Dağlıq Qarabağı icma hökumətləri  idarə edə bilər?!

11:12 / 30.10.2018

Üzeyir Şəfi

BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent

 

      İllərdir  Dağlıq Qarabağ  Rusiya  girovluğundadır. Rusiya nə qədər çalışırsa da münasib bir formul tapa bilmir ki,  Dağlıq Qarabağı  girovluqdan “azad” edərək onu həqiqi sahibinə - Azərbaycana “qaytarsın”. Dağlıq Qabağın taleyi bir safari filimində gördüyüm ahu balasının taleyi ilə necə oxşar və həmahəngdir. Aslan yenicə doğulmuş ahu balasını yaxalayır. Ancaq bu şikar onun üçün o qədər kiçikdir ki, aslan ona heç ağzını bulamaq istəmir. O,  körpə ahu balasından ahunu ələ keçirmək üçün girov kimi istifadə edir.Ahu balası hər dəfə qaçmaq istədikdə  aslan iti pəncəsilə ona badalaq vurur, saxlayır. Beləcə aslan ahunun körpə balasının arxasınca qayıtmasını səbrlə gözləyir. Eynilə Rusiyanın Azərbaycanın əlverişli siyasi bazarlaşmaya hazır olacağı günü gözlədiyi kimi. Ona görə də siyasi bazarlaşmada ktmt, avrasiya ittifaqı və.s formatlarda təklifləri hələ çox eşitməli olacağıq. MDB, KTMT, avrasiya ittifaqı və.s kimi kəndir təşkilatlar  “ bəlkə də qaytardılar” sövdası ilə yaşayan Rusiyanın “velikorus” mərəzinin aqoniya sindromlarından başqa bir şey deyildir.

    Kollektiv Təhlekəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Borudiyanın Azərbaycanla hədə ritorikası ilə danışmasını hamımız yaxşı xatırlayırıq.Belə ki, o, açıq şəkildə bildirirdi ki, “erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə  tab gətirə bilməsələr, onlar Ermənistana kömək edəcəklər” (necə ki, məlum aprel döyüşləri zamanı Azərbaycan öz qarşısında Rusiyanı gördü.Ü.Ş). Açığı Nikolay Borudyanın bu mövqeyi heç təccüblü deyil. Təccüblü olan  bizim bir para “siyasətşünas” və “praktik siyasətçilər”in Rusiyaya  bu problemin  həlində nicat qapısı kimi baxmasıdır.Onlar unudur ki, hələ sovetlər birliyi dövründə “sövet xalqı, sosializm kimi cazibədar bir ideoloji çətir  şəraitində  belə azərbaycanlıların asimliyasiya siyasəti aparılır, Azərbaycan coğrafiyasında  ermənilərin xeyrinə demoqrafik xəritə dəyişdirilmişdir. Heç kəsdə şübhə yoxdur ki, Azərbaycana erməni problemini yaradan əsas qüvvə  məhz Rusiyadır. Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin əgər etiraf edirsə ki,"Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq" bundan açıq hansı fakt göstərmək lazımdır ki,bu bəlanın senari müəllifinin kimliyi bilinsin.Hər şeyi öz adı ilə çağırmayanda problemin həllindən perik düşürük. Gəlin tarixə nəzər  salaq görək  bu gün də daxil Azərbaycana erməni  epidemiyasını kim salıb. Azərbaycan coğrafiyasında ermənilər aborgen olmayıblar axı. Bunu Azərbaycan  tarixçiləri yazmır ki, deyilsin ki, subyektiv mövqedir.Ermənilərin bu coğrafiyada qeyri-aftoxtonluğunu  erməni tarixçilərinin özləri, ermənilərə qəyyumluq edən Rusiya dövlətinin alimləri, diplomatları  dəfələrlə bəyan etmiş və isbatlamışlar. Gəlin onların  bir neçəsi ilə tanış olaq və görək ki, bu erməni icması  nə icmadı?! necə formalaşdı ?! onu kim formalaşdırdı ?!  Hansı ki, bu gün onlar Dağlıq Qarabağın erməni icması adı ilə çağrılmasından  belə imtina edir və belə sayqlamalar edirlər ki, biz erməni icması deyil, Dağlıq Qarabağ xalqıyıq.Və aşağıda tanış olacağınız gerçəklik fonunda münaqişənin həllinin  təklif etdiyimiz tənzimlənmə  variantı vasitəsilə  nə dərəcədə mümkünlüyünü sizinlə müzakirə etmək istərdik.
   Rus müəllifi Н.Шавров yazır:  “biz Zaqafqaziyada imperiya siyasətinin həyata keçirilməsinə buraya rus əhalisinin deyil, başqa xalqların yerləşdirilməsi ilə başladıq… 1828-1830-cu illərdə biz İrandan 40 min, Türkiyədən isə 84 min erməni köçürdük və onları Yelizavetpol və İrəvan quberniyalarında, erməni əhalisinin azlıqda olduğu yerlərdə, ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşmaları üçün 200 min desyatin torpaq ayrıldı, həmçinin, müsəlman-torpaq sahiblərindən 2 milyon manatdan artıq məbləğə torpaq əraziləri alındı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göycə gölünün sahili erməni köçkünləri ilə məskunlaşdırıldı… Köçürülənlərin və qeyri-rəsmi köçürülənlərin sayı 200 min nəfərdən artıq idi. 20-ci əsrin bаşlаnğıcındа Zaqafqaziyаdа yаşаyаn 1,3 milyоn еrmənidən bir milyоndаn аrtığı burаyа bizim tərəfimizdən köçürülmüşdür”.  (Н.Шавров. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, с.59-61).

  “Paskeviç İrana, polkovnik Lazarevin yanına ona görə göndərilmişdi ki, 40 min ermənini Zaqafqaziyaya dəvət etsin. Eçmiədzin patriarxı da bu məsələdə iştirak edirdi. Belə ki, o, İrandakı erməni keşişlərinə köçürülmə haqqında göstəriş vermişdi. Andrianopolsk sazişinə görə, 100 mindən artıq erməni Türkiyədən köçürülmüşdü. Ərzurumdan olan arxiyepiskop Qarapet təqribən 70 min erməni gətirmişdi. Bundan sonra ermənilərin müsəlman ölkələrindən Rusiyaya köçürülməsi fasiləsiz və kütləvi xarakter daşıdı. Еrməni məhəllə məktəblərində şаgirdlər «Böyük Еrmənistаn» xəritəsini öyrənirlər ki, оnun dа ərаzisi, dеmək оlаr ki, Vоrоnеjə qədər çаtır və pаytаxtı dа Tiflisdir. Əgər еrməni tаrixinin üzqаbığı üçün «Uydurmа» sözündən bаşqа оnun məzmununu dаhа dоlğun ifаdə еdən söz аxtаrsаydıq, «Xəyаnət» sözünün üstündə dаyаnmаlı оlаrdıq. » В.Л.Величко, “Кавказ: Русское дело и междуплеменные вопросы, 1954, с.80).

 “Еrməni xаlqının əsli nədir, nеcə, nə vаxt, hаrаdаn və hаnsı yоllаrlа о, burаyа gəlib, еrməni оlmаzdаn əvvəl və sоnrа hаnsı tаyfаlаrlа əlаqədə оlub, оnun dilinə, еtnik tərkibinə kim nеcə təsir göstərib? bizim əlimizdə bunlаrı sübutа yеtirən аydın və dəqiq dəlillər yоxdur”. (Mаnuk Аvаkyаn, «Еrməni ədəbiyyаtı tаrixi», İrəvаn, 1975, səh. 11).

  Erməni müəllifi B.İşxanyan 1916-cı ildə Petroqradda çap olunmuş "Qafqaz xalqları" kitabında yazırdı: "Dağlıq Qarabağda yaşayan ermənilərin böyük bir hissəsi Türkiyə və İrandan olan qaçqınlardır. Azərbaycan torpağı onları təqiblərdən və zülmdən qoruyan sığınacağa çevrilib".

   “Müəyyən ərаziyə mаlik оlmаq, ərаzi təşkilаtı оlmаqlа, dövlət millətlərin fоrmаlаşmаsı prоsеsinə fəаl təsir göstərir . Dеməli, dövlətin 1-ci növbədə ərаzisi оlmаlıdır.İlk еrməni sülаləsinin bаşçısı tаrixdə оlmаyıb. (Hаykаzyаn «Еrməni tаrixi»., Frаnsа. 1919-cu il  )

   Digər rus alimi S.Qlinka ermənilərin köçürülməsi ilə bağlı yazırdı: “9 mart 1828-ci ildə sonuncu rus ordusu Təbrizi tərk etdi… Türkmənçay müqaviləsinə görə, ermənilər müxtəlif kəndlərdən Qarabağa doğru hərəkət etdilər… Knyaz Arqutinski-Dolqorukini Təbrizdə saxlayan Lazarev bir neçə məmurun müşayiəti ilə onu səbrsizliklə Marağada gözləyən ermənilərin yanına yollandı.”(Глинка С. Описание переселения армян Азербайджанских в пределы России. Баку «Элм». 1990, с.81).

   Ermənilərin köçürülməsi ideyasının müəllifi A. Qriboyedov  yazırdı: “Müsəlmanlar arasında (azərbaycanlılar.Ü.Ş) yayılmış ermənilərin bir dəfə buraxıldıqları ərazilərin əbədi sahibləri olacaqları qorxusunu dəf  etmək və onları düşdükləri ağır vəziyyətin uzunmüddətli olmamasına inandırmaq problemi bizim tərəfimizdən…dəfələrlə ölçülüb biçilmişdi”.(А. Грибоедов. Записка о переселении армян из Персии в наши области, т.2. Москва, 1971) .” Zаti-аliləri, hеç bir vəchlə еrmənilərə mərkəzi rus tоrpаğındа məskunlаşmаğа icаzə vеrməyin. Bunlаr еlə bir xаlqdır ki, оn illər kеçəndən sоnrа həmin yеrləri öz mülkiyyətlərinə çеvirəcək və bütün dünyаyа cаr çəkəcəklər ki, bunlаr qədim Еrmənistаn tоrpаqlаrıdır “ (Аlеksаndr Qribоyеdоvun imperatora məktubundаn).

   Hələ 1721-ci ildə Qafqaz yürüşü və Azərbaycanın, o cümlədən Bakının Xəzəryanı ərazilərinin fəthi zamanı I Pyotr yerli əhalinin sərt müqaviməti ilə qarşılaşmış və ermənilərdən istifadə etməyi qərara almış, elə bu amacla erməniləri Bakıda və Dərbənddə yerləşdirmək göstərişi vermişdi. Eyni zamanda, birinci dəfə I Pyotr еrməniləri Оsmаnlı impеriyаsınа qаrşı qаldırmаğа nаil оlmuşdu. Bu siyasətin davamı olaraq 1768-ci ildə II Yekaterina ermənilərin imperiyanın himayəsinə götürülməsi barədə fərman imzalamış, 1803-ci ildə imperator I Aleksandr Qafqaz canişini A.Sisiyanova konkret təlimat vermişdi: "Azərbaycan xanlıqlarını ələ keçirmək üçün nəyin bahasına olursa-olsun ermənilərdən istifadə etmək lazımdır".

       Qarabağ, 1805-ci ildə Azərbaycan xanlığı kimi, Qarabağ xanı İbrahimlə Rusiya İmperiyası qoşunlarının baş komandanı general Sisianov arasında  bağlanmış Kürəkçay sülh müqaviləsinə görə, Rusiyanın tərkibinə daxil edilib. Kürəkçay sülh müqaviləsinin ikinci bəndinə görə, Qarabağ xanının dövlətinin bütövlüyünə və hakimiyyətin irsi varisliyinə imperator zəmanəti verilir. Lakin bir müddət sonra, 1822-ci ildə çar hökuməti müqavilənin bu bəndini pozaraq, Qarabağ xanlığını siyasi vahid kimi ləğv etdi və onu imperiyanın bir əyalətinə çevirdi. Bununla belə, “dövlətin bütövlüyünün qorunmasına imperator zəmanəti” verən çar hökuməti dövlətin idarə olunması baxımından istisnasız olaraq müsəlman əyaləti kimi Qarabağ xanlığını qalan müsəlman əyalətlərindən ayırmadı. Çünki 1805-ci ildə xanlıq Rusiyanın tərkibinə daxil edilərkən, ermənilər xanlıq əhalisinin yalnız 20%-ni təşkil edirdilər.

   «Еrməni məsələsi» 19-cu əsrin 70-ci illərindən sоnrа rus-türk mühаribəsində (1877–1878) еrmənilərin müstəqil dövlət qurmаq istəyini üzə çıxаrdı. Bunun üçün ilk növbədə  ərazidə ermənilərin çəkisini artırmaq lazım idi. 

 
      Təkcə 1826-1828-ci illər rus-İran müharibəsi zamanı İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra I Nikolay 1828-ci il 21 mart tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaratdı. 7331 azərbaycanlının və cəmi 2369 erməninin yaşadığı İrəvan şəhəri onun tərkibinə daxil oldu. Eyni zamanda İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin kütləvi köçürülməsi başlandı.İrəvan xanlığının ərazisində yaradılmış “Erməni əyalətində əgər 1828-ci ildə Azərbaycan türklərinin xüsusi çəkisi 73,8% təşkil edirdisə, 1834-1835-ci illərdə bu rəqəm 46,2%-dək düşdü”  (Грузия МДТА, Ф.2. сп.1, дело 3859, стр.314, л.20).1832-ci ildəki kameral hesablamara görə, Qarabağ əyalətində 32,4 min azərbaycanlı (64,8%) və 17, 4 min erməni (38,8%) qeydə alınmışdı. Beləliklə, erməni əhalisi 1823-cü ildəki 8,4%-lə müqayisədə kifayət qədər qısa vaxt ərzində dörd dəfədən də artıq çoxalmışdı. Növbəti hesablamalara görə, 80-ci illərin sonlarında Şuşada azərbaycanlıların xüsusi çəkisi 41,5%-dək azaldı, ermənilərin xüsusi çəkisi 58,2%-dək artdı. 1897-ci ildəki Ümumrusiya hesablamasına görə, həmin göstəricilər müvafiq olaraq 53% və 45% təşkil etdi.  (Кавказский календарь Российской империи 1897 г., LXIII – Елизаветская губерния. СПб, 1904, с.3).

   Qarabağ xanlığı Rusiyanın tərkibinə erməni əyaləti kimi deyil, məhz Azərbaycan dövləti olan xanlıq kimi daxil edilmişdi.1840-cı il islahatından sonra “Şuşa qəzası” “Qarabağ əyaləti”nin ərazisində yaradılmışdı. Bu inzibati ərazi də Şimali Azərbaycan ərazilərini əhatə edən “Kaspi” vilayətinin tərkibinə daxil edildi. 1868-ci ildən isə Şuşa qəzası Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu quberniya Bakı quberniyası ilə yanaşı, özündə Şimali Azərbaycan ərazilərini birləşdirirdi.  Şuşa qəzası 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının tərkibində Gəncə quberniyasına daxil edildi. (Azərbaycan tarixi üzrə mənbələr. Bakı, 1989, s.276) 

     1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Sonralar  Frаnsаnın Еlmi tədqiqаt milli mərkəzinin еlmi tədqiqаtlаr üzrə dirеktоru Jan-Pol Ru Jorj De Malevil  yаzacqdı: «1918-ci ildə Çаr İmpеriyаsının xаrаbаlıqlаrındа yаrаnmış və muxtаr qurum kimi çоx dа uzun müddət yаşаmаyаn Еrmənistаn rеspublikаsı tаrixdə qеydə аlınmış yеgаnə müstəqil еrməni dövləti idi».

   1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfin­dən işğal edi­lib sovet­ləş­di­­rildikdən sonra da ermənilərin azər­bay­canlılara məxsus tor­paq­lara yerləş­di­ril­məsi, onların sıxışdırılması, Azərbaycan ərazi­lə­ri­nin Er­mə­nis­ta­na verilməsi siyasəti davam etdirildi. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mər­kə­zi Ko­mi­tə­sinə (RK (b) P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxma­ya­raq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdir. Bununla da Azər­bay­ca­nın Naxçıvan bölgəsi ilə, Türkiyənin  türk dünyası ilə quru əlaqəsi kəsildi.

    Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yürüdülən siyasət Daşnaksütyunun ha­­kimiyyəti illərindəkindən fərqlənməmişdir. Sayca Azərbaycandakı ermənilərdən çox ol­ma­larına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara mux­ta­riy­yət veril­mədi. Azərbaycanda isə ermənilər üçün muxtariyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azər­baycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azər­bay­can ilə iqtisadi əlaqəsi, nəzərə alaraq Dağlıq Qarabağ Azər­baycanın tər­ki­bin­də saxlanıldı.

   1918-1920-ci il­lər­də Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet  dövründə yalnız 86,6 min kv.km qaldı.Ermənistan hökuməti əvvəlki illərdə tarixi torpaq­la­rın­dan qovulan azərbaycanlıların daimi yaşayış yer­lə­ri­nə qa­yıt­m­a­la­rı­na torpaq çatışmazlığı bə­ha­nə­si ilə qəti şəkildə etiraz edirdi. Belə ki, ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Daimi Ko­mis­si­ya­sının üzvü İsaakyan Zaqafqaziya Diyar Partiya Komitəsinin Rəyasət He­yə­tinə geri qayıtmaq istəyən azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda bir qarış da torpaq olmadığını yazaraq qeyd edirdi ki, azərbaycanlı qaçqınların Zəngəzur qəzasına qay­ta­rıl­ması böh­ranlı vəziy­yət yaradar, buna görə də məsələni Azərbaycanın sərbəst torpaq fondu he­sabına həll etmək olar. Zəngəzurdan qovulmuş azərbaycanlı qaçqınların        Azərbaycan SSR-in Qubadlı ra­yonundan geri qaytarılaraq daimi yaşayış yerlərinə yerləş­di­ril­mə­sinə yerli ha­kimiyyət or­qan­larının mane olmasına dair məsələ hətta ZSFSR İt­ti­faq Şurası yanında Qaç­qın­lar Komis­si­ya­sının 1922-ci il iyunun 12-də (protokol № 17) və iyulun 9-da ke­çi­rilən iclaslarında (protokol № 18) müzakirə edildi. Qəbul edilən qərarda deyilirdi: “Ermə­nis­tan SSR-də sərbəst torpaq fondu ol­ma­dı­ğı üçün Ermənistan SSR-dən olan və hazırda Azər­bay­can SSR Naxçıvan di­ya­rı ərazisində olan 28 min nəfər müsəlman  qaçqını yerləşdirmək Azər­bay­­can SSR hö­ku­mə­tinə tövsiyə olunsun”. Bununla da  Zəngəzurdan qovul­muş və tarixi tor­paq­la­rı­na qayıda bil­mə­yən azərbaycanlıları Azərbaycan hökuməti respublika əra­zi­sin­də yerləşdirdi.

   Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də keçirilən Xalq Torpaq Ko­mis­sar­lığının iclasında 200 min nəfərdən çox olmamaq şərti ilə erməninin SSRİ ərazisinə köçürülməsi barədə qərar qəbul edildi. Onların 15 min nəfəri Cənubi Qafqazda yerləşdirilməli idi. G.Çiçerinin təklifi əsasında RK(b)P MK Siyasi bürosunun 1923-cü il noyabrın 22-də ke­çirilən iclasında (protokol № 47) “Türkiyədən olan qaçqın ermənilər haqqında” məsələ müza­ki­rə edildi. Qəbul edilən məxfi qərara əsasən 10 min nəfər erməninin Türkiyədən SSRİ hü­dud­larında qəbul edilməsinə etiraz olunmurdu. Türkiyədən gələn ermənilərin bir qismi Cənubi Qafqaza yerləşdirildi.

   Elə həmin ildə Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. İki il son­ra, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Kiçik Rəyasət He­yə­tinin iclas qərarına uyğun olaraq (protokol № 12) ermənilər Naxçıvana yer­ləş­dirildi. 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil edildi. Muxtariyyətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi.  Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımın təş­ki­lat­çı­larından biri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

  Sözü gedən coğrafiyada erməni saldosunu  artırmaq üçün proses ardıcıl və davamlı olmuşdur. Belə ki,1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min nəfər erməni gətirildi. Xarici ölkələrdən gətirilən ermənilərin yaşayışını tə­min etmək üçün azərbaycanlılar tarixi torpaqlarından sıxışdırıldılar. Köçürmə yolu ilə Ermənistanda ermənilərin sayının artırılması barədə “Daşnaksütyun Parti­ya­sı­nın əks­inqilabi rolu” adlı arayışda yazılırdı: “Əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali var idisə, 1936-cı ildə onların sayı 1 milyon 200 min nəfər oldu və ya 55% artdı.

    1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz ra­yo­nu ərazisindən 7,6 kv.km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi.1947-ci ilin dekabrında Q.Arutunov İ.V.Stalinə məktubla müraciət edir və son illərdə Azərbaycan və Ermənistanın təsərrüfat həyatında baş verən də­yişikliklərlə əlaqədar olaraq yaranmış bəzi məsələlər barəsində  Stalin qar­şısında məsələ qaldırır. Bildirir ki, Mingəçevir su elektrik stansiyasının tikintisi ilə bağ­­lı olaraq yeni su­varılan torpaqların və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac ya­ran­mışdır, həmçinin pambıq istehsalının çoxaldılması Azərbaycanın bu rayonlarında əha­linin artırılması mə­sələsini irəli sürməyi zəruri edir. Bu məsələnin real həlli Er­mə­nis­tanda yaşayan 130 min nəfər azərbaycanlı əha­li­nin həmin rayonlara kö­çü­rül­mə­si ilə mümkündür. Belə ki, azərbaycanlı əhalinin kö­çü­rül­məsi xarici öl­kə­lər­dən Er­mə­nistana gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün şəraiti yax­şılaşdırar, boşalmış torpaq sahələrindən və mənzillərdən xarici öl­kə­lər­dən ermənilər köçürülən zaman istifadə edilə bilər. Beləliklə, 1948 və 1953-cü illər ər­zin­də 100 mindən artıq azərbaycanlı zorla tarixi tor­paq­larından Azərbaycan SSR-in Muğan və Mil çöllərinə köçürüldülər. Xaricdən gətirilən ermənilər isə Er­mə­nis­tandan deportasiya edilən azərbaycanlıların yaşayış üçün  hər cür şəraiti olan evlərinə yerləşdirildilər.Proses ardıcıl olaraq sonrakı illərdə də davam etmişdir.Xarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi.

    1984-cü ildə Ermə­nist­an rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kə­mər­li kən­di­nin 1675 ha torpaq sahəsinə id­dia irəli sürdü. Mərkəzi hakimiyyət Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.

     Ermənistan rəh­bər­­liyi 80-ci il­lə­rin or­ta­la­rın­da xa­rici öl­kə­lər­dən er­mə­ni­lə­rin Er­mə­nis­tana kö­çü­­rül­məsi mə­sə­lə­sini  yenidən qal­­dır­dı. So­vet hö­ku­məti bu təklifi bəyənərək 1985-ci il iyu­nun 20-də «1985-1986-cı il­lər­də xa­ri­ci öl­kə­lər­dən er­mə­ni­lə­rin SSRİ-yə re­pat­ria­­si­­ya­­sı­nın da­vam et­di­ril­məsi haq­qın­da» qə­rar qə­bul et­di. Bununla kifayətlənməyən Ermə­nist­an KP MK-nın bi­rin­ci katibi K.Də­mir­çiya­n 1986-cı ilin noyabr ayınd­a Sov.İKP MK-ya bir məx­fi məkt­ub yazaraq gös­tə­r­di ki, Ermə­nist­anda sovet haki­miy­yəti qurul­duğu ilk il­lər­dən Sov.İKP MK-nın qəra­rları ilə müx­tə­lif xarici öl­kə­lər­dən ermə­ni­lə­rin repatria­siya­sı həya­ta keçi­ril­miş­, so­vet ha­ki­miy­yəti il­lə­rin­də Ermə­nist­an SSR-ə xaric­dən 230 min nə­fər­dən çox erməni gətirilmişdir. K.Də­mir­çiya­n, məlu­mata görə, Yaxın və Orta Şərq öl­kə­lə­rin­də (İran, Suriya, Livan, İraq, İor­daniya) yaşayan er­mə­­ni­lər içə­ri­sin­də Er­mə­­nist­an SSR-ə daimi yaşa­maq üçün gəl­mək is­tə­yən­lərin olduğunu qeyd edirdi. Məkt­ubun so­nunda o, “repatria­si­ya­­nın mü­hüm siya­si əhə­miy­yə­tini nə­zərə alaraq Ermə­nist­an KP MK və SSRİ Nazir­lər Soveti­nin 1985-ci il 25 iyun tarix­li “1985-1986-cı il­lər­də xarici öl­kə­lər­dən ermə­­ni­lə­rin SSRİ-yə repat­ri­a­­siya­sı­nın davam etdi­ril­məsi haqqınd­a” qəra­rı­nın fəa­liy­yət müd­də­ti­nin 1990-cı ilin sonunadək uza­dılm­a­sını” xahiş et­di.

    Erməni məsələsində Rusiyanın qəyumluğunu isbatlyan başqa bir fakt SSRİ rəhbəri M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və 1987-ci il noyabrın 18-də “Humanite” qəzetində dərc edilmiş çıxışı ilə öz təsdiqini tapır.  Belə ki o, bu çıxışı zamanı  guya Dağlıq Qarabağın  Ermənistanla əla­qəsini nəzərə alaraq onun Ermənistana birləşdirilməsi barədə M. Qorbaçovun ra­zı­lı­ğı­nı aldığını bildirdi.1988-ci il fevralın 18-də çıxış edən M.Qorbaçov SSRİ-də milli münasibətlər məsə­lə­si­nə baxmağın vacibliyini söylədikdən sonra Ermənistan rəhbərləri daha da ruhlandılar. Er­mənistanın bilavasitə müdaxiləsi ilə fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azər­baycanlı de­putatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət edildi.

   DQMV Xalq Deputatları Sovetinin ayrılma haqqında qərarına etiraz edən dinc azərbaycanlılara fevralın 22-də Ağdam-Xankəndi şose yolu ətrafında yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlı şəxslərin atəş açması nəticəsində iki gənc öldürüldü və xatırladaq ki, onlar münaqişənin ilk qurbanları idilər. İyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qay­da­da ayrılmasına dair qərar qəbul etdi. Azərbaycanlılar DQMV-dən də zorla qovulmağa başlanmışdılar. Azərbaycanın hüquqlarını kobudcasına pozan SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq Arkadi Vol­ski­nin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Ko­mi­tə­sini yaratdı. Sov.İKP MK Siyasi bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi. Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı.

       1989-cu il sen­tyab­rın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR-in suverenliyi haq­qın­da konstitusiya qanununu qəbul etdi. Azərbaycanın etirazları nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi.Azərbaycanlılar Ermənistanda tarixi torpaqlarında yaşadıqları 172 kənddən qovuldular.

   Er­mə­nis­tan Azər­baycana qarşı təcavüzkarlığını ört-basdır etmək üçün DQMV-də “erməni xalqı”nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozul­ma­sı, sosial-iqtisadi inkişafının geri­li­yi barədə əsassız mülahizələr irəli sürürdü. Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi pla­nına daxil etdi.

  1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti 1918-ci ildə Azərbaycan Xalq Cüm­hu­riyyəti tərəfindən bəyan olun­muş dövlət müstəqilliyinin bərpasını Azərbaycan SSR hüdud­la­rın­da elan etdi. Bundan bir neçə gün sonra, sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayət və Şaumyan rayon Xalq Depu­tat­ları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çər­çi­və­sin­də qondarma “Dağlıq Qarabağ Respublikası”nın qurulduğu bəyan edil­di. Qondarma “DQR”-in elan edilməsi Azərbaycan və SSRİ qanunlarına zidd olub, Er­mə­nis­ta­nın təcavüzkarlığını ört-basdır etmək məqsədi güdürdü.Azərbaycan tərəfi 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətini ləğvi etdi.

   1991-ci il dekabrın 8-də Minsk yaxınlığında Belovejskoe Puşedə Rusiya, Ukrayna və Belarus prezidentləri görüşərək 1922-ci il İttifaq mü­qa­vi­ləsinin fəaliyyətini dayandırdılar. Dekabrın 10-da isə Dağlıq Qarabağ regio­nun­da­kı ermənilər Ermənistanın bilavasitə müdaxiləsi altında saxta “referendum” keçirərək “Dağlıq Qarabağın SSRİ tərkibində müstəqil bir respublika olması” üçün səs verdilər. Azər­bay­canlılar bu “referendum”da iştirak etmədilər. Bu zaman artıq SSRİ adlı bir dövlət mövcud deyildi. Dekabrın 21-də yaradılması elan edilən MDB Ermənistanın Azər­bay­canın daxili işlərinə qarışmasını nəinki dayandıra bilmədi, əksinə Ermə­nis­tanda yerləşən keçmiş sovet ordusunun komandirləri silah və sursatı erməni dəstələrinə verərək Azərbaycan əleyhinə silahlandırdılar.1992-ci il fevralın 26-27-də Ermənistan silahlı birləşmələri və Xankəndində yerləşən 366-cı keçmiş sovet alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində azər­baycanlı əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarqsyan sonralar Tomas de Vaala verdiyi müsahibəsində etiraf edəcəkdi: “Xocalıya qədər azər­bay­can­lı­lar belə fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq.” Markar Melkonyan isə yazır ki, Xocalı sakinləri altı mil qət edərək demək olar ki, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.

   Azərbaycan Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün beynəlxalq səylər göstərdi. 1992-ci il martın 2-də Azərbaycan Respublikası keçmiş DQMV-nin inzibati ərazisi də daxil olmaqla BMT-yə üzv oldu. Bununla da onun beynəlxalq sərhədləri tanındı, beynəlxalq hü­qu­qun mühafizəsindən istifadə imkanı qazandı.

    Həmin dövrlərdə  eyni zamanda bir sıra avropa dövlətləri və onların təmsil olunduğu beynəlxalq təşkilatlar  Azərbaycanın ərazi bütövlüyü ilə bağlı narahatçılıqlarını bildirdilər. Belə ki, Böyük Britaniyanın baş naziri Con Meycor 1992-ci ilin sentyabrında Azərbaycana göndərdiyi məktubda  Dağlıq Qarabağ münaqişəsi haqqında öz hökumətinin mövqeyini belə ifadə etmişdir: Böyük Britaniya hökuməti bildirir ki, Dağlıq Qarabağın rəsmi statusu məsələsi müzakirə mövzusu ola bilməz. Bu, Azərbaycan ərazisidir. Biz həmin bölgədə və onun ətrafında baş verən məhvedici münaqişəni bölgədə sabitlik üçün təhlükə, Azərbaycanın və Ermənistanın sovet kommunist hakimiyyətindən demokratiyaya keçməsi yolunda ciddi maneə kimi qiymətləndiririk”.

    Dövlət naziri  Duqlas Hörd Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd etdi  ki, Böyük Britaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin uzanmasından çox narahatdır.  Duqlas  Hörd Cənubi Qafqazda olan vəziyyəti "narahat və təhlükəli durum" kimi qiymətləndirmişdir. Dövlət naziri Duqlas Hörd Dağlıq Qarabağın taleyindən söhbət edərkən, xüsusilə, vurğulamışdı ki, Yerevanda olarkən Böyük Britaniya hökumətinin açıq mövqeyini Ermənistan rəhbərliyinə də bildirmişəm. Ermənistan prezidenti Levon Ter-Petrosyana şəxsən demişəm: "Biz Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirik!.."Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 1997-ci il sentyabrın 1-də qeyri-qanuni "seçkilər" keçirildikdən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat verərək bildirdi ki, "Qondarma "Dağlıq Qarabağ Respublikası" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Endryu Taker "Xalq qəzeti"nə (2001 -ci il, 26 yanvar) verdiyi müsahibədə bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz və tərkib hissəsidir, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməlidir. Səfir eyni zamanda demişdi: "Böyük Britaniyanın rəsmi dairələri dəfələrlə bəyan etmişlər ki, Dağlıq Qarabağa veriləcək muxtariyyətin hansı statusa malik olmasını yalnız Azərbaycan Respublikasının rəhbərliyi müəyyən etməlidir. Rəsmi London Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

   1994-cü ildə oktyabr ayının sonlarında Azərbaycana səfər edən BMT baş katibi Butros Butros Qali müna­qişənin tənzimlənməsində Rusiyanın təkbaşına rolunun artırılması cəhdlərinə qarşı çıxaraq çoxtərəfli sülh səylərini müdafiə etdi. Münaqişəyə dair BMT-nin münasibətinin və qəbul etdiyi qətnamələrin aşağıdakı dörd əsas prinsip üzərində qurulduğunu söylədi: Azərbaycan Respub­li­ka­sının ərazi bütövlüyü; sərhədlərinin toxunulmazlığı; ərazi zəbt etmək üçün güc tətbiq edil­mə­sinin yolverilməzliyi; işğal edilmiş bütün ərazilərdən qoşunların qeyd-şərtsiz və təcili çıxarıl­ma­sı.

     Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2001-ci il aprelin 23-dən 30-dək Strasburqda keçirilən yaz sessiyasında Parlament Assambleyasının bir qrup deputatı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı tanımaq çağırışı ilə çıxış etmişdir. Bununla əlaqədar sessiyada "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tanınması haqqında" xüsusi bəyannamə yayılmışdır. Bu sənədi 20 ölkədən olan 49 deputat dəstəkləmişdir. Bu hadisəni Bakıda növbəti diplomatik qələbə kimi qiymətləndirmişlər. Təsadüfi deyil ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Nezavisimaya qazeta"nin müxbirinə bildirmişdi  ki, bu cür sənədin qəbul edilməsi Azərbaycanın beynəlxalq meydanda ciddi qələbəsidir, çünki bu, azərbaycanlılara qarşı soyqırımı tanıyan, beynəlxalq təşkilatda rəsmiləşdirilmiş ilk sənəddir.

   Avropa Şurasının Parlament Assambleyası 2005-ci il yanvarın 25-də "ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa) məşğul olduğu Dağlıq Qarabağ bölgəsində münaqişə" adlı 1416 nömrəli qətnamə qəbul edib.Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası Avropa Şurasının Parlament Assambleyasında bu mühüm sənədin qəbul edilməsinə müvəffəq olub. Sənəddə Ermənistan Avropa Birliyi tərəfindən faktiki olaraq təcavüzkar ölkə kimi tanınıb.

   İşğal olunmuş ərazilərində Ermənistanın dağıdıcı fəaliyyətin nəticələrindən ciddi narahat olan  Azər­baycan Respublikasının təşəbbüsü ilə 2004-cü il noyabrın 23-də BMT Baş Məclisinin 59-cu sessiyası çərçivəsində “Azərbay­ca­nın işğal edilmiş ərazilərində vəziyyət” adlı əlavə 163-cü bənd müzakirə edildi. Qeyri-qanuni məskunlaşdırma və digər fəaliyyətləri araşdırmaq üçün işğal olun­muş ərazilərə Minsk qrupunun faktaraşdırıcı missiyası Azərbaycana səfər etdi. Faktaraş­dırıcı missiya 2005-ci il yanvarın 30-dan fevralın 5-dək Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Laçın rayonlarında oldu. Mis­si­ya­nın ha­zırladığı 36 səhifəlik məruzədə işğal edilən Azərbaycan ərazilərində erməni əhalisinin məs­kun məs­kun­laşdırılmasına dair faktlar əksini tapmışdı. Məskunlaşdırılmış əhalinin sayı 15-16 min nəfər göstərilirdi. Laçında təxminən 8-12 min, Kəlbəcərdə 1500-2000, Ağdamda 1000, Zəngilanda 1000, Qubadlıda 1500, Füzulidə 10, Cəbrayılda 100 nəfər erməni məskun­laş­dı­rılmışdı. Missiya hazırladığı məruzəni martın 17-də təşkilatın Vyanadakı Daimi Şuranın icla­sına təqdim etdi. Bunun nəticəsi kimi Minsk qrupu həmsədrlərinin Daimi Şuraya ünvanladığı mək­tubda regionun demoqrafik vəziyyətinin dəyişdirilməsinin qarşısının alınması üzrə tərəflərə tövsiyələr verilir, işğal altındakı ərazilərdə demoqrafik dəyişikliyin yolverilməzliyi qeyd və məskunlaşdırmanın dayandırılması tələb edilirdi.Missiyanın səfəri faktının özü əhə­miy­yət­li idi. Hər şeydən əvvəl, Minsk qrupu yara­dıl­dıq­dan sonrakı dövr ərzində işğal olunmuş ərazi­lər­də vəziyyəti araşdırmaq üçün missiya ilk dəfə gön­dərilirdi. BMT Baş Məclisinin 2005-ci il 20 sentyabr tarixli iclasında 40-cı nömrə altında 60-cı sessi­yanın gündəliyinə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” bəndi daxil edildi. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən məskunlaşdırılmasını təsdiqləyən faktlar barədə materiallar (A/59/720-S/2005/132), işğal edilmiş ərazilərinə ATƏT-in faktaraşdırıcı mis­siyasının hesabatı və Azərbaycanın işğal edilmiş ərazilərinə Minsk qrupunun faktaraşdırıcı mis­siyası ilə bağlı Minsk qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasına məktubu BMT-nin rəsmi sənədləri kimi yayıldı (A/59/747-S/2005/I87).

   Azərbaycan 2006-cı il iyunun 22-də ATƏT Daimi Şurasının plenar iclasında işğal edilmiş əra­zilərdə ermənilərin törətdikləri yanğınlar məsələsini də qaldırdı, müvafiq bey­nəl­xalq təş­ki­lat­la­rın, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtə­rəf­li ekoloji əmə­liy­yatın keçirilməsi üçün ATƏT-ə müraciət etdi. Sentyabrın 7-də BMT Baş Məcli­si­nin plenar iclasında işğal olunmuş ərazi­lərdə baş vermiş kütləvi yanğın halları müzakirə edildi. “Azər­bay­canın işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnamə qəbul edildi.

      2008-ci il martın 14- də BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın işğal olun­muş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul edildi. Baş Məclis Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə ta­nın­mış sərhədlərinin to­xu­nul­mazlığına dəstəyini bir daha təsdiq edərək, erməni qoşun­la­rı­nın Azərbaycan Res­pub­li­ka­sının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin yurd-yuvalarına qayıtma hü­ququnu bir daha təs­diq­lə­di, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icma­la­rına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa im­kan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin tə­min edilməsinin zəruriliyini bildirdi.

     2009-cu il martın 30-da BMT baş katibinin “Azərbaycanın işğal edilmiş ərazilərində və­ziy­yət” adlı məruzəsi qəbul edildi. Həmin ildə BMT Təhlükəsizlik Şurasında “Ermənistan Res­pub­likasının Azərbaycan Respublikasına qarşı təcavüzünün hüquqi nəticələri”, “Ermə­nis­ta­nın təftişçi iddiaları kontekstində dövlətlərin ərazi bü­­tövlüyü fundamental norması və öz mü­qəd­də­ratını təyin etmə hüququ” və “Azərbaycan əra­zi­lə­rinin hərbi işğalçısı kimi Ermənistanın beynəl­xalq hüquqi məsuliyyəti” adlı məruzələr rəsmi sənədlər kimi yayıldı.Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş torpaqlarında bu gün də müxtəlif ölkələrdən o,cümlədən Suriya və Livandan ermənilər kütləvi şəkildə köçürülərək  yerləşdirilir.

   Bütün bu gerçəkliklərə rəğmən, Azərbaycan yenə də  sözü gedən konfliktlə bağlı  konstruktiv təkliflər verir, Dağlıq Qarabağda  erməni icması ilə azərbaycanlıların birgəyaşayış yollarını axtarır və bunun üçün ölkəmizdə tolerant mühitə zəmanət verir. Hərçənd  bir sıra hallarda istər Ermənistan tərəfi, istərsə də bəzi qərb dairələrindən  “Azərbaycan  kompromisə getməlidir”  çağırış sədalarını da eşidirik. Qarabağ münaqişəsinin nizamlanmasında  bir sıra hallarda önə çıxan xalq diplomatiyasının imkanlarını şərh edən tanınmış ekspert, ABŞ-dakı Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Tomas de Vall “Azadlıq” radiosuna bildirirdi  ki, hazırda ən böyük problem Azərbaycan cəmiyyətində də, erməni cəmiyyətində də Qarabağla bağlı debatın olmamasıdır, yəni gələcəklə bağlı debatın: “Bütün debatlar keçmişlə bağlıdır: kim haqlıdır, kim haqsızdır, Xocalıda nə baş verib, Sumqayıtda nə baş verib?.. Belə bir debat aparılmır ki, Azərbaycan və Ermənistan bu bölgədə necə dinc şəkildə, mehriban qonşu kimi yanaşı yaşaya bilər? Yəni bu ölkələrin heç birində effektiv intellektual debat yoxdur. Biz ancaq 1988-ci ildən sonrakı hadisələrə əsaslanan qarşılıqlı ittihamları eşitməkdəyik”.

  Ancaq hesab edirik ki, Tomas de Vall bu məsələdə haqlı deyildir. Çünki Azərbaycanın bu istiqamətdə mövqeyi kifayət qədər konstruktivdir. Belə ki, Azərbaycan prezidenti dəfələrlə söylədiyi kimi,  “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” (20.10.2016.) üçün müsahibəsində də jurnalistin “Kompromis mümkündürmü və hansı şərtlərlə mümkündür?” sualına cavabında  bildirdi ki, kompromis deyəndə nə nəzərdə tutulduğunu və hansı tərəfin onu necə yozduğunu dəqiq anlamaq lazımdır. Nə etmək lazım olduğunu demək üçün nə baş verdiyini bilmək lazımdır: əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, Şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir. Sovet illərində orada artıq köçürülmüş erməni əhali olması ilə əlaqədar muxtar vilayət yaradılmışdı, bu, heç respublika da deyildi, onun Ermənistanla inzibati sərhədi yox idi və hər şey normal idi, həyat öz axarı ilə gedirdi, ciddi problemlər yox idi. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Dağlıq Qarabağ Azərbaycanın bir sıra başqa regionlarını qabaqlayırdı, yəni, oraya diqqət yetirilməməsi barədə danışmaq ədalətsizlik olardı. Xüsusən ona görə ki, bu cür muxtariyyətlərə mərkəzi hakimiyyət orqanları da xüsusi münasibət bəsləyirdi. Lakin Sovet İttifaqının dağılması ərəfəsində orada separatçı meyillər üstünlük təşkil etdi, bütün bunlar qan tökülməsi ilə nəticələndi. Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular, orada təxminən 30 faiz azərbaycanlı vardı. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə-yeksan edilib. Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı. Praktiki olaraq bütün beynəlxalq təşkilatlar düzgün qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? – Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa – bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.

          Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağın yerli özünüidarəetmə məsələləri üzrə kompromis ola bilər, ancaq gələcəkdə razılığa gəlsək, bu, muxtar respublika ola bilər. Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur. Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır”.

   Azərbaycan Respublikasının Xarici İşlər Naziri E. Məmmədyarov da mətbuata müsahibələrində kompromislə bağlı öz fikirlərini kifayət qədər aydın təqdim etmişdir: “Azərbaycanın kompromisi odur ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. İkincisi, Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparmağa razıyıq. Ermənistan tərəfinə dəfələrlə bildirmişəm ki, dünyada mövcud olan bütün muxtariyyət modellərinin üzərində işləyək. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları Qarabağdan çıxmalı, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalı, stabillik yaranmalı, iqtisadı inkişaf olmalı, kommunikasiya bərpa edilməlidir. Yalnız bundan sonra status məsələsini müzakirə edə bilərik”. Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını qeyd edən E. Məmmədyarov Azərbaycanda gedən inkişafdan işğal olmuş torpaqlara, o cümlədən Dağlıq Qarabağa da pay düşməsini istədiyini vurğulayıb: “Orada yaşayan ermənilər də Azərbaycan vətəndaşı kimi ölkədə gedən iqtisadi inkişafdan bəhrələnə bilərlər”.

   İndi gəlin Ermənistan tərəfinin mövqeləri ilə tanış olaq. Ermənistan baş naziri olmuş  Paşinyan  qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışır və bildirir ki, bunsuz danışıqlar effektiv olmazdı. Paşinyana görə,  Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi yenilik deyil. Paşinyan bildirirdi ki,“1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sərkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər  rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə mənəvi əsaslarım yoxdur. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılmasında iştirak etmir. Onun özünün “hökuməti” və “prezidenti” var”.

   Ermənistan baş nazirinin fikrincə, danışıqlarda Qarabağın azərbaycanlı icmasının da iştirak etməli olduğu haqda arqumentlər “əsassızdır, ona görə ki, həmin azərbaycanlılar Azərbaycan vətəndaşlarıdır. Deməli Azərbaycan prezidenti İlham Əliyev onların da adından danışıqlar aparır, çünki onlar seçkilərdə iştirak ediblər. Qarabağın sakinləri isə Ermənistan hakimiyyətini seçməyiblər, deməli Ermənistan hakimiyyəti onları təmsil edə bilməz. Paşinyan  deyir ki, Sərkisyandan, Köçəryandan fərqli olaraq qarabağlı deyil. Deməli, Dağlıq Qarabağın adından danışa bilməz.

  Əgər belədirsə, onda Paşinyandan soruşmaq lazımdır ki, Ermənistan ordu birləşmələri  Dağlıq Qarabağda niyə mövcuddur?! Əgər “Dağlıq Qarabağ “ tərəf kimi masa haqqı istəyirsə o zaman Ermənistan  niyə söhbətə kurs olur?! Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərlə öz vətəndaşları kimi məşğul  ola , erməni icmasını dinləyə  və problemlərini tənzimləyə bilər.

   Ermənistan tərəfi hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir və hər bir vəchlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur. Bbcazeri.com saytına tanınmamış Dağlıq Qarabağ Respublikası Xarici İşlər Nazirliyi strukturunda fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Janna Krikorova Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış azərbaycanlı əhalini nəzərə almadan bir qədər də irəli gedərək həyasızcasına bildirir ki, “Mən “Qarabağ erməni icması” anlayışını başa düşmürəm. Hazırda Qarabağda rus icması, yunan icması var... Qarabağ erməniləri özlərini, tanınmamış da olsa, Dağlıq Qarabağ Respublikası vətəndaşı hesab edirlər”. O, hələ iki il bundan əvvəl “Qarabağ tərəfinin müxtəlif beynəlxalq layihələrdə fəaliyyəti haqqında çox sərt bir bəyannamə” qəbul edildiyini bildirib. Erməni tərəfi mübahisəli məsələlər üzrə Qarabağla Azərbaycan arasında birbaşa və bərabərhüquqlu təmaslardan başqa formatda əlaqələrdən imtina edir. Krikorovanın sözlərinə görə, “məhz bu səbəbdən Qarabağ nümayəndələri Berlində Azərbaycan icması ilə keçirilən görüşdə iştirak etməyib”.

    Bbcazeri.com saytına danışarkən Qarabağın Xarici Siyasət və Təhlükəsizlik üzrə İctimai Şurasının sədri Masis Mailyan belə bir həyasız fikir səsləndirir ki, Azərbaycan  Dağlıq Qarabağ Respublikasının müstəqil statusunun beynəlxalq tanınmasına yol verməmək üçün, Qarabağı dünyaya Ermənistanla Azərbaycan arasında qarşıdurmanın obyekti kimi təqdim etməyə çalışır, təsəvvür yaratmaq istəyir ki, guya Qarabağ xalqı iki icmadan ibarətdir və problemin həlli üçün icmaları barışdırmaq kifayətdir”. Qeyri-hökumət təşkilatının nümayəndəsi deyib ki, erməni tərəfi Dağlıq Qarabağı münaqişə obyekti deyil, münaqişə subyekti kimi qəbul olunmasına iddia edir. Qarabağda fəaliyyət göstərən bir sıra ictimai təşkilat nümayəndələri nəzərdə tutulan icmalararası görüşdə iştirak niyyətində olmadıqlarını bildirirlər. 2018-ci ilin 11-12 oktyabrında İrəvanda keçirilən Frankofoniya tədbirində açılış mərasimində Ermənistanın baş naziri Paşinyan Düşənbə sammitində Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmalara zidd bəyanat  verərək "Dağlıq Qarabağ” rejimindəki erməni icmasını, "Dağlıq Qarabağ xalqı” kimi təqdim edib. Halbu ki, belə bir xalq yoxdur. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması vardır. Eyni zamanda, Paşinyan belə bir mövqe ortaya qoyub ki, Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır.

         Göründüyü kimi, Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur. Ermənistan rəhbərliyi tərəfindən münaqişəyə insan hüquqları donu geyindirilməsi cəhdləri və yaxud Azərbaycanın guya Dağlıq Qarabağda əhali olmadan, yalnız əraziləri istəməsi barədə cəfəng fikirlər səsləndirir.Halbuki, Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq formatının qurulmasına dəfələrlə təşəbbüs göstərmişdir. Bunda da məqsəd bölgənin erməni və azərbaycanlı icmalarının təmsilçiləri olan iki xalqın yenidən birgə yaşamasının mümkünlüyünə dair dialoq aparmaq, bununla da münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşadırmaq olmuşdur. Lakin erməni tərəfi həmişə bu təşəbbüsdən qaçır və Ermənistan tərəfi  iki xalqın birgəyaşayışının mümkün olmadığına dair mövqe sərgiləyir. Rəsmi Bakı dəfələrlə bildirib ki, Dağlıq Qarabağın yekun statusu ancaq işğalşı qoşunların Dağlıq Qarabağ da daxil olmaqla bütün ərazilərdən çıxmasından sonra, azərbaycanlıların Şuşa da daxil olmaqla, bu bölgənin inzibati hüdudlarında yerləşən yaşayış yerlərindən qayıtmasından sonra müəyyən edilə bilər.  9Yeri gəlmişkən milli etnik konfliktlərin həlli modellərindən biri kimi Brüssel  nümunəsi müzakirə oluna bilər. Məlumdur ki, Brüsseldə yaşayan həm flamandlılar, həm  fransızdillilər şəhəri özlərininki sayırdılar, baxmayaraq ki, şəhərin tarixi əhalisi flamandlılardır. On doqquzuncu əsrdə keçirilən fransızlaşdırma siyasəti tərəflər arası gərginliyin əsas səbəbi kimi göstərilir. Gərginliyi həll etmək üçün Belçika hökuməti ölkə ərazisini üç regiona – Flandriya, Valloniya, Brüsselə böldü. Əsas münaqişə predmeti olan Brüsselə də özünəməxsus səlahiyyət verildi. Belə ki, bu modelə əsasən, Brüsseli üç icma hökuməti idarə edir. Hər hökumət bir icmanın maraqlarını təmsil edir və həmin icma daxilindəki məsələləri tənzimləyir. Brüsseldə söhbət flamanda, alman, fransızdillilər deyilən üç icmadan gedir. İcma hökumətləri yerli idarəetmə, mədəniyyət, təhsil məsələlərinin həlli ilə məşğuldur. Ancaq Belçikanın bir konstitusiyası var və konstitusiyaya görə hamı ölkə vətəndaşı sayılır. Ordu, polis, məhkəmə sisteminin səlahiyyətləri Belçikanın bütün ərazilərini əhatə edir. Qeyd edək ki, bu model Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycan dövləti tərkibində yalnız Dağlıq Qarabağ ərazisini əhatə edərsə, orada anoloji icma hökumətləri təcrübəsinə nəzər salına bilər və bu model əraziyə Azərbaycanlı icmasının qayıdışından sonra, Dağlıq Qarabağ və ətraf rayonlarda  Ermənistan tərəfindən qeyri qanuni məskunlaşdırma (dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriya və Livandan köçürülən ermənilər) siyasətinin nəticələrinin ləğvindən sonra bəzi korrektələrlə müzakirəyə çıxarıla bilər.Yəni orada hər iki icmanın maraqlarına xidmət edən koalision icra strukturu formalaşdırmaq olar.

     Ermənistan – Azərbaycan münaqişəsinin tənzimlənməsində məsul beynəlxalq qurum və təşkilatlar beynəlxalq hüququn prinsplərindən çıxış edərək, Qərbi Azərbaycan (indiki  Ermənistanın ərazisi) torpaqlarından deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdaraq yaşama haqqını təmin etməyə çalışmalıdır. Necə ola bilər ki, Dağlıq Qarabağda erməni icmasının yaşama haqqına həssas yanaşan bu qurumlar azərbaycanlıların Ermənistan ərazisindən qovulması faktına seyriçi yanaşır.

    Problemin əsas həll yollarından biri məhz  Ermənistanın müstəqil olmasından keçir. Nə qədər ki, Ermənistan  iqtisadi - siyasi cəhətdən müstəqil deyildir, yəni forpostdur, ərazisində Rusiyanın ordu hissələri yerləşir, dövlət olaraq müstəqil qərarqəbuletmə gücündə deyildir, sözügedən münaqişənin həlli mümkünsüzdür. Nə qədər ki, vasitəçilik  misiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  həmsədrləri  tərəf nümayiş etdirir, Bakıda  bir, İrəvanda başqa bəyanat verir, onlar validlik böhranı yaşayacaq və deməli, problemin  ədalətli tənzimlənməsini onlardan gözləmək əbəsdir. Güman edirik ki, problemin çözümü xalqlararası dialoqdan keçir.Bunun üçün Azərbaycan  soyuq hücum diplomatiyasından əl çəkməmək şərtilə  xalq diplomatiyasının imkanlarını səfərbər etməli, Ermənistan cəmiyyətinə  birgəyaşayış istiqamətində daha çox mesaylar ötürməlidir. Eyni zamanda,  Ermənistan Rusiyanın maşası olmasını dərk edib ondan taktiki imtina yolları aramalı, ona labirintdən başqa heç bir qazanc əta etməyən “Böyük Ermənistan” mərəzindən sağalmağa çalışmalı və Qafqaz evində qonşuları ilə dinc,yanaşı yaşama yolunu seçməli,tolerant, multikultral həyat tərzinə sadiq Azərbaycanla mehriban qonşuluq siyasəti aparmalıdır.Əks təqdirdə erməni tərəfinin icmalararsı dialoqdan qaçması  sülh üçün sonuncu şansları da aradan qaldıra bilər və bu halda itirən Ermənistan olacaq. Çünki bu münaqişədə Azərbaycanın bir çox üstünlükləri vardır.İlk növbədə güclü iqtisadi, hərbi immunitetə, insan kapitalına malik ölkəmiz haqq işi uğrunda savaşır, ikincisi və ən əsası  Azərbaycanın üstünlüyü onun başında İlham Əliyevin timsalında böyük vətənpərvər, rasional-leqal liderinin durması, Mübariz İbrahimov örnəkli  əsgərə sahibliyi, liderinə inanan və ona həmişə dəstək verən  müdrik xalqın olmasıdır.

 

 

 



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM