İntihar sosial psixoloji anomiya kimi

12:11 / 05.03.2015

Üzeyir Şəfi

BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent

         Suisid (intihar) halının təbiətinə xas olan keçiricilik,təqlid gücü , epidemiklik,intiharın cavanlaşması,onun gətirdiyi müəyyən ağır nəticələr sözügedən problemlə bağlı elmi tədqiqatların dərinləşdirməklə yanaşı,ayrı-ayrı elm sahələrinin bu istiqamətdəki uğurlarını kombinə etməyi,onlarin ümumi oxşar nüanslarını tapmağı,intihar haqqında bütün bilgiləri nəzərdə tutan ümumi bir nəzəriyyə yaratmağı tələb edir.

   Bu nəzəriyyə mövzu ilə bağlı müxtəlif elm sahələri arasında nisbi barışmaz mövqeləri aydınlaşdırmağa,onlar arasındakı kəskin səddin götürülməsinə və beləliklə də intiharı həm də müxtəlif həyat sferalarını əhatə edən üzvi aləm hadisəsi kimi səciyyələndirməyə,onun mümkünlük coğrafiyasının nisbi dəqiq hüdudlarını təyin etməyə xidmət edə bilər.Suisidlə bağlı fikir ayrılıqları bu hadisənin sosial həyatda,yaxud bütöv üzvi aləmdə mövcudluğu,onu törədəcək hadisənin səbəblərinin çoxluğu,bütövlükdə intiharın mahiyyətinə verilən qiymət fərqlərində öz ifadəsini tapır.

 Çoxsaylı elmi ədəbiyyatda intiharın bir-birindən fərqlənən rəngarəng izahı ilə rastlaşmaq mümkündür.İlk öncə onu qeyd edək ki,intihara verilən definisiyalar müəyyən obyektiv və subyektiv səbəblərə görə siyasi,ideoloji təsirlərə məruz qalıb.Uzun illər sosialist ölkələri ədəbiyyatında intihar-psixi xəstəlik,xroniki alkoqolizm zəminli patologiya kimi şərh olunaraq,onun yaranmasında sosial-iqtisadi və mənəvi amillərin rolunu sosialist məkanı üçün qeyri-xarakterik olması təsəvvürü hakim olmuşdur.Əsl həqiqətdə isə sovet cəmiyyətində intihar təkcə psixoloji xəstəlik,alkoqol motivli deyil,müxtəlif zəminlərlə özünü təzahür etdirirdi.Sabiq sosialist sistemində ideya-siyasi basqılarını öz üzərində hiss edənlərin,öz daxili yaradıcılıq potensialını üzə çıxarmağa imkan yaradılmayanların və s.intihara əl atmaları əlbəttə ki,psixi anomaliyanın,alkoqolizmin nəticəsi sayıla bilməz.Mübahisəli məqamlardan biri də intiharın təvəllüd tarixi ilə bağlıdır.Öz şərhlərində sosiologizmi və psixologizmi əsas götürən tədqiqatçılar intiharın insanlıq tarixi ilə yaşıd olmasını və bu hadisənin yalnız sosial və sosial-psixoloji mahiyyət daşıdıdığını iddia edirlər.Biologizm və evolisionizmdən çıxış edən tədqiqatçılar isə suisidin yaşını bir qədər də əvvələ-insanaqədərki dövrə aparıb çıxararaq bu hadisəni nəinki sosial,həm də bütöv üzvi aləm hadisəsi kimi təqdim edirlər.İntihar hələ qədim zamanlardan insanların düşüncəsinə hakim kəsilmişdir.İnsanın özünün,xüsusən,onun psixi aləminin tam öyrənilməsi yuxu və digər hadisələr kimi,intiharın da haqqında bitkin qənaətə gəlməyə imkan vermir.Zoosferada elə ölüm hadisələrinə rast gəlmək olur ki,bu hadisələrə nəzərən demək olar ki,intihar həm də bioloji həyat hadisəsidir.Hələ qədim Yunan filosofu Aristotel bu hadisə üzərində müşahidələr aparmış,ancaq təkzibedilməz uğurlar qazana bilməmişdir.Yunan müdriki ayğırın öz anası ilə məcburi cütləşmədən “şüurlu” imtina edərək özünü sıldırımdan atmasını şüursuz,yaxud şüurlu baş verdiyini dərk etməyə çalışır.Nəticədə o,bunu ayğırın şüurlu hərəkət aktı kimi qəbul edir.Bu həmin Aristoteldir ki,canlıları təsnif edərək onları ilkin suda yaşayanlar və sonradan suda-quruda yaşayanlara bölür və bu bölgü bioloqların alqışları ilə qarşılanır.Ancaq onun kartofun qabığı zibillikdə siçana çevrilir qənaəti,qaranquşların mövsümünü keçirdikdən sonra gələn mövsümə qədər lildə,çamırda yaşadıqları fikirləri genetiklər və orientoloqlar arasında rişxənd və gülüş obyektinə şevrilmişdir.

  Ornetoloqlar arasında monoqam ailə həyatı yaşayan qu quşunun öz yoldaşını itirdikdən sonra özünü öldürməsini intihar hadisəsi sayıb-saymamaqla bağlı analoji fikir ayrılıqları da vardır.Yaxud sahibi öldükdən sonra itin yeməkdən imtina edərək ölməsi,fillərin ölümqabağı özünü qayadan ataraq öldürməsi(xatırladaq ki,bu aktı bəzi tədqiqatçılar insanın ölümqabağı qorxudan irəli gələn intiharı ilə identikləşdirirlər),əqrəbin hirslənərək özünü sancmaqla öldürməsi və s. faktlar intiharın sosial sferaya siğmadığını və deməli,təkcə sosial motivli olmadığını bir daha təsdiqləyir.Bir qrup tədqiqatçılar isə birmənalı olaraq intiharı sosial hadisə kimi dəyərləndirirlər.Bunu isə belə bir arqumentlə əsaslandırırlar ki,heyvanlarda o düşüncə yoxdur ki,onlar intihar etsin.Biz bu fikirlə heç də razi deyilik.Çünki sosial sferada baş verən elə intihar halları vardır ki,onlar yüksək düşüncədən deyil,təhrikedici instinktlər,təqlidlər və s. vasitə ilə reallaşır.Bu instinktlər isə insanlar kimi başqa canlılarda da vardır.Bununla biz intiharın yaranmasında instinktivizm və bütövlükdə psixologizmi mütləqləşdirmək fikrində deyilik.Baxmayaraq ki, bu tipli amilləri intihar üçün mütləq səbəb rolunda görən məktəblər az deyil.Məsələn,təqlid nəzəriyyəsinin tərəfdarları intiharı təqlidlə birbaşa əlaqəli hadisə kimi xarakterizə edərək bildirirlər ki,tüpürmək,əsnəmək,xoreya və s. hallar təqlid qanunlarına tabe olduğu kimi,suisid də təqlid zəminində baş verir.Bu mövqenin qüsürlü cəhətlərinə münasibət bildirməzdən əvvəl,onu qeyd edek ki,təqlidin intihara təsiri şübhəsizdir.Həm də bu təsir epidemik gücü ilə seçilərək kollektiv suisid üçün şərait yarada bilər.Bu nəzəriyyənin təəssübkeşlərinin səhvlərindən biri budur ki, əvvəla, onlar bir intiharın yaradıcısı nədir-sualını hardasa cavabsız buraxıblar.Və qeyd edirlər ki, müəyyən sosial norma və qaydaları pozur,dəyərlərə hörmətsiz yanaşır və sosial nəzarət onu suisidə dəvət edir, bu dəvət təqlid gücü ilə reallaşır(intihar burada intravet formada özünü göstərir).Bu mövqenin təmsilçiləri cəmiyyətin individi,sosial nəzarətin fərdi intihardan çəkindirmə xidmətini,təsəlliverici funksiyasını görmək istəmirlər.Elə bu səbəbdən bu tipli interpretasiyalar bəzən uğursuzqluqla qarşılanır.

  İntiharı patofizioloji əsasdan izah edən İ.P.Pavlov göstərir ki,intihar insanın aparıcı instinktinin-onu həyata bağlayan maraq,məqsəd instinktinin tormozlanması,sönməsi və itməsi nəticəsində yaranır.İntihar hallarının mozaik təbiətindən çıxış edərək demək olar ki,İ.P.Pavlovun gətirdiyi səbəb intiharı şərtləndirən amillərdən ancaq biri ola bilər.Həyata maraq instektinin ölməsi müəyyən mənada nəticədir.Bu nəticənin səbəbləri isə rəngarəng ola bilər.Psixoloqlar və psixiatrlar suisidi psixapatoloji amillərlə izah etməyə çalışaraq,intiharı yaradan psixe xəstəliklər sırasında depressiv,maniakal depressiv,kotar sindromu,qocalma ərəfəsi qorxu,disforiya,deliriya sendromu,katonik sindrom,hallüsinasiya sindromu,alkoqol  psixoz,hipoxondiya sindromu,epilepsiya,manamoniya,böyüklük maniyası kimi xəstəlikləri qeyd edirlər.Psixologizmdən çıxış edən tədqiqatçılar bəzən ifrata vararaq,intiharı ancaq idiotizmlə əlaqələndirirlər(Eskurel).Bu və buna bənzər baxışları fransız sosioloqu E.Dürkheym başqa bir tədqiqatçı Morselliyə istinadən,idiotizmin intihara təkcə təkan verici rolunu deyil,həm də onun qarşısını alan amil kimi qəbul edir.O, göstərir ki,dəlilik kənddə daha çoxdur,nəinki şəhərdə.Amma intihar şəhərdə daha çox yayılib.Suisidi bir sıra amillərlə,o cümlədən rituallar,mərasimlər,dinlərlə,sosial iqtisadi durum,iqlim,təhsil,məkan,sosial və peşə mənsubiyyəti,cins,yaş,xarakterlə bağlayan tədqiqatçılar da az deyil.

  Hind,yapon,yunan,roma,slavyan ritualları tarixinə nəzər salsaq görmək olar ki, intiharların bir qismi həmin rituallarla bağlıdır.’’Sutti’’(etibarlı qadın) adlı hind mərasiminin mahiyyətində belə bir qayda durur ki, ərini itirmiş qadın 40 gündən gec olmayaraq özünü tonqala atıb yandırır və bununlada sahibinə sədaqətini nümayiş etdirir.Əgər qadın özünü əri ilə birlikdə öldürürsə(saxa marana) bu daha yaxşı qiymətləndirir.Əgər sonradan öldürürsə(anu marana),deməli, o, bunu ətraf mühitin təsiri altında edir,yenə pis qiymətləndirilmir.          

  ’’ Dikşa’’adlı digər hind dini mərasimi isə həyat əzablarından,günahlarından xilas yolunu(mokşa) özünüyandırmada görür.Bu mərasim bəzən kütləvi xarakteri ilə də diqqəti cəlb edir.Yaponiyada samuraylar və cəmiyyətin digər yüksək təbəqələri öz şərəflərinin təhqiri zamanı,busido normalarına uyğun olmayan hərəkət edərkən,feodal ölərkən xarakiri(qarnını yırtma) adlı intihara gedərək bununla da göy və insanlar qarşısında bəraət qazandıqlarına inanırdılar.Xarakiriyə səbəb olan başqa amil kimi düşmən əlinə keşməmək, rüsvay olmaqdan xilas olmağı göstərmək olar.

   Hesab edirik ki,kamikadze(yaponca-müqəddəs külək) xarakirinin bir formasıdır.

   Kamikadzelər Yaponiyadan meydana gəlib.1939-1942-ci illərdə müharibə gedişində tarana gedən yapon təyyarəçiləri belə adlandırılırdı.Onların əməlləri xüsusi dini təsir,məxsusi əqidə,inamın sirayətilə reallaşır və kamikadzelər yüksək hörmət,sitayişlə əhatə olunur.Bu mükafat isə kamikadzeliyə stimulverici amil kimi çıxış edə bilər.Kamikadzeyə keçirilən dərs sayəsində onu öz hərəkətinə inam, bu yolda geriyə dönməzlik prinsipləri yaranır, bir növ öz həyatları hesabına düşməni məhv etməyi həyat kredosuna çevirir.İntihara təkan verən rituallar haqqında çox danışmaq olar.Dini mərasimlərin intihara təsiri şübhəsizdir. Bu təsir birbaşa və dolayısı ilə ola bilər. Bəzi dinlər(caynizm,buddizm)özündə müəyyən pessimist baxışlar ehtiva etdiyindən kütləvi melanxoliyaya, o da son nəticədə intihara səbəb ola bilər. Ancaq istisnasız olaraq bütün dinləri intihar üçün demiurq kimi qəbul etmək olmaz. Bəzi dinlərdə intiharı yasaqlayan sərt,imperativ qaydalar mövcuddur. İslam və  xristian dinləri birmənalı olaraq intiharı düzgün olmayan hərəkət,Allahın işinə müdaxilə etmək kimi qiymətləndirir və insanları bu yoldan çəkindirir (Qurani-kərim.ən-Nisa surəsi,29-cu ayə). E.Dükheym Falret, Morselliyə istinadən qeyd edir ki,hansı dinlərdə ənənəçilik,inandırma gücü sərt qayda və normalar var,yeniliklə barışmazlığa,azad fikirliliyə meydan verilmirsə,həmin dinlərin daşıyıcıları intihara az meyilli olur. O, bu baxımdan protestantlarla katolikləri misal gətirərək bildirir ki, birincilər intihara daha çox meylli olurlar.

  Göründüyü kimi, dinlər və dini mərasimlər intihara bir istiqamətli təsir etmir və bu təsir mütləq məna kəsb edə bilməz. İntihara şərait yaradan amillərdən biri kimi iqtisadi amilləri əsas sayan suisidoloqlar da az deyil. Bəri başdan qeyd edək ki,intihar edənlərin özlərindən sonra qoyduqları məktublar və qeydlərdə bu amillər az yer tutumur. İtalyan kriminalisti Q.Polleti iqtisadi zəminli cinayətkarlıqla intihar arasında birbaşa paralel aparır.Haqlı olaraq bəzi tədqiqatçılar bu amili əvəzsiz səbəb kimi görmürlər.E.Dürkheym iqtisadi baxımdan qeyri-bərabər ölkələri müqayisə edərək oxucusunu belə bir mənzərə ilə tanış edir.İrlandiya,İspaniya iqtisadi vəziyyətinə görə Fransaya nisbətən zəifdir,ancaq suisid Fransada daha çoxdur.Yaxud Roma imperiyası öz inkişafında apogey mərhələdə olanda belə suisid orada hekatomba səviyyəsində olub.E.Dürkheym bununla da belə bir nəticəyə gəlir ki,iqtisadi böhran ona görə intihar yaratmır ki, özü ilə birgə səfalət və kasıbçılıq gətirir,ona görə ki, böhran cəmiyyətdə kollektiv birliyi, həmrəyliyi dağıdır.O, davam edərək yazır:”İnsanlar ona görə özlərini öldürmürlər ki, onların qanuni təlabatları ödənilmir, ona görə suisiddən meyllənirlər ki, insanlar öz qanuni təlabatlarının harada dayandığını bilmirlər”.

   Suisidoloqlar,etoloqlar suisidə həssas xarakterlərin təsirindən də az bəhs etmir.E.Dükeym həkim Qrassenin tədqiqatlarından çıxış edərək belə qənaətə gəlir ki, məğrurluq, səxavət, ağıllılıq instinktlərinin daşıyıcıları intihara çox meyilli olurlar.Fikrimizcə,Dürkheymin bu mövqeyi digər xarakterlərin intihar üçün tam əlverişsizliyi deyil.L.N.Tolstoy özünün “ Sevastopol hekayələri”əsərində belə bir nəticəyə gəlir ki, ümidsizlik vəziyyətində qorxaqlar da qəhrəmana çevrilə bilər(əsərdə təsvir olunan ümidsiz qorxaq praporşikin qəhrəmana çevrilməsi bizə bu qənaəti verir).

  İntihar,əsasən,qışa nisbətən yayda,şimala nisbətən cənubda yüksək tezliklə baş verir.Bu və ya bunabənzər mövqeləri suisiddə iqlimin, günün çağlarının təsirini əsas götürən suisidoloqlar nümayiş etdirir.İqlimin suisidə təsirini qeyd edən Monteskye hesab edir ki, soyuq iqlimli ölkələrdə intihar daha çox olur,ilin payız fəslində apogey səviyyəyə çatır.Tədqiqatçılardan Lombrazo,Ferri,Morselli Montekskyenin əksinə olaraq hesab edirlər ki, istilik insanın əsəb sisteminə həyacanlandırıcı təsir etdiyindən yayda intihar tezliyi daha çox olur.Əgər qəbul ediriksə insan yaşadığı mühitin uyğunlaşır.Mühitə uyğunlaşmış insanın isə intiharına yaşadığı mühitin təkanverici təsiri az inandırıcıdır.Bununla demək istəmirik ki, mühitin təsirini nəzərə almaq lazımsızdır.İqlimin intihara təsiri ancaq müəyyən konkret şərtlər daxilində mümkündür.Suisidoloqlar intiharın cinslə əlaqəsi qanunauyğunluqlarına diqqət yetirərək qeyd edirlər ki, psixi xəstəliklərin kişilərə nisbətən qadınlar arasında az yayılıb.Bunun bir səbəbi də qadınların nisbətən təhsilsizliyidir.Buradan da belə bir nəticəyə gəlmək olar ki, təhsillilər intihara daha çox meyil edirlər.Sosiologizm mövqeyindən intihar probleminə yanaşan E.Dürkheym birmənalı olaraq intiharın səbəbini sosial aləmdə-sosial əlaqələrin qırılmasında axtarırdı.O, suisidi yaradan amilləri fərqləndirir və bu fərqlərə adekvat olaraq intiharın dörd növünü göstərir:eqoist, altruist, anomik, fatalist.Eqoist intihar ölçüsüz fərdiyyətçilik, kollektiv hissizlik, fərdin həyatda məna görməməsi hissinin formalaşması, tənhalıq, boşluq hissi zəmində yaranır.E.Dürkheymin fikrincə, bu vəziyyətin səbəbi ictimai orqanizmdəki xəstəlik və defektdir.O, digər tədqiqatçılar və statistik materialların təhlilindən çıxış edərək qeyd edir ki, dil, ailə, vətən eqoist intiharın qarşısıni almağa kömək edir.İntiharın fatalist tipi qrupun fərd üzərində ifrat primatlığı, güclü sosial nəzarəti nəticəsində yaranır.Bu nəzarət qarşısında dözə bilməyən fərd şüurlu şəkildə özünə qəsd edir.Altruist intihara məruz qalan fərd eqoist intiharla üzləşənlərdən fərqli olaraq həyatda məna görür, amma onu özündən kənarda hiss edir.Bu intihar növü fərdi mənafelərin qrup mənafeləri tərəfindən udulması zamanı özünü göstərir.

  E.Dürkheym fikrincə, keçid dövrlərində, ağır sosial-iqtisadi böhranlar zamanı, ictimai müvazinətin itməsi, fərdin dəyişikliklərə uyğunlaşa bilməməsi zəminində intiharın anomik forması özünü təzahür edirir.O, belə hesab edir ki,anomik suisid yüksək sənayə və ticarət böhranları zamanı kütləvi xarakter ala bilər.E.Dükheym tarixə ekskurs edərək 1848-ci inqilabının Avropada, 1868-ci il ticarət inqilabının İngiltərədə intiharların yüksəkliyinə təsirini qeyd edir.Sosioloq adı çəkilən əsərində intuhar üçün səbəb olacaq və onun tezliyinə təsir edən amilləri ayırır.O, sosial mühiti, sosial əlaqələrin qırılmasını, fərdə qarşı ictimai laqeydliyi, özgələşməni intiharın əsas səbəbləri sayılırdı.İkinci dərəcəli amillər sırasına ailəni(tək adam evlilərə nisbətən çox), yaşı(yaşlı cavana nisbətən çox), məkanı(şəhər kəndə nisbətən çox) və s. amilləri aid edir. 

   E.Dürkheymin intihara bağlı mövqeyi bir çox aspektdən maraqlıdır.Onun yanaşmasında intihar fərd-qrup, fərd-cəmiyyət, fərd-sosial mühit arası gərginlik, anlaşılmazlıqla bağlanır, bu da intiharın yaranmasında digər birtərəfli baxış bucaqlarındakı qüsurları görməyə imkan verir, suisidin köklərinə təkcə fərdin psixi anları, individin daxili təbiəti və xarakterində axtarmamağa dəvət edir.E.Dürkheymin intiharla bağlı baxışlarında bir nüansla razılaşmaq olmur ki, intiharın sosial səbəbləri həmişə asas, digər amillər ikinci, üçüncü və s. dərəcəlidir.Bu nüans iki baxımdan qəbuledilməzdir.Birinci,intihar təkcə sosial deyil, həm də bioloji hadisədir.Digər baxımdan sosial sferada mövcud olan intiharın özü də təkcə sosial deyil, yuxarıda haqqında söhbət açdığımız digər amillər nəticəsində də yarana bilər.Bu isə o deməkdur ki,intihar hallarının təhlili elementarist metodlarla yanaşı, kompleks yanaşma üsulunu da tələb edir.

  Suisidin qarşısını necə almaq olar?Bu sual istər idarəetmə institutlarını istərsə də tədqiqatçıları bütün dövrlərdə düşündürmüşdür.Hələ orta əsirlərdə, intiharı qadağan edən dövlət siyasətlərinin sənədli sübutları bu günə qədər qalmaqdadır 10-cu əsrdə İngiltərə kral Eduardın verdiyi”Qanunlar” adlı fərmanda intihar oğruluq, cinayətkarlıqla bərabər tutulurdu.İntihara bu tipli münasibət Nyu-York ştatının Cinayət Məcəlləsində də mövcud olmuşdur.Bir çox ölkələrdə intihar edənin dəfni hörmətsiz şəkildə, dini mərasimlər nəzərə alınmadan keçirilir(bir qərinə qabaq ölkəmizdə də bu nəzərəçarpacaq səviyyədə müşahidə olunurdu).Bunun sətiraltı mənası intihara meyilli azaltmaqdır.Tədqiqatçılar da intiharın faizini azaltmaq üçün müxtəlif vasitələr tapmağa cəhd edirlər.Morselli insanlarda öz ideya və hisslərini koordinasiya vasitəsini inkişaf etdirməyi belə vasitələrdən biri sayırdı.İntiharın kökünü necə kəsmək olar sualına tədqiqatçı Frank belə cavab verir:bu sahədə birinci vasitə təlim-tərbiyədir.Təkcə əqli deyil, xarakteri də, təkcə ideyaları yox, inamı da tərbiyə etmək gərəkdir.E.Dürkheym intiharı aradan götürmək üçün pessimizmə qarşı mübarizəni gücləndirməyi, ictimai harmoniyanı, sosial əlaqələri təşkil etməyi təklif edir.P.Sorokin isə hesab edir ki, cəmiyyəti, onu təşkil edən insanları bir-birinə sevgi əsasında yenidən təşkil etmək mümkün olarsa intihar xeyli azalar.

  Göründüyü kimi, bütün tədqiqatçıların mövqelərində üst-üstə düşən belə bir nüans vardır ki, intihar fərd-cəmiyyət münasibətləri iqlimindən çox asılıdır.Bu iqlimin mötədilləşməsi isə spontan inkişaf qanunauyğunluğundan başqa, ictimai müqavilə nəticəsi olan dövlətin bu sahəyə qayğısından da çox asılıdır.

    Suisid təkcə hadisə deyil, həm də prosesdir.Bu prosesin qarşısını almaq kompleks tənzim mexanizminin işlənib hazırlanmasını tələb edir.

    Yaxşı haldır ki, intihar prosesi ölkəmizdə təlaşdoğurucu səviyyədə deyil.Ancaq bu sahədə bir sıra problematik məsələlər vardır ki, onlar öz həlllini gözləyir. Ilk növbədə kütləvi informasiya vasitələri bu hadisəyə qapalı olmalıdır.Çünki bəzi intihar halları insanların yadda qalma təlabatı ,şöhrətpərəstlik hissindən yaranır.Eyni zamanda intiharın psixoloji təsir gücü ,yayılma imkanları media vasitəsilə reallaşır , mətbuat yeni –yeni intihar qurbanları üçün kislarod rolu oynayır.Koroğlu körpüsü,Qız qalasında və s.baş verən intiharların mediada yayıldıqdan sonra qısa zaman ardıcıllığı ilə təkrarlanması bunun bariz təsdiqi deyildimi.  Apardığımız tədqiqatlara əsasən deyə bilərik ki,Azərbaycanda intihar ayrıca cəmiyyət hadisəsi kimi nəzarətə götürülməyib.İntihar başqa hadisələrinin fonunda(cinayətkarlıq, bədbəxt hadisələr və s.) baxılır.Bu isə intiharın dinamikasını izləməyə, suisidi nəzarətə götürməyə,Azərbaycanda intiharların özəllikləri ilə tanış olmağa imkan vermir və deməli, onun qarşısını almaq üçün profilaktik tədbirlər planı hazırlamağı əngəlləyir.Azərbaycanda intihar hallarının qarşısını ancaq xalqımızın mənəvi dəyərləri hesabına alınır desək, heç də yanılmarıq.Bu dəyər sırasına dinimizdəki dəyərləri, bəzi adət-ənənələrimizi, arxetiplərimizi, xalqımıza məxsus ünsiyyətcilliyi, qohumçuluq və tayfa ən-ənələri (bir-birinə ged-gəl,ünsiyyət və s. məxsusi dəyər və xüsusiyyətləri aid etmək olar.

   Narahıtçılıq doğuran məqamlardan biri də nəinki intiharın ayrıca statistikası aparılmamasıdır, hətta mentalitezimdən irəli gələrək intiharın gizli saxlanılması və bu hadisəyə müvafiq təşkilatlarının göz yummasıdır.Biz artıq yuxarıda qeyd etmişik ki, müəyyən şəraitdə(keçid dövrləri, böhranlar zamanı) suisid yüksək tezliklə baş verir.Buna görə də yaxşı olardı ki, intiharla mübarizə məqsədilə sosial-psixoloji xidmət mərkəzləri açılsın,Dövlət Statiska Komitəsi,Din,Respublika Məhkəmə Ekspertizası təsisatlarının birgə fəaliyyəti ilə intiharların statistik əməliyyatklaşdırılmasına yönəli fəaliyyət mexanizmi yaradılsın.

    Əgər qəbul ediriksə, intihar cəmiyyətdə baş verə biləcək hansısa hadısələrin, problemlərin  ,sosal anomiyanın indikatorudur, onda yuxarıda sadaladığımız problematik məsələlərin həlli qurula biləcək sosial rifah dövlətimizin sosial siyasətinin konturlarının düzgün müəyyənləşdirilməsinə xidmət kimi başa düşülməlidir.

 

 

BDU-nun dosenti,sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM