Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi

10:05 / 19.10.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

                                 Bakı, 1921-1922

                                   (Birinci yazı)

Hər hansı bir xalqın ictimai-siyasi, bədii fikir tarixində, mədəni və milli təfəkkür tərzinin formalaşmasında milli mətbuatın müstəsna rolu vardır. Bu cəhətdən pedaqoji mətbuatın, dövrün əsas ziyalı qüvvəsi kimi, müəllim sözünün, müəllim düşüncə tərzinin kəsəri həmişə hiss olunur, ona xüsusi ehtiyac duyulur. Cəmi iki sayı işıq üzü görən "Maarif" məcmuəsi məhz belə bir pedaqoji və ideoloji ehtiyacın nəticəsində meydana gəlmişdir. Ölkəmizin arxiv və kitabxanalarında "Maarif" məcmüəsi haqqında inadlı axtarışlar aparsaq da, onun sonrakı taleyini araşdıra bilmədk. Bəlkə də sonrakı axtarışlar və incələmələr müəyyən suallara cavab kimi diqqəti cəlb edəcəkdir.

"Maarif"in birinci nömrəsi 31 dekabr 1921-ci ildə, ikinci sayı isə birinci nömrədə düz bir ay sonra-31 yanvar 1922-ci ildə nəşr olunmuşdur. İkinci nömrədəki iki yazının sonunda "mabədi var"  qeydi olsa da, üçüncü nömrənin çıxıb-çıxadığı məlum deyil.

 "Maarif" məcmuəsi "Bütün dünyanın işçiləri, birləşin" şüarı-devizi ilə çıxmışdır. Jurnalın adı üz qabığının yuxarı hissəsində-ortada, ləcə də hər səhifənin yuxarısında yerləşdirilmişdir. Başlığın üstində məcmuənin devizi, şıxdığı il, ay və həftənin günü göstərilir. Məcuənin birinci nömrəsinin üz qabığının ortasında çap edilmiş səneyi təsisi "söz birləşməsindən aydın olur ki, "Maarif" uzun bir dövrün nəşri kimi düşünülmüşdür. Məcmuənin üz qabığındakı bu sözlər onun məram və məqsədi haqqında oxucuya istiqamət verir:

"Azərbaycan Maarif Komissarlığı tərəfindən ayda bir dəfə nəşr olunan  mütəəllimlərə (dərs oxuyanlara,şagirdləə-N.N.) məxsus türkcə məcmuədir". Hər iki nömrənin birinci səhifəsidə məcmuənin fehristi-məqalələrin siyahısı, cədvəli verilmışdir.

Mənfəətdən xali olmadığı üçün hər iki nömrənin fehristini oxucuların diqqətinə çatdırırıq.

         31 dekabr 1921-ci il,  N 1.


                      Fehrist (mündəricat-N.N.)

 

Sərlövhə                                        Müəllif

_______________________________________

1)Məqsədimiz                                      Heyəti-idarə

2) "Maarif lövhəsi"                               M.Hadi

3)Hindistan gözəli                                Ə.İsgəndər

4)Məktəb nəğməsi                          ---------------

5)Janna d Ark                                     S.M.Qənizadə

6)Yurduu sev                                      B.Mürşüd

7)Kənd xalq məişətindən lövhələr-     Müəllim Mahnmud

8)Xoruz deyir                                       Ə.Dai

9)Ölən şəhər                                       K.İsmayılzadə

10)Coğrafiya məlumatları                   Q.Rəşad

11)Məsələlər                                       --------------

12) Lüğət                                            ----------

-------------------------------------------------------------------------------

31 yanvar 1922-ci il,N2

                                         Fehrist

1)Hindustan gözəli

2)Şəhid oğlum- (şeir)

3) Çin  və fonvizin

4)Öksüz  çocuq-(şeir)

5)Kənd xalq məişətindən

6)Əkinlər-şeir

7)Cöğrafiya məlumatları

8)Madərin xoruzu

9) İran- (şeir)

10)Məsələlər

11)Lüğət

 

 

   Yeri gəlmişkən qeyd edək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində dünyanın bir sıra ölkələrində "Maarif" adı ilə onlarla mətbu orqan fəaliyyət göstərmişdir. Bu, hər nəsnədən əvvəl inkişafın əsas meyarının maarif olmasının dərki, anlamı ilə ilgilidir. Bu cəhətdən XIX əsrin sonlarında Türkiyədə  nəşr olunan dərgi çox maraqlı görünür.

 Türkiyədə nəşr olunan "Maârif dergisi" hakkında bilgi "adlı məqalədə, eləcə də TDV İslam Ensikloprdiyasında türk dünyasının ilk maarif nəşrlərinin biri haqqında maraqlı  mülahizə və faktlarla zəngindir.

 
 

   "Maârif dergisi hakkında bilgi: 1891-1896 yılları arasında yayımlanmış haftalık fen ve edebiyat dergisi.

Türk matbaacılığında ve yayın hayatında önemli bir isim olan Kaspar’ın, ilk sayısını 26 Muharrem 1309’da (1 Eylül 1891) neşrettiği Maârif, II. Abdülhamid döneminin diğer dergileri gibi “siyâsiyattan mâada her şeyden bahseden” bir dergidir. Perşembe günleri çıkan ve Ahmed Nâci’nin imtiyaz sahibi göründüğü dergi genellikle on altı, Kaspar’ın ölümünden sonra (sy. 135) sekiz sayfa olarak ve çift sütun üzerine çıkmış, otuz beş sayılık son dönemde yine on altı sayfa yayımlanmıştır. Son sayısı 10 Eylül 1896’da çıkan derginin yirmi altı sayı kabul edilen her cildinde sayfa numaraları teselsül ederek 204 + 35 = 239 sayıda 3400 sayfaya yaklaşan bir koleksiyon oluşturmuştur.

2. Abdülhamid döneminin maarif politikası paralelinde Batı dünyasındaki keşifler, icatlar, sergiler; astronomi, tıp vb. teknik alanlardaki gelişmelerle ekonomi, eğitim, psikoloji, spor konularına da yer veren Maârif’te, özellikle Kaspar’ın ölümünden sonra İbnürrıfat Sâmih (Sâmih Rıfat) ve İsmâil Safâ’nın yönetiminde edebiyat meseleleri ağırlık kazanmıştır. Dergide şiir, mensur şiir, hikâye ve edebî mülâhazaları çıkan başlıca yazarlar şunlardır: Mehmed Celâl, İbnürrıfat Sâmih, İsmâil Safâ, Abdülhak Hâmid, Recâizâde Mahmud Ekrem, Cenab Şahabeddin, Tevfik Fikret, Ahmed Vefâ, Fâik Esad, Mehmed Ali Ayni, Müstecâbîzâde İsmet, Midhat Bahârî, Muallim Nâci, Muallim Feyzi, Muhyiddin Râif (Yengin), Ahmed Remzi (Akyürek), Receb Vahyi, Rıza Tevfik, Ahmed Râsim, Ali Kâmî (Akyüz), Nazîmâ, Ali Nusret, Âvanzâde Süleyman.

Fransız yazarlarından Guy de Maupassant, G. Ohnet, Emil Zola, Abbé Prévost’dan tercüme hikâye ve romanların da yer aldığı dergide Mehmed Atâ Bey’in Paul et Virginie tercümesi Fransızca orijinal metniyle beraber verilmiştir. Yerli ve yabancı yazarların biyografileri, edebiyat üzerine teori ve tenkit yazıları yanında Maârif imzasıyla sekiz sayı süren “Ural ve Altay Lisanları” ve İsmâil Safâ’nın “Mülâhazât-ı Edebiyye”leri de yayımlanmıştır. Dinî konular arasında ramazan ve bayram özel sayıları dışında mezhep imamlarının hayatı, fıkhî bahisler, Rıza Tevfik’in Ali Rıza Tevfik imzasıyla İbn Haldûn üzerine yedi sayı, A. Şâkir ve Nüzhet imzalarıyla yirmi sekiz sayı süren Seyyid Şerîf el-Cürcânî’den “Ta‘rîfât-ı Seyyid” tercümesi bulunmaktadır.

Bütün koleksiyonda yerli ve yabancı şahsiyetlere, ilginç olaylara, hikâye ve roman illüstrasyonlarına, şehirlere ve meşhur yapılara, fennî konulara ait olmak üzere 500’den fazla gravür ve çizim vardır. Maârif’in, çoğu dergide yayımlanmış yazı ve tefrikalardan oluşan “Küçük Kitaplar” adlı bir yayın serisi de olmuştur. Derginin tam koleksiyonu Hakkı Tarık Us Kütüphanesi’nde bulunmaktadır".

  Azərbaycan Respublikası Dövlət Rarix Arxivində  Azərbaycan Xalq Maarif Komissarlığının  müxtəlif sənədləri toplanmış 57 nömrəli Fondda  "Maarif dərgisi" haqqında maraqlı və pedaqoji mətbuat tariximiz üçün çox önəmli olan çoxlu sənədlər saxlanılır .

"Bakıda "Maarif dərgisi"nin yaradılması məsələsinə komissarlığın 14.11.1921-ci il tarixli kollegiya iclasında baxılmışdır.Bu məsələ kollegiyada müzakirəyə çıxarılmış 46 məsələdən biridir."Maarif dərgisi " haqqında  məsələni  müzakirəyə hazırlayan mətbuat məsələlərindən  xəbərdar olan, bu işin vacibliyini  yaxşı dərk edən  Mahmudbəyov, S.M.Qəniyev və Ə.Cəfərovdur. Əslində bu dərgi vaxtilə Azərbaycan məktəblilərinə dərslik səviyyəsində təqdim olunan "Məktəb" jurnalının davamı kimi başa düşülmədir.

Təşəbbüsçü müəllimlər və müəlliflər jurnalın ayda iiki dəfə 2000 nüsxə tirajla çıxmasını  və bunun üçün layihəyə 6.000.000 rubl ayrılmasını lazım bilirdilər.Kollegiya iclasının protokolunun 11-ci maddəsindəki  dörd abzaslıq qərar  komissarlığın mətbu sözə diqqəti kimi başa düşülməlidir.

Komissiya  M.Mahmudbəyov, S.Qəniyev və Ə.Cəfərovun şəxsində redaksiya şurası yaratmaq, layıhənin smetasını təsdiq etmək  kimi vacib qərar çıxarmışdır.

Qərardakı maddələrdən biri jurnalın hər ay 16 səhifə həcmində, 4 min nüsxə tirajla çap olunmasına aiddir.Qərarın davamı kimi, Baş İctimai Tərbiyə İdarəsinə  uşaq müəssisələrində jurnalın yayılma üsulları haqqında redaksiya heyətinə tövsiyələr   tapşırılır.

Jurnalın hər nömrəsinə 6.000 000 rubl verilməsi rəsmiləşdirilir.  

Köllegiya iclası jurnalın nəşrinə təxirəsalınmadan başlamağa da qərar verir.

Qeyd edək ki, rusca yazılan protokolda jurnalın adı kirill əlfbası ilə "MUARİF"kimi yazılmış, ad tərcümə olunmamışdır.

Maraqlıdır ki,Xalq Maarif Komissarlığının  5 dekabr 1921-ci il tarixli kollegiya iclasında da yeni mətbuat orqanlarının nəşri məsələsi müzakirə edilmişdir.

Kollegiya iclası  Xalq Maarif Komissarının müavini Tomaşevskinin sədrliyi ilə keçirilmişdir.

 Kollegiya iclası Tutenxold,İşkov,Gindes,Eminet,Terequlov,Vəlibəyov,Maqomayev,Rizzel və Şahsuvarovun iştirakı iləkeçirilmişdir.Kollegiya iclasında jurnalın tatar (Azərbaycan-N.N.) və rus dillərində  ayda ayda bir dəfə  çıxması fikri müzakirəyə çıxarılır.

"Maarif " jurnalı haqqında növbəti yazılarımızın birində ətraflı bəhs olunacaqdır.
 

 

Ədəbiyyat siyahısı

1."Maarif dərgisi",Bakı,N 1,1921,  N2,1922

2.TDV. İslam Ansiklopediyası Maarif dərgisi.Tarihçe,Yazarları,Konuları,Hakkında Bilgi. haqqında bilgi.

3. ARDTA (Azərbaycan Respublikası Dövlət Tarix Arxivi)
                Fond 57.Siyahı 1, iş 174,vərəq 111.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM