Siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı
DAVAMLI İNKİŞAFIN MƏQSƏDİ VƏ ƏSAS PRİNSİPLƏRİ
“Davamlı inkişaf” termini ötən əsrin 80-ci illərindən başlayaraq iqtisadi, sosial leksikona daxil oldu. Davamlı inkişafla bağlı BMT tərəfindən 1992-ci ildə Rio de Janeyro şəhərində keçirilən konfransda bu konsepsiyanın əsas istiqamətləri müəyyənləşdirildi, XXI əsrdə dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən davamlı inkişaf konsepsiyasının hazırlanması zərurəti dilə gətirildi. Sonrakı mərhələdə müxtəlif dövlətlər tərəfindən ayrılıqda, o cümlədən ayrı-ayrı beynəlxalq tədbirlərdə bu konsepsiyanın başlıca istiqamətləri diskussiya predmetinə çevrilməklə insanların qlobal kontekstdə öz gələcəklərini müəyyənləşdirməsi üçün yeni müzakirə platforması yaratmış oldu. Hazırda bunu zəruri edən çoxsaylı şərtlər mövcuddur. Çünki dünyada sosial, iqtisadi inkişaf qeyri-proporsional şəkildə mövcuddur və fərqli mədəni-siyasi coğrafiyalarda müxtəlif kəmiyyət və keyfiyyət göstəricilərinə sahibdir. Ancaq buna baxmayaraq, hər nə qədər siyasi-coğrafi fərqlilik olsa belə, problemin mövcudluğu qloballaşan dünyada ümumi problem yaradır. Bu, həm sosial, həm də iqtisadi müstəvidə müşahidə edilir və müəyyən inkişaf mərhələsindən sonra qlobal ekoloji müstəviyə transfer olunur. Bu səbəbdən bütün bəşəriyyət üçün aktual olan davamlı inkişaf konsepsiyası ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşımalıdır. Bu kontekstdə əsas məqsədlər sırasında yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, bu prosesdə əsas qayələrdən biri də insanların texniki və texnoloji vasitələrlə təminatına nail olnması və ekoloji problemlərin birgə həll edilməsidir. Burada başlıca məqam növbəti nəsillərin də inkişafını təmin etmək üçün ciddi sosial, iqtisadi və ekoloji zəmin hazırlamaqdır.
İNSAN RESURSLARI DAVAMLI İNKİŞAFI TƏMİN EDƏN BAŞLICA FAKTOR KİMİ
Əlbəttə, davamlı inkişafın təmin olunmasında insan resursları özünəməxsus əhəmiyyətə malikdir. Çünki iqtisadi, sosial və texnoloji resursları yaradan məhz insan faktorudur. Paralel olaraq isə iqtisadi, sosial və ekoloji inkişafı təmin edən amil müxtəlif etno-siyasi coğrafiyaları əhatə edən fiziki resurslardır. Amma fiziki resurslar potensialdır, yəni onların istismarı və bu resurslardan səmərəli istifadə məhz insan faktoru ilə bilavasitə bağlıdır. Doğrudur, bəzi hallarda bu resurslardan istifadə forması sosial bərabərliyə yox, məhz sosial fərqliliyə xidmət edir. Məsələn, neft, qaz kimi karbohidrogen ehtiyatları ilə, uran, almaz, qızıl yataqları kimi yeraltı sərvətlərlə zəngin olan ayrı-ayrı etno-siyasi coğrafiyalarda bu resurslar sosial bərabərlik və davamlı inkişaf yaratmaq əvəzinə bəzi hallarda sosial fərqlilik inkişafa mane olan digər neqativ hallara gətirib çıxarır. Hətta davamlı inkişafı təmin edən amillərdən biri olan ekoloji tarazlıq və təhlükəsizliyi də pozur.
Beləliklə, davamlı inkişafı təmin edən başlıca amil kimi insan resursları çıxış edir. İnsan resursları vasitəsilə mövcud ehtiyatlardan səmərəli istifadə olunması sosial, iqtisadi və ekoloji ahəngdarlığı təmin etməklə davamlı inkişafı şərtləndirməlidir (3).
SOSİAL, İQTİSADİ VƏ EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ İNFORMASİYA MÜBADİLƏSİ VƏ TƏMİNATI
Davamlı inkişafın təmin olunmasında insan resursları və onun keyfiyyətindən danışarkən maarifləndirmə və informasiya mübadiləsi məsələsinə də nəzər salmaq lazımdır. Hazırda elmi, iqtisadi, texniki, texnoloji informasiyaların qarşılıqlı çatdırılması – paylaşılması məsələsi olduqca aktualdır. Media vasitəsilə informasiya mübadiləsi və təminatı olmadan insan resurslarının inkişafına nail olmaq olmaz, bu isə öz növbəsində davamlı inkişafa ciddi maneələr yaradar.
Postmodernist cəmiyyətlərdə media əlahiddə statuslu – xüsusi institut kimi çıxış etməklə müxtəlif funksiyalar yerinə yetirir. Bu sırada başlıca funksiya kimi marrifləndirmə göstərilir. Maarifləndirmə isə öz növbəsində informasiya təminatına və ya məlumat ehtiyacını ödəməyə xidmət edir. Bu funksiya, eyni zamanda, davamlı inkişafın qarşıya qoyduğu məqsədləri təmin etmək üçün insani resurslarda yeni ideya – fikir istehsalı yaradan vasitə kimi çıxış edir. Bunlarla yanaşı, media platformasının genişlənməsi – internetdən, sosial şəbəkələrdən istifadənin sürətlə artması, transmilli medianın fəaliyyətinin güclənməsi informasiyanı daha asan əldə etməyə imkan yaradır (2, 26). Bu müstəvidə informasiya mübadiləsini asanlaşdıran ümumi dil platforması da mövcuddur. Yəni aparıcı informasiya vasitəsilə xüsusi tərcümə proqramlarından istifadə etməklə məlumat mübadiləsi, informasiya əldə etmək, onu yaymaq kimi məsələləri daha da asanlaşdırır. Bu isə davamlı inkişaf prosesində informasiya resurslarından səmərəli istifadəyə, o cümlədən informasiya mübadiləsinə təkan verir.
Beləliklə, həm media institutu, həm də informasiya resursları davamlı inkişaf prosesində mövcud olması zəruri olan başlıca şərtlər sırasında yer alır.
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ DAVAMLI İNKİŞAFIN PERSPEKTİVLƏRİ VƏ MEDİA
Qloballaşma və davamlı inkişaf bir-birini qidalandıran iki başlıca amil kimi çıxış edir. Yəni qloballaşma prosesi öz növbəsində davamlı inkişafı zəruri edir, davamlı inkişaf isə qloballaşmanı şərtləndirir. Ona görə də qloballaşmanın meydana çıxardığı problemlərin davamlı inkişafa təsiri ayrıca öyrənilməlidir. Qloballaşma tərəfdarları və bu prosesi diqtə edən Qərb sosial, iqtisadi və ekoloji məsələlərin həllində səmimi olmalıdır, əks təqdirdə, bəhs olunan sahələrdə ortaya çıxacaq problemlər həm qlobal miqyasda, həm də Qərb ölkələrinin özü üçün ciddi təhlükələr yaradacaq, üstəlik, bu, davamlı inkişaf prosesinə ciddi zərbə vuracaqdır (1, 214). Bir çox hallarda Qərbin “rifah istehsal edən” iqtisadi institutları ayrı-ayrı milli dövlətlərə qarşı istismarçı mövqe tutmaqla onların resurslarından daha çox gəlir əldə edirlər. Bu prosesdə texniki, texnoloji və ekoloji tələblər yerinə yetirilmədiyi üçün meydana çıxan iqtisadi və ekoloji problemlər nəinki resursları istismar edilən həmin ölkələrə, eləcə də Qərbin özünə ciddi təhlükələr yaradır. Ona görə də ABŞ başda olmaqla bir sıra inkişaf etmiş Qərb dövlətləri, həmçinin Çin ekoloji problemləri yaradan əsas sənaye bölgələri kimi çıxış edirlər. Dolayısıyla, ekoloji problemlər davamlı inkişaf üçün zəruri olan sosial və iqtisadi faktorların da deqradasiyasına səbəb olur.
Əlbəttə, bu prosesdə media institutunun üzərinə böyük məsuliyyət düşür. Belə ki, media problemləri yaradan səbəbləri obyektiv şəkildə ortaya qoymaqla maarifləndirmə funksiyasını yerinə yetirməli və qlobal miqyasda davamlı inkişaf prosesinə təkan verməlidir. Amma bir çox hallarda biz bunun əksini müşahidə edirik: transmilli media qurumları məsələyə şəffaf və obyektiv yanaşmır. Çünki həmin media qurumları bu problemləri yaradan Qərbin nəzarətindədirlər və adekvat yanaşma – ədalətli mövqe sərgiləyə bilmirlər.
POSTMODERNİST CƏMİYYƏTDƏ DAVAMLI İNKİŞAF: AZƏRBAYCAN TƏCRÜBƏSİ
Azərbaycan davamlı inkişaf konsepsiyasını mənimsəyən və bu kontekstdə milli platformada xüsusi proqram qəbul edən ölkələrdəndir. Davamlı inkişafı zəruri edən üç əsas prinsiplə bağlı (iqtisadi, siyasi və ekoloji) özünəməxsus proqram və konsepsiyası var. Bundan başqa, davamlı inkişaf siyasəti daha çox insan resurslarının inkişaf etdirilməsi, yoxsulluğun azaldılması və digər sosial, iqtisadi və ekoloji xarakterli istiqamətləri ehtiva edir. Ölkədə reallaşdırılan dövlət proqramları, müxtəlif layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanda sosial prioritetlərin əsas tutulduğu rasional və innovativ inkişaf strategiyasının seçilməsinin göstəricisidir (4). Məhz bu konseptual yanaşma davamlı inkişaf siyasəti kontekstində ardıcıl nailiyyətlərin əldə edilməsini şərtləndirib. Təsadüfi deyil ki, 2015-ci ilin qiymətləndirməsinə əsasən, Azərbaycan Qlobal Enerji Səmərəlilik İndeksinə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək 33-cü yerdə qərarlaşıb. Bu nəticə Dünya İqtisadi Forumunun dərc edilmiş məlumatları əsasında hazırlanan beynəlxalq hesabatda öz əksini tapıb. Hesabatda Azərbaycan Yaponiya ilə eyni göstəricilərə malikdir. Cədvələ görə, ABŞ 37, Avstraliya 38, Rusiya 39, Sinqapur 44-cü yerdədir. Qiymətləndirmə davamlı inkişaf üçün əhəmiyyətli olan 18 meyar əsasında aparılıb. Bu göstəricilər üç qrupa aiddir: iqtisadi artım və inkişaf, ətraf mühitin və onun keyfiyyətinin idarə edilməsi, enerji mənbələrinə çıxış və onların təhlükəsizliyi. Davamlı inkişaf üçün önəmli olan bu tədqiqat 125 ölkədə enerjidən istifadənin səmərəliliyini qiymətləndirmək üçün həyata keçirilib (6).
Azərbaycanda davamlı inkişaf konseppsiyası çərçivəsində diqqət mərkəzində saxlanılan məsələlərdən biri də insan resurslarının inkişaf etdirilməsidir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çox zaman dünyada gedən prosesləri qabaqlayır, bir çox hallarda inkişaf etmiş ölkələr üçün nümunə göstərilirdi. Məsələn, Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş təhsil strategiyasına görə, Azərbaycan Respublikasında davamlı insan inkişafı fənninin orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi prosesinə 2001-ci ildə başlanıb və bu, Təhsil Nazirliyinin 2001-ci il 14 sentyabr tarixli 964 nömrəli əmrində öz əksini tapıb. 2003-cü ildə Azərbaycanda orta məktəblər üçün davamlı insan inkişafına dair dünyada ilk tədris proqramı və dərs vəsaiti dərc edilib. Bu sahədə Azərbaycanın birinciliyi barədə məlumat BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahı tərəfindən dünyaya “innovativ ideya və fəaliyyət” kimi yayılıb. Qlobal miqyasda isə bu prosesə 4 il sonra - 2005-ci il martın 1-də BMT-nin baş katibi Kofi Annan və UNESCO-nun baş direktoru Koişiro Matsuura arasında imzalanan sənədlə təkan verilib. Bu sənədlə 2005–2014-cü illər dünya üzrə davamlı inkişaf sahəsində tədris onilliyi elan edilib (4).
Beynəlxalq standartlara əsasən innovativ tərəqqinin əsas və həlledici amili olan insan potensialının inkişaf səviyyəsini qiymətləndirmək, insan inkişafı əmsalını hesablamaq üçün sağlamlıq, təhsil və adambaşına düşən ümumi daxili məhsul (ÜDM) əsas götürülür. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanda müasir idman və səhiyyə ocaqlarının yaradılması, tədris şəbəkəsi və təhsil sisteminin modernləşdirilməsi, ÜDM-in artması, yoxsulluğun azaldılması və digər amillər davamlı inkişaf sahəsində həyata keçirilən uğurlu siyasətin səmərəliliyindən xəbər verir. Təsadüfi deyil ki, BMT-nin rəsmi hesabatlarında Azərbaycan hazırda insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna aid edilir. Xüsusilə də Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi kurs sayəsində yoxsulluğun azaldılması davamlı inkişaf baxımından beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Əlbəttə, Azərbaycanda 2004-cü ildən indiyə qədər yoxsulluğun 49 faizdən 5 faizə enməsi olduqca təqdirəlayiqdir (5).
Bununla yanaşı, Azərbaycanın ekoloji təhlükəsizlik konsepsiyası da davamlı inkişafa hədəflənmiş yeni yanaşmaları özündə ehtiva edir. Başqa sözlə, Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi diqqət mərkəzindədir. Bu istiqamətdə qəbul edilmiş proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir (7).
Beləliklə, davamlı inkişaf siyasəti sahəsində Azərbaycan təcrübəsi həm universal, həm də unikal səciyyə daşıyır, bu istiqamətdə əldə edilən nəticə və nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Yekun qənaət budur ki, Azərbaycan təcrübəsi bu sahədə mütərəqqi nümunələrdən biri olmaqla qlobal çağırışlar və tələblərə cavab verir.
HİBRİD MÜHARİBƏLƏR VƏ İMPERİALİST SİYASƏT DAVAMLI İNKİŞAFA BAŞLICA TƏHDİD KİMİ
Davamlı inkişafı təhdid edən əsas məsələlərdən biri müharibələrdir. Ötən əsrin 80-ci illərinin sonunda davamlı inkişaf aktual müzakirə predmetinə çevrilsə də, 2001-ci ildən başlayaraq bu prosesə neqativ təsir göstərən başqa bir amil – müharibə faktoru ortaya çıxdı. İmperialist Qərbin Şərqdə apardığı müharibələr davamlı inkişaf prosesi çərçivəsində əldə edilmiş nailiyyətlərə ciddi zərər yetirdi, hətta ayrı-ayrı sahələrdə davamlı inkişaf dinamikasının zəifləməsinə səbəb oldu. Bundan başqa, XX əsrin 90-cı illərinin əvvəlindən postsovet məkanında meydana çıxan münaqişələr də davamlı inkişaf prosesinə çox ciddi şəkildə neqativ təsir göstərdi. Bu münaqişələrə rəğmən, yoxsulluğu aradan qaldırmaq, insanların sosial rifahını yaxşılaşdırmaq və digər məsələlər asan deyil. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan da bu problemlə qarşı-qarşıyadır. Azərbaycan hökuməti erməni işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın problemlərinin həlli istiqamətində davamlı tədbirlər görür, amma Azərbaycanın davamlı inkişafa zəmin yaradacaq çox ciddi iqtisadi resursları hələ də işğal altındadır. Eyni zamanda, Ermənistanda mövcud olan “Metsamor” AES təkcə Azərbaycan üçün yox, həm də regional və qlobal təhlükəsizlik üçün təhdiddir. Lakin təəssüflər olsun ki, müvafiq beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir.
Bütövlükdə, Qərb imperializminin Yaxın Şərq və Şimali Afrikada həyata keçirdiyi hibrid müharibə layihəsi və onun yaratdığı dağıntılar, sosial-iqtisadi problemlər, köçkün və məcburi miqrasiya problemi davam etdikcə davamlı inkişaf naminə ciddi nailiyyətlər əldə edilə bilməyəcəkdir. Ona görə də indiki mərhələdə həyəcan təbili çalmaq lazımdır ki, müharibələr dayandırılsın, işğala son qoyulsun və mövcud resurslardan səmərəli istifadə etmək üçün davamlı inkişafı təmin etmək üzrə zəruri şərt olan sabitlik yaradılsın. Əks təqdirdə, mövcud vəziyyət bütün dünyanı təhdid etməkdə davam edəcək.
NƏTİCƏ
Göründüyü kimi, davamlı inkişaf prosesi, bu kontekstdə insan resurslarından və medianın gücündən səmərəli istifadə olunmasl problemi bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Ona görə də həm ayrı-ayrı beynəlxalq təşkilatlar, həm milli dövlətlər, həm də transmilli media orqanları bu problemə münasibətdə obyektiv yanaşma ortaya qoymalıdır. Buna mavfiq olaraq doğru addımlar atılmalı, davamlı inkişafı təmin edən məqsədyönlü fəaliyyət və bu kontekstdə gələcək nəsilllər üçün zəmin formalaşdırmalıdır.
Davamlı inkişafın təmin olunması üçün sosial, iqtisadi və ekoloji sahələrdə mövcud problemlərin aradan qaldırılması istiqamətində adekvat tədbirlər görülməlidir. Hər üç sahədə paralel inkişaf göstəricilərinin qeydə alınması sayəsində davamlı inkişafa nail oluna bilər.
ƏDƏBİYYAT
1. Hikmət Babaoğlu, Dünya siyasəti və beynəlxalq münasibətlər (2-ci nəşr). Dərslik. “MSA” nəşriyyatı. 690 səh. Bakı:2014, 214 s.
2. Hikmət Babaoğlu, İnfoimperializm və Media. Monoqrafiya. “MSA” nəşriyyatı. 191 səh. Bakı:2013, 26 s.
3. http://www.anl.az/down/meqale/ses/2012/may/249759.htm (Milli iqtisadi inkişafdan postsənaye erasına doğru)
4. http://azertag.az/xeber/Davamli_inkisaf_ve_ekoloji_sivilizasiyanin_esaslari-48838 (“Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları”)
5. http://w1.economy.gov.az/index.php?option=com_content&view=article&id=34 ("2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" haqqında. Dövlət Proqramının icrasına dair arayış)
6. http://www.xalqqazeti.com/az/news/education/41760 (İnsan inkişafı və ekoloji sivilizasiya)
7. http://yeniazerbaycan.com/Axtarish_e28896_az.html (Azərbaycanın ekoloji təhlükəsizlik konsepsiyası davamlı inkişafa hədəflənmiş yeni yanaşmaları özündə ehtiva edir)
"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM