model əraziyə Azərbaycanlı icmasının qaydışından sonra bəzi korrektələrlə müzakirəyə çıxarıla bilər. Hərçənd bu da tarixi ədalətsizlikdir. Çünki ermənilərin zaman –zaman Dağlıq Qarabağda yerləşdirilməsi,ermənilərin həmin ərazinin aborgenləri olmadıqları nəinki, Azərbaycan, rus, Avropa, bir sıra erməni mənbələri tərəfindən təsdiqi heç kəsdə şübhə doğurmur.
Bir ölkə iki sistem kimi səciyyələndirilən digər model Honkonq modelidir. Bu modelə görə Honkonq iqtisadi məsələləri özü həll edir, hətta xarici ölkələrlə iqtisadi əlaqələr qurma səlayihhəti var,ancaq o,xarici ölkələrlə diplomatik əlaqələr qura bilməz və deməli səfirlik aça bilməz. O, Çinin xüsusi inzibati muxtar rayonu kimi belə səlayihhətdən məhrumdur. Honkonq silahlı qüvvələr və ordudan da məhrumdur. Bu model də bəzi məqamları , problemin spesifikliyindən irəli gələn aspektləri nəzərə almaqla müzakirəyə açıq hesab oluna bilər.
Maraq doğuran oxşar modellərdən biri də Böyük Britaniya ilə Şimali İrlandiya arasında uzun müddət davam edən , 1997-ci ildə Baş nazir Toni Bleyerin nail olduğu modeldir ki , bu modelə görə Şimali İrlandiya Böyük Britaniyanın tərkib hissəsi kimi qalır. Bununla yanaşı, Şimali İrlandiyada müəyyən özünüidarəetməyə hüquqi əsas verən Asambleya yaradılır. Ancaq bu Asambleya iqtisadi, daxili siyasəti , mədəni məsələləri həll edir.
Dağlıq Qarabağ konflikti ilə bağlı üzərində heç də az dayanılmayan modellərdən biri ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker tərəfindən bir neçə il öncə hazırladığı hesabatda da səslənən Aland modelidir ki,hansı ki, o bu modeli Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülməsinin mümkünlüyünü qeyd edirdi.
Baltik dənizində irili xırdalı 8 min adadan ibarət , əhalisinin böyük əksəriyyəti isveçli olan Aland arxepelağı 1808-ci ilədək İsveç Krallığının tərkibində olub. Həmin il İsveç Rusiya imperiyasına müharibədə məğlub olaraq Aland adalarını və Finlandiyanı Rusiyaya vermək məcburiyyətində qalıb. 1917-ci ildə Rusiya imperiyası dağıldıqdan sonra Finlandiyanın müstəqilliyi beynəlxalq birlik tərəfindən tanınıb. Həmin il Aland adalarının isveçli sakinləri İsveçlə qovuşmağa çalışırlar. Ancaq Finlandiya Aland sakinlərinin öz müqəddəratlarının təyininə qarşı çıxır. Adada imzatoplama kampaniyası keçirilir, eyni zamanda gizli təşkilatlar yaranmağa başlayır. Burada silahlı qarşıdurma olmasa da, Finlandiya polisi bir qrup separatçı isveçlini həbsə alır. 1921-ci ildə Millətlər Liqası Aland adalarını Finlandiyanın ərazisi elan edir. Qərarda Finlandiyadan ada sakinlərinin dillərini, adət-ənənələrini və mədəniyyətlərini qorunması istənilir. Finlandiya ilə İsveç bu qərarın birgə yerinə yetirilməsi mexanizmi üzərində çalışmalara başlayırlar.
İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə əsasən, Aland əhalisinin dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, bununla assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı isveçlilərin təhlükəsizliyinə və soydaşları ilə maneəsiz əlaqə yaratmağa təminat alır. 1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq – adaların daxili işləri və büdcə haqqında qanun qəbul etməklə yanaşı, hökuməti təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq, Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə özünüidarə qanunlarına dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı – xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın səlahiyyətlərinə daxildir.
Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb-bağlamaqdan ibarətdir.
İqtisadiyyat sahəsindəki münasibətlər də sadə quruluşa malikdir: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.
Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda – adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyinə qorxu yaradanda veto qoya bilər.
Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına Aland vətəndaşlığı verilir.
Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular yerləşdirmək yasaqdır.
Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər Şurasının işində Aland hökuməti də iştirak edir.
Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.Göründüyü kimi yuxarıda qeyd edilən modellərlə müqayisədə bu model çox ciddi korrektələrlə belə müzakirəyə vəsiqə alması arzuedilən sayıla bilməz. Münaqişə təbiəti etibarı ilə də uyğun münaqişə deyildir.
Rusiya federasiyasında mövcud olan Tatarıstan modeli də bir sıra hallarda Dağlıq Qarabağ münaqişəsi üçün həll variant kimi səslənir. 4 milyona yaxın əhalisi olan və əhalinin əksər hissəsi tatar və ruslardan ibarət Tatarıstanda 70-dən çox millət yaşayır. Rusiya Federasiyasının tərkibində muxtar respublika olan Tatarıstan 1990-cı il avqustun 30-da dövlət suverenliyi haqda bəyannamə qəbul etdi. Suverenlik haqqında bəyannaməyə görə, bölgə rəsmən Tatarıstan Respublikası adlandırılır.Tatarıstanın suverenlik aktında birmənalı şəkildə qeyd edilir ki,, Tatarıstan Respublikasının statusu Tatarıstan Respublikası və Rusiya Federasiyasının birgə razılığı olmadan dəyişdirilə bilməz. Eyni zamanda ,Tatarıstan Respublikası ərazisinin sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz. Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xarici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Sənədin digər maddəsində Tatarıstan Respublikasının Konstitusiyası və ona düzəlişlərin Tatarıstan Respublikası Dövlət Şurasında və ya referendum yoluyla qəbul edildiyi bildirilib.
Tatarıstan kifayət qədər geniş iqtisadi müstəqilliyə malikdir. Çünki Tatarıstan Rusiyanın tərkibində ən varlı bölgələrdəndir. Rusiyanın bir neçə nəhəng zavodu Tatarıstanda yerləşir, ayrıca bölgə enerji resursları ilə zəngindir. Tatarıstan qazancının böyük hissəsini özündə saxlayır və bu amil bölgənin inkişafında önəmli rol oynayır. Sözü gedən model ətrafında da Dağlıq Qarabağ münaqişənin spesifikliyi kontekstində, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü nəzərə almaq şərtilə düşünmək olar.
Dağlıq Qarabağ konfliktinin həll modellərindən danışarkən Cənubi Tirol nümunəsi də az xatırlanmır . Cənubi Tirolda almandilli əhali üstünlük təşkil edir. Tirol özü Avstriyada yerləşir, paytaxtı İnsbruk şəhəridir. Ancaq Tirolun cənub hissəsi İtaliyaya məxsusdur. Birinci Dünya Müharibəsindən sonra Sen-Jermen sülh müqaviləsinin şərtlərinə görə bu ərazi Avstriyadan İtaliyaya keçib. Bu əraziyə sahib olmaq İtaliyadan Almaniyaya gedən yolda yerləşən strateji əhəmiyyətli Brenner aşırımına nəzarət etmək imkanı verir.Cənubi Tirol birləşdiyi zaman yerli sakinlərin 86%-i alman, 4%-i ladin (retroroman variantı). 3%-i italyan dilində danışırdılar, qalanları əcnəbi idi. 1922-ci ildə Benito Mussolini hakimiyyətə gəldikdən sonra tirolluların assimilyasiyası kampaniyası başladı. Onlara alman dilindən istifadə etmək qadağan edildi, milli mədəniyyət sıxışdırılırdı. Tirollulara onlar üçün doğma olan dildə qəzet çap emək və o dili məktəblərdə tədris etmək qadağan edilmişdi. Şəhər və kəndlərin qədim tirol adları italyan adları ilə dəyişdirilirdi. Yerli əhali kütləvi mühacirətə vadar edilirdi. Yaşlı tirollular çox vaxt danışırlar ki, valideynləri onlara gecə vaxtı yorğanın altında, italyanlardan gizli doğma dillərində oxuyub-yazmağı öyrədirdilər. Faşist İtaliyası və nasist Almaniyasının ittifaqı tirolluları yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Onlara ya Üçüncü reyxə köçmək və vətəni tərk etmək, ya da qalmaq və tamamilə italyanlaşmaq təklif olunurdu. Belə olan halda regionun almandilli mədəniyyəti gizli iş şəraitinə keçdi.İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Paris Sülh Konfransında Tirol ərazisində yerləşən Brenner aşırımı rəsmi olaraq Avstriya və İtaliya arasında sərhəd kimi tanındı. Cənubi tirollular qalib müttəfiqlərdən öz bölgələrinin Avstriyaya qayrarılmasını tələb etdilər. Lakin 1947-ci il sülh müqaviləsi İtaliyanın sərhədini 1919-cu ildə olduğu kimi müəyyən etdi. Bu sənədə əsasən, Cənubi Tirolun almandilli azlığına italyandilli əhali ilə tam bərabər hüquqlar verirdi. Onların doğma dildə təhsilinə zəmanət verilirdi, bu dildən italyan dili ilə birlikdə ictimai müəssisələrdə istifadə olunurdu.Amma sazişlərin imzalanmasından cəmi bir il sonra Roma Trentino-Alto-Adice regionu üçün Muxtariyyət Statusu qəbul edərək, Boltsano (italiyalılar Cənubi Tirolu belə adlandırır) və Trento əyalətlərini birləşdirdi. Bu birləşmədən sonra italyan əhalisi almandillilərdən böyük üstünlük təşkil edirdi.On illər boyunca Avstriya itirilmiş regionu özünə qaytarmaq cəhdləri etmişdir. 1992-ci ildə Avstriya hakimiyyəti BMT-yə İtaliya ilə Cənubi Tirol məsələsində fikir ayrılıqlarına son qoyulduğunu elan edib. 2001-ci ildə o, İtaliyanın ayrıca regionu oldu.
Cənubi Tirol muxtariyyəti iki dildə danışan xalqın birgə yaşamasının nümunəsi kimi əlbəttə,çox maraqlıdır. Cənubi Tirolda həm alman, həm də italyan dillilərin hüquqları qorunur. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar qəbul edilərək həyata keçirilir. Burada toplanan vergilərin 80%-i muxtariyyətin özündə qalır .Xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir.
Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə məsələ Konstitusiya məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir.
Cənubi Tirol nümunəsində problem mərhələli şəkildə həllini tapıb. Əgər Avstriya və bölgədə yaşayan alman dillilər ilk illərdə Cənubi Tirol üçün müstəqillik tələb edirdilərsə, hadisələrin sonrakı inkişafında geniş muxtariyyətin daha məqbul olduğu qənaətinə gəldilər. Müstəqilliyin münaqişəyə yol açacağını sonrakı illərdə anlayan Avstriya tərəfləri razı salacaq varianta üstünlük verdi ki, prosesdə qalib və məğlub olmasın. Yoxsa alman dillilər də bölgə statusunun müəyyənləşməsində referendum tələbini önə çəksəydilər, proses tamam başqa, təhlükəli istiqamətdə cərəyan edə bilərdi. Buna ehtiyac duymayan hər iki xalq hazırda eyni siyasi, iqtisadi və mədəni məkanda mövcuddur. Maraq üçün qeyd edək ki, Alman dillilərin bölgəni Cənubi Tirol, italyan dillilərin Bolsano adlandırması da münasibətlərdə problem yaratmır.
Tirol parlamenti və hökuməti 67% alman, 25% italyan, 5% ladindən təşkil olunmuşdur. Tirolda əslində iki parlament var. Biri muxtariyyətin cənubunda - Trentoda yerləşir, burada əhalinin əksəriyyəti italyanlardır, digəri isə Boltsanoda. Mahiyyətcə bu iki siyasi qurum muxtariyyətin ümumi sistemdır.Hesab edirik ki, Cənubi Tirol modeli Dağlıq Qarabağ konflikti ilə bir sıra anoloji xüsusiyyətlərə malik olduğundan, onun həll variantı da düşünmək üçün daha böyük maraq doğurur.Münaqişənin təbiəti, münaqişə bölgəsində icmaların vəziyyəti və s. bunu deməyə əsas verir. Hərçənd Dağlıq Qarabağ konfliktində itkilər kifayət qədər çoxdur,problemin eskalasiyası olduqca dərindir, eyni zamanda Dağlıq Qarabağ konfliktində daha böyük geosiyasi maraqlar toqquşur . Burada hər hansı bir hər variantını təkcə erməni-azərbaycanlı icması ilə deyil,münaqişə maşasının dəstəyindən möhkəm əllərlə yapışan 3-cü ,4-cü dövlətlərlə də razılaşdırmaq lazım olacaq.
Yerevan Kosovonun müstəqilliyini indiyə qədər tanımasa belə Erməni separatçılarının hazırda istinad etdiyi yeganə beynəlxalq təcrübə Kosovodur. Ermənistan bununla ilk öncə Dağlıq Qarabağın müstəqilliyinə nail olmaq,az sonra ərazini Ermənistana birləşdirib yenidən Azərbaycanın başqa ərazilərinin iddiası ilə çıxış etməyi hədəfləyir.Bildiyimiz kimi Kosovonun alban əhalisi vaxtilə Serbiyanın etnik təmizləməsinə məruz qalıb və bu amil Kosovonun müstəqilliyinin tanınmasında vacib amilə çevrilib. Bu kimi qərarlara keçmiş Yuqoslaviya hakimiyyətinin Balkanlarda törətdikləri qətliamlar da təsir edib. Bu bölgənin müstəqilliyi bir çox Qərb dövləti tərəfindən tanındığından və BMT-nin Haaqa Məhkəməsi də Kosovonun müstəqilliyinin elanının beynəlxalq qanunların pozulmaması kimi qiymətləndirilmişdir. Dağlıq Qarabağ probleminə gəldikdə dünya ictimaiyyətinə məlumdur ki, Kosovadan fərqli olaraq bu ərazidə azərbaycanlılar öz tarixi torpaqlarından regionun qeyri aftoxton xalqı olan ermənilər tərəfindən (əlbəttə Rusiyanın birbaşa və dolayı dəstəyi ilə) soyqrıma , terrora , etnik təmizlənməyə məruz qalmışdır.
Bütün bunlarla yanaşı,Dağlıq Qarabağ konflikti ilə bağlı 1997-ci ildə təklif olunan “Paket “ həll modeli, 2 dekabr 1997-ci ildə irəli sürülən “Mərhələli həll” modeli, 1998-ci ildə ABŞ diplomatı Con Mareskinin təklif etdiyi “Ümumi dövlət həll” modeli , 1992 –ci ildə ərazi mübadiləsini (Laçın dəhlizi ilə Mehri ərazisinin mübadiləsini nəzərdə tuturdu) nəzərdə tutan ABŞ dövlət departamentinin sabiq müşaviri Pol Qobl tərəfindən irəli sürülən planı , ən azı 5 illiyə bölgənin təxirəsalınmış siyasi status mexanizmini özündə ehtiva edən ”Çeçenistan modeli”(yeri gəlmişkən, Rusiya Dağlıq Qarabağa münasibətdə bu variant üzərində daha israrlı görünür), Dağlıq Qarabağda Azərbayca tərkibində Amerikanın protektoratlığı ilə (asayişə və təhlükəsizliyə konsulun komandanlığı ilə ABŞ ordusu təminatçıdır) Xüsusi zona yaratmağı nəzərdə tutan, müəllifliyi ABŞ ordusunun polkovniki Uilyam Haskelə məxsus , hələ 1919 cu ildə gündəmə gəlmiş“Villi planı” və s. həll variantları problemin tənzimlənməsi istiqamətində fərqli axtarışlar kimi diqəti az cəlb etmir.
Dağlıq Qarabağ münaqişəsinin həlliunə yanaşmada “Paket həll” və “mərhələli həll” həll variantları da münaqişə tərəfləri arasında ayırıcı mövqelərdən birinə çevrilmişdir. Azərbaycan tərəfi haqlı olaraq bildirir ki, əvvəlcə torpaqlar işğaldan azad edilməli, qaçqınlar geri qaytarılmalı, sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılması məqsədəuyğundur. Bunu şərti olaraq mərhələli həll variantı adlandırmaq da olar. Ermənistan isə bütün məsələlərin,o cümlədən Dağlıq Qarabağın statusu məsələsinə eyni vaxtda baxılmasını nəzərdə tutan “paket həll”ə üstünlük verir .
Ideyası C.Mareskiyə mənsub plana görə, DQR sabiq DQMV sərhədləri çərçivəsində “tam özünüidarə hüquqlu suyektdir”. Müəllif bu təklifi Azərbaycan tərəfinin arzusuna yaxın olsun, deyə manevr edərək belə bir şərtlə ifadə edir:” DQR Azərbaycan daxilində tam özünüidarə hüquqlu suveren subyektdir”. Planın digər nüansları da Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yaradır.Belə ki, orada ifadə olunan DQR ilə Azərbaycan rəhbərliyi arasında münasibət “yüksək dərəcəli nümayəndələr “ vasitəsilə qurulur.Bakıda və Xankəndində daimi nümayəndəliklər olmalıdır. DQR xüsusi maraqlar üçün məhdud sayda Yerevan və Moskvada nümayəndəlik də saxlaya bilər, Ermənisatandan və Rusiyadan daimi nümayəndələr qəbul edə bilər, qeyri-hücum xarakterli, müdafiə qüvvələri saxlaya bilər və s. nüanslar bu sıradandır.
C.Mareski planında nəzərdə tutulan ”DQR Azərbaycanla könüllü, sərbəst əlaqə, asossosiasiya yaradır”, DQR özünün gerbi,himni,bayrağına malik olur” və s. prinsiplər birbaşa onun Azərbaycanla əlaqəsinin kəsilməsini şərtləndirən variantdır. Aydındır ki, C.Mareskinin irəli sürdüyü “assosiativ dövlət” prinsipinin Azəbaycan tərəfindən qəbulu Dağlıq Qarabağın itirilməsi deməkdir.
Azərbaycana təklif edilən “ümumi dövlət”modelində söhbət işğal edilmiş ərazilərdə yaradılacaq “DQR”-ın təhlükəsizliyindən, onun suveren vahid kimi Azərbaycan Respublikası ilə quracağı əlaqə elementlərindən gedir. Daha doğrusu, burada söhbət iki respublika arasında müxtəlif sahələrdə əlaqələndirmə şurasının qurulmasında gedir. Bu cür əlaqələndirmə istənilən dövlətlər arasında qurula bilər. Onu da qeyd etmək lazımdır ki, bu plan gerçəkləşərsə, Azərbaycan işğal edilmiş ərazilərini itirilmiş olar.Ümumiyyətlə, problemn həlli üçün kənardan həll variantları gözlənilərsə, itkilərin olması labüddür. Əgər Azərbaycan ancaq vasitəçi təşkilatlarlardan ,fasilitatorlardan həll variantları gözləyərsə, o zaman ölkəmizin ərazi bütövlüyü kobud şəkildə pozulmaqda davam edə bilər. Ermənilərə ən yaxşı halda Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti tətbiq etmələrinə rəğmən işğal etdikləri torpaqları tərk etdikdən sonra ölkəmizdə digər milli azlıqlara verilən hüquqlar səviyyəsində hüquqlar verilməsi mümkündür. Erməni icması Azərbaycanda mövcud olan əlverişli multikultral mühiti həmişə hiss etmiş və bundan yüksək səviyyədə istifadə etmişlər. Onlar bunu başa düşməlidir. Dağlıq Qarabağ konflikti icmalararası münaqişə deyildir. Əsl həqiqətdə isə erməni icması “Böyük Ermənistan” xəstəliyinə mübtəla olmuş bir qrup erməni millətçilərinin əlində və bəlli geosiyasi maraqları reallaşdırmaq istəyən güclərin əlində girovdan başqa bir şey deyildir. Dağlıq Qarabağda yaşayan erməni icmasına əslində Dağlıq Qarabağın bu və ya digər şəkildə müstəqilliyi lazımdırmı? Ermənilərin Dağlıq Qarabağda yerli xalq olmadığı,onların çox da uzaq olmayan tarixdə məqsədli şəkildə sözügedən ərazilərə köçürülməsi erməni icmasının iddialarına nə tarixi, nə milli-mənəvi , nə də hüquqi əsas vermir. 2-5 aprel 2016 cı il hadisələri bir daha göstərdi ki, Azərbaycan öz torpağının , onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağın taleyini məhz özü , üçüncü dövlətlə müzakirə etmədən həll etmək iqtidarındadır. Problem Azərbaycanın daxili işi olmalıdır. Onu tədricən qlobal müstəvidən lokal müstəviyə daşımaq da olar. Bunun üçün durmadan nəinki problemlə bağlı olan qonşu dövlətlərlə,bütün beynəlxalq siyasi aktorlarla işləmək zəruridir. Hadisələr göstərdi ki,problemin açarı hər hansı x dövlətdədir bleyfini ram etmək mümkündür.Siyasətdə əbədi dostlar deyil,əbədi maraqlar var məntiqi daha çox həyatidir. Problemə yanaşmada vasitəçilərin bu günlərdə səsləndirdiyi “münaqişənin dondurulması,yoxsa insan tələfatı dlemmasında” üstünlük verdikləri və bir qədər də çəkindirməyə yönəlmiş dondurulma taktikasını deyil, Azərbaycan öz haqq işi uğrunda yorulmadan emosiyadan,eyforyadan uzaq mübarizə yolunu seçməlidir. Bu münaqişədə ölkəmizin ərazi bütölüyünü qorumaq və problemi birdəfəlik həll etmək üçün imkanları genişdir. Ən əsası J.Mişlenin 1945-ci ildə öz xalqı haqqında «Xalq» əsərində yazdığı iki həqiqəti bizim millətə də şamil etmək olar: «..bizim millətin iki böyük üstünlüyü var:bizim millətin həm prinsipi , həm də əfsanəsi var.» . Bundan başqa, ölkəmizin malik olduğu üç geostrateji üstünlüyü: dəniz,quru və hava qüdrəti və üstəgəl insan kapitalı problemin Azərbaycanın xeyrinə həlli üçün coğrafi və sosial determinantları kimi çıxış etmirmi?!
Strategiya.az
Azərbaycanda sosial rifah dövləti quruculuğu və qlobal çağrışlar
Azərbaycanda ailə dayanıqlığı:problemlər və qlobal çağırışlar
Azərbaycanlı və azərbaycançılıq tarixi,etno-sosioloji rakursda
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM